F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə51/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   47   48   49   50   51   52   53   54   ...   161

 

251 


Biz üçümüz də böyük bir təşviş içində qaldıq. Bütün bu 

şeylər heç gözlənilmədiyi halda, qəfildən baş vermişdi. Biz 

hiss  edirdik  ki,  bir  anda  hər  şey  dəyişmişdir,  yeni,  məchul 

bir  şey  başlanmışdır.  Alyoşa  kirimişcə  Nataşanın  yanında 

oturdu,  yavaşca  onun  əlini  öpdü.  Arabir  Nataşanın  üzünə 

baxır, sanki onun bir şey deyəcəyini gözləyirdi. 

Axırda Nataşa dedi: 

–  Əzizim  Alyoşa,  sabah  Katerina  Fyodorovnanın 

yanına get. 

– Mən özüm də bunu fikirləşirdim. Mütləq gedəcəyəm. 

– Bəlkə də səni görmək onun üçün ağır olacaq... Necə 

eləyək? 


–  Bilmirəm,  əzizim.  Mən  bunu  da  fikirləşmişəm. 

Baxaram...  görüm...  nə  qərara  gəlirəm,  –  Alyoşa  səbir 

etməyərək  dedi.  –  Nataşa,  indi  bizim  həyatımızda  hər  şey 

dəyişmişdir. 

Nataşa  gülümsəyərək,  mehribanlıq  ifadə  olunan  bir 

nəzərlə ona xeyli baxdı. 

Alyoşa: 

downloaded from KitabYurdu.org




 

252 


– Gördünmü, – dedi,  – o nə qədər nəzakətlidir? Sənin 

belə  yoxsul bir otaqda  yaşadığını  gördü,  amma  bircə kəlmə 

də söz demədi. 

– Nə barədə? 

Alyoşa qızararaq əlavə etdi: 

– Başqa bir otağa köçmək barəsində... ya da başqa bir 

şey... 

– Bəsdir, Alyoşa! Axı nə üçün?! 



–  Mən  də  ona  görə  deyirəm  ki,  çox  nəzakətlidir.  Səni 

yaman  təriflədi!  Mən  axı  deyirdim...  deyirdim!  O  hər  şeyi 

başa düşə bilər, hiss edə bilər! Mənim barəmdə  elə danışdı 

ki, elə bil bir uşaq barəsində danışdı, onlar hamısı məni uşaq 

hesab eləyir. Doğrudan da, mən elə uşağam. 

–  Sən  uşaqsan,  amma  bizim  hamımızdan  arifsən. 

Alyoşa, sənin çox gözəl qəlbin var. 

–  O  dedi  ki,  sənin  gözəl  qəlbin  sənə  ziyan  yetirir.  Bu 

necə  ola  bilər?  Başa  düşmürəm.  Nataşa,  bilirsən  nə  var? 

Mən  bu  saat  atamın  yanına  getməliyəm.  Getməyimmi? 

Sabah səhər açılan kimi, sənin yanında olacağam. 

downloaded from KitabYurdu.org




 

253 


–  Get,  get,  əzizim!  Bunu  yaxşı  fikirləşmisən.  Mütləq 

onu  gör,  eşidirsənmi?  Sabah  mümkün  qədər  tezdən  gəl.  – 

Sonra baxışları ilə onu oxşayaraq, hiyləgərcəsinə əlavə etdi. 

– İndi daha məndən beş günlərlə qaçmayacaqsan ki? 

Biz hamımız sakit, dolğun bir sevinc içində idik. 

Alyoşa otaqdan çıxarkən bərkdən səsləndi: 

– Vanya, sən də gedirsənmi? 

–  Yox,  o  qalır.  Vanya,  biz  hələ  bir  az  söhbət  edərik. 

Bax, yadından çıxartma ha, sabah səhər açılan kimi! 

– Səhər açılan kimi! Mavra, xudahafiz! 

Mavra  böyük  bir  həyəcan  içində  idi.  Knyaz  nə 

danışmışdısa, o hamısını eşitmişdi, hamısına qulaq asmışdı, 

ancaq  çoxunu  başa  düşməmişdi.  O  istəyirdi  ki,  başa 

düşmədiklərini  də  soruşub  bilsin.  İndi  hələlik  o  çox  ciddi, 

hətta  lovğa-lovğa  onlara  baxırdı.  O  da  bir  çox  şeyin 

dəyişdiyini hiss edirdi. 

Otaqda  biz  ikimiz  qaldıq.  Nataşa  mənim  əlimi  əlinə 

alıb xeyli susdu, sanki düşünürdü ki, nə desin. 

Nəhayət, zəif bir səslə dedi: 

downloaded from KitabYurdu.org




 

254 


–  Yorulmuşam!  Mənə  bax,  sən  sabah  bizimkilərin 

yanına gedəcəksən? 

– Mütləq gedəcəyəm. 

– Anama de, amma atama demə. 

–  Onsuz  da  sənin  barəndə  onunla  heç  bir  şey 

danışmıram. 

–  O  yaxşıdır.  Sən  deməsən  də,  o  özü  bunu  biləcək. 

Ancaq  sən  gör,  o  nə  deyəcək.  Bu  məsələyə  necə  baxacaq. 

Ah,  ilahi!  Vanya!  Yoxsa,  o  məni  doğrudan  da,  belə  ərə 

getmək üstündə qarğıyacaq? Yox, ola bilməz! 

Mən cəld dedim: 

– Knyaz hər şeyi gərək yoluna qoysun. O gərək mütləq 

atanla barışsın. Onda hər şey düzələr. 

Nataşa yalvarışlı bir səslə bərkdən dedi: 

– Ah, ilahi! Nə yaxşı olardı! Nə yaxşı olardı! 

–  Narahat  olma,  Nataşa,  hamısı  düzələr.  İş  yaxşılığa 

doğru gedir. 

Nataşa diqqətlə mənə baxdı. 

– Vanya! Sən knyaz haqqında nə düşünürsən? 

downloaded from KitabYurdu.org




 

255 


–  Əgər  onun  söylədikləri  səmimi  idisə,  məncə,  o  çox 

nəcib adamdır. 

–  Əgər  söylədikləri  səmimi  idisə?  Bu  nə  deməkdir? 

Yoxsa, onun söylədikləri səmimi olmaya da bilər? 

– Mənə də elə gəlir. 

Düşünərək  öz-özümə  dedim.  “Görünür,  onda  da  belə 

bir fikir əmələ gəlmişdir. Qəribədir!” 

– Sən elə dayanmadan ona baxırdın... Çox da diqqətlə 

baxırdın... 

– Bəli, o bir az qəribə idi, mənə elə gəldi. 

–  Mənə  də.  O  hər  şeyi  elə  deyirdi  ki...  Əzizim,  mən 

yorulmuşam.  Bilirsən  nə  var?  Sən  də  get  evinə.  Sabah 

mümkün qədər onların yanından tez gəl. Qulaq as, gör bir də 

nə deyirəm: mən ona deyəndə ki, sizi tez sevmək istəyirəm, 

o bundan incimədi ki? 

– Yox... Niyə də incisin? 

–  Bir  də  ki...  Axmaq  bir  söz  olmadı  ki?  Axı  bu  o 

deməkdir ki, mən hələ onu sevmirəm. 

downloaded from KitabYurdu.org



 

256 


–  Əksinə,  bu  həm  gözəl,  həm  sadəlövhcəsinə, həm  də 

çox  yerində  deyilmişdi.  Bilirsən,  sən  o  anda  necə  qəşəng 

idin! Öz kübarlığı ilə bunu başa düşməsə, axmaq adamdır! 

– Vanya, elə bil ki, sənin ona acığın tutur. Amma mən 

nə  qədər  pisəm,  vasvasıyam,  şöhrətpərəstəm!  Gülmə!  Mən 

ki  səndən  heç  bir  şey  gizlətmirəm.  Ah,  Vanya,  mənim  əziz 

dostum!  Mən  yenə  də  bədbəxt  olsam,  başıma  yenə  də  bir 

müsibət  gəlsə,  sən  yəqin  ki,  burada,  mənim  yanımda 

olacaqsan.  Bəlkə  də  elə  tək  sən  olacaqsan!  Sənin  bu 

yaxşılığından  mən  necə  çıxacağam?!  Sən  məni  heç  vaxt 

qarğıma, Vanya!.. 

Evə  qayıdan  kimi,  soyunub  yerimə  girdim.  Otağım 

zirzəmi  kimi,  rütubətli  və  qaranlıq  idi.  Başımda  qəribə 

fikirlər  dolaşır,  ürəyimdən  çox-çox  şeylər  gəlib  keçirdi, 

xeyli müddət yata bilmədim. 

Lakin yəqin indi bir adam, bizə gülməyi hələ də özünə 

layiq görürsə, öz rahat yatağında yatarkən bizə gülür! Amma 

bəlkə də layiq görmür! 

 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə