F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə40/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   36   37   38   39   40   41   42   43   ...   161

 

197 


Birdən  onu  küncdə,  şkafla  pəncərə  arasında  gördü. 

Nataşa  sanki  orada  gizlənmişdi,  özü  də  sanki  ayaq  üstə 

ölmüşdü.  Bu  indi  də  yadıma  düşəndə  gülməyə  bilmirəm. 

Alyoşa səssizcə və ehtiyatla ona yaxınlaşdı. 

Nataşaya qorxa-qorxa baxdı, çəkinə-çəkinə dedi: 

– Nataşa, sənə nə olub? Xoş gördük, Nataşa! 

Nataşa bərk karıxdı, sanki müqəssir o idi: 

– Nə olacaq ki... heç bir şey!.. Sən... çay içirsən? 

Alyoşa özünü itirdi: 

–  Nataşa,  qulaq  as...  Sən  bəlkə  də  yəqin  eləmisən  ki, 

mən  təqsirkaram...  Ancaq  yox,  mənim  təqsirim  yoxdur, 

mənim  heç  təqsirim  yoxdur!  Bilirsənmi...  Bu  saat  sənə 

danışaram. 

Nataşa pıçıldayaraq dedi: 

– Neynirsən axı? Yox, yox, lazım deyil... Yaxşısı budur 

əlini ver... Qurtardı getdi... Həmişəki kimi... 

Nataşa  küncdən  çıxdı,  onun  yanaqları  qızarmağa 

başladı. 

O, yerə baxırdı, elə bil ki, Alyoşaya baxmağa qorxurdu. 

Alyoşa həyəcanla çığırdı: 

downloaded from KitabYurdu.org



 

198 


–  Ah,  ilahi!  Mənim  təqsirim  olsaydı,  indi  heç  sənin 

üzünə  baxmağa  da  cəsarət  etməzdim!  –  sonra  mənə  tərəf 

dönərək,  yenə  çığıra-çığıra  dedi.  –  Bir  baxın,  baxın!  Bu 

məni müqəssir hesab edir! Hamı mənim əleyhimədir, bütün 

dünya mənim əleyhimədir. Mən beş gündür bura gəlmirəm! 

Söz yayılıb ki, mən o qızın yanındayam. İndi bir baxın da! 

Nataşa məni əfv edir! Deyir ki: “Əlini ver, qurtardı getdi!” 

Nataşa,  mənim  əzizim,  mənim  mələyim!  Mənim  təqsirim 

yoxdur,  sən  bunu  bil!  Mənim,  bax,  bircə  belə  də  təqsirim 

yoxdur. Əksinə! Əksinə! 

–  Amma...  Amma  indi  sən  orada...  Səni  bu  gün  ora 

çağırıblar...  Nə  cür  olub  ki,  bura  gəlmisən?  Sa...  saat 

neçədir? 

–  On  birin  yarısıdır!  Mən  ora  da  getmişdim...  Ancaq 

özümü xəstəliyə vurdum, çıxıb getdim, bu beş gündə birinci 

dəfədir  ki,  mən  sərbəstəm,  birinci  dəfədir  ki,  mən  onların 

əlindən  qaçıb  qurtara  bildim,  sənin  yanına  gəldim,  Nataşa! 

Mən  əvvəl  də  gələ  bilərdim,  ancaq  qəsdən  gəlmirdim! 

Deyəcəksən ki, niyə? Bu saat bilərsən, danışaram, elə bunun 

üçün də sənin yanına gəlmişəm, ancaq vallah, bu dəfə sənin 

downloaded from KitabYurdu.org



 

199 


qarşında  heç  bir  təqsirim  yoxdur,  heç!  Heç  bir  təqsirim 

yoxdur! 


Nataşa  başını  qaldırıb  ona  baxdı...  Lakin  Alyoşanın 

baxışlarında elə bir doğruluq, üzündə elə bir sevinc, elə bir 

fərəh,  elə  bir  düzlük  ifadə  olunurdu  ki,  onun  sözlərinə 

inanmamaq  mümkün  deyildi.  Mən  elə  güman  edirdim  ki, 

onlar  yenə  çığıraraq,  yüyürüb  bir-birini  qucaqlayacaq, 

əvvəllər  bir  neçə  dəfə  belə  olmuşdu,  onlar  barışanda  bir-

birini qucaqlayardılar. Lakin Nataşa sanki duyduğu fərəh və 

sevincin təzyiqi altında başını aşağı saldı, birdən... Yavaşca 

ağlamağa  başladı.  Alyoşa  bunu  görüb  özünü  saxlaya 

bilmədi.  Nataşanın  ayaqlarına  yıxıldı,  onun  əllərini, 

ayaqlarını  öpməyə  başladı,  o  sanki  çılğınlıq  həyəcanına 

tutulmuşdu.  Mən  kreslonu  Nataşanın  altına  çəkdim.  Nataşa 

oturdu. Onun dizləri əsirdi. 

 

downloaded from KitabYurdu.org




 

200 


İKİNCİ HİSSƏ 

 

I FƏSİL 

 

Bir dəqiqədən sonra biz gülməkdən uğunub gedirdik. 



Alyoşa gur səslə bizim səsimizi batıraraq deyirdi: 

– Bir qoyun da, bir qoyun danışım da! Bunlar elə bilir 

ki, indi də əvvəlki kimi olacaq... Mən yenə də boş-boş sözlər 

danışacağam... Mən sizə deyirəm ki, çox maraqlı bir məsələ 

var! Siz susacaqsınız, ya yox? 

O,  yamanca danışmaq istəyirdi. Onun yeni və  mühüm 

xəbərlər söyləyəcəyini üzündən təyin etmək olardı. Lakin bu 

yeni xəbərləri bildiyindən, uşaqcasına lovğalanır, özünü tox 

tuturdu  və  bu  da  Nataşanı  o  saat  güldürdü.  Mən  də  qeyri-

ixtiyari  olaraq  güldüm.  Onun  bizə  acığı  tutduqca,  biz  daha 

da çox gülürdük. Alyoşanın acıqlanması, sonra da uşaq kimi 

məyus  olması  axırda  bizi  də  o  dərəcəyə  gətirib  çıxartdı  ki, 

adam  bu  zaman,  Qoqolun  miçmanı

1

  kimi,  ancaq  barmaq 



                                                 

1

MiçmanDırkanəzərdə tutulur: onun son dərəcəgüləyən olması barəsində 



leytenantJevkin Qoqolun “Evlənmə” əsərində danışır. 

downloaded from KitabYurdu.org




201 

göstərməklə gülməkdən uğunub gedir. Mavra da mətbəxdən 

gəlib  qapı  ağzında  durmuşdu,  o,  qəzəblə  bizə  baxır, 

Nataşanın 

Alyoşaya 

yaxşıca 


bir 

qulaq 


burması 

verməməsindən  acığı  tuturdu.  O  beş  gün  idi  ki,  Nataşanın 

belə bir  şey  edəcəyini  məmnuniyyətlə  gözləyirdi,  lakin  indi 

bunun əvəzinə onlar hamısı gülüb danışırdı. 

Axırda  Nataşa  bizim  gülməyimizdən  Alyoşanın 

inciyəcəyini görüb gülüşünü kəsdi. Soruşdu ki: 

– Yaxşı, sən nə danışmaq istəyirsən? 

Mavra  Alyoşaya  qətiyyən  hörmət  göstərməyərək,  ona 

danışmağa macal vermədi: 

– Samovar qoyummu? 

Alyoşa  əlini  Mavraya  tərəf  yelləyir,  onu  qovmağa 

tələsirdi: 

–  Get,  Mavra,  get!  Mən  nə  olubsa,  nə  olacaqsa, 

hamısını  danışacağam,  ona  görə  ki,  mən  bunların  hamısını 

bilirəm. Dostlar, görürəm ki, siz bir şeyi bilmək istəyirsiniz: 

bilmək  istəyirsiniz  ki,  mən  bu  beş  günü  harada  idim.  Elə

mən  də  bunu  söyləmək  istəyirəm,  amma  siz  mənə  imkan 

vermirsiniz.  Əvvəla,  onu  deyim  ki,  Nataşa,  mən  səni 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə