F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə69/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   65   66   67   68   69   70   71   72   ...   161

 

343 


Nəhayət, o yatdı, ancaq rahat yata bilmirdi, tez-tez diksinir, 

yuxudan  ayılır.  Mən  bu  gün  çox  gəzməsəm  də,  yamanca 

yorulmuşdum, fikirləşdim ki,  mümkün qədər tez yatım. Bu 

adamların dərdi mənə əzab verirdi, onların fikri məni rahat 

qoymurdu.  Hiss  edirdim  ki,  bu  qız  mənim  başımı  çox 

qarışdıracaq.  Lakin  məni  daha  çox  Nataşa  və  onun  işləri 

düşündürürdü. İndi mən, bu axşam yatarkən çox ağır bir ruhi 

vəziyyətdə olduğumu xatırlayıram, çox az hallarda mən belə 

bir vəziyyətdə olurdum, bu məşum bir gecə idi. 

 

downloaded from KitabYurdu.org




 

344 


IX FƏSİL 

 

Yuxudan  səhər  gec  ayıldım,  saat  on  olardı. 



Xəstələnmişdim,  başım  bərk  ağrıyır,  həm  də  hərlənirdi, 

Yelenanın  yatağına  baxdım:  yataq  boş  idi.  Eyni  zamanda, 

sağ tərəfdəki kiçik otaqdan bir cür səs eşidirdim, elə bil ki, 

yerə  süpürgə  çəkirdilər.  Çıxıb  baxdım.  Yelena  bir  əlində 

süpürgə, o biri əli ilə də, hələ dünən gecədən bəri əynindən 

çıxarmadığı  bəzəkli  paltarının  balağından  tutub,  yer 

süpürürdü.  Soba  üçün  hazırlanmış  odun,  bir-birinin  üstə, 

bucağa  yığılmışdı,  stol  səliqəyə  salınmış,  çaynik  yuyulub 

təmizlənmişdi, bir sözlə, Yelena evdarlıq edirdi. 

Çağırıb dedim: 

–  Yelena,  mənə  bax,  kim  səni  məcbur  eləyir  ki,  yer 

süpürəsən?  Bu  mənə  lazım  deyil,  sən  xəstəsən,  sən  mənim 

yanıma qulluqçu gəlmisən? 

Yelena dikələrək düz üzümə baxdı: 

–  Bəs  yeri  kim  süpürəcək?  İndi  mən  daha  xəstə 

deyiləm. 

downloaded from KitabYurdu.org



 

345 


–  Yelena,  mən  axı  səni  bura  işləmək  üçün 

gətirməmişəm.  Sən  elə  bil  qorxursan  ki,  mən  də  səni 

Bubnova  kimi  danlayacağam,  deyəcəyəm  ki,  havayı  yeyib-

yatırsan,  iş  görmürsən?  –  sonra  təəccüblə  ona  baxıb 

soruşdum.  –  Bu  murdar  süpürgəni  haradan  tapmısan? 

Mənim süpürgəm yox idi. 

–  Bu  mənim  süpürgəmdir.  Özüm  gətirmişəm.  Babam 

üçün də mən burada yer süpürürdüm. Süpürgə də o vaxtdan, 

bax, burada, sobanın altında idi. 

Mən  düşünə-düşünə  geri  qayıtdım.  Bəlkə  də  mən  pis 

bir  iş  tutmuşdum,  lakin  mənə  elə  gəlirdi  ki,  Yelena  burada 

qalmağı özü üçün ağır hesab edir, buna görə də havayı yerə 

yaşamadığını  hər  vasitə  ilə  sübut  etmək  istəyir.  Düşünərək 

öz-özümə  dedim:  “Əgər  belə  isə,  onda  bu  nə  sərt  təbiətli 

qızdır!”  Bir-iki  dəqiqədən  sonra  o  da  gəldi,  diqqətlə  mənə 

baxa-baxa, kirimişcə gedib divanda, dünənki yerində oturdu. 

Mən  çayniki  qaynatdım,  çay  dəmlədim,  onun  üçün  fincana 

çay  tökdüm,  bir  parça  da  ağ  çörək  verdim.  O  dinməz-

söyləməz çörəyi aldı. Dünəndən bəri heç bir şey yeməmişdi. 

Baxdım ki, balağının bir parça yeri çirkə batmışdır. 

downloaded from KitabYurdu.org



 

346 


–  Gör,  –  dedim,  –  qəşəngcə  donunu  süpürgə  ilə 

bulamısan. 

Yelena  balağına  baxıb,  birdən  fincanı  yerə  qoydu,  hər 

iki  əli  ilə,  görünür,  soyuqqanlıqla  və  sakitcə  kiseyi  donunu 

çərtdi, birdən  dartıb  başdan-ayağa kimi  cırdı.  Sonra  da heç 

bir söz demədi, başını qaldırıb parlaq gözlərini mənə zillədi. 

Mən  qarşımdakının  dəli  olduğunu  yəqin  edərək 

çığırırdım: 

– Yelena, sən nə edirsən?! 

O, həyəcandan az qala nəfəsi tutula-tutula dedi: 

–  Bu,  pis  paltardır,  siz  niyə  dediniz  ki,  bu  qəşəng 

paltardır?  –  birdən  yerindən  qalxıb  qışqırdı.  –  Mən  bunu 

görmək  istəmirəm.  Mən  bunu  parçalayacağam.  Mən  ondan 

xahiş  etməmişdim  ki,  məni  bəzəndirsin.  O  özü  məni  güclə 

bəzəndirdi. Mən  əvvəl də  onun aldığı  bir paltarı  cırmışdım, 

bunu da cıracağam. Cıracağam! Cıracağam! Cıracağam! 

Yelena bunu deyib qəzəblə paltarının üstünə düşdü. Bir 

anda  onu  tikə-tikə  elədi.  Bunu  qurtardıqdan  sonra  onun 

rəngi  elə  qaçmışdı  ki,  ayaq  üstə  güclə  dururdu.  Mən 

təəccüblə  onun  bu  hiddətinə  baxırdım.  Lakin  Yelena  mənə 

downloaded from KitabYurdu.org



 

347 


meydanoxuyucu bir nəzərlə baxırdı, elə bil ki, mən də onun 

qarşısında  müqəssir  idim.  İndi  daha  mən  nə  etmək  lazım 

olduğunu bilirdim. 

Bu  qərara  gəldim  ki,  elə  bu  gün  səhər  gedib  ona  təzə 

paltar  alım.  Təbiətən  sərtləşmiş  bu  əcaib  məxluqa  ancaq 

xoşluqla  təsir  etmək  lazımdı.  Yelena  mənə  elə  baxırdı  ki, 

sanki ömründə heç yaxşı insan görməmişdi. O belə bir təzə 

paltarını  əvvəllər  də,  amansızca  cəzalandırılmasına 

baxmayaraq,  parçalayıb  tikə-tikə  etmişdi,  əynindəki  paltara 

da  indi  o  elə  bir  qəzəblə  baxmalı  idi,  çünki  bu  ona,  bu 

yaxında baş verən dəhşətli dəqiqələri xatırladırdı. 

Yelenaya şeytanbazardan çox ucuz qiymətə yaxşı, sadə 

bir  paltar  almaq  olardı.  Ancaq  işin  pis  cəhəti  burasında  idi 

ki,  mənim  pulum  çox  az  idi.  Lakin  dünən  axşam  yatarkən 

belə bir qərara gəlmişdim: bir adam var, sabah onun yanına 

gedərəm, ümid var ki, ondan pul almaq olar, yolum da ora – 

şeytanbazar tərəfdəndi. Mən şlyapamı götürdüm. Yelena bir 

şey gözləyirmiş kimi, diqqətlə mənə baxırdı. 

Mən açarı götürüb, dünən və iki gün əvvəl olduğu kimi, 

qapımı kilidləmək istədim. Yelena bunu görüb soruşdu: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə