F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə54/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   50   51   52   53   54   55   56   57   ...   161

 

267 


Nəhayət, biz gəlib Vasilyevskiyə çatdıq. Yelena altıncı 

küçənin  başlanğıcında  arabanı  saxlatdırdı,  narahat  halda 

ətrafına baxa-baxa yerə atıldı. 

O: 


– Çıxın gedin! Mən gələrəm, gələrəm, – deyərək təkrar 

edir,  mənə  yalvarırdı  ki,  dalınca  gəlməyim.  –  Di  gedin,  tez 

gedin! 

Araba  yola  düşdü.  Lakin  mən  sahillə  bir  qədər 



getdikdən  sonra  arabanı  yola  saldım,  altıncı  küçəyə 

qayıdaraq, tez küçənin o biri tərəfinə keçdim. Onu gördüm. 

O hələ çox uzağa gedə bilməmişdi, lakin çox iti gedirdi, tez-

tez də dönüb geriyə baxırdı, hətta diqqətlə baxmaq üçün bir 

anlığa dayandı ki, görsün mən gəlirəm,  ya yox. Lakin mən 

elə  o  saat  rast  gəldiyim  bir  darvazaya  girib  gizləndim. 

Yelena  məni  görmədi,  yoluna  düzəlib  getdi,  mən  də  onun 

ardınca getdim. Mən küçənin o biri tayı ilə gedirdim. 

Mən  son  dərəcə  maraqlanırdım.  Yelenanın  ardınca 

getməmək  qərarına  gəlsəm  də,  hər  ehtimala  qarşı,  mütləq 

onun hansı evdə  yaşadığını bilmək istəyirdim. Mən ağır və 

qəribə  bir  təsir  altında  idim,  bu  –  Azorka  öləndə,  qənnadı 

downloaded from KitabYurdu.org



 

268 


dükanında  Smitin  mənim  üzərimdə  buraxdığı  təsirə 

bənzəyirdi... 

 

IV FƏSİL 

 

Biz  çox  yol  getdik,  lap  gəlib  kiçik  prospektə  çatdıq. 



Yelena az qala yüyürürdü. Axırda o, balaca bir dükana girdi. 

Mən  kənarda  dayanıb  gözlədim.  Düşünərək  öz-özümə 

dedim:  “Axı  o,  dükanda  yaşamır!  Hər  halda  burdan 

çıxacaq”. 

Doğrudan  da,  az  sonra  Yelena  dükandan  çıxdı,  lakin 

kitablar onun əlində yox idi, kitab yerinə bir saxsı qab vardı. 

O bir az getdikdən sonra, görkəmsiz bir evin darvazasından 

içəri  girdi.  Bu  ikimərtəbəli,  köhnə,  kiçik,  sarı-bulanıq  rəng 

çəkilmiş  daş  ev  idi.  Alt  mərtəbənin  üç  pəncərəsi  vardı: 

pəncərənin birindən balaca, qırmızı bir tabut asılmışdı, bu  – 

adi  bir  tabutçunun  lövhəsi  idi.  Yuxarı  mərtəbənin 

pəncərələri çox balaca və dördkünc idi, pəncərələrin tutqun, 

yaşıl,  çatlaq  şüşələri  vardı,  şüşələrin  çatlağı  arasından 

çəhrayı kolenkor pərdələr görünürdü. Mən küçənin bu tayına 

downloaded from KitabYurdu.org



 

269 


keçib  evə  yaxınlaşdım,  evin  darvazası  üstünə  vurulmuş 

dəmir təbəqəsinə, “meşşan qadın Bubnovanın evi” – sözləri 

yazılmışdı. 

Mən  bu  yazını  təzəcə  oxumuşdum  ki,  birdən 

Bubnovanın həyətindən cır bir arvad çığırtısı, sonra da söyüş 

səsləri  eşidildi. Mən darvaza  qapısından içəri baxdım:  taxta 

artırmanın  pilləsi  üstündə,  meşşancasına  geyinmiş,  başına 

qolovka(papaq)  qoymuş,  göy  şal  örtmüş,  kök  bir  arvad 

durmuşdu.  Onun  tünd-qırmızı  üzü  iyrənc  idi,  qan  dolmuş 

şişkin  gözləri  qəzəblə  parıldayırdı.  Aydın  görünürdü  ki,  o 

sərxoşdur, amma hələ heç nahar vaxtı deyildi. Yazıq Yelena, 

əlində  saxsı  qab,  donmuş  kimi  onun  qarşısında  durmuşdu. 

Bubnova  onun  üstünə  çığırırdı.  Bu  qırmızı  sifətli  arvadın 

arxasında  üzünə  ənlik,  kirşan  sürtmüş,  bir  az  dağınıq  saçlı 

bir arvad da dayanmışdı. Az sonra zirzəmiyə enən pilləkənin 

qapısı  açıldı,  pillənin  üstündə  ortayaşlı,  yoxsul  geyimli, 

abırlı,  sadə,  xoş  sifətli  bir  qadın  göründü:  o  yəqin  ki,  səsə 

çıxmışdı.  Yarıaçılmış  qapıdan  aşağı  mərtəbədə  yaşayan  bir 

qoca  ilə  bir  qız  da  baxırdı.  Ucaboylu,  yekəpər  bir  mujik, 

downloaded from KitabYurdu.org




 

270 


əlində  süpürgə,  həyətin  ortasında  durub  tənbəl-tənbəl  bu 

səhnəni seyr edirdi, görünür, o dalandar idi. 

Bubnova: 

– Ay məlun, ay qaniçən zalım, ay bit sirkəsi, murdar! – 

deyərək  nazik  səslə  çığırır,  ürəyinə  təpilən  bütün  söyüşləri, 

çox  vaxt  heç  nəfəsini  dərmədən,  yaylım  atəşi  kimi,  bir-

birinin  ardınca  boğula-boğula  söyləyirdi.  –  Sən  mənim 

yaxşılığımın əvəzini bu cür çıxırsan, ay dilənçi?! Onu xiyar 

almağa  göndərmişəm,  qaçıb  gedib!  Göndərəndə  ürəyimə 

dammışdı  ki,  qaçacaq!  Ürəyim  sızıldayırdı,  sızıldayırdı! 

Dünən  axşam  onun saçını  elə bunun üçün  yolmuşam,  o  bu 

gün də qaçıb gedib! Sən axı hara gedirsən, ay şəltənin biri, 

şəltə, hara  gedirsən?!  Kimin  yanına gedirsən,  ay  məlun, ay 

dəmbərəngöz  həşərat,  ay  ilan  zəhəri,  kimin  yanına?  De  bu 

saat, bataqlıq çürüntüsü, yoxsa səni boğaram! 

Çılğıncasına qəzəblənmiş arvad bu sözləri deyib yazıq 

qızın  üstünə  cumdu,  lakin  artırmadan  baxan  qadını  görüb, 

birdən dayandı, ona tərəf dönərək əl-qol ata-ata əvvəlkindən 

daha  bərk  çığırmağa  başladı,  sanki  onu  əsiri  olduğu  yazıq 

qızın işlədiyi dəhşətli cinayətə şahid olmağa çağırırdı. 

downloaded from KitabYurdu.org



 

271 


– Onun anası gorbagor olmuşdu! Mərhəmətli insanlar, 

özünüz bilirsiniz ki, dünyada o, qulyabanı kimi tək qalmışdı. 

Gördüm  ki,  sizin  yanınızda  qalır,  amma  siz  özünüz  kasıb 

adamlarsınız, heç özünüz yeməyə bir şey tapmırsınız, dedim 

ki, qoy bu yetimi götürüb saxlayım, heç olmasa, müqəddəs 

Nikolay  üçün  bir  savab  iş  görmüş  olaram.  Götürdüm.  İndi 

görürsünüz nə olur? İki aydır onu saxlayıram, bu iki ayda o 

mənim  bütün  qanımı  içib,  ağca  bədənimi  yeyib!  Zəli!  Əfi 

ilan!  Höcət  iblis!  Susur,  heç  dinib-danışmır,  istəyir  lap 

öldür,  at,  susub  durur!  Elə  bil  ki,  ağzına  su  alıb,  dinib-

danışmır,  susur!  Mənim  ürəyim  partlayır,  o  susur!  Axı  sən 

məni  nə  hesab  eləyirsən,  nə  təşəxxüs  satırsan,  ay  yaşıl 

meymun!  Mənsiz  sən  küçələrdə  acından  ölmüşdün!  Sən 

gərək mənim ayaqlarımı yuyub, suyunu içəsən, ay yırtıcının 

biri,  yırtıcı,  ay  qara  fransız  qılıncı!  Mənsiz  sən  gəbərib 

ölərdin! 

Çılğıncasına qəzəblənmiş bu bədrəftar arvadın müraciət 

etdiyi qadın hörmətlə dedi: 

–  Anna  Trifonovna,  siz  axı  özünüzü  niyə  belə  haldan 

çıxarırsınız? O axı sizə nə pislik eləyib? 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə