F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə73/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   69   70   71   72   73   74   75   76   ...   161

 

364 


–  Burda  izah  olunmalı  bir  şey  yoxdur!  Özün  başa 

düşürsən.  Knyazı  duelə  çağırıram,  səndən  də  xahiş  edirəm 

ki, bu işi düzəldəsən, mənim sekundantım olasan. 

Mən özümü stulun arxasına atıb heyrətlə ona baxdım. 

– Nə baxırsan?! Mən ki dəli olmamışam. 

– Nikolay Sergeiç, bir iltifat buyurun! Buna nə bəhanə 

göstərəcəksiniz, məqsəd nədir? Bu axı necə olar... 

Qoca qışqıra-qışqıra dedi: 

– Bəhanə?! Məqsəd?! Çox gözəl, bu saat deyim!.. 

– Yaxşı, yaxşı, mən bilirəm siz nə deyəcəksiniz, siz axı 

bununla nə edə biləcəksiniz? Dueldən axı nə çıxacaq?! Heç 

bir şey başa düşmürəm. 

– Mən elə-belə də düşünürdüm ki, sən heç bir şey başa 

düşməyəcəksən.  Qulaq  as,  bizim  məhkəmə  işimiz  qurtarıb 

(daha  doğrusu,  bu  günlərdə  qurtaracaq,  ancaq  xoş  bir 

rəsmiyyət  qalmışdır),  mən  müqəssir  hesab  olunuram.  Mən 

on  minə  qədər  pul  verməliyəm,  məhkəmə  belə  qərar  verib. 

Bunun  yerinə  İxmenevka  kəndini  götürürlər.  İndi  o  alçaq 

adam tələb etdiyi pula görə təmin edilir, mən də İxmenevka 

kəndini  bu  pulun  əvəzində  ona  verirəm,  özüm  də  kənar  bir 

downloaded from KitabYurdu.org



 

365 


adam oluram. Bax, bu yerdə mən də başımı qaldırıram. Bəli, 

hörmətli  knyaz,  siz  iki  il  məni  təhqir  etdiniz,  siz  mənim 

adımı,  mənim  ailəmin  adını  biabır  etdiniz,  mən  də  gərək 

bunun  hamısına  dözəydim?  Mən  onda  sizi  duelə  çağıra 

bilməzdim.  Onda  siz  mənə  deyə  bilərdiniz:  “Ay  hiyləgər 

adam, hiss etmisən ki, gec-tez məhkəmə qərar çıxardacaq ki, 

sən  o  pulu  mənə  verəsən,  indi  sən  istəyirsən  ki,  məni 

öldürəsən,  o  pulu  verməyəsən!  Yox,  əvvəl  qoy  görək 

məhkəmə  nə  qərar  çıxardır,  ondan  sonra  duelə  çağırarsan”. 

İndi, hörmətli knyaz, məsələ həll olunub qurtarıb, siz təmin 

edilmisiniz, deməli, ortada daha heç bir  əngəl yoxdur, buna 

görə  də  iltifat  buyurub  duelə  gəlin!  Bax,  məsələ  belədir! 

Yaxşı,  səncə,  mən  özümün  və  mənim  başıma  gələn  bütün 

müsibətlərin intiqamını almağa haqlı deyiləmmi?! 

Onun  gözləri  parıldayırdı.  Mən  xeyli  ona  kirimişcə 

baxdım.  Mən  onun  gizli  saxladığı  əsl  fikrini  bilmək 

istəyirdim. 

Nəhayət,  bu  qərara  gəldim  ki,  əsas  məsələni  açıb  ona 

deyim, çünki bunsuz biz bir-birimizi başa düşə bilməzdik. 

downloaded from KitabYurdu.org




 

366 


–  Bura  baxın,  Nikolay  Sergeiç,  siz  öz  fikrinizi  mənə 

açıq söyləyə bilərsinizmi? 

O, qətiyyətlə cavab verdi: 

– Söyləyə bilərəm! 

–  Açıq  deyin:  sizi  yalnız  intiqam  hissimi  onu  duelə 

çağırmağa vadar edir, ya başqa bir məqsədiniz də vardır? 

– Vanya, sən özün bilirsən ki, söhbət zamanı mən heç 

kəsə bəzi məsələlərə toxunmağa icazə vermirəm. Ancaq indi 

bundan  kənara  çıxıram,  çünki  sən  öz  aydın  zəkanla  dərhal 

başa  düşdün  ki,  bunsuz  mümkün  deyil.  Bəli,  mənim  başqa 

bir  məqsədim  də  vardır. Bu  məqsəd  də  budur:  məhv  olmuş 

qızımı xilas etmək, onu pis yoldan döndərmək. Son vaxtlar 

əmələ gələn vəziyyət onu belə bir yola gətirib çıxarır. 

–  Siz  axı  onu  duellə  necə  xilas  edə  bilərsiniz?  Əsas 

məsələ budur! 

– İndi orada baş verən işlərə mane olmaqla! Qulaq as, 

sən  elə  bilmə  ki,  mənim  qəlbimdə  atalıq  mərhəməti,  ya  da 

buna  bənzər  zəif  hisslər  oyanmışdır.  Bunlar  hamısı  boş-boş 

şeylərdir! Mən öz qəlbimin içini heç kəsə göstərmirəm. Sən 

də  ondan  xəbərdar  deyilsən.  Qızım  məni  atdı,  öz  oynaşına 

downloaded from KitabYurdu.org



 

367 


qoşulub getdi, mən onu qəlbimdən qoparıb atdım, həmişəlik 

qoparıb  atdım,  elə  həmin  axşam,  yadındadırmı?  Əgər  sən 

məni  onun  şəkli  üstündə  hönkür-hönkür  ağlayan  gördünsə, 

bundan  elə  nəticə  çıxarma  ki,  mən  onu  bağışlamaq 

istəyirəm. Mən onda da onu bağışlamadım. Mən onun üçün 

deyil,  əldən  çıxmış  xoşbəxtlik,  baş  tutmayan  arzular  üçün 

ağlayırdım. Bəlkə də mən tez-tez ağlayıram, mən bunu etiraf 

etməkdən  utanmıram,  bunu  da  etiraf  etməkdən  utanmıram 

ki, mən əvvəllər öz balamı dünyada hər şeydən, hər kəsdən 

çox sevirdim. Görünür, mənim indiki hərəkətim bu şeylərlə 

düz gəlmir. Sən mənə deyə bilərsən ki, əgər belədirsə, əgər 

siz  daha  öz  qızınız  hesab  etmədiyiniz  bir  adamın  taleyinə 

laqeyd  baxırsınızsa,  indi  baş  verən  hadisəyə  niyə 

qarışırsınız?  Mən  də  sənə  belə  cavab  verirəm:  əvvəla,  ona 

görə qarışıram ki, o alçaq, xain adamın qalib gəlməsinə yol 

vermək  istəmirəm,  ikincisi  də,  ən  adi  bir  insanpərvərlik 

hissinə  görə  bu  işə  qarışıram.  Əgər  o  daha  mənim  qızım 

deyilsə,  hər  halda,  zəif,  müdafiəsiz,  aldadılmış  bir 

məxluqdur, indi onu daha artıq aldadırlar ki, tamamilə məhv 

etsinlər.  Mən  bu  işə  açıqdan-açığa  qarışa  bilmərəm,  amma 

downloaded from KitabYurdu.org



 

368 


başqa  yolla,  duellə  qarışa  bilərəm.  Məni  öldürsələr,  ya  da 

yaralasalar,  yoxsa  o  duel  xəttinin,  ya  bəlkə  də  mənim 

cəsədimin  üstündən  keçib,  qatilin  oğlu  ilə  nikahlanmağa 

gedəcəkdir?  O  padşahın  qızı  kimi  (yadındadırmı,  bizdə 

balaca  bir  kitab  vardı,  sən  o  kitabla  oxumağı  öyrənirdin), 

həmin  qız  ikitəkərli  arabada  atasının  cəsədi  üstündən  keçib 

getmişdi. Bir də ki, iş gəlib duelə çıxanda, o knyazlar özləri 

evlənmək  məsələsindən  əl  çəkirlər.  Sözün  qısası,  mən 

onların  evlənməsini  istəmirəm,  var  qüvvəmi  sərf  edəcəyəm 

ki, bu baş tutmasın. İndi başa düşdün? 

–  Yox,  başa  düşmədim.  Əgər  siz  Nataşaya  yaxşılıq 

etmək  istəyirsinizsə,  onda  bəs  nə  üçün  onun  evlənməsinə 

mane  olursunuz?  Axı  onun  ləkələnmiş  adı  ancaq  bu  yolla 

təmizə  çıxacaq.  O  axı  dünyada  hələ  çox  yaşayacaq,  ona 

təmiz ad lazımdır. 

–  Tüpürüm  mən  bütün  kübar  cəmiyyətinin  rəyinə,  o 

bax belə düşünməlidir! O başa düşməlidir ki, onun üçün  ən 

böyük biabırçılıq – bu evlilikdir, o alçaq adamlarla, o miskin 

kübar cəmiyyəti ilə əlaqədə olmaqdır! Nəcibanə təkəbbürlük 

– onun kübar cəmiyyətinə cavabı bu olmalıdır! Onda bəlkə 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə