F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə70/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   66   67   68   69   70   71   72   73   ...   161

 

348 


–  Siz  yenə  də  qapını  bağlayıb  məni  içəridə 

qoyacaqsınız? 

Mən ona yaxınlaşıb dedim: 

–  Əzizim,  buna  acığın  tutmasın.  Qapımı  ona  görə 

bağlayıram ki, bəlkə bir adam gəlib-elədi. Sən axı xəstəsən, 

qorxarsan.  Bir  də  ki,  kim  bilir,  bəlkə  Bubnova  gəlmək 

fikrinə düşdü... 

Mən  bunu  qəsdən  ona  dedim.  Mən  qapını  ona 

inanmadığım üçün bağlayırdım. Mənə elə gəlirdi ki, birdən 

o  mənim  yanımdan  qaçıb  gedər.  Müəyyən  vaxta  qədər 

ehtiyatlı  olmaq  lazım  idi.  Yelena  dinmədi,  mən  də  qapını 

kilidləyib getdim. 

Mən  bir  nəşriyyatçı  tanıyırdım,  üç  il  idi  ki,  bir  çox 

cilddən ibarət olan bir kitab nəşr edirdi. Az vaxtda bir qədər 

pul qazanmaq istəyəndə, mən çox vaxt onun yanına gedib iş 

götürərdim.  Zəhməthaqqımı  vaxtında  verirdi.  Onun  yanına 

getdim. Bir  həftədən sonra  kompilyativ bir  məqalə verməyi 

öhdəmə  götürməklə,  ondan  iyirmi  beş  manat  ala  bildim. 

Lakin  mən  öz  romanım  üçün  də  vaxt  əldə  etmək  ümidində 

idim. Çox ağır ehtiyac içində olanda mən belə edirdim. 

downloaded from KitabYurdu.org



 

349 


Pulu  alıb  şeytanbazara  getdim.  Orada  cürbəcür  pal-

paltar satan tanış bir alverçi qarı vardı, onu çox tez tapdım. 

Yelenanın boyunu təxminən ona söylədim, o bir anda mənə, 

bircə  dəfə  yuyulmuş,  açığa  çalan,  davamlı  çil  paltar  tapıb 

verdi,  qiyməti  də  çox  ucuz  idi.  İmkan  var  ikən  bir  boyun 

yaylığı  da  aldım.  Yaylığın  pulunu  verəndə  düşündüm  ki, 

Yelenaya bir kürdü, ya mantilya, ya da buna bənzər bir şey 

də almaq lazımdır. Hava soyuq idi, onun isə geyinməyə heç 

bir  şeyi  yox  idi.  Lakin  mən  bunu  gələn  dəfəyə  qoydum. 

Yelena  tez  inciyən,  məğrur  bir  qız  idi.  Hələ  kim  bilir, 

aldığım  bu  paltarı  necə  qəbul  edəcəkdi.  Buna  görə  də  mən 

ona mümkün qədər gözəgəlimli olmayan, ən sadə, ən adi bir 

don almışdım. Mən onun xasiyyətini bilə-bilə, iki cüt iplik, 

bir  cüt  də  yun  corab  aldım.  Bunları,  otağın  soyuq  və  onun 

xəstə olduğunu bəhanə edib, ona verə bilərdim. Yelenaya alt 

paltarı  da  lazım  idi!  Lakin  bunları  sonraya  qoydum,  dedim 

ki,  qoy  onunla  lap  yaxşı  tanış  olum,  sonra  alaram.  Amma 

çarpayının  qabağından  asmaq  üçün  köhnə  bir  pərdə  aldım, 

bu zəruri bir şey idi, Yelena bundan çox məmnun qalardı. 

downloaded from KitabYurdu.org




 

350 


Mən bu şeylərlə evə gələndə saat bir olmuşdu. Qapının 

kilidi lap səssiz açılırdı, buna görə Yelena mənim gəldiyimi 

o  saat  bilmədi.  Gördüm  ki,  o,  stolun  qarşısında  durub, 

mənim  kitablarımı,  kağızlarımı  əlləşdirir.  Mənim  gəldiyimi 

eşidən  kimi  oxuduğu  kitabı  tez  örtüb  qıpqırmızı  qızardı, 

stoldan  kənara  çəkildi.  Onun  oxuduğu  kitaba  baxdım:  bu 

mənim ilk romanım idi, ayrı bir kitab şəklində nəşr edilmiş, 

baş vərəqində də adım yazılmışdı. 

– Siz gedəndən sonra kim isə gəlib qapını döydü, – bu 

sözləri o elə bir ifadə ilə dedi ki, sanki məni acıqlandırmaq 

istəyirdi,  bu  mənada  ki,  niyə  axı  qapını  bağlayıb 

getmişdiniz? 

– Olmaya, həkim imiş? Yelena, soruşmadın kimdir? 

– Yox. 


Mən  dinmədim,  gətirdiyim  düyünçəni  açıb  paltarı 

çıxartdım. 

Ona yaxınlaşaraq dedim: 

– Əzizim Yelena, əynindəki bu parça-parça olmuş donu 

daha  geyinmək  olmaz.  Buna  görə  də  mən  sənə  bu  donu 

aldım, sən heç narahat olma, çox sadə bir şeydir, qiyməti də 

downloaded from KitabYurdu.org



 

351 


çox ucuzdur, cəmisi bir manat bir abbası vermişəm. Sağlıqla 

geyin. 


Paltarı  onun  qarşısına  qoydum.  Yelena  birdən  qızarıb 

diqqətlə mənə baxdı. 

Buna  o  çox  təəccüb  etmişdi,  eyni  zamanda,  mənə  elə 

gəldi  ki,  o  bundan  bərk  utanırdı.  Lakin  onun  gözlərində 

mehriban,  xoş  bir  ifadə  göründü.  Mən  onun  susduğunu 

görüb  stola  tərəf  döndüm.  Görünür,  mənim  bu  hərəkətim 

onu  heyrətə  salmışdı.  Yelena  gözlərini  yerə  dikərək 

oturmuşdu, güclə özünü saxlayırdı. 

Başım  ağrıyır,  get-gedə  daha  bərk  hərlənirdi.  Təmiz 

havanın mənə heç bir xeyri olmadı. Lakin Nataşanın yanına 

getmək  lazım  idi.  Dünəndən  bəri  onun  barəsində  olan 

narahatlığım  azalmırdı,  əksinə,  get-gedə  daha  da  artırdı. 

Birdən  mənə  elə  gəldi  ki,  Yelena,  deyəsən,  məni  çağırdı. 

Mən ona tərəf döndüm. 

Yelena yana baxa-baxa: 

–  Siz  gedəndə  qapını  bağlamayın,  –  dedi.  O,  barmağı 

ilə  divanın  parçasını  didişdirirdi,  sanki  bütün  fikri  bu  iş  ilə 

məşğul idi. – Mən buradan heç yana getməyəcəyəm. 

downloaded from KitabYurdu.org



 

352 


–  Yaxşı,  Yelena,  bağlamaram.  Birdən  özgə  bir  adam 

gəldi, onda necə olsun? Allah bilir, kim gələ bilər! 

–  Siz  açarı  verin  mənə,  mən  içəridən  bağlayaram, 

qapını  döysələr,  deyərəm  ki,  evdə  yoxdur.  –  Yelena 

hiyləgərcəsinə  mənə  baxdı,  o  sanki  bu  baxışı  ilə  deyirdi: 

“Görürsünüzmü, bu nə asan şeydir!” 

Mən ona cavab verənə kimi o birdən soruşdu: 

– Sizin paltarınızı kim yuyur? 

– Bu evdə bir arvad var, o yuyur. 

–  Mən  paltar  yuya  bilirəm.  Dünən  siz  xörəyi  haradan 

gətirdiniz? 

– Yeməkxanadan. 

–  Mən  xörək  bişirməyi  də  bacarıram.  Mən  sizə  xörək 

hazırlayacağam. 

– Yelena, sən nə danışırsan! Sən axı nə bişirə bilərsən? 

Sən bunu nahaq deyirsən... 

Yelena  susub  başını  aşağı  dikdi.  Görünür,  mənim 

sözüm  onun  qəlbinə  toxunmuşdu.  Təxminən  on  dəqiqə 

keçdi, biz hər ikimiz susduq. 

Birdən o, başını qaldırmadan dedi: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə