F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə57/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   53   54   55   56   57   58   59   60   ...   161

 

282 


–  Yox,  Vanya,  sən  mənim  kimi  deyilsən!  Mən  axı 

oxumuşam, oxumuşam, Vanya, oxumuşam!.. Bir mənə bax, 

gəl lap açıq danışaq! Tələsirsən? 

– Tələsirəm, özü də bir hadisə görmüşəm, sənə deyim 

ki, ovqatımı yaman təlx eləyib. Yaxşısı budur ki, gəl bir şey 

eləyək. Sən harada yaşayırsan? 

–  Harada  yaşadığımı  sənə  deyərəm,  ancaq  bu  yaxşı 

deyil, deyim nə yaxşıdır? 

– De görək. 

–  Bilirsən  nə  var?  Onu  görürsənmi?  –  o  mənə 

durduğumuz  yerdən  on  addım  kənarda  olan  bir  dükan 

lövhəsini  göstərdi.  –  Görürsənmi?  Həm  qənnadı  dükanıdır, 

həm  də  aşxanadır,  yəni  adi  bir  yeməkxanadır,  ancaq  yaxşı 

yerdir. Bu başdan sənə xəbərdarlıq edirəm: abırlı aşxanadır, 

elə  də  arağı  var  ki,  heç  misli  yoxdur!  Elə  lap  dünyanın  o 

başından  gəlib!  İçmişəm,  çox  içmişəm,  bilirəm!  Mənə  axı 

heç pisini verə də bilməzlər. Filipp Filippıçı tanıyırlar. Axı, 

mən  Filipp  Filippıçam.  Nə  oldu?  Üz-gözünü  turşudursan? 

Qoy  sözümü  qurtarım.  İndi  saat  on  ikiyə  on  beş  dəqiqə 

işləyib, bu saat baxmışam, düz saat on ikiyə otuz beş dəqiqə 

downloaded from KitabYurdu.org



 

283 


işləmiş  səni  buraxaram  gedərsən.  Bu  vaxt  içərisində  bir  az 

içərik.  Köhnə  dostuna  iyirmi  dəqiqə  vaxt  sərf  edərsən, 

yaxşımı? 

– Əgər ancaq iyirmi dəqiqə olacaqsa, onda yaxşı, çünki 

əzizim, vallah işim var... 

–  Deməli,  razılaşdıq.  Ancaq  hər  şeydən  əvvəl,  sənə 

ikicə kəlmə söz deyəcəyəm: üzün mənə birtəhər görünür, elə 

bil ki, bu saat qanını yamanca qaraldıblar, doğrudurmu? 

– Doğrudur. 

–  O  saat  başa  düşdüm.  Qardaş,  indi  mən  elmi-simaya 

meyil  etmişəm,  bu  da  bir  məşğuliyyətdir!  Yaxşı,  gedək 

danışaq. Əvvəla, deyəcəyim budur ki, iyirmi dəqiqəyə mən 

admiral  Çainskini  boğaram,  berezovkanı  ötürərəm,  sonra 

zornanı,  sonra  da  pomerantsevi,  daha  sonra  parfait  amour

1



bundan sonra da təzə bir şey taparam. İçirəm, qardaş! Ancaq 



bazar  günləri  günorta  ibadətindən  qabaq  yaxşı  olur.  Sən 

istəyirsən  heç  içmə.  Mənə  ancaq  sən  lazımsan.  İçərsən, 

qəlbinin xüsusi bir nəcibliyə malik olduğunu sübut edərsən. 

Gedək!  Bir-iki  kəlmə  söhbət  eləyək,  sonra  yenə  də  bir-

                                                 

1

Ülvi məhəbbət 



downloaded from KitabYurdu.org


 

284 


birimizdən  iyirmiilliyə  ayrılaq.  Qardaş,  Vanya,  mən  sənin 

tayın deyiləm! 

–  Boşboğazlıq  eləmə,  gəl  tez  gedək.  İyirmi  dəqiqəni 

sənin ixtiyarına verirəm, sonra mən gedəcəyəm. 

Aşxanaya  girmək  üçün  ikidirsəkli,  kiçik  artırmalı  bir 

pilləkənlə  ikinci  mərtəbəyə  qalxmaq  lazım  gəlirdi.  Lakin 

pilləkəndə biz iki nəfər bərk içmiş cənaba rast gəldik. Onlar 

bizi görüb səndirləyə-səndirləyə kənara çəkildilər. 

Onlardan  biri  çox  cavan  idi,  hələ  heç  saqqalı 

çıxmamışdı, bığ yeri təzəcə tərləyirdi, üzündə çox axmaq bir 

ifadə  vardı.  O  çox  şıq  geyinmişdi,  ancaq  bir  qədər  gülməli 

görünürdü:  elə  bil  ki,  özgə  adamın  paltarını  geyinmişdi, 

barmaqlarına  bahalı  üzüklər,  qalstukuna  bahalı  sancaq 

taxmışdı,  saçı  da  çox  axmaqcasına  daranmışdı,  kəkili  də 

vardı. O elə hey gülümsəyirdi, astadan gülürdü. Yoldaşının 

əlli yaşı olardı, o yekəqarın, kök, daz, keçəl başlı, ətli, sərxoş 

üzlü  çopur  bir  adam  idi,  düyməyə  oxşar  burnunun  üstündə 

gözlüyü vardı. O da qalstukuna iri bir sancaq taxmışdı, özü 

də  çox  səliqəsiz  geyinmişdi.  Üzünün  ifadəsi  acıqlı  və 

ehtiraslı  idi.  Acıqlı,  pis,  şübhəli  gözlərini  piy  basmışdı,  bu 

downloaded from KitabYurdu.org



 

285 


gözlər  adama  sanki  balaca  bir  deşikdən  baxırdı.  Görünür, 

onlar  ikisi  də  Masloboyevi  tanıyırdı.  Lakin  yekəqarın  ağa 

bizi  görən  kimi  bir  an  da  olsa,  narazı  halda,  üz-gözünü 

turşutdu,  cavan  isə  yaltaqcasına,  şirin-şirin  gülümsədi,  o 

hətta kartuzunu da çıxartdı. Başına kartuz qoymuşdu. 

Masloboyevə diqqətlə baxaraq mızıldadı: 

– Filipp Filippıç, əfv edin. 

– Nə olub ki? 

– Təqsirkaram... o söz... (barmağı ilə boyunluğuna bir 

çırtma  vurdu)  Matroşka  ordadır.  Filipp  Filippıç,  belə  çıxır 

ki, o əclafdır. 

– Axı nə olub? 

–  Belə  də...  Keçən  həftə  həmin  o  Matryoşkanın 

üzündən  nalayiq  bir  yerdə  bunun  sifətinə  (yanındakı 

yoldaşını göstərdi) xama sürtmüşlər... Hi-hi! 

Yoldaşı onu narazı halda dirsəyi ilə itələdi. 

–  Filipp  Filippıç,  siz  bizimlə  Düssonun  aşxanasında 

yarımca düjün içsəniz, nə olar, əmr edirsinizmi, ümid edək? 

Masloboyev: 

– Atam, yox, indi olmaz, – dedi, – işim var. 

downloaded from KitabYurdu.org



 

286 


– Hi-hi! Mənim də işim var, sizinlə... – yoldaşı yenə də 

dirsəyi ilə onu itələdi. 

– Sonra, sonra! 

Masloboyev,  görünür,  onlara  baxmaq  istəmirdi.  Lakin 

biz içəri girən kimi Masloboyev tez məni bir kənara apardı. 

Otağın  bu  başından  o  başına  qədər  uzanmış  çox  təmiz, 

səliqəli  bir  piştaxta  vardı,  piştaxtanın  üstü  məzə  ilə,  sobada 

bişmiş  piroqla,  qutabla,  müxtəlif  rəngli  nastoykalar 

tökülmüş qrafinlərlə dolu idi. 

Masloboyev məni oturdaraq dedi: 

– O cavan oğlan  – tacir oğlu Sizobryuxovdur, məşhur 

əllafın  oğludur,  atası  öləndən  sonra  ona  yarım  milyon  pul 

qalıb,  indi  də  ki  əyyaşlıq  eləyir.  Parisə  getmişdi,  orada 

hədsiz-hesabsız  pul  xərcləyib,  bəlkə  də  elə  hamısını 

xərcləyibmiş, ancaq əmisi öləndən sonra yenə də ona miras 

qalıb, Parisdən qayıdıb gəlib. İndi burada yerdə qalanının da 

başına  daş  salır.  Bir  ildən  sonra,  əlbəttə,  dilənməyə 

başlayacaq.  Elə  axmaqdır  ki,  heç  tayı  yoxdur:  baş 

restoranlara  da  gedir,  çaxır  zirzəmilərinə  də,  meyxanalara 

da, hətta qusar da olmaq istəyir, bu yaxında ərizə də verib. O 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə