F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə78/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   74   75   76   77   78   79   80   81   ...   161

 

390 


– Nelli, sənin baban əvvəllər kim olub? 

–  O  əvvəllər  dövlətli  olub...  Ancaq  mən  onun  kim 

olduğunu  bilmirəm.  Onun  hardasa  zavodu  varmış...  Anam 

deyirdi. Əvvəl anam elə bilirdi ki, mən balacayam, hər şeyi 

mənə  demirdi.  Görərdin  ki,  məni  həmişə  öpür,  öpə-öpə 

deyirdi: “Yazıq balam, bədbəxt balam, hamısını biləcəksən, 

vaxt  olacaq,  hamısını  biləcəksən!”  Həmişə  də  mənə  yazıq 

deyirdi, bədbəxt deyirdi. Gecələr görərdin ki, elə bilərdi mən 

yatmışam (mən də qəsdən yatmırdım, özümü elə göstərirdim 

ki, guya yatmışam),  başım üstə durub ağlayardı, məni öpə-

öpə deyərdi: “Yazıq balam, bədbəxt balam!” 

– Anan nədən öldü? 

– Vərəmdən. İndi altı həftə olar ki, ölüb. 

– Babanın dövlətli olduğu sənin yadına gəlirmi? 

–  Mən  onda  heç  olmamışam.  Mən  heç  anadan 

olmamışdan anam babamın evindən gedib. 

– Kim ilə gedib? 

Nelli yavaşca, sanki düşünə-düşünə dedi: 

– Bilmirəm... Xaricə gedib, mən də orada olmuşam. 

– Xaricdə? Hansı yerdə? 

downloaded from KitabYurdu.org



 

391 


–  İsveçrədə.  Mən  hər  yerdə  olmuşam,  İtaliyada  da, 

Parisdə də. 

Mən buna təəccüb etdim. 

– Nelli, o yerlər yadındadır? 

– Çox şey yadımdadır. 

– Nelli, bəs sən hardan ruscanı belə yaxşı bilirsən? 

– Anam  mənə hələ xaricdə rusca öyrədirdi. O özü rus 

idi,  çünki  onun anası  rus  idi, babam  ingilis idi,  ancaq o da 

rus kimi idi. İl yarım əvvəl biz bura qayıtmışıq, burda mən 

ruscanı lap yaxşı öyrəndim. Onda anam xəstə idi. Biz burda 

getdikcə kasıbladıq. Anam həmişə ağlayırdı. O əvvəl burda, 

Peterburqda, babamı çox axtardı, həmişə də deyirdi ki, onun 

qarşısında  təqsirkaram,  həmişə  də  ağlayırdı.  Elə  də 

ağlayırdı,  elə  də  ağlayırdı  ki!..  Sonra  eşidəndə  ki,  babam 

kasıblayıb,  daha  çox  ağlamağa  başladı.  Anam  ona  tez-tez 

kağız yazırdı, amma o cavab vermirdi. 

– Anan niyə bura qayıtdı? Atasının yanına gəldi? 

– Onu bilmirəm. Orada biz elə yaxşı yaşayırdıq ki... – 

Nellinin  gözləri  parıldadı.  –  Anam  mənimlə  bir  yerdə 

yaşayırdı. Onun bir dostu vardı, sizin kimi mərhəmətli idi... 

downloaded from KitabYurdu.org



 

392 


Anamı  o  hələ  burada  tanıyırmış.  O  öldü,  anam  da  qayıdıb 

gəldi... 

–  Deməli,  sənin  anan  babanın  evindən  ona  qoşulub 

gedibmiş? 

–  Yox,  onunla  getməyibmiş.  Anam  babamın  evindən 

başqa bir adamla gedibmiş, o adam da onu qoyub gedib... 

– Nelli, bu adam kim imiş? 

Nelli  mənə  baxıb  susdu,  cavab  vermədi.  O  yəqin 

anasının kim ilə getdiyini, atasının kim olduğunu bilirdi. O 

hətta onun adını mənə söyləmək də istəmirdi, bu özü də ona 

əzab verirdi. 

Mən  ona  öz  suallarımla  iztirab  vermək  istəmədim. 

Nelli  qəribə  bir  qız  idi,  bir  müvazinətdə  qalmırdı,  coşqun 

təbiətli  idi.  Lakin  bu  coşqunluğunun  qarşısını  ala  bilirdi, 

xoşxasiyyət  idi,  eyni  zamanda,  məğrur  idi,  heç  kəsə  baş 

əyməzdi. O məni hətta iztirab çəkmədən xatırlaya bilmədiyi 

anası  qədər,  anası  ilə  eyni  dərəcədə,  saf,  təmiz  bir 

məhəbbətlə,  bütün  qəlbilə  sevsə  də,  mən  onu  tanıyandan 

bəri,  o  çox  az  hallarda  mənimlə  açıq  danışmışdı.  Bircə  bu 

gündən başqa, keçmiş həyatından çox nadir halda  mənimlə 

downloaded from KitabYurdu.org



 

393 


danışmaq ehtiyacını hiss etmişdi, hətta bunun əksinə olaraq, 

öz  qəlbini  məndən  gizlətməyə  çalışırdı.  Lakin  bu  gün,  bir 

neçə  saat  ərzində, onu  ən  çox  həyəcanlandıran, ona  ən  çox 

əzab verən keçmiş xatirələrini, ürəkdən yana-yana, hönkürtü 

ilə  ağlaya-ağlaya,  bu  hönkürtülər  içində  sözləri  qırıla-qırıla 

açıb  mənə  danışdı.  Mən  heç  vaxt  bu  dəhşətli  şeyləri 

unutmayacağam. Lakin onun əsl həyatı hələ irəlidədir... 

Nellinin  danışdığı  dəhşətli  bir  əhvalat  idi,  bu, 

xoşbəxtliyi  əlindən  çıxmış,  sevgilisi  tərəfindən  atılmış,  hər 

kəs  tərəfindən  tərk  edilmiş,  xəstə,  çox-çox  əzab  çəkmiş, 

axırıncı ümidgahı ola bilən atası tərəfindən də rədd edilmiş 

bir  qadının  sərgüzəşti  idi.  Vaxtilə  o,  başqasına  qoşulub 

qaçmaqla atasını təhqir etmiş, atası da çəkdiyi ağır əzabdan, 

həqarətdən  ağlını  itirmişdi.  Bu  –  hər  yerdən  əli  üzülmüş, 

hələ  uşaq  hesab  etdiyi  qızı  ilə  gedib  Peterburqun  çirkli-

palçıqlı  küçələrində  dilənən,  sonra  nəm  bir  zirzəmidə 

qalaraq,  aylarla  ölüm  yatağında  yatan,  son  nəfəsinə  qədər 

atası tərəfindən bağışlanmayan bir qadının həyatı idi. Atası 

da ancaq onun son dəqiqələrində öz tutduğu işindən peşman 

olmuş,  tələsə-tələsə  gəlib  onu  bağışlamaq  istəmişdi,  lakin 

downloaded from KitabYurdu.org



 

394 


gəlib,  dünyada  ən  çox  sevdiyi  övladının  soyuq  cəsədini 

görmüşdü. Bu, ağlını itirmiş bir qoca ilə onun xırdaca nəvəsi 

arasında  baş  verən  sirli,  güclə  başa  düşülən,  qəribə  bir 

əlaqənin  tarixçəsi  idi.  Nelli  hələ  o  zaman,  uşaq  da  olsa, 

babasının  tutduğu  işlərin  çoxunu  başa  düşürmüş,  amma  bu 

şeyləri yaxşı təmin olunan, gözəl həyat keçirən bir qız hələ 

illərlə inkişaf etdikdən  sonra başa  düşə bilərdi. Bu, dəhşətli 

bir əhvalat idi, elə dəhşətli, əzabverici bir əhvalat idi ki, belə 

əhvalatlar çox tez-tez, həm də nəzərə çarpmadan, əsrarəngiz 

bir  şəkildə  Peterburqun  ağır  səması  altında,  bu  böyük 

şəhərin  qaranlıq,  gizlin  bucaqlarında  qaynayan  küt 

xudbinlik, 

alçaqcasına  vəhşiyyət,  məxfi  saxlanılan 

cinayətlər, bir-birilə  üz-üzə  gələn  mənfəətlər, təbii  halından 

çıxmış,  mənasız,  cəhənnəm  kimi  bir  həyat  içərisində  baş 

verir... 

Lakin bu barədə irəlidə bəhs olunacaqdır... 

 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə