F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə68/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   64   65   66   67   68   69   70   71   ...   161

 

338 


boyun qaçırtdım, dedim ki, bəlkə heç sabah gəlməyəcəyəm, 

əslində  elə  buna  görə  də  qaça-qaça  gəlmişəm  ki,  sizi 

xəbərdar edim. Bu dəfə az qalmışdı ki, onunla dalaşaq. Anna 

Andreyevna  ağladı,  məni  çox  bərk  məzəmmət  etdi,  lakin 

qapıdan  çıxanda,  birdən  boynuma  atılıb  məni  bərk-bərk 

qucaqladı,  dedi  ki,  mənə,  mən  “yetimə”  acığın  tutmasın, 

mənim sözlərimdən incimə. 

Nataşanı gedib yenə də tək gördüm, lakin mən onun tək 

olacağını  gözləmirdim.  Çox  qəribədir,  mənə  elə  gəldi  ki,  o 

mənim  gəldiyimə  dünənki  kimi,  ümumiyyətlə,  əvvəlkilər 

kimi sevinmədi. Elə bil ki, mən onu narahat etmişdim, ya da 

ona  mane  olmuşdum.  Soruşanda  ki,  “Alyoşa  gəlmişdi,  ya 

yox”, o mənə belə cavab verdi: “Məlum şeydir ki, gəlmişdi, 

ancaq tez getdi”. Sonra sanki fikrə dalaraq əlavə etdi: 

– Bu gün axşam gələcəyinə söz verdi. 

– Bəs dünən axşam gəlmişdi? 

–  Y...  yox...  –  sonra  sözləri  tez-tez  söyləyərək  əlavə 

etdi:  –  Gəlməyə  qoymayıblar.  Yaxşı,  Vanya,  sənin  işlərin 

necədir? 

downloaded from KitabYurdu.org




 

339 


Gördüm  ki,  Nataşa  sözə  söz  qatıb  söhbəti  dəyişmək 

istəyir. Mən daha diqqətlə ona baxdım: görünür, onun ovqatı 

təlx  idi.  Nataşa,  diqqətlə  onu  müşahidə  etdiyimi  görüb, 

birdən cəld, sanki qəzəblə mənə baxdı, həm də elə baxdı ki, 

sanki  bu  baxışı  ilə  məni  yandırdı.  Düşünərək  öz-özümə 

dedim:  “Yenə  də  onun  dərdi  var,  ancaq  mənə  demək 

istəmir”.  

İşlərimin  necə  olması  haqqında  verdiyi  suala  cavab 

olaraq, Yelenanın başına gələn əhvalatı ona müfəssəl surətdə 

danışdım.  Bu  hadisə  Nataşanı  son  dərəcə  maraqlandırdı, 

hətta onu heyrətə saldı. 

Həyəcanla dedi: 

– Ah, ilahi! Sən də onu xəstə ola-ola tək qoyub gəldin?! 

Dedim  ki,  mən  bu  gün  heç  gəlmək  istəmirdim,  ancaq 

fikirləşdim  ki, getmərəm, Nataşanın  mənə  acığı  tutar, bəlkə 

elə onun mənə bir ehtiyacı var. 

Nataşa düşünə-düşünə yavaşca dedi: 

– Vanya, ehtiyacım  olmasına var, ancaq yaxşısı budur 

ki,  bunu  gələn  dəfəyə  qoyaq.  Bizimkilərin  yanına 

getmişdin? 

downloaded from KitabYurdu.org



 

340 


Orada olduğumu söylədim. 

–  Bəli!  Kim  bilir  atam  bu  xəbəri  necə  qəbul  edəcək. 

Əslinə qalanda, qəbul olunmalı bir şey də yoxdur... 

–  Necə  yəni,  qəbul  olunmalı  bir  şey  yoxdur?  Bəs  bu 

dəyişiklik? 

– Deyirəm də... O axı yenə hara gedib? Keçən dəfə siz 

elə  güman  edirdiniz  ki,  o  bura  gəlib.  Mənə  bax,  Vanya, 

mümkün eləyə bilsən, sabah yanıma gəl. Bəlkə sənə bir söz 

deyə  bildim...  Ancaq  səni  narahat  etdiyim  üçün  xəcalət 

çəkirəm,  indi  sən  öz  qonağının  yanında  olardın.  Evdən 

çıxdığın, yəqin ki, iki saat olar? 

–  Olar.  Nataşa,  sağ  ol.  Mən  gedim.  Alyoşa  bu  gün 

səninlə necə rəftar elədi? 

–  Alyoşadı  da,  heç...  Sənin  belə  maraq  göstərməyinə 

təəccüb edirəm. 

– Sağ ol, əzizim. 

– Sağ ol. 

Nataşa  bir  az  etinasızca  mənə  əl  verdi,  ayrılarkən  ona 

baxdığımı  görüb,  üzünü  yana  çevirdi.  Mən  onun  bu 

hərəkətinə  bir  qədər  təəccüb  edib,  qapıdan  bayıra  çıxdım. 

downloaded from KitabYurdu.org



 

341 


Öz-özümə  dedim:  “Onun  üçün  düşünməli  şey  çoxdur. 

Zarafat deyil!.. Sabah özü hamısını açıb mənə söyləyəcək”. 

Evə  qəmgin  halda  qayıtdım.  Hava  qaralmışdı.  İçəri 

girəndə  gördüm  ki,  Yelena  divanın  üstündə  oturub,  başını 

aşağı dikmişdi, sanki fikrə getmişdi, mən buna çox təəccüb 

etdim.  Yelena  heç  mənə  baxmadı  da,  o  sanki  huşunu 

itirmişdi.  Yaxınlaşdım,  o  öz-özünə  nə  isə  pıçıldayırdı. 

Fikirləşdim ki: “Bəlkə sayıqlayır?” 

Mən onun yanında oturub, əlimi boynuna saldım: 

– Yelena, – dedim, – əzizim, sənə nə olub? 

Yelena başını qaldırmadan dedi: 

–  Mən  burdan  getmək  istəyirəm...  Yaxşısı  budur  ki, 

onun yanına gedim. 

Mən təəccüblə soruşdum: 

– Hara getmək istəyirsən? Kimin yanına? 

–  Bubnovanın  yanına.  O  həmişə  deyir  ki,  sənin  mənə 

çoxlu borcun var, mən öz pulumla ananı basdırmışam... Mən 

istəmirəm  ki,  o  mənim  anamı  yamanlasın...  İşləyib 

borcundan  çıxandan  sonra,  özüm  onun  yanından  gedərəm. 

İndi mən yenə də onun yanına gedəcəyəm. 

downloaded from KitabYurdu.org



 

342 


Dedim ki: 

– Yelena, sakit ol, onun yanına getmək olmaz. O sənə 

əzab verər, səni məhv edər... 

Yelena odlu-odlu dedi: 

– Qoy məhv eləsin, qoy əzab versin! Bir mən deyiləm 

ki!  Başqaları da, lap məndən  yaxşıları da  əzab  çəkir. Bunu 

mənə  küçədə  bir  dilənçi  dedi.  Mən  kasıbam,  kasıb  da 

qalmaq  istəyirəm.  Bütün  ömrüm  uzunu  kasıb  olacağam, 

anam  öləndə  mənə  belə  dedi.  Mən  işləyəcəyəm...  Mən  bu 

paltarı geyinmək istəmirəm. 

– Sabah mən sənə ayrı paltar alaram. Sənin kitablarını 

da  gətirərəm.  Sən  mənim  yanımda  yaşayacaqsan.  Özün 

istəməsən, mən səni heç kəsə vermərəm. Sakit ol... 

– Mən qulluqçuluq edəcəyəm. 

– Yaxşı, yaxşı! Ancaq sakit ol, uzan yat! 

Yazıq  qız  ağlamağa  başladı.  Get-gedə  onun  ağlamağı 

hönkürtüyə  çevrildi.  Mən  bilmirdim  ki,  nə  edim,  ona  su 

gətirir,  gicgahlarını,  başını  isladırdım.  Axırda  o  lap  əldən 

düşüb  divana  yıxıldı,  yenə  də  onu  üşütmə  tutdu.  Mən  nə 

vardısa,  onun  üstünə  atdım,  onu  bərk-bərk  basdırdım. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə