F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə46/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   42   43   44   45   46   47   48   49   ...   161

 

226 


edir!  Siz  ona  görə  yaranmısınız  ki,  bir-birinizin  bacısı 

olasınız,  bir-birinizi  sevəsiniz!  Mən  bu  barədə  çox 

düşünmüşəm! Mən istərdim sizi bir-birinizlə tanış edim, sizi 

birləşdirim,  özüm  də  durub  sizə  baxıb  həzz  alım!  Nataşa, 

əzizim,  ürəyinə  ayrı  şey  gəlməsin,  icazə  ver,  mən  ondan 

söhbət  edim.  Mən  onun  barəsində  ancaq  səninlə  danışmaq 

istəyirəm,  sənin  barəndə  də  onunla!  Sən  özün  bilirsən  ki, 

mən  səni  hamıdan  çox  sevirəm,  onun  özündən  də  çox 

sevirəm... Sən mənim üçün hər şeysən! 

Nataşa dinib-danışmadan mehribanca, bir az da kədərlə 

ona  baxırdı.  Alyoşanın  sözləri  sanki  həm  könlünü  oxşayır, 

həm də ona əzab verirdi. 

Alyoşa sözünə davam edərək dedi: 

– Hələ iki həftə bundan əvvəl, mən Katyanın gözəl bir 

insan  olduğunu  qət  etdim.  Mən  axı  hər  axşam  onlara 

gedirdim. Görürdüm ki, evə qayıdandan sonra mən sizin hər 

ikinizin  barəsində  düşünürdüm,  çox-çox  düşünürdüm,  sizi 

bir-birinizlə müqayisə edirdim... 

Nataşa gülümsəyərək soruşdu: 

– Hansımız yaxşı çıxdı? 

downloaded from KitabYurdu.org



 

227 


– Hərdən sən, hərdən də o yaxşı çıxırdı. Ancaq axıra ən 

yaxşı çıxan sən olurdun. Mən onunla danışanda hiss edirəm 

ki,  özüm  də  daha  yaxşı  oluram,  daha  ağıllı,  daha  nəcib 

oluram. Sabah, sabah bütün məsələlər həll olunacaq! 

– Sənin ona yazığın gəlmir? Axı o səni sevir. Deyirsən 

ki, özüm bunu hiss etmişəm. 

–  Nataşa,  yazığım  gəlir.  Ancaq  biz  üçümüz  də  bir-

birimizi sevəcəyik, onda... 

Nataşa yavaşca, sanki öz-özünə dedi: 

– Onda, əlvida! 

Alyoşa təəccüblə ona baxdı. 

Bizim  söhbətimiz  heç  gözlənilmədiyi  halda,  birdən 

qırıldı.  Mətbəxdən  yüngül  bir  səs  gəldi,  elə  bil  ki,  ora  bir 

adam  girmişdi  (mətbəx  eyni  zamanda  evin  dəhlizi  idi).  Az 

sonra  Mavra  qapını  açdı,  gizlincə  işarə  edərək,  Alyoşanı 

bayıra  çağırdı.  Biz  hamımız  Mavradan  nə  olduğunu 

soruşduq. 

Mavra sirr ifadə olunan bir səslə dedi: 

– Səni soruşurlar, buyur gəl! 

Alyoşa təəccüblə bizə baxdı: 

downloaded from KitabYurdu.org



 

228 


– Bu vaxt məni kim soruşar? Gedim görüm kimdir. 

Mətbəxdə knyazın rəsmi geyimli lakeyi durmuşdu. Heç 

demə,  knyaz  evinə  qayıdanda  karetasını  Nataşanın  yaşadığı 

evin  qarşısında  saxlatdırmış,  lakeyini  göndərmiş  ki,  görsün 

Alyoşa  oradadır,  ya  yox.  Lakey  bunu  deyən  kimi, 

mətbəxdən çıxdı. 

Alyoşa karıxmış halda bizi gözdən keçirtdi: 

–  Çox  qəribədir!  Hələ  bu  vaxta  qədər  belə  bir  şey 

olmamışdı. Bu nə deməkdir? 

Nataşa təşvişlə ona baxdı. Birdən Mavra yenə də qapını 

açdı. 

Pıçıldayaraq tələsə-tələsə dedi: 



– Knyaz özü gəlir! – elə o saat da çəkilib getdi. 

Nataşanın rəngi ağardı, yerindən qalxdı. Birdən gözləri 

od kimi parıldadı. Stola azca söykənərək, həyəcanla qapıya 

baxdı, çağırılmayan qonaq bu qapıdan içəri girəcəkdi. 

Alyoşa  karıxmışdı,  lakin  özünü  itirməmişdi,  o 

pıçıldayaraq dedi: 

–  Nataşa,  qorxma,  sən  mənim  yanımdasan!  Mən 

qoymaram o sənə ağır bir söz desin! 

downloaded from KitabYurdu.org



 

229 


Qapı açıldı, knyaz Valkovski astanada göründü. 

 

downloaded from KitabYurdu.org




 

230 


II FƏSİL 

 

O,  cəld  və  diqqətlə  bizi  gözdən  keçirtdi.  Lakin  bu 



baxışdan,  bizim  yanımıza  onun  bir  dost,  ya  düşmən  kimi 

gəldiyini  hələ  təyin  etmək  olmazdı.  Mən  onun  zahiri 

görünüşünü  müfəssəl  olaraq  təsvir  edəcəyəm.  O  bu  axşam 

məni xüsusilə heyrətə saldı. 

Mən əvvəl də onu görmüşdüm. Onun yaşı qırx beşdən 

çox olmazdı, üzünün xətləri son dərəcə gözəl idi, ahəngdar 

idi, ifadəsi isə vəziyyətə görə dəyişərdi, lakin son dərəcə tez, 

həm də kəskin bir şəkildə, tamam dəyişərdi. Ən xoş bir ifadə 

–  ən  tutqun  və  narazılıq  bildirən  bir  ifadəyə  çevrilərdi,  elə 

bil  ki,  birdən  onun  bir  damarını  çəkirdilər.  Bir  qədər 

qarayanız,  uzunsov  üzündə  heç  bir  nöqsan  yox  idi,  dişləri 

çox  gözəl,  ağzı  kiçik,  dodaqları  nazik  idi.  Bir  az  uzunsov 

burnu düz və qəşəng idi. Geniş alnında bircə dənə də qırışıq 

görünmürdü,  iri,  boz  gözləri  vardı.  Bu  vəziyyəti  ilə  ona 

bəlkə  də  gözəl  demək  olardı,  ancaq  onun  üzü  adama  xoş 

təsir  bağışlamırdı.  Bu  üzün  ifadəsi  sanki  öz  təbii  ifadəsi 

deyildi,  bu  ifadə  həmişə  süni,  qondarma,  başqasından 

downloaded from KitabYurdu.org




 

231 


götürülmüş  bir  ifadə  olurdu.  Sizdə,  heç  vaxt  onun  üzündə 

onun öz həqiqi ifadəsini görə bilməyəcəyiniz haqqında, heç 

düşünmədən, qəti bir fikir  əmələ gəlirdi, onun üzündəki bu 

süni ifadə adamı ondan ikrah etməyə vadar edirdi. Diqqətlə 

baxdıqda,  siz  onun  bu  daimi  maskasının  altında  qəzəb, 

hiyləgərlik,  son  dərəcə  xudbin  bir  hiss  olduğunu  duymağa 

başlayacaqsınız.  Xüsusilə,  onun  zahirən  gözəl  görünən  iri, 

boz gözləri sizin diqqətinizi cəlb edəcəkdir. Elə bil ki, yalnız 

bunlar  onun  iradəsinə  tamamilə  tabe  ola  bilmirdi.  Bəlkə  də 

o,  adama  xoş,  mehriban  bir nəzərlə  baxmaq istəyirdi,  lakin 

onun  baxışlarından  yayılan  şüalar  elə  bil  ki,  iki  yerə 

bölünürdü.  Bu  xoş,  mehriban  şüalar  arasında  adama 

inanmayan, adamdan söz almaq istəyən, sərt, qəzəbli şüalar 

da  nəzərə  çarpırdı.  O  uca  boylu,  zərif  biçimli,  bir  az  arıq 

adam idi, öz yaşından xeyli cavan görünürdü. Tünd-sarışın, 

yumşaq  saçına  təzə-təzə  dən  düşürdü,  qulaqları,  əlləri, 

ayaqları  çox  qəşəng  idi,  bu  onun  tamamilə  feodal-dvoryan 

təbəqəsinə mənsub olduğunu göstərən bir gözəllik idi. O çox 

zərif  və  təravətlə,  lakin  bir  qədər  cavan  adam  ədası  ilə 

geyinmişdi, ancaq bu ona yaraşırdı. O elə bil ki, Alyoşanın 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə