F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə65/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   61   62   63   64   65   66   67   68   ...   161

 

323 


pulunu  al, mənim  kefimə  toxunma!”  Elə o  saat  altı  yüz  əlli 

frankı  qabağına  saydı.  Çənəbazarına  salıb  əlli  frankını 

kəsdik. 

Elə  bu  anda,  bizim  olduğumuz  otaqdan  iki-üç  otaq  o 

tərəfdə dəhşətli bir çığırtı qopdu. Mən də diksinib çığırdım, 

bu,  Yelenanın  səsi  idi.  Elə  o  saat  da  bu  çığırtının  ardınca 

başqa  çığırtılar,  söyüş,  qapışma,  sonra  da  üzə  bərk-bərk 

vurulan aydın şillə səsləri eşidildi. Bu yəqin Mitroşka idi, öz 

payına  düşən  məsələni  həll  edirdi.  Birdən  qapı  bərk  açıldı, 

Yelena rəngi qaçmış halda özünü içəri soxdu. Onun gözləri 

tutqunlaşmış, ağ kiseyi paltarı tamamilə əzilmişdi, daranmış 

saçı sanki kiminləsə qapışdığından, dağılmışdı. Mən qapının 

qarşısında durmuşdum, o düz mənim üstümə yüyürdü, məni 

qucaqladı.  Hamı  cəld  ayağa  qalxdı,  hamı  qorxuya  düşdü. 

Qışqırdılar,  çığırışdılar.  Yelenadan  sonra  Mitroşka  gəldi,  o 

öz  əzilmiş,  xırpalanmış  yekəqarın  düşmənini  saçından 

tutaraq  sürüyə-sürüyə  gətirirdi.  Qapıdan  içəri  girib,  onu 

bizim qabağımıza atıb, məmnun halda dedi: 

– Bu da o! Alın, götürün! 

downloaded from KitabYurdu.org




 

324 


Masloboyev  sakitcə  mənə  yaxınlaşdı,  əlini  çiynimə 

vuraraq dedi: 

– Mənə bax! Qızı götür, bizim gəldiyimiz arabaya min 

get,  sənin  daha  burda  işin  yoxdur.  O  biri  işləri  də  sabah 

yoluna qoyarıq. 

Mən  daha  durub  gözləmədim,  Yelenanın  qolundan 

tutub,  onu  bu  əxlaqsızlar,  canilər  yuvasından  çıxartdım. 

Sonra  orda  nələr  olduğunu  daha  bilmədim.  Bizi  saxlayan 

olmadı.  Bubnova  dəhşət  içində  donub  qalmışdı.  Bütün  bu 

şeylər  elə  sürətlə  olmuşdu  ki,  o  heç  mane  də  ola  bilmədi. 

Sürücü  bizi  gözləyirdi.  İyirmi  dəqiqədən  sonra  mən  öz 

mənzilimə çatdım. 

Yelena yarımcan halda idi. Mən onun paltarının 

qarmaqlarını açdım, üz-gözünə su çiləyib divana qoydum. O 

qızdırdı, sayıqlamağa başladı. Mən onun solğun üzünə, qanı 

qaçmış dodaqlarına, diqqətlə daranmış, saç yağı sürtülmüş, 

bir az yana əyilmiş qara saçına, bütün bəzək-düzəyinə, 

paltarının hələ də ora-burasında ilişib qalmış xırdaca, 

çəhrayı bantlarına baxdım, bütün bu mənfur hadisə mənim 

üçün tamamilə aydın oldu. Yazıq qız! Onun vəziyyəti get-

downloaded from KitabYurdu.org



 

325 


gedə pisləşirdi. Mən onun yanından ayrılmırdım. Bu axşam 

Nataşagilə getməməyi qərara aldım. Yelena bəzən uzun 

kirpiklərini qaldırır, diqqətlə, xeyli mənə baxır, sanki məni 

tanımırdı. Gecə saat bir olardı ki, onun gözünə yuxu getdi. 

Mən də onun çarpayısı qarşısında, döşəmənin üstündə 

yatdım.


downloaded from KitabYurdu.org


 

326 


VIII FƏSİL 

 

Səhər tezdən durdum. Gecə bəlkə də hər yarım saatdan 



bir  ayılır,  zavallı  qonağıma  yaxınlaşır,  diqqətlə  ona 

baxırdım.  O,  qızdırma  içində  idi,  arabir  də  sayıqlayırdı. 

Səhərə  yaxın  lap  bərk  yatdı.  Düşündüm  ki,  bu,  yaxşı 

əlamətdir, lakin səhər ayılan kimi belə bir qərara gəldim: nə 

qədər  ki  yazıq  qız  yatmışdır,  tez  gedib  həkim  gətirim.  Mən 

bir  həkim  tanıyırdım,  o,  subay,  xoştəbiətli,  qoca  bir  həkim 

idi,  lap  çoxdan  Vladimirskaya  küçəsində,  bir  alman  qadını 

ilə  yaşayırdı,  qadın  onun  ev  işlərinə  baxırdı.  Düz  onun 

yanına getdim.  Söz  verdi ki, saat  onda  sizdə olaram.  Onun 

yanına  gedəndə  saat  səkkiz  idi.  Yolda  çox  istədim  ki, 

Masloboyevgilə  gedim,  lakin  sonra  bu  fikirdən  daşındım, 

yəqin  o  dünənki  hadisədən  sonra  hələ  də  yatırdı.  Bir  də  ki, 

Yelena yuxudan ayılar, özünü otağımda görüb qorxa bilərdi, 

xəstə  olduğundan,  bəlkə  də  bura  nə  vaxt  və  necə  gəldiyini 

unuda da bilərdi. 

Mən  otağa  girəndə  Yelena  yuxudan  ayıldı.  Ona 

yaxınlaşıb  ehtiyatla  soruşdum:  “Özünü  necə  hiss  edirsən?” 

downloaded from KitabYurdu.org




 

327 


Yelena cavab vermədi, öz qara, mənalı gözlərilə diqqətlə və 

xeyli mənə baxdı. Mən onun baxışlarından başa düşdüm ki, 

o  hər  şeyi  başa  düşür,  ağlı  da  özündədir. Bəlkə  də  o  mənə, 

əvvəlki  adətinə  görə,  cavab  vermirdi.  Dünən  də,  üç  gün 

bundan  əvvəl  də  o  mənim  yanıma  gələndə,  mənim  bəzi 

suallarıma  qarşı  bircə  kəlmə  də  söz  demirdi,  ancaq  birdən 

gözlərini  zilləyib  xeyli  mənə  baxırdı.  Bu  zaman  onun 

gözlərində şübhə və əcaib bir maraq, qəribə bir qürur ifadə 

olunurdu.  İndi  isə  mən  onun  baxışlarında  sərt  bir  ifadə 

gördüm, hətta elə bil ki, o mənə inanmırdı. Qızdırması olub-

olmadığını bilmək üçün əlimi onun alnına qoymaq istədim, 

lakin  o  öz  kiçik  əli  ilə  əlimi  dinməz-söyləməz,  üsulluca 

kənara  itələyib  üzünü  divara  çevirdi.  Onu  narahat  etməmək 

üçün çəkilib getdim. 

Mənim iri bir mis çaynikim vardı. Onu çoxdan samovar 

yerinə işlədir, onda su qaynadırdım. Odunum vardı, dalandar 

beş günün odununu birdən gətirmişdi. Sobanı yandırdım, su 

gətirdim,  çayniki  oda  qoydum.  Stəkan-nəlbəkini  də 

hazırladım.  Yelena  mənə  tərəf  çevrilərək  gördüyüm  işə 

maraqla  baxırdı.  Mən  ondan  soruşdum  ki,  bəlkə  bir  şey 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə