F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə66/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   62   63   64   65   66   67   68   69   ...   161

 

328 


istəyirsən?  O  yenə  də  mənə  cavab  verməyib,  üzünü  divara 

çevirdi. 

Düşünərək  öz-özümə  dedim:  “Bunun  mənə  niyə  acığı 

tutur? Qəribə qızdır!” 

Qoca  həkim,  dediyi  kimi,  saat  onda  gəldi.  Almanlara 

xas  olan  bir  diqqətlə  xəstəyə  baxıb,  məni  lap  arxayın  etdi, 

dedi  ki,  qızdırması  olsa  da,  elə  qorxulu  bir  şey  yoxdur. 

Sonra əlavə etdi ki, görünür, bunun çoxdan bəri davam edən, 

ayrı  bir  xəstəliyi  var,  bu  da  ürəyin  düzgün  döyünməməsi 

kimi bir şeydir, “lakin bu məsələ xüsusi bir müşahidə tələb 

edəcəkdir, indi isə xəstənin vəziyyəti qorxulu deyil”. Ona su 

və  toz  dərman  yazdı,  bunu  da  lazım  olduğundan  daha  çox, 

adət  şəklini  aldığı  üçün  yazmışdı,  elə  o  saat  soruşdu  ki,  bu 

haradan  gəlib  sənin  yanına  çıxıb?  Eyni  zamanda,  mənim 

otağımı  təəccüblə  gözdən  keçirtdi.  Bu  qoca  həkim  yaman 

danışqan adam idi. 

Yelena  öz  hərəkəti  ilə  onu  heyrətə  saldı:  nəbzini 

yoxlayarkən əlini geri çəkdi, dilini ona göstərmək istəmədi, 

suallarına  qətiyyən  cavab  vermədi,  ancaq  onun  boynundan 

asılan iri Stanislav ordeninə diqqətlə baxırdı. Qoca dedi ki: 

downloaded from KitabYurdu.org



 

329 


“Bunun yəqin başı bərk ağrıyır, ancaq gör necə baxır!” Mən 

Yelenanın  başına  gələn  hadisəni  ona  söyləməyi  lazım 

bilmədim,  ancaq  “bu  uzun  əhvalatdır”  deyərək,  onu  başdan 

elədim. 


Həkim gedəndə dedi: 

– Bir şey olsa, mənə xəbər eləyin. İndi isə qorxulu bir 

şey yoxdur. 

Mən  bu  qərara  gəldim  ki,  bütün  günü  Yelenanın 

yanında  qalım,  onu  lap  sağalana  kimi,  mümkün  qədər  tək 

qoymayım! Lakin bilirdim ki, Nataşa və Anna Andreyevna 

nahaq  yerə  məni  gözləyib  əziyyət  çəkə  bilərlər.  Buna  görə 

də,  şəhər  poçtu  ilə  Nataşaya  məktub  yazıb,  bu  gün  gələ 

bilməyəcəyimi  ona  xəbər  verməyi  qət  etdim.  Amma  Anna 

Andreyevnaya yazmaq mümkün deyildi. Bir dəfə Nataşanın 

xəstələndiyini  mən  ona  məktubla  xəbər  vermişdim,  onda 

Anna  Andreyevna  məndən  xahiş  etmişdi  ki,  bir  daha  ona 

kağız  yazmayım.  O  deyirdi  ki:  “Sənin  məktubunu  görən 

kimi qoca qaşqabağını tökür, mənim əzizim, o bilmək istəyir 

ki,  məktubda  nə  yazılmışdır,  amma  soruşa  bilmir,  cürət 

eləmir,  bütün  günü  ovqatı  təlx  olur.  Bir  də  ki,  atam, 

downloaded from KitabYurdu.org



 

330 


məktubla  sən  ancaq  məni  əsəbiləşdirirsən.  On  sətirdən  axı 

nə  çıxar!  Adam  istəyir  ki,  ətraflı  soruşub  bilsin,  amma  sən 

yoxsan”.  Buna  görə  də  təkcə  Nataşaya  məktub  yazdım, 

aptekə  dərman  almağa  gedəndə,  məktubu  da  aparıb  yola 

saldım. 

Bu  arada  Yelena  yenə  yatdı.  Yuxuda  o,  azca  inildəyir 

və  diksinirdi.  Həkim  düz  təyin  etmişdi:  onun  başı  bərk 

ağrıyırdı.  Arabir  çığırıb  yuxudan  ayılırdı.  O  hətta  mənə 

narazı  halda  baxırdı,  elə  bil  ki,  mənim  diqqət  yetirməyim 

ona daha artıq əziyyət verirdi. Etiraf edirəm ki, bu mənə çox 

ağır gəlirdi. 

Saat  on  birdə  Masloboyev  gəldi.  O,  fikirli  görünürdü, 

özü də elə bil ki, dalğın idi. O ancaq bir dəqiqəliyə gəlmişdi, 

hara isə bərk tələsirdi. 

Masloboyev otağa baxaraq: 

–  Qardaş,  –  dedi,  –  mən  bilirdim  ki,  sən  yaxşı 

yaşamırsan, amma heç ağlıma gətirmirdim ki, gəlib səni belə 

bir sandıqda görəcəyəm. Bu ki otaq deyil, sandıqdır. Tutaq 

ki, bu heç,  axı  əsas məsələ burasındadır ki, bu kənar şeylər 

səni  işindən  ayırır.  Bu  barədə  mən  dünən  Bubnovagilə 

downloaded from KitabYurdu.org



 

331 


gedəndə  fikirləşmişdim.  Qardaş,  mən  öz  təbiətim  etibarilə, 

bir  də  ki,  ictimai  vəziyyətimə  görə  ayrı  cür  adamlardanam. 

Elə  adamlardanam  ki,  onlar  özləri  yararlı  bir  iş  görə 

bilmirlər,  amma  başqalarına  necə  yaşamaq  üçün  öyüd-

nəsihət verirlər. Qulaq as, gör nə deyirəm: mən bəlkə sabah, 

ya o birisi gün sənin yanına gəldim, amma sən mütləq bazar 

günü səhər mənim yanımda ol. O vaxta qədər bu qızın işi də 

yəqin  ki,  tamam  qurtarar.  Bizə  gələndə  mən  gərək  səninlə 

ciddi  danışım,  çünki  səninlə  ciddi  surətdə  məşğul  olmaq 

lazımdır, belə yaşamaq olmaz! Dünən mən buna ancaq ötəri 

toxundum, amma indi əsaslı surətdə girişəcəyəm. Bir də, axı 

de  görüm,  məndən  müvəqqəti  olaraq  pul  almağı  sən  özünə 

alçaqlıqmı hesab edirsən? 

Mən onun sözünü kəsdim: 

–  Sən  gəl  danışma!  Yaxşısı  budur,  de  görüm,  dünən 

oradakı həngamə necə qurtardı? 

–  Necə  qurtaracaq,  lap  yaxşı!  İstədiyimizə  də  çatdıq, 

başa  düşdünmü?  İndi  mənim  vaxtım  yoxdur.  Birdəqiqəliyə 

gəldim  sənə  xəbər  verim  ki,  mənim  vaxtım  yoxdur, səninlə 

indi  məşğul  ola  bilmərəm.  Qoy  yeri  gəlmişkən  soruşum 

downloaded from KitabYurdu.org



 

332 


görüm, sən bunu ayrı bir yerə düzəldəcəksən, ya öz yanında 

saxlayacaqsan? Bunu fikirləşib həll eləmək lazımdır. 

–  Bunu  mən  hələ  bilmirəm,  etiraf  edirəm  ki,  bunu 

məsləhətləşmək  üçün  səni  gözləyirdim.  Yaxşı,  axı  nə  əsasa 

görə mən bunu öz yanımda saxlayım? 

–  Eh,  buna  nə  əsas  lazımdır,  heç  olmasa  bir  qulluqçu 

kimi... 

–  Xahiş  edirəm,  yavaş  danış.  O  xəstə  də  olsa,  ağlı 

başındadır, mən bayaq fikir verdim, səni görən kimi elə bil 

diksindi. Deməli, dünənkilər yadına düşüb... 

Mən  Masloboyevə  Yelenanın  xasiyyətindən,  onda 

gördüyüm  bəzi  cəhətlərdən  danışdım.  Mənim  sözlərim 

Masloboyevi  maraqlandırdı.  Mən  bunu  da  əlavə  etdim  ki, 

bəlkə  Yelenanı  aparıb  bir  evə  qoydum,  bu  münasibətlə  də 

Nikolay Sergeiçdən və Anna Andreyevnadan ona bir balaca 

məlumat  verdim.  Gördüm  ki,  Masloboyev  Nataşanın 

əhvalatından  az  da  olsa  xəbərdardır,  mən  buna  təəccüb 

etdim, soruşdum ki, o bunu haradan bilir. 

–  Çoxdan  bilirəm,  –  dedi,  –  az-çox  eşitmişəm,  bir 

məsələ  ilə  əlaqədardır.  Mən  axı  sənə  dedim  ki,  knyaz 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə