F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə50/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   46   47   48   49   50   51   52   53   ...   161

 

246 


bir  arzu  səbirsizliyi  ilə  gedirəm.  İcazə  verərsinizmi  mən 

mümkün qədər tez-tez sizin yanınıza gəlim? 

Nataşa dedi: 

– Bəli, bəli! Mümkün qədər tez-tez! – sonra da şaşqın 

halda əlavə etdi. – Mən istəyirəm sizi... tez sevim... 

Knyaz onun sözlərini eşidərək gülümsədi: 

–  Siz  nə  qədər  səmimisiniz,  nə  qədər  təmizsiniz!  Siz 

hətta  adi  bir  nəzakət  göstərmək  üçün  də  hiyləgərlik  etmək 

istəmirsiniz.  Lakin  sizin  səmimiyyətiniz  bütün  bu  saxta 

nəzakətlərdən  qiymətlidir.  Bəli!  Mən  dərk  edirəm  ki,  sizin 

məhəbbətinizə  layiq  olmaq  üçün  hələ  uzun  zaman 

çalışmalıyam! 

Nataşa karıxmış halda pıçıldadı: 

– Bəsdir, məni az tərif edin... Daha bəsdir. 

Bu anda o nə qədər gözəl idi! 

– Yaxşı! Ancaq bir-iki kəlmə də sözüm var, onu deyim, 

sonra.  Siz  mənim  nə  qədər  bədbəxt  olduğumu  təsəvvür  edə 

bilərsinizmi! 

Mən 

axı  sabah  sizin  yanınıza  gələ 



bilməyəcəyəm, sabah da, o birisi gün də! Bu axşam mən bir 

məktub  almışam,  bu  məktub  mənim  üçün  o  qədər 

downloaded from KitabYurdu.org



 

247 


mühümdür ki, (mən gərək tezliklə bir işdə iştirak edəm) mən 

qətiyyən  ondan  boyun  qaçıra  bilmərəm.  Sabah  səhər  mən 

Peterburqdan  gedirəm.  Rica  edirəm,  elə  zənn  etməyin  ki, 

mən sabah da, o birisi gün də vaxtım olmadığı üçün belə gec 

vaxtda  sizin  yanınıza  gəlmişəm.  Siz  yəqin  ki,  belə 

düşünməzsiniz.  Budur,  mənim  vasvasılığımdan  sizin  üçün 

kiçik  bir  nümunə!  Niyə  mənə  elə  gəldi  ki,  siz  mütləq  belə 

düşünəcəksiniz?  Bəli,  vasvasılıq  mənim  həyatımda  mənə 

çox mane olmuşdur, bəlkə də sizin ailənizlə olan çəkişməm, 

ancaq  mənim  bu  miskin  xasiyyətimin  nəticəsində  baş 

vermişdir!..  Bu  gün  çərşənbə  axşamıdır.  Mən  çərşənbə, 

cümə axşamı, cümə günü Peterburqda olmayacağam. Şənbə 

günü mən mütləq qayıdacağıma əminəm, elə o gün də sizin 

yanınıza gələcəyəm. Deyin görüm, mən bütün axşamı sizin 

yanınızda ola bilərəmmi? 

Nataşa həyəcanla dedi: 

– Mütləq ola bilərsiniz, mütləq! Şənbə günü axşam sizi 

gözləyirəm! Səbirsizliklə gözləyirəm! 

–  Mən  nə  xoşbəxtəm!  Mən  get-gedə  sizi  daha  yaxşı 

tanıyacağam!  Belə...  Mən  gedim!  –  birdən  o  mənə  tərəf 

downloaded from KitabYurdu.org



 

248 


dönərək əlavə etdi. – Lakin mən sizin əlinizi sıxmadan gedə 

bilmirəm!  Bağışlayın!  İndi  bizim  danışığımızda  bir 

rabitəsizlik var... Mən bir neçə dəfə sizə rast gəlmək şərəfinə 

nail  olmuşam,  hətta  bizi  bir  dəfə  bir-birimizə  təqdim  də 

etmişlər.  Sizinlə  tanışlığı  ehya  etməyin  mənim  üçün  nə 

qədər  xoş  olduğunu  izhar  etmədən  mən  buradan  gedə 

bilmərəm. 

Mən onun mənə tərəf uzatdığı əlini sıxdım. 

– Biz bir-birimizə rast gəlmişik, bu doğrudur, ancaq üzr 

istəyirəm, sizinlə tanış olmağım yadımda deyil. 

– Keçən il knyaz R.-in evində tanış olmuşuq. 

–  Üzr  istəyirəm,  yadımdan  çıxıb.  Ancaq  sizi  əmin 

edirəm  ki,  bu  dəfə  yadımdan  çıxmayacaq.  Xüsusilə,  bu 

axşam mənim üçün unudulmaz bir axşamdır. 

–  Bəli,  siz  haqlısınız,  mənim  üçün  də!  Mən  çoxdan 

bilirəm  ki,  siz  Natalya  Nikolayevnanın,  mənim  oğlumun 

səmimi  dostusunuz!  Mən  əminəm  ki,  sizin  üçünüzün 

arasında  mən  də  dördüncü  bir  dost  olacağam.  –  Nataşaya 

tərəf dönərək əlavə etdi. – Elə deyilmi? 

Nataşa dərin bir hiss ilə: 

downloaded from KitabYurdu.org



 

249 


–  Bəli,  –  dedi,  –  o  bizim  səmimi  dostumuzdur,  biz 

hamımız bir yerdə olmalıyıq! 

Yazıq  qız!  Knyazın  mənə  yaxınlaşdığını  görüb  nə 

qədər sevindi! O məni nə qədər sevirdi! 

Knyaz: 

–  Mən sizin  istedadınıza  pərəstiş  edən çox  adama  rast 



gəlmişəm,  –  dedi.  –  Eyni  zamanda,  iki  xanım  tanıyıram  ki, 

onlar  sizə lap  ürəkdən  hörmət  bəsləyir. Sizinlə  şəxsən  tanış 

olmaq  onlar  üçün  çox  xoş  olacaqdır.  Onlar  da  mənim  ən 

yaxşı  dostum  qrafinya,  bir  də  onun  ögey  qızı  Katerina 

Fyodorovna  Filimonovadır.  İcazə  verin  əmin  olduğumu 

bildirim  ki,  o  xanımları  təqdim  etmək  zövqündən  siz  məni 

məhrum etməyəcəksiniz. 

– Bu saat mənim tanışlarım az da olsa, bu mənim üçün 

çox xoşdur... 

–  Siz  öz  ünvanınızı  mənə  verin.  Siz  harada 

yaşayırsınız? Mən məmnuniyyətlə... 

– Knyaz, mən bu saat heç kəsi qəbul etmirəm. 

–  Mən  müstəsna  olmaq  haqqını  qazanmasam  da...  hər 

halda... 

downloaded from KitabYurdu.org



 

250 


–  Buyurun,  əgər  siz  tələb  edirsinizsə,  deyim  ki,  bu 

mənim üçün çox xoşdur. Mən M. dalanında Klugenin evində 

yaşayıram. 

Knyaz bir şeyə son dərəcə təəccüb etmiş kimi bərkdən 

dedi: 

–  Klugenin  evində?!  Necə?!  Siz  orada  çoxdan 



yaşayırsınız? 

Mən qeyri-ixtiyari olaraq ona diqqətlə baxdım: 

–  Yox,  çoxdan  yaşamıram.  Mənim  otağımın  nömrəsi 

qırx dörddür. 

– Qırx dörd? Tək yaşayırsınız? 

– Bəli, tək. 

– Hə-ə! Mən ona görə ki... deyəsən, bu evi tanıyıram... 

Bu  daha  yaxşı...  Mütləq  sizə  gələcəyəm,  mütləq!  Səninlə 

gərək bir çox məsələ haqqında danışım. Mən sizdən çox şey 

gözləyirəm.  Siz  bir  çox  məsələdə  məni  minnətdar  edə 

bilərsiniz.  Görürsünüzmü,  mən  doğrudan-doğruya  xahişdən 

başlayıram. Yaxşı, xudahafiz! Bir də əlinizi verin! 

O mənim də, Alyoşanın da əlini sıxdı, bir də Nataşanın 

əlini öpdü, Alyoşanı özü ilə bərabər aparmadan çıxıb getdi. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə