F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə79/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   75   76   77   78   79   80   81   82   ...   161

 

395 


ÜÇÜNCÜ HİSSƏ 

 

I FƏSİL 

 

Hava çoxdan qaralmış, axşam olmuşdu, mən ancaq bu 



zaman  sanki  dəhşətli  bir  yuxudan  ayılıb,  harada  olduğumu 

hiss etdim. 

Dedim ki: 

–  Nelli,  indi  sən  xəstəsən,  ovqatın  təlxdir,  amma  mən 

gərək  səni  belə  həyəcan  və  göz  yaşları  içində  tək  qoyub 

gedim. Əzizim! Məni bağışla, bunu bil ki, burda da sevilən, 

əfv  edilməyən,  təhqir  olunan,  tərk  edilən  bir  insan  var.  O 

məni gözləyir. Sənin danışdığın bu əhvalatdan sonra, o daha 

artıq  məni  cəlb  edir,  elə  bil  ki,  mən  bu  saat,  bu  an  onu 

görməsəm, bu ayrılığa tab gətirə bilməyəcəyəm... 

Mənim 

söylədiklərimin 



hamısını 

Nelli 


başa 

düşmüşdümü  –  bunu  bilmirəm.  Mən  həm  bu  söylənilən 

əhvalatdan,  həm  də  dünənki  xəstəlikdən  sonra  həyəcanlı 

idim,  amma  yenə  də  tez  Nataşının  yanına  getdim.  Onun 

otağına girəndə artıq gec idi, saat doqquza işləmişdi. 

downloaded from KitabYurdu.org




 

396 


Hələ  küçədə,  Nataşanın  yaşadığı  evin  darvazası 

qarşısında bir fayton gördüm, mənə elə gəldi ki, bu knyazın 

faytonudur.  Nataşanın  otağına  yol  həyətdən  idi.  Mən 

pilləkənlə  qalxmağa  başlayanda,  bir  adamın  da  yuxarı 

qalxdığını eşitdim. O məndən bir pilləkən tini yuxarıda idi, 

özü  də,  əllərini  divara  sürtə-sürtə,  ehtiyatla  qalxırdı, 

görünür,  nabələd  adam  idi.  Mənə  elə  gəldi  ki,  bu  adam 

knyazdır,  amma  az  sonra  fikrimi  dəyişdim.  O,  yuxarı 

qalxdıqca  daha  bərk  deyinir,  daha  çox  lənətlər  yağdırırdı. 

Əlbəttə,  pilləkən  dar,  çirkli,  dik  və  qaranlıq  idi,  buna  söz 

yox,  lakin  o,  üçüncü  mərtəbəyə  qalxdıqdan  sonra  elə 

söyüşlər  söyməyə  başladı  ki,  bunu  mən  heç  də  knyazdan 

gözləməzdim, çünki bu cənab, arabaçı kimi söyüş söyürdü. 

Pilləkən 

üçüncü  mərtəbədən  başlayaraq  işıqlı  idi. 

Nataşagilin  qapısı  qarşısında  balaca  bir  fənər  yanırdı.  Lap 

qapının  qabağında  mən  bu  tanımadığım  adama  çatdım, 

gördüm  ki,  bu  knyazdır.  Mən  buna  heyrət  etdim.  Yəqin  o 

belə  təsadüfi  olaraq  mənə  rast  gəlməsindən  son  dərəcə 

narazı idi. Əvvəl o məni tanımadı, lakin birdən bütün sifəti 

dəyişdi.  İlk  əvvəl  o  mənə  acıqlı-acıqlı  və  nifrətlə  baxmışdı, 

downloaded from KitabYurdu.org




 

397 


indi  isə  bu  baxışlar  birdən-birə  dəyişdi:  o  mənə  şən, 

mehriban bir nəzərlə baxdı, böyük bir sevinclə əllərini mənə 

tərəf uzatdı. 

– Ah, sizsiniz! Az qalmışdı ki, indicə mən dizləri üstə 

düşüb,  həyatımın  xilası  üçün  Allahdan  kömək  istəyim. 

Eşitdinizmi necə söyüşlər söyürdüm? 

Knyaz sadəlövhlük ifadə olunan bir qəhqəhə ilə güldü. 

Lakin birdən üzü ciddiləşib qayğılı bir şəkil aldı. 

Başını yırğalaya-yırğalaya dedi: 

–  Görün,  Alyoşa  Natalya  Nikolayevnanı  necə  bir 

mənzildə  saxlayır!  Bax,  xırda  deyilən  bu  şeylər  adamın 

simasını göstərir. Mən qorxuram ki, onun başına bir iş gələ. 

O, xoşxasiyyət bir adamdır, onun nəcib bir qəlbi var, ancaq 

ki,  görürsünüz  də,  dəlicəsinə  sevdiyi  bir  adamı  belə  bir 

daxmada  saxlayır!  –  Zəngin  dəstəyini  axtara-axtara 

pıçıldayaraq dedi: – Mən hətta eşitmişəm ki, bəzən yeməyə 

çörəyi  də  olmayıb.  Mən  onun  gələcəyini  düşünəndə, 

xüsusilə,  Anna  Nikolayevnanın  gələcəyini,  onun  arvadı 

olacağını düşünəndə başım çatlayır... 

downloaded from KitabYurdu.org




 

398 


O, Nataşanın adını yanlış söylədiyini duymadı, zəngin 

dəstəyini  tapa  bilmədiyi  üçün  acıqlanmışdı.  Qapının  heç 

zəngi  yox  idi.  Mən  qapının  dəstəyini  dartdım.  Mavra  da  o 

saat  qapını  açıb  əl-ayağa  düşdü.  Mətbəxin  açıq  qapısından 

içəridə  bəzi  hazırlıqlar  görüldüyü  nəzərə  çarpırdı.  Mətbəx 

isə  taxta  arakəsmə  ilə  kiçik  dəhlizdən  ayrılırdı,  heç  bir  şey 

əvvəlki  kimi  deyildi,  hər  şey  təmizlənmişdi,  hər  yer  təmiz 

idi,  soba  yanırdı,  stol  üstündə  təzə  bir  qab  vardı.  Aydın 

görünürdü  ki,  bizi  gözləyirlər.  Mavra  dərhal  bizim 

paltomuzu çıxartmağa başladı. 

Mən ondan soruşdum: 

– Alyoşa burdadır? 

Mavra sirli halda pıçıldayaraq dedi: 

– Gəlməyib. 

Biz  Nataşanın  yanına  getdik.  Onun  otağında  heç  bir 

xüsusi hazırlıq görünmürdü, hər şey əvvəlki qaydasında idi. 

Burası  da  var  ki,  onun  otağı  həmişə  elə  təmiz,  elə  səliqəli 

olurdu ki, onu heç yığışdırmaq lazım gəlmirdi. Nataşa qapı 

ağzında  durub  bizi  qarşıladı.  Onun  ölgün  yanaqları  bir 

anlığa qızarsa da, o, xəstə bir adam kimi arıqlamışdı, bənizi 

downloaded from KitabYurdu.org



 

399 


olduqca  solmuşdu,  mən  buna  heyrət  etdim,  gözləri 

qızdırmalı adamın gözlərinə oxşayırdı. O, kirimişcə, tələsə-

tələsə  əlini  knyaza  uzatdı,  aydın  görünürdü  ki,  təşviş 

içindədir,  özünü  itirmişdir.  Mənə  heç  baxmadı  da.  Mən 

dayanıb gözləyirdim. 

Knyaz dostcasına, şən bir halda dedi: 

–  Bu  da  mən!  Bir  neçə  saatdır  ki,  qayıdıb  gəlmişəm. 

Bütün  bu  müddət  içərisində  siz  heç  mənim  fikrimdən 

çıxmamısınız  (knyaz  nəzakətlə  onun  əlini  öpdü),  sizin 

haqqınızda  çox-çox  şeylər  düşünmüşəm!  Sizə  söyləmək 

üçün ağlıma o qədər şeylər gəlib ki... Biz, əlbəttə, doyunca 

danışacağıq!  Əvvəla,  budur  ki,  mənim  dəmdəməkim,  belə 

görürəm, hələ gəlməyib... 

Nataşa qızararaq, karıxmış halda onun sözünü kəsdi: 

–  İcazə  verin,  knyaz,  mənim  İvan  Petroviçə  iki  kəlmə 

sözüm var. Vanya, gedək... iki kəlmə... 

Nataşa  əlimdən  tutub  məni  şirmanın  o  biri  tərəfinə 

apardı. 


Məni  ən  qaranlıq  bucağa  çəkib,  pıçıldaya-pıçıldaya 

dedi: 


downloaded from KitabYurdu.org


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə