F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə39/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   35   36   37   38   39   40   41   42   ...   161

 

192 


O,  narahatlıq  duyulan,  söz  almaq  istəyən  bir  nəzərlə 

mənə baxdı. 

–  Əzizim,  sənə  lap  düzünü  deyirəm:  mən  heç  bir  şey 

bilmirəm.  Mən  səninlə  həmişə  açıq  danışmışam.  Mənim 

ağlıma  belə  bir  şey  də  gəlir:  bəlkə  də  o,  qrafinyanın  ögey 

qızını heç də biz düşündüyümüz qədər sevmir? Ancaq həvəs 

eləyir... 

–  Sən  elə  güman  edirsən,  Vanya?  İlahi!  Bunu  mən 

yəqin  bilsəydim!  Ah,  bu  anda  mən  onu  elə  görmək 

istəyirəm! Heç olmasa, bircə ona baxaydım!.. Onun üzündən 

hər şeyi bilərdim! Amma o gəlmir! O gəlmir! 

– Nataşa, yoxsa sən onu gözləyirsən? 

–  Yox,  indi  onun  yanındadır,  adam  göndərmişdim  ki, 

xəbər  bilsin.  Mən  elə  arzu  edirəm  ki,  o  qıza  da  bir 

baxaydım... Vanya, cəfəngiyat da söyləsəm, gör nə deyirəm: 

mən  yəni  o  qızı  heç  görə  bilmərəm,  ona  heç  rast  gələ 

bilmərəm? Necə bilirsən? 

Nataşa narahat halda mənim nə deyəcəyimi gözləyirdi. 

– Onu görmək olar. Ancaq onu görmək azdır. 

downloaded from KitabYurdu.org




 

193 


– Onu görmək də elə kifayətdir, görsəm, yerdə qalanlar 

da  mənə  aydın  olar.  Qulaq  as,  gör  nə  deyirəm:  mən  çox 

axmaq olmuşam, burda gəzə-gəzə durmuşam, həmişə də tək, 

təkbaşına,  həmişə  də  düşünürəm,  fikirlərim,  qasırğa  kimi 

oyana-buyana  çovuyur,  bu  çox  ağırdır?  Vanya,  ağlıma  belə 

bir  şey  gəlib:  bəlkə  sən  onunla  tanış  olasan?  Axı  qrafinya 

sənin  romanını  tərif  eləmişdi,  özün  mənə  deyirdin.  Sən  axı 

hərdən knyaz R.-in düzəltdiyi müsamirələrə gedirsən, Katya 

da orada olur. Çalış, qoy səni orada Katyaya təqdim etsinlər. 

Alyoşa da səni onunla tanış edə bilər. Sən də onun barəsində 

gördüklərini gəlib mənə danışarsan. 

–  Nataşa,  əzizim,  bu  sonranın  işidir.  İndi  axı  bir  şey 

var:  sən  doğrudan  da,  ayrılığa  dözə  bilərsənmi?  Sən  bunu 

ciddimi düşünürsən? Bir özünə bax, sən arxayınsanmı? 

Nataşa güclə eşidiləcək bir səslə cavab verdi: 

–  Çatar!  Bunu  mən  onun  üçün  edirəm!  Mənim  bütün 

həyatım  onundur!  Ancaq  bilirsənmi,  Vanya,  mən  bir  şeyə 

tab gətirə  bilmərəm,  o  da budur ki, indi  o  onun  yanındadır, 

məni yaddan çıxarmışdır, onun yanında oturmuşdur, danışır, 

gülür,  yadındadır,  burda  oturan  kimi...  Düz  onun  gözünün 

downloaded from KitabYurdu.org



 

194 


içinə baxır, o axı həmişə belə baxır, heç ağlına da gəlmir ki, 

mən indi buradayam, səninlə oturmuşam. 

Sözünü yarımçıq kəsib ümidsiz halda mənə baxdı. 

– Nataşa, bu necə olur axı, sən ki indi bu saat deyirdin 

ki... 

Nataşanın gözləri parıldadı, sözümü kəsərək dedi: 



–  Qoy  biz  bir  yerdə,  hamımız  bir  yerdə  ayrılaq.  Mən 

özüm  ona  bunun  üçün  xeyir-dua  verərəm.  Ancaq  Vanya, 

burası ağır olacaq ki, əvvəl o məni unudacaq! Ah, Vanya, bu 

nə ağır əzabdır! Mən özüm özümü başa düşmürəm, ağlım bu 

cür deyir, işdə bir cür çıxır! Mənim axırım nə olacaq?! 

– Nataşa, daha bəsdir, daha bəsdir, sakit ol!.. 

–  Budur,  beş  gündür,  hər  saat,  hər  dəqiqə...  həmişə, 

həmişə  onu  düşünürəm,  yuxumda  da  onu  görürəm!  Vanya, 

bilirsən nə var, gedək ora, apar məni! 

– Nataşa, bəsdir! 

–  Yox,  gedək!  Vanya,  mən  səni  gözləyirdim!  Üç 

gündür mən bu barədə düşünürəm, elə bunun üçün də sənə 

kağız  yazmışam,  səni  gətirtmişəm...  Sən  gərək  məni 

aparasan, sən gərək mənim xahişimi rədd etməyəsən... Mən 

downloaded from KitabYurdu.org



 

195 


səni gözləyirdim... Üç gündür... Bu gün orada müsamirədir... 

O oradadır... Gedək! 

Nataşa  sanki  sayıqlayırdı.  Dəhlizdən  səs  gəldi,  Mavra 

elə bil kiminləsə deyişirdi. 

– Nataşa, bir toxta, o kimdir? Bir qulaq as! 

O  mənim  sözümə  inanmayaraq,  gülümsəyə-gülümsəyə 

səsə qulaq asdı və birdən bərk ağardı. 

Güclə eşidiləcək bir səslə dedi: 

– Ah, ilahi! Kimdir o? 

Məni  saxlamaq  istədi,  lakin  mən  dəhlizə,  Mavranın 

yanına  getdim.  Düşündüyüm  kimi  də  oldu.  Gələn  Alyoşa 

idi.  Mavradan  nəsə  soruşurdu.  Mavra  əvvəlcə  onu  içəri 

buraxmaq istəmirdi. 

Mavra hökmü çatan bir adam kimi deyirdi: 

– Sən haradan gəlib çıxdın? Necə? Haralarda gəzirdin? 

Yaxşı, gir, gir içəri! Mən heç bir şey bilmirəm! Yeri, görək 

nə cavab verəcəksən?! 

Alyoşa bir az utanaraq dedi: 

– Mən heç kəsdən qorxmuram! Girərəm də! 

– Gir... Deyəsən, çox diribaş olmusan! 

downloaded from KitabYurdu.org



 

196 


Alyoşa məni gördü: 

–  Girərəm  də!  Ba!  Siz  də  buradasınız!  Sizin  burada 

olmağınız lap  yaxşı  oldu!  Budur,  mən  də  gəldim!  İndi  axı, 

mən necə... 

– Girin içəri, – dedim, – nədən qorxursunuz? 

– Mən heç bir şeydən qorxmuram, siz lap yəqin bilin, 

ona  görə  qorxmuram  ki,  vallah,  heç  təqsirim  yoxdur.  Elə 

bilirsiniz  mənim  təqsirim  var?  Bu  saat  görəcəksiniz,  mən 

özümü təmizə çıxaracağam, – örtülü qapı qabağında dayanıb 

süni  bir  cəsarətlə  bərkdən  səsləndi.  –  Nataşa,  gəlmək 

olarmı? 

Cavab verən olmadı. 

Narahat bir halda məndən soruşdu: 

– Bu nə olan şeydir? 

Dedim ki: 

– Heç bir şey yoxdur, o bu saat orada idi, bəlkə bir işi 

var... 

Alyoşa üsulluca qapını açıb, otağı qorxa-qorxa gözdən 



keçirdi. Heç kəs yox idi. 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə