F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə62/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   58   59   60   61   62   63   64   65   ...   161

 

306 


həddindən artıq ifadə etmirdi ki? Çox incik görünmürdü ki? 

Ya  da,  əksinə,  özünü  həddindən  artıq  güzəştə  gedən 

göstərmirdi ki? Görəsən, knyaz onun haqqında başqa bir şey 

düşünmədi  ki?  Ona  gülmədi  ki?  Ona  nifrət  etmədi  ki?  Bu 

fikirdən onun yanaqları od kimi qızardı. 

Dedim ki: 

–  Pis  bir  adam  mənim  barəmdə  filan  cürə  düşünəcək 

deyə,  bu  qədər  həyəcan  keçirmək  olarmı?  Qoy  nə  qədər 

düşünür, düşünsün! 

Nataşa soruşdu: 

– O pis niyə olur? 

Nataşa  vasvası  da  olsa,  təmiz  və  açıqürəkli  bir  adam 

idi. Onun vasvasılığı qəlbinin təmizliyindən idi. O lovğa idi, 

lakin onun lovğalığı nəcibanə bir lovğalıq idi, buna görə də, 

hər  şeydən  yüksək  hesab  etdiyi  bir  şeyin  onun  gözü 

qarşısında  istehza  edilməsinə  dözə  bilmirdi.  Əlbəttə,  alçaq 

bir adamın həqarətinə o ancaq həqarətlə cavab verə bilərdi, 

lakin müqəddəs hesab etdiyi bir şeyə, kim olur olsun, istehza 

etsə, bundan iztirab çəkərdi. Bu onun möhkəmliyinin kifayət 

qədər  olmamasından  deyildi.  Bu,  qismən,  həyatı  çox  az 

downloaded from KitabYurdu.org



 

307 


bilməsindən,  insanlara  vərdiş  etməməsindən,  öz  otağında 

sıxılıb  qalmasından  meydana  gəlirdi.  O  bütün  ömrünü  öz 

otağında  keçirmişdi,  oradan  çox  az  hallarda  insanlar  içinə 

çıxmışdı.  Bir  də  ki,  bu  ən  saf  qəlbli  adamlara  xas  olan  bir 

şeydir,  bəlkə  də  bu  ona  atasından  keçmişdi:  adamı 

tərifləmək,  onu  olduğundan  daha  artıq  yaxşı  hesab  etmək, 

onun  bütün  yaxşı  cəhətlərini,  hissə  qapılaraq  şişirtmək 

həvəsi  Nataşada  son  dərəcə  inkişaf  etmişdi.  Belə  adamlar, 

ümidlərinin  boşa  çıxdığını  görəndə  çox  əzab  çəkirlər, 

müqəssir olduqlarını hiss etdikdə isə çəkdikləri əzab daha da 

artıq  olur.  Niyə  axı  insandan,  verə  biləcəyindən  artıq  şey 

gözləyəsən? Belə adamların hər anda ümidi boşa çıxa bilər, 

yaxşısı  budur  ki,  onlar  öz  yuvalarında  oturalar,  adam  içinə 

çıxmayalar.  Mən  hətta  görmüşəm  ki,  onlar  öz  yuvalarını 

doğrudan  da,  o  qədər  sevirlər  ki,  hətta  insanlarla  ünsiyyəti 

də  yadırğayırlar.  Lakin  Nataşa  çox  müsibətlər  çəkmiş,  çox 

həqarətlər  görmüşdü.  O  artıq  xəstə  bir  insan  idi,  onu 

müqəssir  hesab  etmək  olmazdı,  mən  də  bu  sözlərimlə  onu 

müqəssir hesab etmək istəmirəm. 

downloaded from KitabYurdu.org




 

308 


Mən tələsirdim, ayağa qalxdım ki, gedim. Nataşa buna 

heyrət  edib  az  qaldı  ki,  ağlasın.  Mən  nə  qədər  ki, 

oturmuşdum,  o  elə  bir  mehribanlıq  göstərmirdi,  əksinə, 

mənimlə  elə  bil  ki,  həmişəkindən  daha  artıq  soyuq  rəftar 

edirdi. O məni bərk-bərk öpdü, xeyli gözlərimə baxdı. 

–  Qulaq  as,  –  dedi.  –  Alyoşa  bu  gün  çox  gülməli  idi, 

hətta  məni  təəccübləndirdi  də.  Üzdən  o  çox  sevimli,  çox 

xoşbəxt görünürdü, sanki bir kəpənək kimi uçub gəldi. Özü 

də  çox  şıq  geyinmişdi,  aynanın  qabağında  hərlənə-hərlənə 

durmuşdu. İndi o nədənsə, özünü çox  sadə aparır... Özü də 

çox az oturdu, təsəvvür edirsənmi, mənə konfet gətirmişdi. 

–  Konfet?  Nə  olar  ki,  bu  çox  qəşəng,  çox  da 

sadəlövhcəsinə  bir  hərəkətdir!  Ah,  siz  indi  nə  qəribə 

olmusunuz!  Başlamısınız  bir-birinizə  göz  qoymağa,  bir-

birinizdən çuğulluq etməyə, bir-birinizin sifətini öyrənməyə, 

gizlin  fikirlərinizi  bir-birinizin  sifətindən  oxumağa  (Amma 

siz  bundan  heç  bir  şey  anlamırsınız!).  O  hələ  pis  deyil,  o 

yenə əvvəlki kimi şəndir, yenə bir məktəbli kimidir. Bəs sən, 

bəs sən?! 

downloaded from KitabYurdu.org




 

309 


Yadımdadır,  Nataşa həmişə  ifadə tərzini dəyişərək,  ya 

Alyoşadan  şikayətlənmək,  ya  onu  çox  narahat  edən  bir 

şübhəni  həll  etmək,  ya  da  ağzını  açan  kimi,  mənim  başa 

düşməyimi  arzu  etdiyi,  gizlin  bir  məsələni  söyləmək  üçün 

dişlərini ağardaraq mənə baxar, elə bil yalvarırdı ki, mən bu 

məsələni mütləq onun könlü istədiyi kimi həll edim, elə həll 

edim  ki,  dərhal  onun  ürəyində  bir  yüngüllük  əmələ  gəlsin. 

Lakin bu da yadımdadır ki, belə hallarda mənim ifadə tərzim 

həmişə  sərt  və  kəskin  olardı,  sanki  kimi  isə  acıqlı-acıqlı 

danlayırdım, bu da qətiyyən mənim ifadəmdən asılı olmayan 

bir  şey  idi,  ancaq  həmişə  yaxşı  nəticə  verərdi.  İfadəmin 

sərtliyi,  ciddiliyi  lap  yerinə  düşərdi.  Təsiri  də  çox  olardı. 

Bəzən  insan  başqası  tərəfindən  danlanmasına  çox  böyük 

ehtiyac hiss edir. Hər halda, Nataşa bəzən mənim yanımdan 

tamamilə təsəlli tapıb gedərdi. 

Nataşa bir əlini çiynimə qoyaraq, bir əli ilə əlimi sıxıb, 

gözləri ilə də könlümü ələ almağa çalışaraq dedi: 

downloaded from KitabYurdu.org




 

310 


– Yox, Vanya, mənə elə gəldi ki, məsələdən onun başı 

az çıxır… o mənə elə bir mari

1

  göründü  ki,  elə  bil  on  ildir 



evlidir, amma arvadı ilə yenə də mehriban dolanır. Bu hələ 

çox  tez  deyilmi?  Gülürdü,  hərlənib-fırlanırdı,  amma  elə  bil 

ki, bunu elə-belə edirdi, bunun mənə az dəxli vardı, əvvəlki 

kimi  yox...  Katerina  Fyodorovnanın  yanına  getməyə 

tələsirdi... Mən ona söz deyirəm, o qulaq asmır, ya da başqa 

bir şeydən danışır; bilirsənmi ki, bu, kübarlara xas olan çox 

pis  vərdişdir,  biz  ikimiz  də  bu  vərdişi  onun  başından 

çıxarmağa  çalışırdıq.  Xülasə,  elə  idi  ki...  Hətta  elə  bil  ki, 

mənə qarşı laqeyd idi... Mən də dayana bilərdim?! Başladım, 

nə  başladım!  O  ki  lazımdı  dedim!  Vanya,  biz  hamımız  nə 

yaman tələbkarıq, nə yaman şıltaq, zalım adamlarıq! Yalnız 

indi  hiss  edirəm.  Adamın  üzündə  əmələ  gələn  mənasız  bir 

dəyişikliyi  də  ona  əfv  etmirik;  Alyoşanın  üzündəki 

dəyişiklik  isə  kim  bilir  nədənmiş!  Vanya,  sən  ki, indi  məni 

danladın  –  haqlısan!  Bütün  bu  şeylərə  müqəssir  ancaq 

mənəm!  Özümüz  özümüzə  iş  açırıq,  sonra  da  oturub 

                                                 

1

Ə



r (frans.) 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə