F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə49/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   45   46   47   48   49   50   51   52   ...   161

 

241 


doğru yönəldilmiş qəlblər qabildir. Mən əminəm ki, Natalya 

Nikolayevna,  siz  onun  bugünkü  hərəkətində  nə  söz,  nə  də 

məsləhətinizlə  iştirak  etməmisiniz.  Bəlkə  də  bunu  onun 

özündən  indicə  eşitmisiniz.  Mən  səhv  etmirəm  ki?  Doğru 

demirəmmi? 

Nataşa dedi: 

–  Siz  səhv  etmirsiniz,  –  onun  üzündən  sanki  alov 

çıxırdı,  gözləri  qəribə  bir  işıqla,  sanki  ilhamla  parıldayırdı. 

Knyazın sözləri ona təsir etməyə başlayırdı. – Mən beş gün 

idi  ki,  Alyoşanı  görmürdüm.  Bütün  bu  şeyləri  o  özü 

düşünmüş, özü də yerinə yetirmişdir. 

Knyaz onun sözünü təsdiq etdi: 

–  Mütləq  belədir!  Bununla  belə,  heç  gözlənilmədiyi 

halda  onda  görünən  bu  gözüaçıqlıq,  bu  qətiyyət,  vəzifəni 

dərk  etmək,  nəhayət,  bu  nəcib  möhkəmlik  –  sizin  ona  olan 

təsirinizin  nəticəsidir.  İndi  mən  sizə  gələrkən,  bunların 

hamısını  tamam  mülahizə  etdim,  düşündüm,  düşünərkən 

birdən  özümdə  məsələni  qəti  həll  etmək  iqtidarını  duydum. 

Bizim  qrafinyagillə  qohum  olmaq  məsələmiz  pozulmuşdur, 

bunu  daha  düzəltmək  olmaz,  əgər  düzəlsə  də,  mən  daha 

downloaded from KitabYurdu.org



 

242 


buna yol vermərəm. Yaxşı, əgər mən özüm inanmışamsa ki, 

yalnız  siz  onu  xoşbəxt  edə  bilərsiniz,  onun  əsl  rəhbəri 

sizsiniz, 

siz 


onun 

gələcək 


xoşbəxtliyinin  əsasını 

qoymusunuz – qoy onda belə olsun! Mən sizdən heç bir şey 

gizlətmədim,  indi  də  gizlətmirəm,  mən  mənbəyi,  pulu, 

aristokratlığı,  hətta  rütbəni  çox  sevirəm.  Əslinə  qalanda, 

dərrakəm mənə deyir ki, bunların çoxu mənasız şeydir, lakin 

mən  bu  mənasız  şeyləri  sevirəm,  onları  heç  də  tapdalamaq 

istəmirəm.  Amma  bəzən  elə  bir  vəziyyət  əmələ  gəlir  ki, 

onda başqa mülahizələrə də yol vermək lazım gəlir, hər şeyi 

bir ülgü altına salmaq olmur... Bir də ki, mən öz oğlumu çox 

sevirəm. Sözün qısası, mən bu nəticəyə gəlmişəm ki, Alyoşa 

gərək  sizdən  ayrılmasın,  çünki  sizsiz  o  məhv  olar.  Bir  şeyi 

də qoy sizə etiraf edim! Mən bəlkə də bir ay olar bu qərara 

gəlmişəm,  lakin  yalnızca  indi  bu  qərarın  düzgün  olduğunu 

bildim.  Əlbəttə,  bu  şeyləri  sizə  söyləmək  üçün  mən  sizin 

yanınıza  sabah  da  gələ  bilərdim,  sizi  bu  gecə  vaxtında 

narahat  etməzdim.  Lakin  mənim  bu  tələsməyim  bəlkə  də 

sizə göstərər ki, mən bu işə necə qızğınlıqla, xüsusilə, necə 

bir  səmimiyyətlə  girişirəm.  Mən  uşaq  deyiləm,  mən  bu 

downloaded from KitabYurdu.org



 

243 


yaşımda  ətraflı  surətdə  düşünmədən  qəti  qərara  gələ 

bilmərəm.  Mən  bura  gələndə  hər  şeyi  ətraflı  surətdə 

düşünmüş, qəti qərara gəlmişdim. Lakin hiss edirəm ki, sizi 

tamamilə  səmimi  olduğuma  inandırmaq  üçün  mən  hələ 

gərək gözləyim... Keçək əsl mətləbə! İndi mən nə üçün bura 

gəldiyimi  deyimmi?  Mən  gəldim  ki,  sizin  qarşınızda  öz 

vəzifəmi  yerinə  yetirim:  sizə  hədsiz  dərəcədə  olan 

hörmətimi  izhar  etməklə,  sizdən  təntənəli  surətdə  xahiş 

edirəm  ki,  mənim  oğlumu  xoşbəxt  edəsiniz,  onunla 

evlənməyinizə razılıq verəsiniz. Amma siz elə zənn etməyin 

ki,  mən  bura  öz  uşaqlarını  əfv  etmək,  onların  xoşbəxt 

olmalarına  mərhəmət  göstərərək,  razılıq  vermək  qərarına 

gələn heybətli bir ata kimi gəlmişəm. Yox! Yox! Siz məndə 

belə  bir  fikir  olduğunu  güman  etsəniz,  məni  alçaltmış 

olarsınız.  Lakin  onu  da  zənn  etməyin  ki,  mənim  oğlumdan 

ötrü  sizin  bir  çox  şeyi  fəda  etdiyinizə  əsaslanaraq,  mən 

qabaqcadan  buna  razı  olacağınıza  əmin  idim,  yenə  də  yox! 

Mən  birinci  olaraq,  açıq  deməliyəm  ki,  o  sizə  layiq  deyil... 

(o  xoşbəxt,  təmiz  ürəkli  bir  adamdır)  Özü  də  bunu  təsdiq 

edər.  Lakin  məsələ  bununla  bitmir,  məni  belə  bir  vaxtda 

downloaded from KitabYurdu.org



 

244 


bura  cəzb  edən  yalnız  bu  deyil...  Mən  bura  ona  görə 

gəlmişəm ki... (knyaz hörmətlə, bir qədər də təntənə ilə azca 

yerdən  qalxdı)  Mən  bura  sizin  dostunuz  olmaq  üçün 

gəlmişəm!  Bilirəm,  mənim  buna  qətiyyən  haqqım  yoxdur! 

Lakin  icazə  verin  mən  bu  haqqı  qazanım!  İcazə  verin  mən 

buna əmin olum! 

Knyaz Nataşanın qarşısında hörmətlə baş əyərək onun 

cavabını  gözləyirdi.  O  danışdıqca  mən  onu  diqqətlə 

müşahidə edirdim. O özü də bunu hiss etmişdi. 

O  öz  sözünü,  bir  qədər  aristokrat  işvəsinə  uyaraq, 

soyuq  bir  tərzdə  söylədi.  Onun  ifadə  tərzi,  hətta  belə 

qaydadan  xaric  bir  vaxtda,  xüsusilə,  arada  belə  bir 

münasibət  olduğu  halda,  ilk  dəfə  onu  bura  cəlb  edən 

coşqunluğuna bəzən heç uyğun gəlmirdi. Onun bəzi ifadələri 

nəzərə  çarpacaq  dərəcədə  təmtəraqlı  idi,  uzun  və  uzunluğu 

ilə qəribə görünən danışığının bəzi yerlərində o sanki özünə 

süni  bir  qəribəlik  verir,  zahirə  çıxmaq  istəyən  hisslərini 

etinasızlıq və zarafat içində gizlətməyə çalışırdı. Bunu mən 

sonra  başa  düşdüm.  Lakin  danışarkən  bu  hiss  olunmurdu. 

Son sözləri elə bir həyəcanla, elə bir hiss ilə, Nataşaya qarşı 

downloaded from KitabYurdu.org



 

245 


elə  bir  səmimi  ehtiramla  dedi  ki,  bununla  bizim  hamımızı 

məğlub etdi. Hətta onun kirpiklərində yaşa bənzər bir şey də 

nəzərə  çarpdı.  Nataşanın  nəcib  qəlbi  tamamilə  məğlub 

edilmişdi.  Knyaz  yerindən  qalxan  kimi,  Nataşa  da  ayağa 

qalxdı, böyük bir həyəcan içində, dinməz-söyləməz əlini ona 

uzatdı. Knyaz onun əlini əlinə alıb, hiss və nəvazişlə öpdü. 

Alyoşa fərəhindən heç bilmirdi nə etsin. Ucadan dedi: 

– Nataşa, mən sənə nə deyirdim? Sən mənə inanmırdın! 

Sən inanmırdın ki, o,  dünyada  ən nəcib  adamdır!  İndi özün 

görürsən ki, görürsən ki?.. 

Alyoşa atasına tərəf yüyürüb, onu bərk-bərk qucaqladı. 

Knyaz  da  onu  eyni  qızğınlıqla  qucaqlayıb  bağrına  basdı, 

lakin  bu  hiss  dolu  hərəkətini  tez  ixtisara  saldı,  sanki  öz 

hisslərini büruzə verməkdən utanırdı. 

Knyaz: 

–  Daha  bəsdir,  –  deyib  şlyapasını  götürdü,  –  mən 



gedirəm,  –  gülümsəyərək  əlavə  etdi.  –  Mən  sizdən  onca 

dəqiqə vaxt istədim, amma düz bir saat oturdum. Lakin mən 

sizinlə  yenə  də  mümkün  qədər  tez  görüşmək  kimi  ən  odlu 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə