F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə61/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   57   58   59   60   61   62   63   64   ...   161

301 

olaraq  xeyir-dua  göndərdi.  Mən  ona  qəti  surətdə  dedim  ki, 

əgər Nataşanın başına bir iş gəlməyibsə, mən daha bu axşam 

gəlməyəcəyəm.  Qarı  mənim  gəlməyəcəyimi  eşidəndə  az 

qaldı ki, ağlasın. Bu dəfə Nikolay Sergeiçi görə bilmədim: o 

bütün  gecəni  yatmayıbmış,  başağrısından,  üşüdüyündən 

şikayət edirmiş, indi isə öz kabinetində yatmışdı. 

Nataşa  da  səhər  açılandan  məni  gözləyirmiş.  İçəri 

girəndə  gördüm  ki,  o,  adəti  üzrə,  əllərini  qoynuna  qoyub, 

düşünə-düşünə  otaqda  gəzinir.  Hətta  indi  də  Nataşanı 

xatırlayanda, onu ancaq belə təsəvvür edirəm: o tərk edilmiş 

halda,  əlləri  qoynunda,  gözlərini  yerə  dikərək,  yoxsul  bir 

otaqda,  tək-tənha,  kimi  isə  gözləyə-gözləyə,  fikirli-fikirli, 

boş-boşuna o baş-bu başa gəzişir... 

Nataşa  gəzişə-gəzişə,  yavaşca  nə  üçün  belə  gec 

gəldiyimi  məndən  soruşdu.  Mən  ona  başıma  gələn  əhvalatı 

qısaca  danışdım.  Lakin  o  mənə  çox  az  qulaq  asırdı,  hiss 

olunurdu  ki,  o  nəyinsə  çox  bərk  fikrini  çəkir.  Soruşdum  ki: 

“Təzə nə var?” Dedi ki: “Təzə heç bir şey yoxdur...“ Lakin 

bunu  başqa  bir  ifadə  ilə  söylədi,  bu  təzə  xəbəri  söyləmək 

üçün  gözləyirmiş,  ancaq  adəti  üzrə,  bunu  indi  yox,  mən 

downloaded from KitabYurdu.org




 

302 


gedənə  yaxın  söyləyəcək.  Həmişə  də  belə  olur.  Mən  buna 

alışmışdım, bu vaxtı gözləyirdim. 

Məlum şeydir ki, biz söhbəti dünən axşamkı hadisədən 

başladıq. Bizim qoca knyaz haqqında olan fikrimiz tamamilə 

bir-birinə uyğun idi, məni xüsusilə təəccübləndirən bu oldu. 

Knyaz onun qətiyyən xoşuna gəlmirdi, indi isə dünənkindən 

də  artıq  xoşuna  gəlmirdi.  Biz  onun  dünənki  gəlişini, 

söylədiyi  sözləri  bütün  təfərrüatı  ilə  gözdən  keçirərkən, 

Nataşa birdən dedi: 

–  Vanya,  həmişə  axı  belə  olur:  birisi  ilk  görüşdə 

adamın  xoşuna  gəlməsə,  bu  o  deməkdir  ki,  sonradan  o 

mütləq xoşa gələcək. Mən həmişə belə oluram. 

–  Nataşa,  Allah  eləsin  ki,  belə  olsun!  Mənim  də  bu 

barədə  qəti  və  son  fikrim  budur:  mən  hər  şeyi  götür-qoy 

elədim,  belə  bir  nəticəyə  gəldim  ki,  knyaz  riyakarlıq  da 

eləmiş olsa, sizin evlənmənizə doğrudan da və ciddi surətdə 

razılıq verir. 

Nataşa  otağın  ortasında  dayanıb, sərt-sərt mənə  baxdı. 

Onun  bütün  sifəti  dəyişmişdi,  hətta  dodaqları  da  azca 

titrəyirdi. 

downloaded from KitabYurdu.org



 

303 


Qürur və təəccüblə məndən soruşdu: 

– Belə bir halda o, axı necə hiyləgərlik edə bilər, yalan 

deyə bilər? 

Mən də tez onun sözünə qüvvət verdim: 

– Elədir, elədir! 

– Əlbəttə, yalan demirdi. Mənə elə gəlir ki, bu barədə 

heç  düşünmək  də  lazım  deyil.  Hətta  onun  hiyləgərlik 

etməsinə bir  səbəb də  tapmaq  olmaz. Bir  də, axı  mən  onun 

nəzərində  nəyəm  ki,  məni  bu  dərəcədə  ələ  salsın?  İnsan  da 

adamı belə təhqir etməyə qabil ola bilərmi? 

Mən də: 

– Əlbəttə, əlbəttə! – deyərək onun sözünü təsdiq etdim. 

Lakin  düşünərək  öz-özümə  dedim:  “Mənim  zavallı 

Nataşam,  yəqin  bu  barədə  sən  ancaq  indi,  otaqda  gəzişə-

gəzişə  düşünürsən,  bəlkə  də  buna  məndən  daha  çox  şübhə 

edirsən!” 

Nataşa: 

–  Ah,  onun  tez  qayıdıb  gəlməsini,  heç  bilirsən,  mən 

necə  arzu  edirəm?  –  dedi.  –  Gecəyarısına  kimi  mənim 

yanımda oturmaq istəyirdi, onda... O ki hər şeyi atıb getdi, 

downloaded from KitabYurdu.org



 

304 


görünür,  çox  mühüm  işi  varmış!  Vanya,  sən  onun  nə  işi 

olduğunu bilirsənmi? Bir şey eşitməmisən ki? 

–  Bunu  Allah  bilir.  Axı  o  ancaq  pul  qazanmaqla 

məşğuldur.  Eşitmişəm  ki,  Peterburqda,  haradasa  özünə  yer 

götürür. Nataşa, bizim belə şeylərdən başımız çıxmaz. 

–  Əlbəttə,  çıxmaz.  Alyoşa  dünən  bir  məktubdan 

danışırdı. 

– Yoxsa, bir xəbər var? Alyoşa gəlmişdimi? 

– Gəlmişdi. 

– Tezdən gəlmişdi? 

– Saat on ikidə, o axı çox yatır. Gəlib oturdu. Mən onu 

Katerina  Fyodorovnanın  yanına  göndərdim.  Vanya,  olmaz 

axı! 

– Yoxsa, o özü ora getmək istəmirdi? 



– Getmək istəyirdi... 

İstədi  bir  şey  də  əlavə  etsin,  ancaq  susdu.  Mən  ona 

baxıb  gözləyirdim.  Onun  üzündən  qəmginlik  yağırdı.  Mən 

onun  nə  demək  istədiyini  soruşardım,  ancaq  onun  sorğu-

sualdan bəzən heç xoşu gəlmirdi. 

downloaded from KitabYurdu.org




 

305 


Nəhayət,  o,  dodaqlarını  azca  əyərək,  sanki  mənə 

baxmamağa çalışaraq dedi: 

– O çox qəribə uşaqdır... 

–  Nə  var  ki?  Yəqin  sizin  aranızda  bir  şey  olub, 

elədirmi? 

– Yox, bir şey olmayıb, elə-belə deyirəm... O hər halda, 

mehribandır... Ancaq... 

–  İndi  onun  bütün  dərd-qəmi,  bütün  qayğısı 

qurtarmışdır. 

Nataşa  diqqətlə  mənə  baxdı.  O  bəlkə  də  istəyirdi  ki, 

mənə  belə  cavab  versin:  “Əvvəllər  də  onun  dərd-qəmi, 

qayğısı  çox  deyildi”.  Lakin  ona  elə  gəldi  ki,  mənim  də 

sözlərimdə eyni məna var, buna görə də acıqlandı. 

Lakin elə o saat yenə də mehriban oldu, üzü güldü. Bu 

gün  Nataşa  son  dərəcə  mülayim  idi.  Mən  bir  saatdan  artıq 

onun yanında oturdum. O çox narahat idi. Onu narahat edən 

knyaz  idi.  Mən  Nataşanın  bəzi  suallarından  belə  başa 

düşdüm  ki,  o bir  şeyi  çox bilmək  istəyir: bilmək  istəyir  ki, 

dünən  knyaza  necə  təsir  bağışlamışdır?  Özünü  knyazın 

yanında  necə  aparırdı?  Onun  qarşısında  öz  sevincini 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə