F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə80/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   76   77   78   79   80   81   82   83   ...   161

 

400 


– Vanya, sən məni bağışlayacaqsan, ya yox? 

– Nataşa, bu nə sözdür axı?! 

–  Vanya,  yox,  yox,  sən  olduqca  tez-tez  və  çox-çox 

məni bağışlamısan, axı səbrin də bir hüdudu var! Sən həmişə 

məni  sevəcəksən,  mən  bunu  bilirəm.  Amma  sən  məni 

nankor  adlandıra  bilərsən,  mən  dünən  də,  üç  gün  əvvəl  də 

sənin  qarşında  nankorluq  eləmişəm,  xudbin,  amansız 

olmuşam... 

Birdən Nataşanın gözləri yaşla doldu, o, üzünü mənim 

sinəmə sıxdı. 

Mən onu bu fikirdən döndərməyə tələsərək dedim: 

–  Bəsdir,  Nataşa!  Mən  bütün  gecəni  bərk  xəstə  idim, 

hətta  indi  də  güclə  ayaq  üstə  durmuşam,  buna  görə  də  nə 

dünən axşam gələ bildim, nə də bu gün, sən də elə bilirsən 

ki, mən acıqlanmışam... Mənim əziz dostum, yoxsa mən indi 

sənin qəlbində nələr olduğunu bilmirəmmi?! 

Nataşa göz yaşları arasından gülümsəyərək, əlimi bərk-

bərk sıxaraq dedi: 

downloaded from KitabYurdu.org



401 

– Yaxşı... Deməli, həmişəki kimi yenə də bağışlamısan. 

Qalan  sözümü  sonra  deyərəm.  Vanya,  sənə  deyiləsi  çox 

sözüm var. İndi isə gedək onun yanına... 

– Nataşa, tez ol, biz axı onu qoyub gəlmişik... 

Nataşa tez-tez pıçıldayaraq: 

– İndi görərsən, – dedi, – görərsən nə olacaq! Mən indi 

hamısını bilirəm, hamısını başa düşmüşəm. Bütün bu şeylərə

ancaq  o  təqsirkardır.  Bu  axşam  çox  şey  həll  olunacaq. 

Gedək! 


Mən bir şey başa düşmədim, ancaq soruşmağa da vaxt 

yox idi. Nataşa knyazın yanına gülər üzlə gəldi. O hələ də, 

əlində şlyapa, ayaq üstə durmuşdu. Nataşa gülə-gülə ondan 

üzr istədi, şlyapasını əlindən aldı, özü onun altına stul çəkdi, 

biz hamımız stolun ətrafında oturduq. 

Knyaz: 


–  Mən  öz  dəmdəməkimdən  danışırdım,  –  deyərək 

sözünə davam etdi. – Mən onu ancaq ayaqüstü gördüm, özü 

də küçədə, o, faytona minib qrafinya Zinaida Fyodorovnanın 

yanına  gedirdi.  Yaman  da  tələsirdi,  təsəvvür  edin  ki, 

dördgünlük  ayrılıqdan  sonra,  o  hətta  yerindən  qalxıb 

downloaded from KitabYurdu.org




 

402 


mənimlə  bərabər  otağa  gəlmək  istəmirdi.  Deyəsən,  Natalya 

Nikolayevna,  onun  indi  sizin  yanınızda  olmamasına,  bizim 

ondan  əvvəl  gəlməyimizə  mən  müqəssirəm.  Mən  bu  gün 

qrafinyanın  yanına  gedə  bilməyəcəkdim,  buna  görə  də 

fürsətdən  istifadə  edib,  ona  bir  tapşırıq  verdim.  O  özü  bu 

saat gələcək. 

Nataşa çox sadə bir halda knyaza baxaraq soruşdu: 

– O yəqin sizə söz vermişdir ki, bu gün bura gələcək, 

elədirmi? 

Knyaz  diqqətlə  Nataşaya  baxıb,  təəccüblə  bərkdən 

dedi: 

–  Ah,  ilahi!  Hələ  bir  gəlməsin  də?  Bunu  siz  necə  də 



soruşursunuz!  Amma  mən  bunun  səbəbini  başa  düşürəm: 

sizin  ona  acığınız  tutmuşdur.  Doğrudan  da,  onun  hamıdan 

gec  gəlməsi,  deyəsən,  pis  hərəkətdir.  Təkrar  edirəm:  buna 

müqəssir  mənəm.  Ona  da  acığınız  tutmasın.  O,  yelbeyin, 

dəmdəməki bir şeydir, mən onu müdafiə etmirəm, lakin bəzi 

xüsusi vəziyyətlər tələb edir, o nəinki indi gərək qrafinyanın 

evini və bəzi başqa əlaqələri əldən buraxmasın, əksinə, onun 

evinə mümkün qədər tez-tez getsin. Amma o yəqin indi sizin 

downloaded from KitabYurdu.org



 

403 


heç  yanınızdan  getmir,  özü  də  başqa  hər  şeyi  yaddan 

çıxarmışdır. Belə olan surətdə, rica edirəm, əgər mən hərdən 

onu çox yox, bir-iki saatlığa öz tapşırıqlarım üçün aparsam, 

acıqlanmayın. Mən əminəm ki, o axşamdan bəri bircə dəfə 

də olsa o, knyaginya K.-nın yanına getməmişdir, bayaq bunu 

ondan soruşa bilmədiyimə görə indi yaman peşmanam! 

Mən  Nataşaya  baxdım. O, knyaza  bir  az istehza  ilə və 

yüngülcə gülümsəyərək qulaq asırdı. Lakin knyaz çox təbii 

danışırdı.  Elə  bil  ki,  onun  dediklərinə  heç  şübhə  etmək 

olmazdı. 

Nataşa, çox adi bir hadisədən danışırmış kimi, astadan, 

sakit bir halda soruşdu: 

– Siz, doğrudan da, onun bu bir neçə gündə bura bircə 

dəfə də olsa gəlmədiyini bilmirdiniz? 

Knyaz, görünür, buna son dərəcə heyrət etdi: 

– Necə?! Heç bircə dəfə də gəlməyib? İltifat buyurun, 

siz axı nə deyirsiniz?! 

– Siz bura çərşənbə axşamı, axşamdan xeyli keçəndən 

sonra  gəlmişdiniz.  Ertəsi  gün,  o,  yarımca  saatlığa  yanıma 

gəldi, ondan sonra mən onu görməmişəm. 

downloaded from KitabYurdu.org



 

404 


–  Bu  heç  ağlasığan  şey  deyil!  (o  get-gedə  daha  artıq 

heyrət  edirdi)  Mən  elə  zənn  edirdim  ki,  o  həmişə  sizin 

yanınızda  olmuşdur.  Əfv  edin,  bu  çox  qəribədir...  Heç 

ağlasığan şey deyil... 

–  Amma  bu  belədir,  çox  təəssüf!  Mən  qəsdən  sizi 

gözləyirdim,  belə  fikirləşirdim  ki,  onun  harada  olduğunu 

sizdən soruşum. 

– Ah, ilahi! O bu saat gələcək! Lakin o şey ki, siz mənə 

dediniz,  bu  məni  o  dərəcə  təəccübləndirdi  ki,  mən...  etiraf 

edirəm,  mən  ondan  hər  şeyi  gözləyərdim,  amma  bunu... 

bunu... 

–  Siz  buna  niyə  təəccüb  edirsiniz?!  Amma  mən  elə 

güman edirdim ki, siz buna nəinki təəccüb etməyəcəksiniz, 

əksinə, siz hətta əvvəldən bilirsiniz ki, bu elə-belə də olacaq. 

–  Bilirdim?!  Mən?  Natalya  Nikolayevna,  sizi  əmin 

edirəm  ki,  mən  onu  ancaq  bu  gün,  özü  də  bircə  dəqiqəliyə 

görmüşəm,  daha  heç  kəsdən  onun  barəsində  bir  şey 

soruşmamışam! – bizim hər ikimizi gözdən keçirərək əlavə 

etdi: – Elə bil ki, siz mənə inanmırsınız, bu çox qəribədir. 

Nataşa: 


downloaded from KitabYurdu.org


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə