F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə44/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   40   41   42   43   44   45   46   47   ...   161

 

216 


Que lle charmante peinture

1

. Bu ki, lap mələkdir! Knyaginya 



bunu  eşidəndə  az  qaldı  ki,  özündən  getsin,  söz  o  qədər 

ürəyinə  yatmışdı.  Başladı  məndən  cürbəcür  şeylər 

soruşmağa, harada oxumusan, kimlərin evinə gedirsən, sənin 

nə qəşəng saçın var, baş alıb getdi! Mən də onu güldürdüm, 

ona biabırçı bir əhvalat danışdım. Onun belə şeylərdən xoşu 

gəlir, barmağı ilə məni hədələdi, amma çox güldü. Gedəndə 

məni  öpdü,  xaç  vurdu,  dedi  ki  hər  gün  gəl,  məni  əyləndir. 

Qraf  mənim  əlimi  sıxdı,  onun  gözləri  par-par  parıldayırdı, 

atam da ki, çox xoştəbiətli, çox təmiz ürəkli, çox nəcib adam 

olsa  da,  istəyir  inanın,  istəyir  inanmayın,  evə  qayıdanda  az 

qaldı ki, sevincindən ağlasın. Məni qucaqladı, mənimlə açıq 

danışdı,  mənsəb,  əlaqə,  pul,  evlənmək  haqqında  bir  çox 

gizlin şeylər  açıb dedi,  elə şeylər  ki,  mən  heç  çoxunu başa 

da  düşmədim.  Pulu  da  mənə  onda  verdi.  Bu  əhvalat  dünən 

olmuşdu.  Mən  sabah  da  knyaginyanın  yanına  gedəcəyəm, 

ancaq  hər  halda,  mənim  atam  çox  nəcib  adamdır,  ürəyinizə 

ayrı  şey  gəlməsin,  Nataşa,  məni  səndən  ayırmaq  istəsə  də, 

nəcib  adamdır.  O  bunu  ona  görə  eləyir  ki,  gözü 

                                                 

1

Nə gözəl şəkildir! (frans.) 



downloaded from KitabYurdu.org


 

217 


bağlanmışdır,  ona  görə  eləyir  ki,  Katyanın  milyonlarını  ələ 

keçirmək  istəyir,  amma  sənin  milyonların  yoxdur,  bu  pulu 

da  ancaq  mənim  üçün  istəyir,  ancaq  səni  tanımadığından, 

sənin  haqqında  haqsızlıq  eləyir.  Axı  hansı  ata  öz  oğlunun 

xoşbəxt  olmasını  istəmir?  Axı  o,  xoşbəxtliyi  milyonlarda 

görməkdə  təqsirkar  deyil.  Onlar  hamısı  belədir.  Ona  ancaq 

bu cür baxmaq lazımdır, ayrı cür yox, onda o da elə dərhal 

haqlı  çıxacaq.  Nataşa,  mən  qəsdən  sənin  yanına  gəlməyə 

tələsdim  ki,  səni  buna  inandırım,  ona  görə  ki,  mən  bilirəm, 

sən  elə  əvvəldən  onun  əleyhinəsən,  əlbəttə,  buna  sən 

təqsirkar deyilsən. Mən səni müqəssir saymıram. 

Nataşa soruşdu: 

–  Deməli,  sənin  bütün  işin  knyaginyanın  xoşuna 

gəlmək olmuşdur? Bütün kələyin bundan ibarətdir? 

–  Necə?  Sən  nə  deyirsən?  Mən  hələ  mətləbə  təzə 

başlamışam...  Mən  ona  görə  knyaginyadan  danışdım  ki, 

onun  vasitəsilə  atamı  ələ  alacağam,  bilirsənmi,  mən  əsl 

mətləbə hələ heç başlamamışam. 

– Di başla!.. 

Alyoşa sözünə davam edərək dedi: 

downloaded from KitabYurdu.org



 

218 


– Bu gün mənim başıma yenə də bir əhvalat gəlib, özü 

də  çox  qəribə  əhvalatdır,  belə  ki,  mən  hələ  də  heyrət 

içindəyəm.  Bir  şeyi  də  mən  sizin  nəzərinizə  çatdırmaq 

istəyirəm:  atamla  qrafinya  mənim  o  qızla  evlənmək 

məsələmi öz aralarında həll edib qurtarsalar da, rəsmi olaraq 

hələ heç bir şey  yoxdur, belə ki, mən lap elə bu saat ondan 

ayrılsam da, heç bir biabırçılıq-filan olmaz, bunu bircə qraf 

Nainski bilir, o da ki, atamın qohumu, hamisi hesab olunur. 

Bir də ki, bu iki həftə içərisində mən Katya ilə çox oturub-

dursam  da,  lap  bu  axşama  qədər  biz  gələcək  barədə,  yəni 

evlənmək  barədə,  həm  də  sevgi  barədə  bircə  kəlmə  də 

danışmamışıq.  Bundan  başqa,  əvvəl  knyaginya  K.-nın 

razılığını  almaq  lazımdır,  bizimkilər  ondan  cürbəcür 

hamilik,  böyük  nemətlər  gözləyir.  O  nə  desə,  kübar 

cəmiyyət  də  onu  deyəcək,  onun  yuxarılarda  çox  böyük 

əlaqəsi  var...  Mənim  də  mütləq  kübar  cəmiyyətinə 

düşməyimi,  ictimai  bir  mövqe  qazanmağımı  istəyirlər. 

Xüsusilə,  bütün  bu  şeyləri  Katyanın  ögey  anası  qrafinya 

tələb  edir.  Məsələ  burasındadır  ki,  knyaginya  onu,  xaricdə 

etdiyi  cürbəcür  işlərinə  görə,  hələ  heç  qəbul  etməz, 

downloaded from KitabYurdu.org



 

219 


knyaginya  da  ki,  qəbul  etmədi  –  onda  başqaları  da  qəbul 

etməz, buna görə də əllərinə yaxşı fürsət düşüb, bu da məni 

Katya  ilə  evləndirməkdir!  Qrafinya  əvvəl  bunun  əleyhinə 

idi,  amma  bu  gün  mənim  knyaginyanın  yanında 

müvəffəqiyyət  qazanmağımdan  son  dərəcə  sevindi.  Bunu 

qoyaq bir tərəfə, əsl məsələ budur ki, Katerina Fyodorovnanı 

mən  keçən  ildən  tanıyırdım,  axı  mən  onda  hələ  uşaq  idim, 

heç  bir  şey  başa  düşə  bilməzdim,  buna  görə  də  o  zaman 

Katyada yaxşı bir cəhət görə bilmədim... 

Nataşa onun sözünü kəsdi: 

– Onda sən məni çox sevirdin, buna görə də onda yaxşı 

bir cəhət görə bilməmişdin, amma indi... 

Alyoşa qızğın halda bərkdən dedi: 

–  Nataşa,  sus!  Sən  tamam  yanılırsan,  məni  də  təhqir 

edirsən!..  Mən  hətta  sənin  bu  sözünə  cavab  da  vermirəm! 

Ardına  qulaq  as,  onda  məsələ  sənə  aydın  olar...  Ah,  sən 

Katyanı tanısaydın! Heç bilirsən o necə incə, aydın, sevimli 

bir  qəlbə  malikdir?!  Sən  bunu  biləcəksən,  ancaq  axıra  kimi 

qulaq as! İki həftə bundan əvvəl, onlar gələndən sonra, atam 

məni  Katyanın  yanına  apardı,  mən  onda  Katyaya  diqqətlə 

downloaded from KitabYurdu.org



 

220 


baxdım. Gördüm ki, o da diqqətlə mənə baxır. Bu məni çox 

maraqlandırdı, hələ mən onu demirəm ki, Katyanı yaxından 

tanımaq  üçün  mənim  özümün  xüsusi  bir  fikrim  vardı,  bu 

fikir  də  məndə,  atamın  o  məktubunu  alandan  sonra  əmələ 

gəlmişdi,  həmin  məktub  məni  nə  qədər  heyrətə  salmışdı! 

Ayrı  heç  bir  şey  deməyəcəyəm,  onu  tərif  etməyəcəyəm, 

ancaq  bircə  şey  deyəcəyəm:  o  bizim  cəmiyyətimizdə  olan 

adamlardan  tamamilə  fərqlənir.  O  elə  bir  təbiətə,  elə  bir 

qüvvətli,  gözəl  qəlbə  malikdir  ki,  özü  də  onun  qəlbi  öz 

təmizliyi,  doğruluğu  ilə  qüvvətlidir.  Yalnız  on  yeddi  yaşı 

olsa  da,  mən  onun  qarşısında  uşağam,  onun  kiçik 

qardaşıyam.  Mən  onda  bir  şey  də  gördüm:  o  çox  qəmgin 

olur,  elə  bil  ki, ürəyində  bir  sirri  var, özü  də  az  danışandır, 

evdə  çox  vaxt  susur,  elə  bil  ki,  nədənsə  çəkinir,  bir  şey 

düşünür. Elə bil atamdan qorxur. Ögey anasını sevmir, mən 

bunu  hiss  etdim.  Qrafinya  özü  nə  məqsədlə  isə  söz 

yaymışdır ki, ögey qızı onu çox sevir, bu doğru deyil. Katya 

ancaq qrafinyanın dediyinə qulaq asır, elə bil ki, bu barədə 

onunla  şərt  kəsmişlər.  Dörd  gün  bundan  əvvəl  bu  qədər 

müşahidədən sonra, mən öz fikrimi yerinə yetirmək qərarına 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə