F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə52/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   48   49   50   51   52   53   54   55   ...   161

 

257 


III FƏSİL 

 

Ertəsi  gün  səhər  saat  doqquzda,  tez  Vasilyevski 



adasına, İxmenyevgilə, oradan da Nataşanın yanına getmək 

üçün otaqdan çıxırdım ki, birdən qapıda Smitin dünən bizə 

gələn  qız  nəvəsini  gördüm!  O,  içəri  girmək  istəyirdi. 

Yadımda deyil, nədənsə, mən onun gəlməsinə çox sevindim. 

Dünən  mən  macal  tapıb  ona  yaxşı  baxa  bilməmişdim,  indi 

isə  o  məni  daha  da  təəccübləndirdi.  Zahirən  də  olsa,  belə 

qəribə belə orijinal  bir qız uşağına  çətin  rast gəlmək olardı. 

Onun  rus  gözünə  oxşamayan,  par-par  parıldayan  qara 

gözləri,  pırtlaşıq,  sıx  qara  saçı,  düz  adama  zillənən  sirli, 

sakit  baxışları  vardı.  O  hətta  yoldan  keçən  hər  adamın 

diqqətini  cəlb  edə  bilərdi.  Xüsusilə,  onun  baxışı  adamı 

heyrətə  salırdı:  qızın  baxışında  ağıl,  eyni  zamanda, 

amansızca  bir  inamsızlıq,  hətta  şübhə  ifadə  olunurdu.  Gün 

işığında  onun  köhnə,  çirkli  paltarı  dünənkindən  daha  çox 

cır-cındıra oxşayırdı. Mənə elə gəldi ki, o, ağır-ağır, inadla, 

həmişə  davam  edən,  onun  bədənini  yavaş-yavaş,  həm  də 

rəhmsizcəsinə  pozan  bir  xəstəliyə  tutulmuşdur.  Onun 

downloaded from KitabYurdu.org




 

258 


solğun, arıq üzü öd rəngini xatırladan, qeyri-təbii bir rəngə 

çalırdı.  Lakin  o,  ümumiyyətlə,  belə  dilənçi  vəziyyətində, 

xəstə  olsa  da,  qəşəng  idi.  Çox  aydın  nəzərə  çarpan  qaşları 

nazik  və  gözəl  idi,  xüsusilə,  bir  az  yastı  olan  geniş  alnı, 

qürur  və  cəsarət  ifadə  olunan,  zərif,  azca  qızaran  solğun 

dodaqları çox qəşəng idi. 

Mən həyəcanla dedim: 

–  Ah,  sən  yenə  də  gəlmisən!  Mən  bilirdim  ki, 

gələcəksən. İçəri girsənə! 

Qız  dünənki  kimi  şübhə  ilə  ətrafına  baxa-baxa  yavaş-

yavaş  içəri  girdi.  O,  babasının  yaşadığı  otağa  diqqətlə 

baxırdı,  sanki  yeni  bir  kirayənişinin  gəlməsilə  otağın  nə 

qədər  dəyişdiyini  bilmək  istəyirdi.  Düşünərək  öz-özümə 

dedim:  “Babası  necə  idisə,  nəvəsi  də  elədir.  Bəlkə  bu 

dəlidir?” Qız hələ də susur, mən də dayanıb gözləyirdim. 

Axırda o, gözlərini yerə dikərək pıçıldadı: 

– Kitabları aparmağa gəlmişəm! 

– Hə! Sənin kitabların! Budur, götür! Mən onları sənin 

üçün saxlayırdım. 

downloaded from KitabYurdu.org




 

259 


Qız maraqla mənə baxdı, qəribə halda dodaqlarını əydi, 

sanki  şübhəli  halda  gülümsəmək  istəyirdi.  Lakin  bu  gülüşə 

bənzər  şey  onun  dodaqlarından  silindi,  elə  o  saat  onun 

üzündə sərt, sirli ifadə göründü. 

Qız məni başdan-ayağa istehza ilə süzərək soruşdu: 

– Yoxsa, babam mənim barəmdə sizə bir şey demişdi? 

– Yox, sənin barəndə bir şey deməmişdi, ancaq o... 

Qız tez mənim sözümü kəsərək soruşdu: 

–  Siz  nədən  bilirdiniz  ki,  mən  gələcəyəm?  Bunu  sizə 

kim demişdi? 

–  Mənə  elə  gəlirdi  ki,  sənin  baban  tək  yaşaya  bilməz, 

kim isə onun yanına gəlirmiş. O çox qoca idi, zəif idi. Mən 

də  bundan  güman  edirdim  ki,  kim  isə  onun  yanına  gəlib-

gedirmiş. Al, bu da sənin kitabların! Sən bu kitablardan dərs 

oxuyursan? 

– Yox. 


– Bəs onları neynirsən? 

– Mən bura gələndə babam mənə dərs deyirdi. 

– Bəs sonra gəlmədin? 

downloaded from KitabYurdu.org




 

260 


–  Yox, gəlmədim...  – o  sanki  özünü  təmizə  çıxartmaq 

üçün əlavə etdi: – Sonra azarladım. 

– Sənin nəyin var? Ailəniz var? Atan, anan var? 

Qız  birdən  qaşqabağını  tökdü,  hətta  bir  az  qorxmuş 

kimi mənə baxdı. Sonra başını aşağı saldı, kirimişcə döndü, 

dünənki  kimi  mənə  heç  cavab  vermədən,  yavaş-yavaş 

qapıya  tərəf  getdi.  Mən  heyrətlə  onun  ardınca  baxırdım. 

Lakin o, qapı ağzında dayandı. 

Azca mənə tərəf dönərək, dayana-dayana soruşdu: 

– O nədən öldü? – dünən də qapıya tərəf gedərək, üzü 

qapıya  doğru  duraraq  eyni  hərəkətlə  Azorkanın  öldüyünü 

soruşmuşdu. 

Mən ona yaxınlaşdım, əhvalatı elə ayaqüstü danışmağa 

başladım.  O,  kürəyi  mənə  tərəf  durmuşdu,  başını  aşağı 

dikərək,  dinib-danışmadan  diqqətlə  qulaq  asırdı.  Mən  bunu 

da dedim ki, qoca öləndə altıncı küçənin adını çəkdi. “Mən 

də  güman  etdim  ki,  yəqin  orada  onun  istədiyi  bir  adam 

yaşayır, buna görə də gözləyirdim ki, ona dəyməyə bir adam 

gələcək.  O  ki  səni  ömrünün  son  dəqiqəsində  yada  saldı, 

görünür, səni sevirmiş”. 

downloaded from KitabYurdu.org



 

261 


Qız sanki qeyri-ixtiyari olaraq pıçıldadı: 

– Yox, sevmirdi... 

O,  dərin  həyəcan  içində  idi.  Mən  danışdıqca  ona  tərəf 

əyilir,  onun  üzünə  baxırdım.  Mən  hiss  etdim  ki,  o  öz 

həyəcanını  gizlətmək  üçün  çox  böyük  bir  qüvvə  sərf  edir, 

elə bil ki, özünü mənim qarşımda sındırmamaq istəyir. Onun 

rəngi get-gedə daha da ağarırdı, o, alt dodağını bərk dişlədi. 

Xüsusilə, bir şey məni heyrətə saldı: onun ürəyi çox qəribə 

döyünürdü, o get-gedə daha bərk vururdu, axırda elə oldu ki

onun  səsini,  anevrizm  xəstəliyində  olduğu  kimi,  iki-üç 

addımdan  eşitmək  mümkün  idi.  Mən  elə  zənn  etdim  ki,  o 

indi,  dünənki  kimi,  birdən  hönkürtü  ilə  ağlamağa 

başlayacaq, lakin o özünü saxladı. 

– Bəs çəpər hardadır? 

– Hansı çəpər? 

– O ki dibində ölmüşdü – o çəpər. 

–  Gedəndə...  sənə  göstərərəm.  Mənə  bax,  sənin  adın 

nədir? 


– Lazım deyil... 

– Nə lazım deyil? 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə