F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə74/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   70   71   72   73   74   75   76   77   ...   161

 

369 


də mən əlimi ona uzatmağa razı olaram, onda, baxarıq, kim 

cəsarət edib mənim balamı biabır edə bilər! 

Belə ifrat dərəcəsinə varan idealizm məni heyrətə saldı. 

Lakin  mən  o  saat  başa  düşdüm  ki,  o  özündə  deyil,  o  hissə 

qapılıb danışır. 

Dedim ki: 

– Bu həddindən artıq ideal, nəticə etibarilə də amansız 

bir  tələbdir.  Siz  ondan  elə  bir  qüvvə  tələb  edirsiniz  ki, 

doğuluşunda,  bəlkə  də,  siz  ona  belə  bir  qüvvəni  heç 

verməmisiniz!  Məgər  o,  knyaginya  olmaq  üçünmü  belə  bir 

evliliyə  razılıq  verir?  O  axı  sevir,  bu  axı  ehtirasdır,  bu, 

taleyin  qismətidir.  Bir  də  ki,  siz  ondan  kübar  cəmiyyətinin 

rəyinə  nifrət  etməyi  tələb  edirsiniz,  amma  özünüz  bu  rəyin 

qarşısında baş əyirsiniz. Knyaz sizi təhqir etmişdir, o bütün 

cəmiyyət  qarşısında  demişdir  ki,  siz  alçaq  bir  niyyətlə, 

aldatmaq  yolu  ilə  özünüzü  mənim  knyazlıq  adıma  tay 

etmək,  mənimlə  qohum  olmaq  istəmisiniz.  Siz  indi  belə 

düşünürsünüz ki,  əgər knyazın belə rəsmi təklifindən sonra 

Nataşa  bu  təklifi  rədd  etsə,  bu,  əlbəttə,  onlar  tərəfindən 

söylənilən  bütün  böhtanları  tam  mənası  ilə,  aydın  surətdə 

downloaded from KitabYurdu.org



 

370 


yalana  çıxarmış  olacaqdır.  Bax,  sizin  çalışıb  əldə  etmək 

istədiyiniz  budur  ki,  siz  knyazın  rəyi  qarşısında  baş 

əyirsiniz, siz çalışırsınız ki, o özü öz səhvini boynuna alsın. 

Siz  istəyirsiniz  ki,  onu  gülünc  bir  vəziyyətdə  qoyasınız, 

ondan  intiqam  alasınız,  bundan  ötrü  də  öz  qızınızın 

xoşbəxtliyini fəda edirsiniz. Bu xudbinlik deyilmi? 

Qoca  qaşqabaqlı,  tutqun  halda  oturmuşdu,  o  xeyli 

dinib-danışmadı. 

Nəhayət, o: 

–  Vanya,  sən  mənə  qarşı  haqsızlıq  edirsən,  –  dedi  və 

kirpiklərində  gözyaşı  parıldadı.  –  Canına  and  olsun  ki,  sən 

haqsızlıq  edirsən,  ancaq  bu  məsələni  qoyaq  dursun!  –  o, 

yerindən  qalxıb  şlyapasını  götürərək  əlavə  etdi:  –  Mən  öz 

qəlbimi  sənin  qarşında  açıb  tökə  bilmərəm,  ancaq  bir  şey 

deyim  ki,  sən  indicə  mənim  qızımın  xoşbəxtliyindən 

danışdın.  Mən  belə  bir  xoşbəxtliyin  olacağına  qəti  surətdə 

inanmıram, bir də ki, mən qarışmasam da, onların evlənməsi 

baş tutmayacaq. 

Mən maraqla bərkdən dedim: 

downloaded from KitabYurdu.org




 

371 


– Niyə? Niyə siz belə düşünürsünüz? Bəlkə siz bir şey 

bilirsiniz? 

–  Yox,  mən  elə  bir  şey  bilmirəm.  Ancaq  o  knyaz,  o 

məlun  tülkü  belə  bir  şey  etməyəcək.  Bunun  hamısı  boş 

sözdür,  kələkdir,  fitnə-fəsaddır.  Mən  buna  əminəm,  bu  baş 

tutmayacaq,  mənim  sözümü  yadında  saxla.  İkincisi  də,  lap 

elə  tutaq  ki,  onların  evlənməsi  baş  tutdu,  yəni  bu  da  ancaq 

onda  baş  tuta  bilər  ki,  o  əclafın  özünün  bu  məsələdə  heç 

kəsə  məlum  olmayan,  gizli  bir  niyyəti  var,  bu  niyyətə  görə 

onların  evlənməsi  onun  üçün  əlverişlidir,  burası  da  var  ki, 

mən  onun  bu  niyyətini  qəti  surətdə  başa  düşmürəm.  Belə 

olan  surətdə  sən  özün  məsələni  fikirləş,  özün  öz  qəlbindən 

soruş,  onların  evlənməsi  baş  tutsa,  o  xoşbəxt  olacaqmı?  O 

uşaq  hələ  indidən  onun  sevgisindən  təngə  gəlmişdir,  onu 

məzəmmət  edir,  alçaldır,  evlənən  kimi  də,  elə  o  saat,  ona 

hörmət  etməməyə  başlayacaq,  onu  incidəcək,  alçaldacaq. 

Nataşanın  da  ona  olan  ehtirası  get-gedə  soyuyacaq, 

qısqanclıq,  əzab,  cəhənnəm  kimi  dəhşətli  bir  həyat, 

boşanmaq,  ayrılmaq,  bəlkə  də  lap  cinayət...  Yox,  Vanya! 

Əgər  siz  orada  bu  işi  düzəldirsinizsə,  sən  də  buna  kömək 

downloaded from KitabYurdu.org



 

372 


edirsənsə,  bu  başdan  sənə  deyirəm:  sən  Allahın  qarşısında 

cavab verəcəksən, ancaq daha gec olacaq! Sağ ol! 

Mən onu saxladım: 

–  Nikolay  Sergeiç,  mənə  baxın,  gəlin  biz  belə  edək: 

gözləyək.  İnanın  ki,  bu  məsələ  ilə  çoxları  maraqlanır.  Bu 

məsələ  duel  kimi  süni  bir  yolla,  zorakılıqla  deyil,  öz-

özlüyündə,  çox  gözəl  surətdə  həll  olunacaq.  Məsələni  ən 

yaxşı həll edən – zamandır! İcazə verin bunu da sizə deyim 

ki, sizin düşündüyünüz yol qətiyyən mümkün olan şey deyil. 

Siz elə zənn edirsiniz ki, knyaz sizin duelə çağırışınızı qəbul 

edəcək? 

– Necə qəbul etməyəcək? Sən gör nə danışırsan! 

– Sizin canınıza and olsun ki, qəbul etməyəcək, inanın 

ki, buna lazımi qədər bəhanə tapacaq, bunu da nadancasına 

bir  təkəbbürlə  edəcək,  belə  ki,  siz  tamamilə  gülünc  bir 

vəziyyətdə qalacaqsınız... 

– Bir iltifat buyur, qardaş, iltifat buyur! Mən sənin bu 

sözünə  lap  məəttəl  qalmışam!  Axı  o  necə  qəbul  etməz? 

Vanya,  sən  lap  şairsənmiş  ki!  Lap  xalis  şairsənmiş!  Sənin 

dediyindən  belə  çıxır  ki, mənimlə  duelə  çıxmaq  nalayiq  bir 

downloaded from KitabYurdu.org



 

373 


iş  imiş?!  Mən  ondan  pis  deyiləm.  Mən  qocayam,  təhqir 

olunmuş atayam, sən də rus ədəbiyyatçısısan, buna görə sən 

də  hörmətli  bir  adamsan,  mənim  sekundantım  ola  bilərsən, 

bir  də  ki,  bir  də  ki...  Mən  başa  düşmürəm,  sənə  daha  nə 

lazımdır... 

– Özünüz görəcəksiniz. O elə bəhanə tapacaq ki, birinci 

elə  siz  özünüz  deyəcəksiniz  ki,  mənim  onunla  duelə 

çıxmağım qətiyyən mümkün olan şey deyil. 

–  Bəli...  Yaxşı,  əzizim,  qoy  sən  deyən  olsun!  Mən, 

əlbəttə, müəyyən vaxta kimi gözləyərəm. Görək zaman özü 

nə göstərir. İndi, əzizim, bir şey var: mənə söz ver ki, bizim 

bu  söhbətimizi  sən  nə  ona,  nə  də  Anna  Andreyevnaya 

deyəcəksən. 

– Söz verirəm. 

–  İkincisi  də  budur  ki,  Vanya,  iltifat  buyur,  bir  də 

mənimlə bu barədə danışma. 

– Yaxşı, söz verirəm. 

–  Səndən  bir  xahişim  də  var.  Əzizim,  mən  bilirəm  ki, 

sən  bizə  gələndə  bəlkə  də  darıxırsan,  ancaq  buna  baxma, 

bacardığın  qədər  bizə  tez-tez  gəl.  Mənim  yazıq  Anna 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə