F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə76/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   72   73   74   75   76   77   78   79   ...   161

 

379 


– İstəyirəm, – dedim. – Sən dünən nahar eləmisən? 

–  Nahar  eləmədim,  axşam  yeməyini  yedim.  Dalandar 

gətirmişdi,  –  dedi  və  mənə  çay  gətirib  yatağımın  qırağında 

oturdu.  –  Siz  danışmayın,  rahat  uzanın,  hələ  tamam 

sağalmamısınız. 

–  Hara  uzanım!  Hava  qaralana  kimi  uzana  bilərəm, 

sonra gedəcəyəm. Lenoçka, gərək mütləq gedim. 

–  Gərək  gedəsiniz?  Hara  gedəcəksiniz?  Yoxsa,  dünən 

gələn qonağın yanına getmək istəyirsiniz? 

– Yox, ora getməyəcəyəm. 

–  Yaxşı  ki,  onun  yanına  getmirsiniz!  Dünən  sizin 

qanınızı  o  qaraltdı.  Yoxsa,  onun  qızının  yanına 

gedəcəksiniz? 

– Sən onun qızını haradan tanıyırsan? 

Yelena başını aşağı dikərək dedi: 

– Dünən mən bütün söhbətinizi eşitdim. 

Yelenanın üzü tutuldu. Qaşları çatıldı. 

Sonra əlavə etdi: 

– O qoca pis adamdır. 

downloaded from KitabYurdu.org




 

380 


–  Yoxsa,  sən  onu  tanıyırsan?  Əksinə,  o  çox  yaxşı 

adamdır. 

Yelena təkidlə: 

– Yox, yox, – dedi, – o qəzəbli adamdır, mən eşidirdim. 

– Sən axı nə eşitmisən? 

– O öz qızını bağışlamaq istəmir... 

–  Amma  o  öz  qızını  sevir.  Qızı  onun  qarşısında 

təqsirkardır, amma o qızı barəsində çalışır, əziyyət çəkir. 

–  Bəs  niyə  bağışlamır?  İndi  bağışlasa  da,  mən  onun 

qızının yerinə olsam, daha onun yanına getmərəm. 

– Necə? Niyə axı? 

Yelena hərarətlə dedi: 

–  Ona  görə  ki,  qızının  onu  sevməsinə  o  layiq  deyil. 

Qoy  qızı  həmişəlik  onun  evindən  getsin,  qoy  gedib 

dilənçilik  eləsin,  o  da  görsün  ki,  qızı  dilənçilik  eləyir, 

bundan əziyyət çəksin. 

Yelenanın  gözləri  parıldayır,  yanaqları  alışıb-yanırdı. 

Mən  düşünərək  öz-özümə  dedim:  “Görünür,  o,  bunu  nahaq 

yerə demir”. 

Bir az susduqdan sonra əlavə etdi: 

downloaded from KitabYurdu.org



 

381 


– Siz məni onun evinə qoymaq istəyirdiniz? 

– Hə, Yelena. 

– Yox, yaxşısı budur ki, mən gedib qulluqçu olaram. 

– Lenoçka, sənin bu dediklərin heç yaxşı söz deyil. Sən 

mənasız  şey  danışırsan,  sən  axı  kimin  yanında  gedib 

qulluqçu ola bilərsən? 

Yelena  başını  daha  çox  aşağı  dikərək,  səbirsiz  halda 

dedi: 


– Hər kimin olsa, bir mujikin. 

Aydın görünürdü ki, o, tez hirslənən bir qızdır. 

Mən astadan güldüm: 

– Sənin kimi bir işçi mujikə heç lazım deyil. 

– Onda gedib ağalara qulluqçu olaram. 

–  Sən  bu  xasiyyətinlə  ağaların  evində  qulluqçu  ola 

bilərsən? 

–  Lap  yaxşı  olaram!  –  o  acıqlandıqca  daha  sərt  cavab 

verirdi. 

– Davam gətirməzsən. 

–  Gətirərəm.  Məni  danlayacaqlar,  mən  də  qəsdən 

dinməyəcəyəm.  Məni  döyəcəklər,  yenə  dinməyəcəyəm, 

downloaded from KitabYurdu.org



 

382 


dinməyəcəyəm, qoy döysünlər, heç ağlamayacağam da. Mən 

ağlamadığım üçün onlar daha da hirslənəcəklər, hirslənmək 

onları daha da xarab eləyəcək. 

–  Yelena,  sən  nə  danışırsan!  Gör  sən  nə  qədər 

qəzəblisən,  nə  qədər  lovğasan!  Görünür,  sənin  başın  çox 

müsibətlər çəkib... 

Qalxıb  böyük  stola  yaxınlaşdım.  Yelena  divanın 

üstündə  qaldı,  o,  dalğın-dalğın  yerə  baxır,  barmaqları  ilə 

divanın  üstünü  didişdirirdi.  Susurdu.  Mən  özüm  özümə 

dedim: “Yoxsa, mənim sözümdən acıqlandı?” 

Stolun  qarşısında  durub,  dünən  kompilyasiya  üçün 

götürdüyüm kitabları qeyri-şüuri olaraq açdım, yavaş-yavaş 

oxumağa  girişdim.  Mənim  başıma  tez-tez  belə  bir  hadisə 

gəlir:  gedib  bir  şey  yoxlamaq  üçün  kitabı  birdəqiqəliyə 

açıram,  amma  oxumağa  başım  elə  qarışır  ki,  hər  şey 

yadımdan çıxır. 

Yelena  yavaşca  stola  yaxınlaşdı,  çəkinə-çəkinə 

gülümsünərək soruşdu: 

– Siz bu qədər nə yazırsınız? 

downloaded from KitabYurdu.org




 

383 


–  Heç,  Lenoçka,  elə ağlıma  gələni.  Bunun  üçün  mənə 

pul verirlər. 

– Ərizə yazırsınız? 

– Yox, ərizə yazmıram. 

Mən  bacardığım  qədər  ona  izah  etdim  ki,  müxtəlif 

adamlar  haqqında  müxtəlif  əhvalatlar  yazıram,  bundan  da 

kitab  meydana  çıxır,  bu  kitablara  povest,  ya  da  roman 

deyilir. Yelena çox maraqla qulaq asırdı. 

– Yaxşı, siz bütün gördüklərinizi yazırsınız? 

– Yox, özümdən uydururam. 

– Niyə yalan şeyi yazırsınız? 

–  Bax,  sən  götür  bu  kitabı  oxu,  bir  dəfə  sən  ona 

baxmısan. Sən ki oxuya bilirsən? 

– Bilirəm. 

– Onda görərsən. Bu kitabı mən yazmışam. 

– Siz? Oxuyaram... 

O  çox  istəyirdi  ki,  mənə  nə  isə  desin,  görünür,  bunu 

deməyə  çətinlik  çəkir,  buna  görə  də  böyük  bir  həyəcan 

keçirirdi. Onun sualları altında başqa bir məna vardı. 

Nəhayət, o soruşdu: 

downloaded from KitabYurdu.org



 

384 


– Sizə bunun üçün çox pul verirlər? 

–  Düşməyinə  baxır.  Bəzən  çox  verirlər,  bəzən  də  heç 

pul olmur, çünki iş qabağa getmir. Lenoçka, bu, çətin işdir. 

– Deməli, siz dövlətli deyilsiniz? 

– Yox, dövlətli deyiləm. 

– Onda mən işləyəcəyəm, sizə kömək edəcəyəm... 

O,  cəld  mənə  baxdı,  qızardı,  başını  aşağı  saldı,  iki 

addım mənə yaxınlaşdı, birdən məni qucaqladı, üzünü bərk-

bərk mənim sinəmə basdı. Mən təəccüblə ona baxırdım. 

–  Mən  sizi  sevirəm...  Mən  lovğa  deyiləm.  Siz  dünən 

dediniz  ki,  mən  lovğayam.  Yox,  yox...  Mən  elə  deyiləm... 

Mən sizi sevirəm. Məni yalnız siz sevirsiniz... 

İndi  onu  gözyaşı  boğurdu.  Dünən  ürəyi  gedərkən  o 

necə  bərk  ağlayırdısa,  indi  də,  az  sonra,  elə  şiddətlə 

ağlamağa  başladı,  mənim  qarşımda  dizləri  üstə  çökərək, 

əllərimi, ayaqlarımı öpürdü... 

–  Siz  məni  sevirsiniz!..  –  deyərək  təkrar  edirdi.  – 

Ancaq siz, ancaq siz!.. 

Yelena  əsəbi  halda  dizlərimi  qucaqlamışdı.  Onun  bu 

vaxta  qədər  qarşısını  aldığı  hissləri  birdən  böyük  bir 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə