F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə58/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   54   55   56   57   58   59   60   61   ...   161

 

287 


birisi,  o  ahıl  ki  var,  Arxipovdur,  o  da  heç  bilmək  olmur 

tacirdirmi,  ya  müdirdirmi,  iltizamçılıq  da  eləyib.  Bicin, 

haramzadənin  biridir,  indi  də  Sizobryuxovun  yoldaşıdır. 

İudadır, Falstafdır

1

,  əlindən  nə  fırıldaq  desən  gəlir,  iki  dəfə 



sınıq çıxıb, özü də cürbəcür hiylələrə əl atan çox murdar bir 

şəhvətpərəst  şeydir.  Bu  sahədə  mən  onun  bir  cinayət 

işlədiyini  bilirəm,  amma  işin  içindən  çıxdı.  Bir  cəhətdən 

mən  çox  sevinirəm  ki,  burada  ona  rast  gəldim,  mən  onu 

gözləyirdim... O, məlum şeydir ki, Sizobryuxovu soyur. Bir 

çox gizli-gizli şeylər bilir, bu cəhətdən də belə cavanlar üçün 

qiymətlidir.  Mən,  qardaş,  çoxdandır  ona  dişimi  qıcamışam. 

Mitroşka  da  ona  dişini  qıcayıb,  bax,  o  pəncərə  qabağında 

duran  qoçaq  oğlan,  üzdən  qaraçıya  oxşayır,  əynində  də 

qiymətli  parçadan  çuxası  var.  Özü  at  alveri  eləyir,  bütün 

burda  olan  qusarlarla  da  tanışdır.  Onu  da  sənə  deyim  ki, 

yamanca  hiyləgər  haramzadənin  biridir,  sənin  lap  gözünün 

qabağında  kağızdan  qəlp  pul  kəsər,  sən  də  bunu  görərsən, 

amma  yenə də bu qəlp pulu xalis pul ilə ona xırdalayarsan. 

O indi məxmərdən çuxa geyinib, özü də slavyanofilə oxşayır 

                                                 

1

F a l s t a f  – Şekspirin bir sıra əsərlərinin şöhrətpərəst, lovğa, acgöz qəhrəmanları  



downloaded from KitabYurdu.org


 

288 


(məncə  bu  ona  yaraşır  da),  amma  sən  onun  əyninə  qəşəng 

bir frak və buna uyğun şeylər geyindir, ingilis klubuna apar, 

özün  də  de  ki,  Barabanov  deyilən  çox  varlı  bir  qrafdır,  nə 

qədər  ki,  ordadır,  hamı  onu  qraf  hesab  eləyəcək.  O  vist  də 

oynaya  bilir,  qraf  kimi  danışa  da  bilir,  heç  kəs  də  başa 

düşməyəcək ki, bu qraf deyil, hamını aldadacaq. Onun axırı 

pis  olacaq.  Bəli,  həmin  bu  Mitroşka  o  yekəqarına  yamanca 

dişini  qıcayıb,  ona  görə  ki,  Mitroşkanın  indi  işi  pisdir, 

yekəqarın  Sizobryuxovu  onun  əlindən  alıb.  Sizobryuxov 

əvvəllər Mitroşkanın dostu idi, ancaq Mitroşka macal tapıb 

onun  yal-quyruğunu  qırxa  bilməmişdi.  İndi  ki  onlar  hamısı 

gəlib aşxanaya yığışıb, yəqin burda bir əhvalat varmış. Mən 

hətta  bilirəm  bu  nə  əhvalat  imiş.  Mitroşka  özü  mənə 

xəbərdarlıq  eləmişdi  ki,  Arxipovla  Sizobryuxov  burada 

olacaq, pis bir iş üçün bu yerlərdə sülənirlər. Mən istəyirəm 

ki,  Mitroşkanın  Arxipova  olan  nifrətindən  istifadə  edim, 

çünki  bunun  müəyyən  səbəbləri  var,  əslində  buraya  elə 

bunun üçün də gəlmişəm. Mən özümü elə tuturam ki, guya 

Mitroşkanı heç görmürəm. Heç sən də ona baxma. Buradan 

çıxanda o yəqin ki, özü mənim yanıma gələcək, mənə lazım 

downloaded from KitabYurdu.org



 

289 


olan  sözləri  deyəcək...  İndi  isə,  Vanya,  bax,  o  biri  otağa 

gedək, görürsənmi? – aşxana xidmətçisinə tərəf dönüb əlavə 

etdi: – Stepan, bilirsən də, mənə nə lazımdır? 

– Bilirəm. 

– Gətirəcəksənmi? 

– Gətirəcəyəm. 

–  Di  gətir.  Vanya  otur.  Mənə  niyə  elə  baxırsan? 

Görürəm  axı  mənə  baxırsan.  Təəccüb  eləyirsən?  Təəccüb 

eləmə.  Adamın  başına  hər  şey  gələ  bilər,  elə  şey  ki,  heç 

onun  yuxusuna  girməmiş  ola,  xüsusilə  onda  ki...  lap  elə 

onda ki, biz vaxtilə Korneliya Nepotu əzbərləyirdik! Vanya, 

bir  şeyə  inan ki,  əgər  Masloboyev öz  yolundan sapıbsa da, 

qəlbi elə olduğu kimi qalmışdır, ancaq vəziyyət dəyişmişdir. 

Mən  çirkə  bulanmış  olsam  da,  heç  kəsdən  pis  deyiləm. 

Həkim  də  olmaq  istəmişəm,  vətən  ədəbiyyatı  müəllimi  də, 

Qoqol haqqında məqalə də yazmışam, qızıl mədənlərinə də 

əl  atmışam,  evlənmək  də  istəmişəm,  axı  hər  necə  olsa, 

insanam, o qız da razılaşdı, ancaq özümün heç bir şeyim yox 

idi, evim bomboş idi. Hətta istədim ki, özgəsindən toy üçün 

təzə bir çəkmə də borc alıb geyinim, özümünkü il yarım idi 

downloaded from KitabYurdu.org



 

290 


ki, yırtıq idi... Ancaq evlənmədim. O qız müəllimə ərə getdi, 

mən də başladım kontorda qulluq eləməyə, ancaq bu ticarət 

kontoru  deyildi,  elə-belə  bir  kontor  idi.  Burda  başqa 

həngamələr  başlandı...  İllər  keçib  getdi,  indi  mən  qulluq 

eləməsəm  də,  yaxşı  pul  qazanıram,  rüşvət  alıram,  haqqın 

tərəfini  saxlayıram.  Aslan  yanında  tülküyəm,  tülkü  yanında 

aslan. Düsturum da budur: misal üçün, bilirəm ki, tək əldən 

səs  çıxmaz,  bu  şey  ilə  də  iş  görürəm.  İşimin  də  ki,  çoxusu 

gizlin məsələlərə aiddir... Başa düşürsən? 

– Olmaya xəfiyyəsən? 

–  Yox,  xəfiyyə  olmağına  xəfiyyə  deyiləm,  ancaq  bəzi 

işlərlə  məşğul  oluram,  bu  da  qismən  rəsmi,  qismən  də  öz 

xoşladığım  işlərdir.  Bilirsən,  Vanya,  araq  içirəm.  Amma 

həmişə  ağlım  başımda  olur,  nə  iş  tutduğumu  da  bilirəm. 

Mənim  işim  bitib,  qara  keçəni  yumaqla  ağarmaz,  Vanya, 

bunu da sənə deyim ki, əgər mənim qəlbimdə hələ də insani 

hisslər  olmasaydı,  bu  gün  sənə  yaxınlaşmazdım.  Sən  bayaq 

doğru deyirdin: mən sənə rast gəlmişdim, səni görmüşdüm, 

əvvəllər  də  bir  neçə  dəfə  sənə  yaxınlaşmaq  istəmişdim, 

ancaq  cürət  eləmirdim,  başqa  bir  vaxta  saxlayırdım.  Mən 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə