F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə64/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   60   61   62   63   64   65   66   67   ...   161

 

317 


alçaq  da  –  bədənini!  Bu  hələ  bayaq  həll  olunmuşdur. 

Bubnova da mənim  payıma düşür... Buna görə də o mənim 

əlimdən qaçıb qurtara bilməyəcək... 

Biz  gəlib  aşxananın  qarşısında  dayandıq.  Lakin 

Mitroşka deyilən adam orada yox idi. Sürücüyə tapşırdıq ki, 

bizi  aşxana  artırmasının  qarşısında  gözləsin,  özümüz 

Bubnovanın  evinə  getdik.  Mitroşka  bizi  darvazanın 

qabağında  gözləyirdi.  Pəncərələrdən  bayıra  parlaq  işıq 

düşmüşdü, eyni zamanda, Sizobryuxovun sərxoş, uzun sürən 

gurultulu qəhqəhəsi eşidilirdi. 

Mitroşka dedi: 

–  On  beş  dəqiqədir  ki,  oradadır.  Lap  vaxtında 

gəlmisiniz. 

Mən soruşdum: 

– Biz axı içəri necə girəcəyik? 

Masloboyev cavab verdi: 

– Bir qonaq kimi. Bubnova məni tanıyır, Mitroşkanı da 

tanıyır.  Hərçənd,  bütün  qapı-baca  bağlıdır,  ancaq  bu  bizim 

üçün deyil. 

downloaded from KitabYurdu.org




 

318 


Masloboyev  yavaşca  darvazanı  döydü,  darvaza  dərhal 

açıldı.  Açan  –  dalandar  idi.  Dalandarla  Mitroşka  bir-birinə 

göz  vurdu.  Biz  astaca  həyətə  girdik.  Heç  kəs  bizim 

gəldiyimizi bilmədi. Dalandar bizi pilləkənlə yuxarı çıxardıb 

qapını döydü. Onu içəridən səslədilər. Dedi ki, təkəm, işim 

var,  açın...  Qapını  açdılar,  biz  hamımız  birdən  içəri 

doluşduq. Dalandar gözdən itdi. 

Bubnova çığırdı: 

– Ay aman, bunlar kimdir? 

O, sərxoş və saçları dağılmış halda, əlində şam, balaca 

dəhlizdə dayanmışdı. 

Masloboyev onun sualını təkrar etdi: 

–  Kimdir?  Anna  Trifonovna,  bu  nə  olan  şeydir,  əziz 

qonaqları  tanımırsınız?  Bizdən  başqa  kim  olacaq?..  Filipp 

Filippıç. 

– Ah, Filipp Filippıç! Sizsiniz... Əziz qonaqlar... Sizdən 

nə əcəb? Mən... elə-belə... Buyurun bura... 

Bubnova bərk əl-ayağa düşdü. 

downloaded from KitabYurdu.org



 

319 


–  Hara  axı?  Burda  arakəsmə  var...  Yox,  siz bizi  yaxşı 

qəbul  edin.  Biz  burda  sərin  şərab  içəcəyik,  bəs  maşera 

yoxdur? 

Bubnova dərhal özünü ələ aldı. 

– Niyə yoxdur? Olmasa da, belə əziz qonaqlar üçün lap 

yer  deşiyindən  də  taparam.  Çin  dövlətindən  yazıb 

gətirdərəm! 

–  Əzizim  Anna  Trifonovna,  ikicə  kəlmə  sözüm  var. 

Sizobryuxov burdadır? 

– B... burdadır. 

–  Mənə  o  lazımdır.  O  əclaf  necə  cəsarət  edib  mənsiz 

kefə başlayıb? 

–  O  sizi  heç  yadından  çıxartmamışdı.  Elə  kimi  isə 

gözləyirdi, yəqin sizi gözləyirmiş. 

Masloboyev  qapını  itələdi,  biz  ikipəncərəli  balaca  bir 

otağa girdik. Otaqda ətir çiçəyi, toxunma həsir stullar, bir də 

pis bir fortepiano vardı. Biz hələ bura girməmişdən, dəhlizdə 

durub  danışanda,  Mitroşka  birdən  yox  oldu.  Mən  sonra 

bildim ki, o heç içəri girməyibmiş, qapının arxasında durub 

gözləyirmiş.  Arxayın  imiş  ki,  qapını  ona  açan  olacaqdır. 

downloaded from KitabYurdu.org



 

320 


Bayaq  səhər  Bubnovanın  arxasında  durub  baxan,  dağınıq 

saçlı, üzünə ənlik çəkmiş qadın onun xaç kirvəsi imiş. 

Sizobryuxov, qırmızı ağacdan düzəldilmiş balaca, zərif 

bir  divanda,  üstünə  süfrə  salınmış  girdə  stol  arxasında 

oturmuşdu.  Stolun  üstündə  iki  şüşə  ilıq  şampan  şərabı,  bir 

şüşə pis rom, bundan başqa, konfet, şəkərçörəyi, üç cürə qoz 

qoyulmuş boşqablar da vardı. Stolun dalında Sizobryuxovla 

qabaq-qənşər,  qırxyaşlı  çopur,  çox  iyrənc  bir  qadın 

oturmuşdu. O, qara tafta paltar geyinmiş, bürünc bilərzik və 

sancaq  taxmışdı.  Görünür,  bu,  ştab-ofiser  arvadı  adı  ilə 

gətirilmiş  başqa  bir  qadın  idi.  Sizobryuxov  sərxoş  idi,  kefi 

də kök idi. 

Masloboyev səsi yetdikcə bağırdı: 

–  Adam  da  belə  iş  tutar?!  Hələ  bir  Düssoya  da  bizi 

dəvət eləyib! 

Sizobryuxov şən halda yerindən qalxaraq mızıldadı: 

– Filipp Filippıç, bizi xoşbəxt elədiniz! 

– İçirsən? 

– Əfv edin! 

downloaded from KitabYurdu.org




 

321 


– Sən əfv istəmə, qonaqları dəvət elə. Səninlə bir yerdə 

kef  eləməyə  gəliblər.  Budur,  təzə  bir  qonaq  da  gətirmişəm, 

mənim dostumdur! – Masloboyev məni göstərdi. 

– Çox xoşdur, yəni bizi xoşbəxt elədiniz... Hi-hi! 

– Bu da şampan şərabıdır?! Turş şeyə oxşayır. 

– Mənim kefimə toxunursunuz. 

– Görünür, sən Düssoda heç görünə bilmirsən, hələ bir 

durub bizi dəvət də eləyir! 

Ştab-ofiser arvadı onun sözünə qüvvət verərək dedi: 

–  İndicə  danışırdı  ki,  Parisdə  olmuşam,  yəqin  yalan 

deyir! 

–  Fedosya  Titişna,  kefimə  toxunmayın.  Olmuşam. 



Getmişdim. 

– Belə bir kişi də Parisə gedə bilər? 

–  Getmişdim.  Bacarıb  getdim.  Karp  Vasiliçlə  bərabər 

orada  fərqləndik  də.  Karp  Vasiliçi  iltifat  buyurub 

tanıyırsınızmı? 

–  Sənin  Karp  Vasiliçin  mənim  nəyimə  gərəkdir  ki, 

tanıyım? 

downloaded from KitabYurdu.org




 

322 


– Elə-belə... Məsələ siyasətə aiddir. Biz orada, Parisin 

bir  yerində,  madam  Jubergildə,  iri  bir  bədənnüma  ingilis 

aynasını sındırdıq. 

– Nə sındırdınız? 

– İri bir bədənnüma aynasını! Elə bir ayna idi ki, bütün 

divarı, yerdən tavana qədər tutmuşdu. Karp Vasiliç elə kefli 

idi  ki,  madam  Juberlə  rusca  danışmağa  başladı.  Gedib 

bədənnüma  aynanın  qabağında  durdu,  sonra  da  ona 

dirsəkləndi.  Juberta  da  onun  üstünə  çığırdı,  yəni  öz  dili  ilə 

dedi: “Aynanın qiyməti yeddi yüz frankdır (hər frank da ki, 

bizim  pulla  iyirmi  beş  qəpikdir),  sındırarsan!”  O  da  lovğa-

lovğa  qımışıb  mənə  baxır.  Mən  də  onunla  qabaq-qənşər 

divanda oturmuşdum, gözəl də yanımda, özü də bunun kimi 

bədheybət  deyildi  ey,  nazlı-qəmzəli,  bəli!  Karp  Vasiliç 

çağırıb  dedi:  “Stepan  Terentiç,  ay  Stepan  Terentiç! 

Yarılığına,  nə  deyirsən?”  Mən  də  dedim  ki:  “Razıyam!” 

Yumruğunu  aynaya  elə  vurdu ki,  “ciring!”  Ayna  çilik-çilik 

olub töküldü. Juberta bərk çığıraraq düz onun üstünə cumdu. 

“Quldurun biri, quldur, sən nə edirsən, sən hara gəlmisən?” 

(yəni öz dillərilə) O da qayıdıb dedi ki: “Madam Juber, sən 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə