F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə75/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   71   72   73   74   75   76   77   78   ...   161

 

374 


Andreyevnam səni çox istəyir, bir də ki... bir də ki... Sənsiz 

çox darıxır... Vanya, başa düşürsən? 

O,  bərk-bərk  əlimi  sıxdı.  Mən  onun  xahişlərini  yerinə 

yetirməyə lap ürəkdən söz verdim. 

– Vanya, bir incə məsələ də var: sənin pulun varmı? 

Mən təəccüblə ona baxdım: 

– Pulum? 

–  Hə,  pulun  (qoca  qızarıb  yerə  baxdı)...  Qardaş,  mən 

sənin  otağına  baxıram...  vəziyyətinə  baxıram...  Fikirləşirəm 

ki,  sənin  başqa  təcili  xərclərin  də  ola  bilər  (özü  də  mütləq 

indi  ola  bilər),  ona  görə  də,  qardaş,  hələlik  yüz  əlli  manat 

verirəm... 

–  Yüz  əlli,  özü  də  hələlik?  Elə  bir  vaxtda  ki,  siz 

məhkəmədə uduzmusunuz? 

–  Vanya,  belə  görürəm  ki,  sən  məni  heç  başa 

düşmürsən!  Təcili  pul  lazım  ola  bilər,  başa  düş!  Bəzi 

hallarda  pul  vəziyyətin  sərbəstliyinə,  qərarın  sərbəstliyinə 

kömək edə bilər. Bəlkə də indi sənə pul lazım deyil, amma 

gələcəkdə bir şey üçün lazım olub eləməz ki? Hər halda bu 

pulu  sənin  yanında  qoyuram.  Ancaq  bu  qədər  yığa  bildim. 

downloaded from KitabYurdu.org



 

375 


Xərcləməzsən,  geri  qaytararsan.  Di  sağ  ol!  İlahi!  Sənin 

rəngin necə olub! Sən ki lap xəstəsən... 

Mən  etiraz  etməyib  pulu  aldım.  Çox  aydın  hiss 

olunurdu ki, bu pulu mənə nə üçün verir. 

Dedim ki: 

– Mən ayaq üstə güclə dururam. 

–  Vanya,  əzizim,  sən  özünə  fikir  ver,  özünə  fikir  ver. 

Bu gün heç yerə getmə. Sənin nə vəziyyətdə olduğunu Anna 

Andreyevnaya deyərəm. Bəlkə həkim lazımdır? Sabah gəlib 

sənə  deyərəm,  hər  halda,  var  qüvvəmlə  çalışaram,  əgər 

özüm  ayaq  üstə  dura  bilsəm.  İndi  heç  olmasa,  uzanaydın... 

Di sağ ol! Sağ ol! Qız üzünü yana çevirib! Əzizim, qulaq as! 

Beş manat da verirəm, bu da qız üçün. Sən ancaq ona demə 

ki, mən verdim, onun üçün xərclə, bir şey al, ayaqqabı, ya da 

alt paltarı... Alınmalı şey az deyil ki! Sağ ol, əzizim... 

Mən  onu  darvazaya  qədər  yola  saldım.  İstəyirdim  ki, 

dalandardan  xahiş  edim,  gedib  bizə  xörək  alıb  gətirsin. 

Yelena hələ də nahar etməmişdi. 

 

downloaded from KitabYurdu.org




 

376 


XI FƏSİL 

 

Geri  qayıdan  kimi  başım  gicəlləndi,  otağın  ortasında 



yerə  yıxıldım.  Ancaq  Yelenanın  çığırtısı  yadımdadır.  O, 

əllərini  bir-birinə  çırparaq  yüyürdü  ki,  məni  tutsun.  Bu 

mənim yadımda qalan sonuncu bir an idi. 

Sonra  ancaq  yataqda  olduğumu  hiss  etdim.  Yelena 

sonralar mənə danışırdı ki, bu zaman dalandar xörək gətirdi, 

biz onunla birlikdə sizi gətirib divana qoyduq. Mən bir neçə 

dəfə ayıldım, həmişə də Yelenanın mənə tərəf əyilən dərdli-

iztirablı, qayğılı üzünü gördüm. Lakin bunları mən elə bil ki, 

yuxuda, duman içində görürdüm. Yazıq qızın sevimli üzü bu 

ürəkgetmə  içində  mənə  ani  bir  xəyal,  bir  şəkil  kimi 

görünürdü.  O  mənə  su  gətirirdi,  adyalımı  düzəldirdi,  ya  da 

qəmgin və qorxmuş halda divanın qarşısında oturub, xırdaca 

barmaqları ilə saçımı sığallayırdı. Bir dəfə yavaşca üzümdən 

öpdüyünü  də  hiss  etdim.  Bir  dəfə  də  gecə  yuxudan  ayılıb 

gördüm ki, balaca stol divana tərəf çəkilmiş, üstündəki şam 

yanıb korlanmışdır. Yelena üzünü mənim balışıma qoymuş, 

zərif,  solğun  dodaqlarını  azca  açaraq  əlini  isti  yanağına 

downloaded from KitabYurdu.org




 

377 


qoymuş, ürkək bir halda yatmışdır. Lakin  mən ancaq səhər 

tezdən  yaxşı  ayıldım.  Şam  yanıb  qurtarmışdı.  Səhər 

şəfəqinin  çəhrayı,  parlaq  işığı  divara  düşmüşdü.  Yelena 

stulda oturub, yorğun başını stol üstünə qoyduğu sol qoluna 

söykəyərək  bərk  yatmışdı.  Yadımdadır,  mən  xeyli  onun 

üzünə  baxdım:  onun  dolğun  üzündə  uşaqlara  xas  olmayan 

bir  kədər,  qəribə,  xəstə  bir  gözəllik  vardı,  uzun  kirpikləri 

solğun, arıq, yanaqlarına düşmüşdü, başdansovma hörülmüş, 

qatran  kimi  qara,  sıx  saçı  çəngə-çəngə  üzünün  ətrafına 

tökülmüşdü.  O  biri  əlini  balışımın  üstünə  qoymuşdu.  Mən 

yavaşca onun bu arıq əlini öpdüm, yazıq qız ayılmadı, ancaq 

elə  bil  ki,  solğun  dodaqları  bir  balaca  gülümsədi.  Mən  ona 

baxa-baxa  sakitcə  yatdım,  bu,  könülə  təskinlik  verən  rahat 

bir yuxu idi. Bu dəfə mən günortaya qədər yatdım. Ayılanda 

özümü sağlam hiss etdim. Yalnız bədənimdə olan zəiflik və 

ağırlıq  xəstələndiyimi  bildirirdi.  Bu  cür  əsəbi  və  sürətli 

ürəkgetmələr məndə əvvəllər də olurdu, buna mən çox yaxşı 

bələd  idim.  Xəstəlik,  adətən  bir  gündə  keçib  gedirdi,  lakin 

bu  bir  gündə  o  öz  təsirini  şiddətli  surətdə,  çox  möhkəmcə 

göstərirdi. 

downloaded from KitabYurdu.org



 

378 


Günortaya  az  qalmışdı.  Mənim  ilk  gördüyüm  şey  bu 

oldu:  dünən  aldığım  pərdəni  Yelena  ipdən  keçirib  asmış, 

otağın  bir  hissəsini  özü  üçün  ayırmışdı.  O,  sobanın 

qarşısında  oturub  çayniki  qaynadırdı.  Mənim  oyandığımı 

görüb, sevinə-sevinə gülümsədi, dərhal yanıma gəldi. 

Mən onun əlini əlimə alıb dedim: 

– Əzizim, sən bütün gecəni mənim keşiyimdə olmusan. 

Mən sənin belə rəhmdil olduğunu bilmirdim. 

Yelena  xoş,  utancaqlıq  ifadə  olunan  bir  hiyləgərliklə 

mənə baxıb soruşdu: 

–  Siz  nədən  bildiniz  ki,  mən  sizin  keşiyinizdə 

olmuşam? Bəlkə bütün gecəni yatmışam? – o eyni zamanda 

bu sözləri deyərək qızardı. 

– Mən yuxudan ayılıb səni görürdüm. Sən ancaq səhərə 

yaxın yatdın... 

Yelena: 


– Çay içirsinizmi? – deyərək sözümü kəsdi. 

O  sanki  bu  söhbəti  davam  etdirməkdən  sıxılırdı,  çox 

təmiz  və  saf  qəlbli  adamları  üzünə  qarşı  tərif  edəndə,  onlar 

özlərini belə hiss edirlər. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə