F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə38/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   34   35   36   37   38   39   40   41   ...   161

 

187 


–  Doğrudur,  sənin  təbəssümündə  hələ  indi  də  uşaqlıq 

sadəlövhlüyü var... Amma indi sən gülümsəyəndə, elə bil ki, 

qəlbin  ağır  bir  əzab  duyur.  Nataşa,  sən  arıqlamısan,  amma 

saçın elə bil ki, çoxalmışdır... Bu sənin hansı paltarındır? Bu 

onlarda olanda tikilmişdi? 

Nataşa mehribanlıqla mənə baxdı: 

– Vanya, sən məni nə çox sevirsən! Yaxşı, bəs sən indi 

nə eləyirsən? İşlərin necədir? 

– Elə əvvəlki kimi: yenə də roman yazıram, ancaq ağır 

gedir, bir şey çıxmır. İlham qurtarıb. Əlbəttə, düşünmədən, 

tez-tələsik  bir  şey  yazmaq  olardı,  maraqlı  da  çıxardı, ancaq 

ideyaya  heyfim  gəlir,  yaxşı  ideyadır.  Çox  xoşladığım 

ideyalardandır.  Ancaq  gərək  jurnala  mütləq  vaxtında 

yetirim.  Mən  hətta  istəyirəm  ki,  romanı  buraxım,  tez  başa 

gələn  bir  povest  yazım,  elə  bir  şey  ki,  həm  yüngül  olsun, 

həm  də  qəşəng,  özü  də  qətiyyən  qəmgin  bir  istiqamət 

almasın... Qətiyyən... Hamı gərək sevinsin, şadlıq eləsin!.. 

– Zavallı zəhmətkeş! Bəs Smit necə oldu? 

– Smit ölüb. 

downloaded from KitabYurdu.org




 

188 


–  Sənin  yanına  gəlməmişdi?  Vanya,  mən  sənə  ciddi 

deyirəm: sən xəstəsən, sənin əsəblərin pozulmuşdur, xəyalın 

da  eləcə.  Sən  onun  otağını  kirayə  edəndə,  mən  bu  şeyləri 

səndə hiss etmişdim. Yoxsa otaq rütubətlidir, pisdir? 

–  Hə!  Bu  axşam  mənim  başıma  bir  əhvalat  da  gəlib. 

Sonra danışaram. 

O  mənə  daha  qulaq  asmırdı,  oturub  dərin  fikrə 

dalmışdı. 

Axırda o, cavab gözləməyən bir nəzərlə mənə baxaraq 

dedi: 


–  Başa  düşmürəm,  mən  o  vaxt  onlardan  necə  gedə 

bildim, mən qızdırma içində idim. 

Bu anda onunla danışsaydım da, o mənim sözlərimi heç 

eşitməyəcəkdi. 

O, güclə eşidiləcək bir səslə dedi: 

– Vanya, mən səni bir iş üçün çağırmışam. 

– Nə olub ki? 

– Mən ondan ayrılıram. 

– Ayrılmısan, ya ayrılırsan? 

downloaded from KitabYurdu.org




 

189 


– Belə yaşamaq olmaz, bunu bitirmək lazımdır. Səni də 

ona  görə  çağırtdırmışam  ki,  ürəyimdəkilərin  hamısını,  bu 

vaxta  qədər  səndən  gizlədiklərimin  hamısını  açıb  sənə 

deyim. 


O  həmişə  öz  sirrini  açıb  mənə  söyləyəndə  sözə  belə 

başlayardı. Həmişə də, aydın olardı ki, onun bu sirrini mən 

çoxdan bilirəm, özü mənə söyləmişdir. 

–  Ah,  Nataşa,  mən  min  dəfə  bunu  səndən  eşitmişəm! 

Əlbəttə,  siz  bir  yerdə  yaşaya  bilməzsiniz,  sizin  bu 

münasibətiniz  çox  qəribə  bir  münasibətdir,  sizin  aranızda 

heç  də  ümumi  cəhət  yoxdur.  Ancaq...  sənin  buna  gücün 

çatacaqmı? 

– Vanya, əvvəllər məndə belə bir fikir var idi, indi isə 

qəti  qərara  gəlmişəm.  Mən  onu  hədsiz  dərəcədə  sevirəm, 

amma  belə  çıxır  ki,  mən  onun  birinci  düşməniyəm,  mən 

onun  gələcəyini  məhv  edirəm. Onu  azad etmək  lazımdır. O 

mənimlə  evlənə  bilməyəcək,  onda  elə  bir  qüvvə  yoxdur  ki, 

atasının  sözündən  çıxa  bilsin.  Mən  də  onun  əl-qolunu 

bağlamaq istəmirəm. Buna görə də mən hətta sevinirəm ki, o 

ona  almaq  istədikləri  qızı  sevir.  O  məndən  asanlıqla 

downloaded from KitabYurdu.org



 

190 


ayrılacaq.  Mən  bunu  etməliyəm!  Bu  mənim  borcumdur... 

Əgər  mən  onu  sevirəmsə,  onda  hər  şeyimi  ona  qurban 

etməliyəm,  öz  sevgimi  ona  sübut  etməliyəm,  bu  mənim 

borcumdur... Elə deyilmi? 

– Axı sən onu başa sala bilməzsən. 

– Mən onu heç başa salmayacağam da. O lap bu saatın 

özündə  gəlsə  də,  mən  yenə  onunla  əvvəlki  kimi  rəftar 

edəcəyəm. Ancaq mən elə bir vasitə tapmalıyam ki, o məni 

vicdan  əzabı  çəkmədən,  asanlıqla  buraxıb  gedə  bilsin. 

Vanya,  bax  mənə  əzab  verən  budur!  Kömək  elə!  Mənə  nə 

məsləhət eləyə bilərsən? 

Dedim: 


–  Bunun  bircə  əlacı  var:  bu  da,  daha  onu  sevməmək, 

başqasını sevməkdir! Ancaq heç ağlım kəsmir ki, bu bir əlac 

ola  bilsin.  Sən  ki  onun  xasiyyətini  bilirsən!  Budur,  beş 

gündür ki, o sənin yanına gəlmir. Belə təsəvvür elə ki, o səni 

tamam  atmışdır,  sən  durub  ona  yazsan  ki,  sən  özün  onu 

atmısan, o dərhal qaçıb sənin yanına gələcək. 

– Vanya, sənin niyə ondan xoşun gəlmir? 

– Mənim?! 

downloaded from KitabYurdu.org



 

191 


–  Hə,  sənin,  sənin!  Sən  onun  düşmənisən,  həm  açıq, 

həm  gizlin!  Sən  ondan,  intiqam  hissi  duymadan,  danışa 

bilmirsən. Mən min dəfə görmüşəm ki, sənin ən çox xoşuna 

gələn  şey  –  onu  alçaltmaqdır,  pisləməkdir!  Bəli,  pisləmək! 

Mən doğru deyirəm! 

–  Sən  bunu  mənə  min  dəfə  demisən!  Bəsdir,  Nataşa! 

Bu söhbəti bağlayaq. 

Nataşa yenə də bir qədər susduqdan sonra dedi: 

– Mən istəyirəm ki, başqa bir otağa köçüm. Vanya, sən 

acıqlanma... 

– O biri otağa da gələcək, mən, vallah, acıqlanmıram. 

– Məhəbbət güclü olur, bəlkə yeni sevgi onun qarşısını 

kəsdi.  Əgər  mənim  yanıma  gəlsə  də,  bir  dəqiqəliyə  gələr, 

sən necə bilirsən? 

– Nə deyim, Nataşa! Ondan heç baş çıxarmaq olur ki! 

O  həm  onunla  evlənmək  istəyir,  həm  də  səni  sevir.  O 

necəsə, bunun hər ikisini birdən eləyə bilir. 

–  Mən  yəqin  bilsəydim  ki,  Alyoşa  o  qızı  sevir,  qəti 

qərara gələrdim... Vanya! Məndən heç bir şey gizlətmə! Sən 

elə bir şey bilirsənmi ki, mənə demək istəmirsən? 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə