F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə77/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   73   74   75   76   77   78   79   80   ...   161

 

385 


coşqunluqla  meydana  çıxmışdı.  İndi  bu  qəlbin  bu  vaxta 

qədər  gizlin  saxlanılan  bu  qəribə  inadcıllığı  mənə  aydın 

oldu.  O  öz  ürəyini  nə  qədər  çox  açıb  söyləmək  ehtiyacını 

hiss  edirdisə,  bu  inadcıllıq  daha  çox  sərtləşir,  daha  da 

qüvvətlənirdi.  Bu  da  o  vaxta  qədər  davam  edir  ki,  adam 

könlündəki sevgini, təşəkkürü, mehribanlığı, gözyaşını ifadə 

etmək ehtiyacını, özünü unudacaq dərəcədə hiss edir, bunlar 

böyük bir coşqunluqla meydana çıxır... 

Yelena  elə  bərk  ağlayırdı  ki,  axırda  isterikaya  tutuldu. 

Onun  qıçlarıma  sarılan  qollarını  güclə  açdım.  Aparıb 

divanın  üstünə  qoydum.  O,  üzünü  balışda  gizlədərək  çox 

ağladı,  o  sanki  mənə  baxmağa  utanırdı,  lakin  mənim  əlimi 

balaca əli ilə bərk-bərk sıxır, onu öz qəlbindən ayırmırdı. 

Yelena  yavaş-yavaş  sakitləşdi,  lakin  o  yenə  də  başını 

qaldırıb  mənə  baxmırdı.  Bir-iki  dəfə  ötəri  məni  gözdən 

keçirtdi,  onun  baxışlarında  böyük  bir  mehribanlıq,  yenə  də 

gizlənən,  ürkək  bir  hiss  ifadə  olunurdu.  Nəhayət,  o  qızarıb 

gülümsədi. 

Mən soruşdum: 

downloaded from KitabYurdu.org




 

386 


– Lenoçka, indi rahatsanmı, mənim xəstə balam, sən nə 

yaman həssassanmış! 

O  hələ  də  üzünü  məndən  gizlədirdi.  Qız  pıçıldayaraq 

dedi: 


– Lenoçka yox... 

– Lenoçka yox? Bəs necə? 

– Nelli! 

– Nelli? Niyə axı Nelli? Əslində bu çox qəşəng addır. 

Belə istəyirsənsə, mən də sənə Nelli deyəcəyəm. 

–  Anam  mənə  Nelli  deyərdi...  Ondan  başqa  heç  kəs 

mənə  Nelli  deməyib...  Mən  özüm  də  heç  istəmirdim  ki, 

anamdan  başqa  bir  adam  mənə  Nelli  desin.  Amma  siz 

deyin...  Mən  istəyirəm...  Mən  sizi  həmişə  sevəcəyəm, 

həmişə sevəcəyəm... 

Mən  düşünərək  öz-özümə  dedim:  “Ey  sevən,  məğrur 

könül,  hələ  gör  mən  nə  qədər  çalışmalıyam  ki,  sən  mənim 

üçün  Nelli  olasan!”  Lakin  mən  indi  bu  qəlbin  həmişəlik 

mənə sədaqətli olduğunu bilirdim. 

O sakit olandan sonra dedim: 

downloaded from KitabYurdu.org




 

387 


–  Qulaq  as,  Nelli,  deyirsən  ki,  səni  ancaq  anan 

sevmişdir,  ayrı  heç  kəs  sevməmişdir.  Bəs  baban  səni 

doğrudan sevmirdimi? 

– Sevmirdi... 

– Sən axı onda pilləkəndə ağladın, yadındadır? 

O bir anlığa fikrə getdi: 

–  Yox,  sevmirdi...  O  qəzəbli  idi.  –  Nellinin  üzündə 

xəstə bir hiss göründü. 

– Nelli, axı ondan bunu heç tələb etmək də olmazdı. O, 

deyəsən, lap ağlını itirmişdi. O elə dəli kimi də öldü. Onun 

necə öldüyünü mən sənə danışmışdım axı. 

–  Bəli,  danışmışdınız.  O  axı  ancaq  axırıncı  ay  belə 

olmuşdu. Görərdin ki, bütün günü burada oturub qalır, mən 

onun  yanına  gəlməsəydim,  o  daha  bir  gün  də,  iki  gün  də 

yeməmiş-içməmiş,  beləcə  oturub  qalardı.  Əvvəllər  o  yaxşı 

idi. 


– Əvvəllər, axı nə vaxt? 

– Hələ anam ölməmişdən. 

– Deməli, Nelli, sən ona yemək-içmək gətirirdin? 

– Bəli, gətirirdim. 

downloaded from KitabYurdu.org



 

388 


– Haradan gətirirdin? Bubnovanın evindən? 

Nelli diksinmiş kimi qəti bir ifadə ilə dedi: 

– Yox. Mən heç vaxt Bubnovadan heç nə almamışam. 

– Bəs haradan alırdın? Axı sənin heç bir şeyin yox idi. 

Nelli susdu, bənizi çox qəribə bir şəkildə ağardı, sonra 

mənə xeyli baxdı. 

– Mən gedib küçələrdə dilənirdim... Beş qəpik yığanda, 

gedib ona çörək alırdım, bir də burunotu... 

– Nelli! Nelli! O buna icazə verirdi?! 

– Əvvəl özüm getdim, heç ona demədim. Sonra elə ki 

bunu bildi, özü məni göndərirdi ki, get dilən. Mən körpüdə 

durub,  gəlib-gedəndən  pul  istəyirdim,  o  da  körpünün 

yanında gəzişirdi, məni gözləyirdi. Elə ki görürdü mənə pul 

verdilər, o saat üstümə cumub pulu məndən alırdı, elə bil ki, 

pulu ondan gizlədəcəyəm, sanki onun üçün dilənmirəm... 

Bunu söyləyərkən Nelli acı-acı gülümsədi. 

Sonra əlavə etdi: 

– Anam öləndən sonra o belə edirdi. Anamdan sonra o 

lap dəli kimi oldu. 

downloaded from KitabYurdu.org




 

389 


– Görünür, sənin ananı çox sevirmiş! Bəs niyə onunla 

bir yerdə yaşamırdı? 

–  Yox,  sevmirdi...  O  çox  qəzəbli  idi,  anamı 

bağışlamadı... Dünənki o qəzəbli qoca kimi... – bu sözləri o 

yavaşdan,  az qala  lap  pıçıltı ilə  dedi,  dedikcə  də  rəngi  get-

gedə daha çox ağarırdı. 

Mənim  bədənimə  titrətmə  düşdü.  O  saat  bütün  bir 

romanın  başlanğıcı  təsəvvürümdə  canlandı.  Tabutçunun 

zirzəmisində ölən o zavallı qadın, onun yetim qızı, bu qızın 

hərdən  gəlib  babasına  dəyməsi,  qocanın  onun  anasını 

qarğıması, ağlını itirən, qənnadı dükanında iti öləndən sonra 

ölən o qəribə qoca... 

Birdən Nelli nəyi isə xatırlayaraq gülümsədi: 

– Azorka axı əvvəl anamın idi. Babam əvvəllər mənim 

anamı  çox  istəyirdi,  sonra  ki  anam  onun  evindən  getdi, 

anamın  Azorkası  babamın  yanında  qaldı.  Babam  da  buna 

görə  Azorkanı  çox  istəyirdi...  Anamı  bağışlamadı,  amma  it 

öləndə özü də öldü. – Nelli son sözləri sərt bir ifadə ilə əlavə 

etdi, üzündəki təbəssüm silindi. 

Mən bir az gözləyib soruşdum: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə