F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə81/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   77   78   79   80   81   82   83   84   ...   161

 

405 


–  Allah  eləməsin!  –  dedi.  –  Sizin  doğru  söylədiyinizə 

mən tamamilə əminəm. 

Nataşa  knyazın  düz  gözləri  içinə  baxaraq  yenə  də 

güldü, belə ki, knyaz elə bil bundan sarsıldı. 

Özünü itirmiş halda: 

– İzah edin, – dedi. 

–  Burda  izah  ediləsi  bir  şey  yoxdur.  Mən  çox  aydın 

danışıram. Siz axı onun necə dəmdəməki, unutqan olduğunu 

bilirsiniz.  Buna  görə  də  ona  tam  sərbəstlik  verilən  kimi, 

başqasına uymuşdur. 

– Ancaq belə uymaq mümkün deyil, burda nəsə bir şey 

var,  gələn  kimi  mən  onu  məcbur  edərəm  bunu  izah  etsin. 

Lakin məni ən çox təəccübləndirən başqa şeydir: siz elə bil 

ki,  məni  nə  barədəsə  təqsirləndirirsiniz,  halbuki  mən  heç 

burda  olmamışam.  Bir  də  ki,  Natalya  Nikolayevna,  mən 

görürəm  ki,  sizin  ona  bərk  acığınız  tutmuşdur,  bunun  da 

səbəbi  aydındır!  Sizin  buna  hər  barədə  haqqınız  var,  bir  də 

ki... bir də ki... Əlbəttə, buna birinci mən müqəssirəm, bəlkə 

də bircə ona görə ki, əvvəl ələ keçən mən olmuşam! – bunu 

downloaded from KitabYurdu.org




 

406 


deyib,  əsəbi  halda  gülümsəyərək,  mənə  tərəf  dönüb  əlavə 

etdi: – Elə deyilmi?! 

Nataşanın üzü birdən qızardı. 

Knyaz öz ləyaqətini itirmədən sözünə davam etdi: 

–  İltifat  buyurun,  Natalya  Nikolayevna,  mən  sizinlə 

razılaşıram:  mən  müqəssirəm,  ancaq  bir  şeydə  müqəssirəm 

ki,  bizim  tanışlığımızın  səhərisi  günü  mən  Peterburqdan 

getdim. Belə ki, siz bir qədər vasvası olduğunuza görə (mən 

sizin bir qədər vasvası  olduğunuzu hiss  edirəm), siz  mənim 

barəmdə olan rəyinizi dəyişmisiniz, xüsusilə, vəziyyətin özü 

də buna imkan vermişdir. Mən getməsəydim, siz məni daha 

yaxşı tanımış olardınız, Alyoşa da mənim nəzarətim altında 

dəmdəməkilik etməzdi. Bu gün siz özünüz eşidəcəksiniz ki, 

mən ona nə deyəcəyəm. 

–  Yəni  elə  edəcəksiniz  ki,  o  məndən  bezməyə 

başlayacaq.  Siz  ağıllı  bir  adam  olduğunuz  halda,  heç 

mümkün deyil ki, bunun, doğrudan da, mənə kömək edəcək 

bir tədbir olduğunu zənn edəsiniz. 

downloaded from KitabYurdu.org



 

407 


–  Olmaya,  siz  ona  eyham  etmək  istəyirsiniz  ki,  mən 

qəsdən  işi  elə  qurmaq  istəyirəm  ki,  o  sizdən  bezar  olsun? 

Natalya Nikolayevna, siz mənim könlümü sındırırsınız. 

Nataşa dedi: 

–  Mən  hər  kimlə  olur  olsun,  danışanda  çalışıram  ki, 

mümkün  qədər  az  eyham  işlədim,  çalışıram  ki,  mümkün 

qədər  açıq  danışım,  siz  yəqin  ki,  bu  gün  buna  əmin 

olacaqsınız.  Mən  sizin  könlünüzü  sındırmaq  istəmirəm, 

sındırmağın  da  heç  mənası  yoxdur,  hər  şey  kənara  dursun, 

elə bircə ona görə mənası yoxdur ki, mən sizə hər nə desəm, 

mənim  sözümdən  sizin  könlünüz  sınmayacaq.  Buna  mən 

tamamilə  əminəm,  çünki  bizim  aramızda  olan  münasibətin 

necə  bir  münasibət  olduğunu  mən  çox  yaxşı  başa  düşürəm. 

Siz  axı bu  münasibətə  ciddi  bir şey  kimi  baxa  bilməzsiniz, 

elə deyilmi? Lakin əgər, doğrudan da, mən sizin könlünüzü 

sındırmışamsa,  onda,  sizin  qarşınızda  qonaqpərvərliyin 

bütün  tələblərini  yerinə  yetirmək  üçün  sizdən  üzr  istəməyə 

hazıram. 

Nataşa  bu  cümləni,  dodaqları  gülə-gülə,  yüngül,  hətta 

zarafatyana bir ifadə ilə söyləsə də, mən hələ bu vaxta qədər 

downloaded from KitabYurdu.org



 

408 


onu bu qədər acıqlı görməmişdim. Bu üç gündə onun qəlbən 

nə  qədər  iztirab  çəkdiyini  mən  ancaq  indi  başa  düşdüm. 

Onun  indi  daha  hər  şeyi  bildiyini, hər  şeyi  başa  düşdüyünü 

göstərən eyhamlı sözləri məni qorxutdu, bu sözlər doğrudan-

doğruya  knyaza  aid  idi.  Nataşa  knyaza  olan  rəyini 

dəyişməmişdi,  ona  öz  düşməni  kimi  baxırdı,  bu  indi  aydın 

görünürdü. 

Yəqin 


bu 


işdə 

olan 


bütün 

müvəffəqiyyətsizliklərin  səbəbini  knyazın  Alyoşaya  etdiyi 

təsirində  görürdü,  bəlkə  də  onun  bir  əsası  var  idi.  Mən 

onların  arasında  qəfildən  bir  hadisə  baş  verəcəyindən 

qorxurdum.  Nataşanın  zarafatyana  ifadə  tərzi  həddindən 

artıq  aydın  idi,  bunu  o  gizlətmirdi.  Nataşanın  knyaza  “siz 

bizim  aramızda  olan  münasibətə  ciddi  bir  şey  kimi  baxa 

bilməzsiniz, mən qonaqpərvərlik tələblərinə görə sizdən üzr 

istəməyə  hazıram”  deməsi,  həm  də  onun  təhdid  şəklində 

“mən bu axşam açıq danışmaq bacarığımı isbat edəcəyəm” – 

deyə  vəd  etməsi  o  qədər  acı,  açıq  söylənmiş  bir  söz  idi  ki, 

knyazın  bu  şeyləri  başa  düşə  bilməməsi  mümkün  deyildi. 

Mən  onun  üzündə  əmələ  gələn  dəyişikliyi  gördüm,  lakin  o 

özünü ələ almağı bacarırdı. Knyaz o saat özünü elə göstərdi 

downloaded from KitabYurdu.org



 

409 


ki,  guya  bu  sözləri  eşitmədi,  onların  əsl  mənasını  başa 

düşmədi,  məlum şeydir ki, məsələni zarafata saldı və gülə-

gülə dedi: 

– Allah eləməsin ki, mən sizdən üzr istəməyinizi tələb 

edim! Mən heç də bunu istəmirdim, bir də ki, qadından üzr 

istəməyi  tələb  etmək  mənim  qayda-qanunumda  yoxdur. 

Hələ  ilk  görüşümüzdə  mən  sizə  öz  xasiyyətim  haqqında 

qismən  xəbərdarlıq  etmişdim,  buna  görə  də  siz,  yəqin, 

mənim deyəcəyim bir sözdən acıqlanmazsınız, xüsusilə, ona 

görə  acıqlanmazsınız  ki,  bu  söz  ümumiyyətlə,  bütün 

qadınlara  aid  olacaqdır.  –  O,  nəzakətlə  mənə  müraciət 

edərək  sözünə  davam  etdi:  –  Siz  də  yəqin  mənim  bu 

sözümlə  razılaşacaqsınız.  Qadınların  xasiyyətində  belə  bir 

cəhət  var:  əgər,  məsələn,  qadın  bir  şeydə  müqəssirdirsə, 

onun tutduğu iş haqqında  əldə lap aydın dəlil olsa da, o öz 

təqsirini  dərhal  boynuna  alıb  üzr  istəməz,  istəyər  ki, 

sonradan  bu  təqsirini  min  cür  nəvazişlə  yuyub  təmizləsin. 

İndi  lap  elə  təsəvvür  edək  ki,  siz  mənim  könlümü 

sındırmısınız,  indi  bu  saat  mən  sizdən  üzr  istəməyi  qəsdən 

tələb etmirəm. Mənim üçün əlverişli odur ki, siz sonradan öz 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə