F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə82/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   78   79   80   81   82   83   84   85   ...   161

 

410 


səhvinizi  başa  düşəndə,  onu  mənim  qarşımda  min  cür 

nəvazişlə  təmizləyəsiniz.  Amma  siz  elə  rəhmdil,  elə  təmiz, 

elə təravətli, elə açıqürəkli bir insansınız ki, sizin tövbə edib 

peşman  olduğunuz an  füsunkar  bir an  olacaqdır,  mən  bunu 

qabaqcadan  hiss  edirəm.  Yaxşısı  budur  ki,  indi  siz  üzr 

istəmək  əvəzinə  mənə  bir  şey  deyin.  Deyin  görüm,  bu  gün 

mən  sizinlə,  sizin  düşündüyünüz  kimi  deyil,  daha  səmimi, 

daha  açıq  ürəklə  rəftar  etdiyimi  bir  şeylə  isbat  edə 

bilərəmmi? 

Nataşa  qızardı.  Mənə  də  elə  gəldi  ki,  knyazın 

sözlərində  həddindən  artıq  yüngül,  hətta  etinasız  bir  ifadə, 

şit bir zarafat vardır. 

Nataşa  meydanoxuyucu  bir  nəzərlə  knyaza  baxıb 

soruşdu: 

–  Siz  mənə  açıqürəkli,  sadə  və  səmimi  olduğunuzu 

isbat etmək istəyirsiniz? 

– Bəli. 

– Əgər elə isə, onda mənim xahişimi yerinə yetirin. 

– Yerinə yetirəcəyimə qabaqcadan söz verirəm. 

downloaded from KitabYurdu.org




 

411 


–  Mənim  xahişim  budur:  siz  nə  bu  gün,  nə  də  sabah 

Alyoşanı  mənim  barəmdə  nə  bir  söz,  nə  də  bir  eyhamla 

narahat  etməyəcəksiniz.  Məni  yaddan  çıxartdığı  üçün  onu 

qətiyyən 

danlamayacaqsınız, 

ona 


öyüd-nəsihət 

verməyəcəksiniz. Mən onu elə qarşılamaq istəyirəm ki, guya 

bizim aramızda heç bir şey olmamışdır, gərək o heç bir şey 

duymasın.  Mənə  bu  lazımdır.  Siz  bunun  üçün  mənə  söz 

verirsinizmi? 

Knyaz: 


– Lap məmnuniyyətlə verirəm, – dedi. – İcazə verin bir 

şeyi də lap ürəkdən əlavə edim ki, mən belə məsələlərə belə 

ağılla,  aydın  fikirlə  baxan  başqa  bir  adama  çox  nadir 

hallarda təsadüf etmişəm... Budur, deyəsən, Alyoşa da gəldi! 

Doğrudan  da,  dəhlizdən  səs  eşidildi,  Nataşa  diksindi, 

sanki  nəyə  isə  hazırlaşmağa  başladı.  Knyaz  üzünə  ciddi  bir 

ifadə  verərək,  nəsə  olacağını  gözləyirdi,  eyni  zamanda, 

Nataşaya  diqqətlə  göz  qoyurdu.  Qapı  açıldı,  Alyoşa  cəld 

içəri girdi. 

 

downloaded from KitabYurdu.org




 

412 


II FƏSİL 

 

O,  üzü  gülə-gülə,  şən,  kefi  kök  halda  cəld  içəri  girdi. 



Aydın  görünürdü  ki,  bu  dörd  günü  o  xoş  və  kef  içində 

keçirmişdir.  Sanki onun üzündə  yazılmışdı ki,  sizə deyiləsi 

sözüm var. 

Hamıya müraciət edərək bərkdən dedi: 

–  Budur,  bu  da  mən,  o  adam  ki  hamıdan  əvvəl  gərək 

burada olaydı! Lakin indi siz hər şeyi bilərsiniz, hər şeyi, hər 

şeyi!  Ata,  bayaq  biz  ikicə  kəlmə  də  danışmağa  macal 

tapmadıq,  amma  mənim  sizə  deyəcək  çox  sözüm  vardı.  – 

Sözünü  kəsərək  mənə  tərəf  döndü:  –  O  ancaq  xoş 

dəqiqələrində  mənə  icazə  verir  ki,  ona  sən  deyə  müraciət 

edim,  vallah,  ayrı  vaxtda  qadağan  eləyir!  Bir  də  görürsən 

onun  taktikası  dəyişdi,  özü  mənə  siz  deməyə  başladı.  Bu 

gündən mən istəyirəm ki, onun həmişə xoş dəqiqələri olsun, 

belə  də  edəcəyəm!  Ümumiyyətlə,  bu  dörd  gündə  mən 

dəyişmişəm,  tamam,  tamam  dəyişmişəm,  indi  hamısını  sizə 

danışacağam. Lakin sonra. İndi əsas bax, odur! Odur! Yenə 

odur!  –  Nataşanın  yanında  otura-otura,  onun  əlini  ehtirasla 

downloaded from KitabYurdu.org




 

413 


öpə-öpə  əlavə  etdi:  –  Nataşa,  əzizim,  mənim  mələyim,  xoş 

gördük!  Bu  bir  neçə  günü  səndən  ötrü  yaman  darıxmışam! 

Ancaq  nə  edim  ki,  bacara  bilmədim!  Özümlə  bacara 

bilmədim! Mənim əzizim! Elə bil ki, bir balaca sınıxmısan, 

bənizin yaman ağarıb... 

Alyoşa  iftixarla  onun  əllərini  öpür,  öz  gözəl  gözlərilə 

həsrətlə ona  baxırdı, sanki  ona baxmaqdan  doymurdu. Mən 

Nataşaya baxdım, onun üzündəki ifadədən bildim ki, Alyoşa 

haqqında  bizim  ikimizin  də  fikrimiz  birdir:  onun  heç  bir 

təqsiri  yox  idi.  Belə  günahsız  bir  adam  heç  təqsirkar  ola 

bilərdimi?!  Birdən  Nataşanın  solğun  yanaqları  qıpqırmızı 

qızardı, sanki onun qəlbinə toplaşan bütün qanı birdən-birə 

başına  vurmuşdu.  Gözləri  parıldadı.  O,  iftixarla  knyaza 

baxdı. 


Təmkinlə, səsi qırıla-qırıla dedi: 

–  Bəs  axı  sən...  bu  bir  neçə  günü...  harada  idin?  – 

Nataşa  ağır-ağır  nəfəs  alırdı.  İlahi,  Alyoşanı  o  necə  çox 

sevirdi! 

–  Elə  məsələ  də  orasındadır  ki,  elə  bil  mən  doğrudan 

da,  sənin  qarşında  təqsirkaram.  Axı  nə  “elə  bil!”  Əlbəttə, 

downloaded from KitabYurdu.org



 

414 


təqsirkaram,  bunu  özüm  də  bilirəm,  bunu  bildiyim  üçün  də 

gəlmişəm. Katya dünən də, bu gün də mənə deyirdi ki, qadın 

belə  bir  etinasızlığı  əfv  etməz  (axı  o,  çərşənbə  axşamı 

burada  nə  olmuşdusa,  hamısını  bilir,  elə  ertəsi  günü  mən 

bunu  ona  danışdım).  Mən  onunla  mübahisə  edirdim,  ona 

sübut  edirdim  ki,  elə  bir  qadın  var  ki,  bunu  əfv  edir,  o 

qadının  adı  Nataşadır,  bütün  dünyada  ona  tay  ola  biləcək 

bəlkə  də  bircə  adam  var:  o  da  Katyadır.  Bura  gələndə 

bilirdim  ki,  bu  mübahisədə,  əlbəttə,  mən  udmuşam.  Sənin 

kimi bir mələk əfv etməyə bilərmi? Deyirdim ki, indi mənim 

Nataşam belə fikirləşəcək: “Gəlmir, deməli, mütləq ona bir 

şey mane olur, yoxsa o məni yadından çıxara bilməz!” Səni 

heç  yaddan  çıxarmaq  olarmı?!  Bu  heç  mümkündürmü? 

Səndən ötrü mən nə qədər iztirab çəkmişəm! Amma mən hər 

halda,  təqsirkaram!  İndi  mənim  dediklərimi  eşidəndə,  sən 

özün  hamıdan  əvvəl  məni  təmizə  çıxardacaqsan.  Bu  saat 

hamısını  danışacağam.  Mən  gərək  bütün  ürəyimdəkiləri 

sizin  hamınızın  qarşınızda  açıb  deyim.  Bunun  üçün  də 

gəlmişəm.  İstəyirdim  bu  gün  (yarımca  dəqiqə  boş  vaxtım 

vardı) bir ayaqüstü gəlib səni öpüb gedim, ancaq bu da baş 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə