F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə63/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   59   60   61   62   63   64   65   66   ...   161

 

311 


şikayətlənirik...  Sağ  ol,  Vanya,  mənim  ürəyimi  lap 

sakitləşdirdin. Ah, o, bu gün gəlsəydi nə yaxşı olardı! Sonra 

birdən bayaqkını yadına salıb acıqlanar. 

Mən təəccüblə soruşdum: 

– Olmaya savaşmısınız? 

–  Heç  özümü  o  yerə  qoymadım!  Mən  ancaq  bir  az 

qəmgin idim: onun da əvvəl kefi kök idi, sonra birdən fikrə 

daldı,  gedəndə  də  elə  bil  soyuqluq  göstərdi.  Onun  dalınca 

adam göndərəcəyəm... Vanya, sən də bu gün gəl. 

– Bir iş var, başım ona qarışmasa, mütləq gələrəm. 

– Bu nə işdir? 

– Biri var, yaxamdan əl çəkmədi! Görək, bəlkə gəldim, 

mütləq gələrəm. 

 

downloaded from KitabYurdu.org




 

312 


VII FƏSİL 

 

Düz  saat  yeddidə  Masloboyevin  evinə  getdim.  O, 



Şestilavoçnaya  küçəsində  kiçik  bir  evdə,  fligeldə,  üçotaqlı 

mənzildə  yaşayırdı.  Mənzil  çox  natəmiz  və  səliqəsiz  idi, 

lakin  mebel  cəhətdən  yoxsul  deyildi.  Hətta  bir  qədər  var-

dövlət  də  nəzərə  çarpırdı,  eyni  zamanda,  böyük  bir 

təsərrüfatsızlıq da hiss olunurdu. Qapını çox sadə, lakin çox 

qəşəng geyimli, gülər, mehriban baxışlı, çox təmiz, gözəl bir 

qız  açdı,  onun  on  doqquz  yaşı  olardı.  Mən  o  saat  başa 

düşdüm  ki,  bu  Aleksandra  Semyonovnadır.  Dünən 

Masloboyev  sözarası  onun  adını  çəkmiş,  söyləmişdi.  O 

mənim kim olduğumu soruşdu, familiyamı eşidəndə dedi ki, 

Masloboyev  sizi gözləyir,  lakin indi  öz  otağında  yatmışdır. 

Məni  onun  yanına  apardı.  Masloboyev  çox  gözəl,  yumşaq 

bir divanda uzanmışdı, üstünə çirkli şinelini salmış, başının 

altına  köhnə  meşin  balış  qoymuşdu.  O  çox  ayıq  yatmışdı, 

biz içəri girən kimi, o məni adımla çağırdı. 

– Hə! Sənsən? Gözləyirdim. Bu saat yuxuda görürdüm 

ki, gəlib məni oyadırsan. Deməli, vaxtdır. Gedək. 

downloaded from KitabYurdu.org




 

313 


– Hara? 

– O xanımın yanına. 

– Hansı xanımın? Niyə? 

–  Xanım  Bubnovanın  yanına,  onu  məhv  etməyə!  – 

sonra  Aleksandra  Semyonovnaya  tərəf  dönüb  uzada-uzada 

dedi. – Heç bilirsən, necə canandır! – hətta onu xatırlamaqla 

barmaqlarının ucunu da öpdü. 

–  Yenə  başladı,  yenə  başladı  özündən  uydurmağa!  – 

Aleksandra  Semyonovna  belə  hallarda  bir  az  acıqlanmağı 

özünə borc bilirdi. 

–  Tanış  deyilsən?  Qardaş,  tanış  ol!  Aleksandra 

Semyonovna, sənə təqdim edirəm, bu ədəbiyyat generalıdır. 

Bunlara  ancaq  ildə  bir  dəfə  havayı  baxmaq  olar,  qalan 

vaxtlar pulladır. 

–  Məni  axmaq  tapıb,  ey!  Siz  Allah,  siz  ona  qulaq 

asmayın, o həmişə məni ələ salır. Bu axı nə generaldır? 

– Mən də onu deyirəm ki, əlahiddə bir generaldır! Zati-

aliləri,  sən  də  elə  bilmə  ki,  biz  axmaq  adamlarıq,  biz  ilk 

baxışda göründüyündən çox-çox ağıllıyıq. 

downloaded from KitabYurdu.org




 

314 


–  Siz  ona  fikir  verməyin!  Həmişə  elə  hörmətli 

adamların  yanında  adama  xəcalət  verir,  utanmazın  biri, 

utanmaz! Heç olmasa, bircə dəfə teatra aparaydın. 

–  Aleksandra  Semyonovna,  siz  sevirsiniz  özünüzün 

ev...  Siz  yadınızdan  çıxarmırsınız  ki,  sevmək  lazımdır?  O 

sözü unutmamısınız ki? Sizə öyrətdiyim sözü? 

– Əlbəttə, unutmamışam. Görünür, axmaq bir sözdür. 

– Axı hansı sözdür? 

–  Yox,  qonağın  yanında  durub  özümü  biabır 

eləyəcəyəm!  Bəlkə  də  ayıb  bir  sözdür!  Desəm,  lap  dilim 

qurusun! 

– Deməli, yadınızdan çıxıb! 

– Yox, çıxmayıb: penatlar

1

 öz penatlarınızı sevirsiniz... 



Gör  özündən  nələr  uydurur  da!  Bəlkə  heç  bir  penat-filan 

olmamışdır,  onları  axı  niyə  sevəsən?  Elə  həmişə  yalan 

danışır! 

– Amma xanım Bubnovanın yanında... 

–  Cəhənnəm  ol  öz  Bubnovanla!  –  Aleksandra 

Semyonovna bərk acıqlanmış halda otaqdan çıxıb getdi. 

                                                 

1

Qədim romalılarda ev hamisi olan allahlar 



downloaded from KitabYurdu.org


 

315 


–  Vaxtdır!  Gedək!  Aleksandra  Semyonovna,  sağlıqla 

qalın! 


Biz evdən çıxdıq. 

–  Bilirsən,  Vanya,  əvvəl  budur  ki,  bu  arabaya  minək. 

Bu  belə.  İkincisi  də,  bayaq  səndən  ayrılandan  sonra  bəzi 

şeylər  də  öyrəndim,  özü  də  güman  və  təsəvvürlə  deyil,  lap 

düzgün  öyrəndim.  Vasilyevskidə  bir  saat  da  qaldım.  O 

yekəqarın  ki  var,  yaman  əclaf  şeydir,  murdar,  pis  adamdır, 

cürbəcür  alçaq  işlərə  əl  atır.  O  Bubnova  da  bu  cür 

fırıldaqları  ilə  çoxdan  məşhurdur.  Bu  günlərdə  o,  yaxşı  bir 

evdən olan bir qız ilə az qala ələ keçəcəkdi. O yetim qıza ki, 

kiseyi  paltar  alıbmış  (bayaq  mənə  deyirdin),  bu  mənə  heç 

dinclik vermir, çünki bu barədə mən bundan qabaq da bəzi 

şeylər  eşitmişəm.  Bu  gün  də  bəzi  şeylər  öyrənmişəm,  bu, 

tamamilə  təsadüfi  olmuşdur,  amma  deyəsən,  doğrudur.  O 

qızın neçə yaşı var? 

– Üzdən ona on üç vermək olar. 

–  Amma  boyca  balacadır.  O  elə  də  eləyəcək.  Lazım 

olsa, deyəcək on birdir, on beş də deyəcək. O yazığın axı nə 

bir köməyinə çatanı var, nə də ailəsi, onda... 

downloaded from KitabYurdu.org



 

316 


– Doğrudanmı? 

–  Bəs  sən  necə  bilirsən!  Xanım  Bubnova  o  yetimi 

ancaq yazığı gəldiyi üçün saxlamağa götürməzdi. Yekəqarın 

ki  ora  dadanıb,  lap  mən  deyən  kimidir.  O  bu  yaxınlarda 

səhər  Bubnova  ilə  görüşüb.  O  səfeh  Sizobryuxova  isə,  bu 

gün  bir  gözəl  vəd  edilmişdir,  yerli  arvaddır,  məmur  və 

ştabofiser  arvadıdır.  Əyyaşlıq  eləyən  tacir  uşaqları 

belələrinin  düşkünüdür,  həmişə  rütbəni  soruşurlar.  Bu  latın 

sərfində  olan  kimidir,  yadındadırmı,  sözün  sonuna 

əhəmiyyət  verilir.  Amma  deyəsən,  mən  hələ  də  kefliyəm. 

Bubnovanı  belə  işlərlə  məşğul  olmağa  qoymaram.  O,  polis 

işçilərini  də  aldatmaq  istəyir.  Aldada  bilməyəcək!  Mən  də 

onu  qorxudacağam,  o  bilir  ki,  əvvəlkilər  də  mənim 

yadımdan çıxmayıb və sairə... Başa düşürsənmi? 

Mən  buna  son  dərəcə  heyrət  etdim.  Bu  xəbər  qəlbimi 

həyəcana  gətirdi.  Mən  qorxurdum  ki,  birdən  gecikərik, 

sürücünü tələsdirdim. 

Masloboyev dedi ki: 

– Narahat olma, tədbir görülmüşdür. Mitroşka ordadır. 

Sizobryuxov  ona  pul  verib  canını  qurtaracaq,  yekəqarın 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə