F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə36/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   32   33   34   35   36   37   38   39   ...   161

 

177 


– Nə gözəl yazılıb! Vanya, gör qəlbə necə iztirab verən 

bir şeirdir! Necə qəribə, aydın təsvirlər var! Kanvası birdir, 

yalnız  naxışlar  göstərilib,  könlün  istəyəni  bunun  üzərində 

işləyə  bilərsən...  Burada  iki  hiss  var:  bir  əvvəlki,  bir  də 

sonuncu.  Bu  samovar,  bu  çit  pərdə  qəlbə  o  qədər  yaxındır 

ki...  Bizim  kiçik  qəza  şəhərlərindəki  kiçik  meşan  evlərində 

belə  olur...  Elə  bil  ki,  mən  bu  evi  görürəm:  dirəklərdən 

tikilmiş təzə bir ev... Hələ üstünə taxta vurulmamışdır... Bir 

də ki, bu təsvir: 

 

Yenə də həmin səda gəlib yetişir mənə, 

Kimsə zınqırov çalıb oxuyur bu mahnını: 

“Qorxuram, köhnə dostum gəlib çıxacaq yenə, 

Oxşayaraq sevəcək, qucaqlayacaq məni. 

Bu nə gündür, bir deyin! Otaq qaranlıq və dar, 

Həm də ürək sıxandır, yel döyür pəncərəni... 

Pəncərə arxasında var təkcə bir gilənar, 

Buz bağlamış pəncərə, görünməz etmiş onu, 

Bəlkə də çoxdan bəri, çatıb ömrünün sonu. 

Bu nə gündür! Örtüyün əlvan rəngi solub bax, 

downloaded from KitabYurdu.org




 

178 


Dolanıram xəstəhal, qohum-qardaşdan uzaq. 

Üzümü danlayan yox, yox yanımda sevdiyim... 

Deyinir ancaq qarı...” 

 

– “Dolanıram xəstəhal...” Bu “xəstəhal” sözü gör necə 



öz  yerində  deyilmişdir!  “Üzümü  danlayan  yox...”  Gör  bu 

şeirdə  nə  qədər  şəfqət  və  nəvaziş,  xatirələrdən  doğan  nə 

qədər  iztirab  var!..  Bir  də  elə  iztirab  ki,  bunu  özün  öz 

qəlbində  yaradırsan, özün  də  onu  seyrə  dalıb  həzz  alırsan... 

Ah, ilahi! Bu nə xoşdur! Bu axı necə olur? 

Nataşa  susdu,  sanki  boğazına  təpilən  hıçqırıqları 

boğmaq istəyirdi. 

Bir az sonra dedi: 

– Vanya, əzizim!  – lakin yenə də susdu, elə bil ki, nə 

demək  istədiyini  unutmuşdu,  ya  da  bu  sözləri  elə  belə, 

mənasız yerə, qəfildən duyduğu bir hissə qapılaraq demişdi. 

Biz  hələ  də  otaqda  gəzişirdik.  İkonanın  qarşısında 

qəndil  yanırdı.  Son  vaxtlarda  Nataşa  get-gedə  daha  artıq 

dindar olurdu, bu barədə onunla danışanda xoşuna gəlmirdi. 

Soruşdum ki: 

downloaded from KitabYurdu.org




 

179 


– Yoxsa, sabah bayramdır? İkonanın qarşısında qəndil 

yanır... 

–  Yox,  bayram  deyil...  Vanya,  niyə  axı  oturmursan? 

Yəqin yorulmusan. Çay içirsən? Sən ki hələ çay içməmisən. 

– Oturaq, Nataşa. Mən çay içmişəm. 

– Sən indi haradan gəlirsən? 

–  Onlardan,  –  biz  həmişə  Nataşanın  ata-anasigilə 

“onlar” deyirdik. 

– Onlardan? Nə vaxt gedə bildin? Özün getdin? Yoxsa 

çağırmışdılar?.. 

O  mənə  ardı-arası  kəsilmədən  sual  verirdi.  Onun  üzü 

həyəcandan  daha  da  ağarmışdı.  Mən,  Nikolay  Sergeiçə 

yolda  rast  gəldiyimi,  Anna  Andreyevna  ilə  olan  söhbətimi, 

medalyon  məsələsini  ətraflı,  bütün  təfərrüatı  ilə  açıb 

danışdım.  Mən  ondan  heç  bir  şey  gizlətmirdim.  O  mənə 

böyük  bir  ehtirasla  qulaq  asırdı.  Hər  sözümə  xüsusi  bir 

diqqət  yetirirdi.  Birdən  gözləri  yaşardı.  Medalyon  məsələsi 

onu çox bərk həyəcanlandırmışdı. 

O tez-tez sözümü kəsərək deyirdi: 

downloaded from KitabYurdu.org




 

180 


–  Vanya,  bir  dayan,  dayan!  Lap  müfəssəl  danış,  nə 

olubsa,  hamısını,  hamısını  de,  mümkün  qədər  müfəssəl 

danış, sən çox da elə müfəssəl danışmırsan!.. 

Mən  dediklərimi  iki  dəfə,  üç  dəfə  təkrar  edir,  hər 

sözbaşı  onun  ardı-arası  kəsilməyən  suallarına  cavab 

verirdim, bu suallar da məsələnin təfsilatına aid suallar idi. 

–  Sən,  doğrudan  da,  elə  zənn  edirsən  ki,  o  mənim 

yanıma gəlirmiş? 

–  Bilmirəm,  Nataşa,  heç  bunu  təsəvvürümə  gətirə 

bilmirəm.  Burası  aydındır  ki,  o  sənin  dərdini  çəkir,  səndən 

ötrü  darıxır,  səni  sevir,  ancaq  o  sənin  yanına  gəlirdimi  – 

bunu... bunu... 

Nataşa mənim sözümü kəsdi: 

– O, medalyonu öpürdü, hə? Öpəndə nə deyirdi? 

– Bir-birilə əlaqəsi olmayan sözlər, həyəcanlı ifadələr, 

sənə ən nəvazişli adlar verirdi, səni çağırırdı... 

– Çağırırdı? 

– Bəli, çağırırdı. 

Nataşa astadan ağladı: 

downloaded from KitabYurdu.org




 

181 


– Yazıqlar! – bir az susduqdan sonra əlavə etdi. – Əgər 

o bütün olan şeyləri bilirsə, onda məsələ aydındır. Alyoşanın 

atası haqqında da onun çoxlu məlumatı var. 

Mən çəkinə-çəkinə dedim: 

– Nataşa, gedək onlara... 

Nataşanın  rəngi  qaçdı,  kreslodan  bir  az  qalxaraq 

soruşdu: 

– Nə vaxt? – o elə bildi ki, mən bu saat gedək deyirəm. 

Nataşa  əllərini  çiynimə  qoyaraq,  dərdli-dərdli 

gülümsədi: 

–  Yox,  Vanya,  yox,  əzizim!  Bu  sənin  həmişə  dediyin 

sözdür, ancaq... Yaxşısı budur ki, bu barədə danışma... 

Mən qəmgin halda həyəcanla dedim: 

–  Bəs  bu  dəhşətli  ayrılıq  qurtarmayacaqmı,  heç 

qurtarmayacaqmı?!  Sən  ilk  addım  atmaq  istəmirsən  –  bu 

qədər  də  lovğalıq  olarmı?!  İlk  addımı  atmaq  sənin 

borcundur,  bunu  sən  etməlisən!  Bəlkə  də  atan  səni 

bağışlamaq  üçün  bunu  gözləyir?!  O  sənin  atandı,  sən  onu 

incitmisən!  Sən  onun  qüruruna  hörmət  et!  Bu  qürur 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə