F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə53/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   49   50   51   52   53   54   55   56   ...   161

 

262 


–  Lazım  deyil,  heç...  Adım  yoxdur!  –  qız  bu  sözləri 

dayana-dayana, sanki hiddətlə deyib qapıya tərəf getdi. 

Mən onu saxladım. 

–  Dayan  görüm,  sən  qəribə  qızsan!  Axı  mən  sənə 

yaxşılıq  eləmək  istəyirəm.  Dünən  pilləkəndə  durub 

ağlayandan sonra mənim sənə yazığım gəlib. Mən bunu heç 

yadıma  sala  bilmirəm...  Bir  də  ki,  sənin  baban  mənim 

gözümün  qabağında  ölmüşdür,  yəqin  o,  altıncı  küçədən 

danışanda səni nəzərdə tuturmuş, deməli, belə çıxır ki, səni 

mənə  tapşırıb  getmişdir.  O  mənim  yuxuma  girir...  Budur, 

kitabları  da  sənin  üçün  saxlamışam,  amma  sən  elə 

utancaqsan,  elə  adamayovuşmazsan  ki,  elə  bil  məndən 

qorxursan. Görünür, sən çox yoxsulsan, yetimsən, bəlkə də 

başqa adamların yanında yaşayırsan, belədir, ya yox? 

Mən  odlu-odlu  danışaraq  onu  inandırmağa  çalışırdım, 

eyni  zamanda,  heç  özüm  də  bilmirdim  ki,  o  nə  ilə  məni 

özünə belə cəlb edir. Mənim qəlbimdə ona acımaqdan başqa 

yenə də nə isə vardı. Bu – bütün vəziyyətin sirli olmasında, 

ya  Smitin  mənə  etdiyi  təsirdə,  ya  da  mənim  əhvali-

ruhiyyəmin  fantastik  olmasında  idi,  bilmirəm,  ancaq  nə  isə 

downloaded from KitabYurdu.org



 

263 


məni  qarşısıalınmaz  bir  qüvvətlə  ona  cəlb  edirdi.  Deyəsən, 

mənim  sözlərim  ona  təsir  etdi:  o  qəribə  halda  xeyli  mənə 

baxdı. İndi onun baxışında sərtlik deyil, xoş bir ifadə vardı. 

Sonra yenə də, fikrə dalmış kimi, başını aşağı dikdi. 

Birdən heç gözlənilmədiyi halda, çox astadan pıçıldadı: 

– Yelena. 

– Yelena sənin adındır? 

– Hə... 


– Yaxşı, sən mənim yanıma gələcəksənmi? 

O sanki öz-özü ilə mübarizə edərək, fikrə dalmış halda 

pıçıldadı: 

– Olmaz... bilmirəm... gələrəm... – Bu zaman haradasa 

divar  saatının  zəngi  vurdu.  Yelena  diksindi,  əzab  dolu  bir 

ifadə ilə mənə baxaraq pıçıldadı: – Saat neçədir? 

– Deyəsən, on birin yarısıdır. 

O qorxusundan çığırdı. 

– Görürsənmi! – deyərək yüyürməyə başladı. 

Mən yenə də onu dəhlizdə saxladım. 

–  Mən  səni  belə  buraxmaram!  Sən  nədən  qorxursan? 

Gecikmisən? 

downloaded from KitabYurdu.org



 

264 


Yelena mənim əlimdən qurtarmağa çalışaraq çığırdı: 

– Hə, hə, mən gizlin gəlmişəm! Buraxın! O arvad məni 

döyəcək! 

Görünür, bu sözü ağzından qaçırmışdı. 

–  Qulaq  as,  gör  nə  deyirəm,  dartınma!  Sən 

Vasilyevskiyə  gedirsən,  mən  də  ora  gedirəm,  on  üçüncü 

küçəyə.  Mən  də  gecikmişəm,  minik  tutmaq  istəyirəm. 

Mənimlə  getmək  istəyirsənmi?  Mən  səni  evinizə  apararam. 

Piyada getməkdən bu daha tez olar... 

O daha bərk qorxaraq çığırdı: 

– Bizə getmək olmaz, olmaz! 

Onun  yaşadığı  yerə  mənim  gedə  biləcəyimdən,  bircə 

elə bundan dəhşətə gələrək qızın üz-gözü əyildi. 

– Sənə deyirəm ki, mən on üçüncü küçəyə öz işim üçün 

gedirəm,  sizə  getmirəm!  Səni  evinizə  aparmayacağam. 

Araba ilə tez çatarıq. Gedək! 

Biz tələsə-tələsə aşağı endik. İlk rast gəldiyimiz köhnə 

bir  arabanı  tutdum.  Görünür,  Yelena  çox  tələsirdi,  çünki  o 

da  arabaya  minməyə  razı  oldu.  Daha  qəribə  burası  idi  ki, 

mən cəsarət edib ondan heç bir şey soruşa bilmirdim. Bircə 

downloaded from KitabYurdu.org



 

265 


elə bunu soruşdum ki, “Sən evinizdə kimdən qorxursan?” O 

əllərini  narazı  halda  bərkdən  yellədi,  az  qaldı  ki  arabadan 

yerə atılsın. Mən düşünərək öz-özümə dedim:  “Bu nə sirdir 

axı?” 


Arabada  heç  otura  bilmirdi.  Araba  hər  dəfə  atılıb-

düşəndə, cadar-cadar olmuş çirkli, balaca sol  əli ilə mənim 

paltomdan  yapışırdı,  sağ  əlində  isə  kitablarını  bərk-bərk 

tutmuşdu,  belə  görünürdü  ki,  kitablar  onun  üçün  çox 

qiymətlidir. Özünü düzəldərkən birdən onun ayağı göründü, 

baxdım  ki,  ayağında  yırtıq  çust  var,  özü  də  corab 

geyinməmişdir,  mən  buna  çox  təəccüb  etdim.  Mən  ondan 

heç  bir  şey  soruşmamaq  qərarına  gəlmişdimsə  də,  bunu 

görüb yenə də özümü saxlaya bilmədim: 

–  Sənin  corabın  yoxdur?  Belə  nəm  havada,  belə 

soyuqda corabsız gəzmək olarmı? 

O, sərt dedi: 

– Corabım yoxdur! 

–  Ah,  ilahi!  Sən  ki  bir  adamın  yanında  yaşayırsan! 

Gəlmək  istəyirdinsə,  heç  olmasa,  başqa  bir  adamdan  corab 

alıb geyinəydin. 

downloaded from KitabYurdu.org



 

266 


– Mən özüm belə istəyirəm. 

– Belə azarlayarsan, ölərsən! 

– Qoy ölüm! 

Görünür, o mənim suallarıma cavab vermək istəmirdi, 

ona görə də mənə acığı tuturdu. 

Mən qocanın öldüyü yeri göstərdim: 

– Bax, o burada ölmüşdü. 

Yelena  diqqətlə  ora  baxdı,  birdən  mənə  tərəf  dönüb 

yalvara-yalvara dedi: 

– Siz Allah, mənim dalımca gəlməyin! Mən gələcəyəm, 

gələcəyəm! Əlimə girəvə düşən kimi gələcəyəm! 

– Yaxşı, sizə getməyəcəyəm. Sən axı nədən qorxursan? 

Görünür,  sən  bədbəxt  bir  qızsan.  Sənə  baxanda  ürəyim 

yanır... 

O, acıqlı bir səslə cavab verdi: 

– Mən heç kəsdən qorxmuram! 

– Axı sən bayaq dedin ki: “O arvad məni döyər!” 

Onun gözləri parıldadı: 

–  Qoy  döysün!  –  sonra  da  acı-acı  təkrar  etdi.  –  Qoy 

döysün! Qoy döysün! – üst dodağı nifrətlə qalxaraq titrədi. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə