F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə60/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   56   57   58   59   60   61   62   63   ...   161

 

296 


– Tanışam, ancaq elə də yox, – mən yerimdən qalxaraq 

dedim. – Masloboyev, bu cənabdan ötrü bir neçə dəfə sənin 

yanına gəlməli olacağam. Sən məni yaman maraqlandırdın. 

–  Köhnə  dost,  gördünmü,  nə  qədər  könlün  istəyirsə, 

gəl.  Mən  nağıl  söyləməyi  bacarıram,  ancaq  müəyyən 

dərəcəyə  qədər,  başa  düşürsənmi?  Yoxsa,  adam  etibarını, 

ləyaqətini itirər, yəni işgüzarlıq ləyaqətini və sairə... 

– Yaxşı, ləyaqət nə qədər yol verərsə... 

Mən hətta həyəcan içində idim. O bunu hiss etdi. 

– İndi sənə söylədiyim əhvalat barəsində mənə bir şey 

danışacaqsanmı? Bu barədə bir şey düşünə bilmisənmi? 

–  Sənin  dediyin  əhvalat  barəsində?  İkicə  dəqiqə  məni 

gözlə, gedim dükan sahibinin pulunu verim. 

Masloboyev  bufetə  tərəf  getdi,  orada  sanki  təsadüfi 

olaraq,  çuxa  geyinmiş,  Mitroşka  deyilən  oğlana  rast  gəldi. 

Mənə  elə  gəldi  ki,  Masloboyev  onu,  özü  dediyindən  daha 

çox  tanıyır.  Hər  halda,  aydın  görünürdü  ki,  onlar  ilk  dəfə 

görüşmürlər.  Mitroşka  üzdən  çox  qeyri-adi  bir  adama 

oxşayırdı. Onun ciddi, lakin xoş ifadəli, qarayanız üzü xeyli 

cavan görünürdü, gözləri cəsarətlə parıldayırdı. Mitroşka bu 

downloaded from KitabYurdu.org



 

297 


görünüşü  ilə,  əynindəki  çuxası,  qırmızı  ipək  köynəyi  ilə 

diqqəti  cəlb  edir,  adama  elə  bir  təsir  bağışlayırdı  ki,  buna 

heç  də  pis  demək  olmazdı.  O,  qoçaqcasına  əl-qol  atırdı, 

lakin  onun  bu  hərəkətləri  süni  idi,  indi,  görünür,  o  özünü 

saxlayırdı, özünə son dərəcə işgüzar, abırlı bir sima vermək 

istəyirdi. 

Masloboyev qayıdaraq mənə dedi: 

– Vanya, sən bu axşam saat yeddidə yanıma gəl, bəlkə 

sənə bir şey deyə bildim. Bilirsənmi, təkbaşına mən heç bir 

şeyəm.  Əvvəllər  bir  şey  idim,  amma  indi  yalnızca  bir 

əyyaşam, qulluq işlərindən də uzaqlaşmışam. Lakin əvvəlki 

əlaqələrim  qalmışdır,  bəzi  şeyləri  arayıb  kəşf  edə  bilirəm, 

bəzi  incə  adamlarla  görüşüb  danışa  bilirəm,  bu  şey  ilə  də 

müvəffəqiyyət  qazanıram.  Doğrudur,  boş,  yəni  ayıq  olan 

vaxtlarımda  özüm  də  bir  şey  eləyirəm,  ancaq  bunu  da 

tanışların  vasitəsilə  edirəm...  Çox  vaxt  da  kəşfiyyat  üzrə... 

Əşi,  daha  nə  deyim  ki!  Bəsdir...  Bu  da  mənim  ünvanım: 

Şestilavoçnaya  küçəsində  yaşayıram.  İndi,  qardaş,  mən  lap 

birtəhər olmuşam. Bir şüşə də ötürüb evə gedəcəyəm. Gedib 

downloaded from KitabYurdu.org




 

298 


uzanacağam.  Gələrsən,  səni  Aleksandra  Semyonovna  ilə 

tanış eləyərəm, vaxtımız olsa, poeziyadan da danışarıq. 

– Bəs o barədə necə? 

– Bəlkə o barədə də danışdıq. 

– Gələrəm, yəqin gələrəm... 

 

downloaded from KitabYurdu.org




 

299 


VI FƏSİL 

 

Anna Andreyevna məni çoxdan gözləyirdi. Dünən ona 



Nataşadan 

məktub 


gəldiyini 

deyəndə 


çox-çox 

maraqlanmışdı,  gözləyirdi  ki,  mən  səhər  tezdən,  ya  da  heç 

olmasa, saat onda onun yanına gedəcəyəm. Lakin mən ancaq 

günorta vaxtı saat ikinin yarısında gedə bildim,  gördüm ki, 

yazıq qarı çox böyük iztirab içində məni gözləyir. Bir də ki, 

o  mənə  dünən  qəlbində  doğan  yeni  ümidlərini,  Nikolay 

Sergeiçin  dünəndən  bəri  kefsizlədiyini,  qaşqabaqlı 

olduğunu,  lakin  onunla  nədənsə,  çox  mehriban  rəftar 

etdiyini  söyləmək  istəyirdi.  İçəri  girən  kimi,  onun  üzündə 

narazılıq,  soyuqluq  göstərən  bir  ifadə  əmələ  gəldi. 

İstəmədən  dodaqucu  danışır,  heç  bir  maraq  göstərmirdi, 

sanki  bununla  demək  istəyirdi:  “Niyə  gəlmisən?  Atam,  hər 

gün  veyl-veyl  gəzməyə  həvəsin  var?”  Gec  gəldiyim  üçün 

onun  mənə  acığı  tuturdu.  Lakin  mən  tələsirdim,  bu  şeylərə 

əhəmiyyət  verməyərək,  dünən  axşam  Nataşagildə  olan 

əhvalatı  açıb  söylədim.  Anna  Andreyevna  qoca  knyazın 

gəldiyini,  təntənəli  surətdə  etdiyi  təklifini  eşidəndə, 

downloaded from KitabYurdu.org




 

300 


üzündəki qondarma məyusluq dərhal dağıldı. Elə sevindi ki, 

bunu  təsvir  etməyə  söz  tapmıram.  Hətta  özünü  itirdi,  xaç 

vurdu,  ağladı,  ikiqat  olub  ikonaların  qarşısında  dua  elədi, 

məni qucaqladı, elə o saat Nikolay Sergeiçin yanına getmək, 

öz sevincini ona bildirmək istədi. 

–  Atam,  bir  iltifat  buyur,  o  axı  gördüyü  təhqirlərə, 

həqarətə  görə  belə  dərd  çəkir.  İndi  eşitsə  ki,  Nataşanın  işi 

tamam düzəlmişdir, elə o saat bunlar hamısı yadından çıxar. 

Mən  onu  güclə  saxladım.  Bu  xoş  təbiətli  qarı  əri  ilə 

iyirmi beş il yaşasa da, onu çox pis tanıyırdı. O çox istəyirdi 

ki, elə o saat mənimlə bərabər Nataşanın yanına getsin. Mən 

onu başa saldım ki, Nikolay Sergeiçin bəlkə də bundan xoşu 

gəlməz,  biz  bu  hərəkətimizlə  bütün  işə  ziyan  yetirə  bilərik. 

Mən onu bu fikrindən güclə döndərdim, lakin o məni nahaq 

yerə  yarım saat da saxladı, elə ancaq özü danışırdı. Deyirdi 

ki: “İndi mən belə bir sevinclə dörd divar arasında təkbaşına 

oturub  nə  edəcəyəm?”  Axırda  ona  dedim  ki,  Nataşa  indi 

mənim yolumu gözləyə-gözləyə qalıb, mən gərək tez gedim. 

Ancaq  bundan  sonra  o  məni  buraxdı.  Bir  neçə  dəfə  mənə 

yolumun  uğurlu  olması  üçün  xaç  vurdu,  Nataşaya  xüsusi 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə