F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə71/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   67   68   69   70   71   72   73   74   ...   161

 

353 


– Şorba. 

Mən təəccüblə soruşdum: 

– Nə şorba? Hansı şorba? 

–  Şorba  bişirməyi  bilirəm.  Anam  xəstə  olanda  ona 

şorba bişirirdim. Bazara da gedirdim. 

Mən gedib Yelenanın yanında oturdum. 

–  Bax,  görürsənmi,  Yelena,  görürsənmi  sən  necə 

lovğasan?!  Mən  səninlə  ürəyim  necə  deyirsə,  elə  də  rəftar 

edirəm.  Sən  indi  təksən,  atan-anan  yoxdur,  bədbəxt  bir 

qızsan.  Mən  sənə  kömək  etmək  istəyirəm.  Mənim  də 

vəziyyətim pis olsaydı, sən də mənə kömək edərdin. Amma 

sən belə düşünmək istəmirsən, məndən ən adi bir hədiyyəni 

almaq sənə ağır gəlir. Sən o saat istəyirsən ki, bunun əvəzini 

çıxasan,  bunun  yerinə  işləyəsən,  guya  mən  Bubnovayam, 

səni məzəmmət edirəm. Yelena, əgər belədirsə, ayıbdır. 

Yelena dinmədi, onun dodaqları titrəyirdi. O elə bil ki, 

mənə  bir  söz  demək  istəyirdi,  lakin  özünü  ələ  alaraq 

susurdu.  Mən  qalxıb  Nataşanın  yanına  getmək  istədim.  Bu 

dəfə  açarı  Yelenaya  verdim,  xahiş  etdim  ki,  gəlib  qapını 

döyən  olsa,  soruş  gör  kimdir.  Mən  yəqin  bilirdim  ki, 

downloaded from KitabYurdu.org



 

354 


Nataşanın başına bir iş gəlib, hələlik bunu məndən gizlədir, 

əvvəllər  də  bir  neçə  dəfə  belə  olmuşdu.  İstəyirdim  ki,  lap 

bircə  dəqiqəliyə  onun  yanına  gedim,  çünki  belə  tez-tez 

getməklə onu əsəbiləşdirə bilərdim. 

Elə  mən  düşündüyüm  kimi  də  oldu.  O  yenə  də  məni 

narazı bir halda qarşıladı, sərt-sərt mənə baxdı. Mən gərək o 

saat qayıdıb gedəydim, amma dizlərim gücdən düşmüşdü. 

Dedim ki: 

–  Nataşa,  sənin  yanına  bircə  dəqiqəliyə  məsləhətə 

gəlmişəm: mən axı o qonağımı nə edim? – Yelena barəsində 

bildiklərimi  tez-tez  ona  danışdım.  Nataşa  kirimişcə  mənə 

qulaq asdı. 

–  Vanya,  –  dedi,  –  heç  bilmirəm  sənə  nə  məsləhət 

görüm.  Görünür,  o  çox  qəribə  qızdır.  Bəlkə  də  onu  çox 

incidiblər, çox qorxudublar, ona görə də belədir. İmkan ver, 

heç olmasa, qoy sağalsın. Onu bizimkilərin yanında qoymaq 

istəyirsən? 

–  O  deyir  ki, sənin  yanından  heç  yerə  getməyəcəyəm. 

Bir  də  ki,  kim  bilir,  onlar  onu  necə  qəbul  edəcəklər,  heç 

downloaded from KitabYurdu.org




 

355 


bilmirəm  nə  edim.  –  Sonra  qorxa-qorxa  soruşdum:  – 

Əzizim, sən necəsən? Dünən deyəsən, kefin yox idi! 

Nataşa dalğın halda dedi: 

–  Hə...  Bu  gün  də,  nədənsə,  başım  ağrıyır. 

Bizimkilərdən kimi görmüsən? 

–  Heç  kimi.  Sabah  onlara  gedəcəyəm.  Sabah  axı 

şənbədir... 

– Nə olsun ki, şənbədir? 

– Knyaz axşam gələcək... 

– Nə olsun ki? Mənim yadımdan çıxmayıb. 

– Mən elə-belə deyirəm. 

Nataşa düz mənim qarşımda dayandı, diqqətlə və xeyli 

mənim  gözlərimə  baxdı.  Onun  baxışlarında  bir  qətiyyət, 

inadçılıq, qızdırmalı, odlu bir ifadə vardı. 

– Vanya, bilirsən nə var, çox xahiş edirəm, get burdan, 

sən mənə çox mane olursan... 

Mən  kreslodan  qalxıb,  heyrətlə  ona  baxdım.  Qorxmuş 

halda həyəcanla dedim: 

– Nataşa, əzizim! Sənə nə olub? Bir hadisə üz veribmi? 

downloaded from KitabYurdu.org




 

356 


–  Heç  bir  şey  olmayıb!  Sabah  hamısını  bilərsən, 

hamısını!  İndi  isə  mən  tək  olmaq  istəyirəm.  Vanya, 

eşidirsənmi?  Bu  saat  get  burdan!  Sənə  baxanda  ürəyim 

parçalanır... Ürəyim parçalanır! 

– Heç olmasa, de görüm... 

–  Sabah  hamısını  bilərsən,  hamısını!  Ah,  ilahi! 

Gedəcəksən, ya yox? 

Mən  otaqdan  çıxdım.  Məni  o  dərəcədə  heyrət  almışdı 

ki,  öz  varlığımı  güclə  hiss  edirdim.  Mavra  mənim  ardımca 

dəhlizə çıxdı: 

–  Hə,  acıqlanır?  Mən  daha  ona  yaxın  durmağa  da 

qorxuram. 

– Ona axı nə olub? 

–  Bu  olub  ki,  bizimkinin  üç  gündür  heç  kölgəsi  də 

görünmür! 

Mən təəccüblə soruşdum: 

– Necə yəni üç gün? Axı Nataşa özü dünən deyirdi ki, 

o  dünən  səhər  burada  olub,  dünən  axşam  da  gəlmək 

istəyirmiş... 

downloaded from KitabYurdu.org




 

357 


–  Nə  axşam!  Heç  səhər də gəlməmişdi! Sənə deyirəm 

ki, üç gündür heç üzünü görmürük! Lap özü deyirdi ki, səhər 

bura gəlmişdi? 

– Özü deyirdi. 

Mavra fikrə getdi: 

– Onun ki gəlmədiyini səndən gizlədir, deməli, bu ona 

çox bərk toxunub. Əcəb işdir!.. 

Mən həyəcanla dedim: 

– Axı bu nə olan şeydir! 

Mavra öz acizliyini hiss etdirərək dedi: 

– O olan şeydir ki, heç özüm də bilmirəm ona nə etmək 

lazımdır. Dünən heç olmasa, məni onun dalınca göndərmək 

istədi,  iki  dəfə  yoldan  qaytardı.  Bu  gün  mənimlə  heç 

danışmaq istəmir. Heç olmasa, sən gedib Alyoşanı görəydin. 

İndi mən onun yanından heç tərpənə bilmirəm. 

Mən  özümdən  çıxmış  halda,  sürətlə  pilləkəndən  aşağı 

endim. 

Mavra ardımca çığırdı: 



– Axşam gələcəksən? 

Mən gedə-gedə cavab verdim: 

downloaded from KitabYurdu.org



 

358 


–  Görək  də,  bəlkə  ayaqüstü  sənə  dəydim,  səndən 

soruşaram,  görüm  nə  var,  nə  yox.  Ancaq  əgər  özüm  sağ 

qalsam... 

Mən,  doğrudan  da,  qəlbimə  sanki  bir  zərbə  endiyini 

hiss etdim. 

 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə