F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə84/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   80   81   82   83   84   85   86   87   ...   161

 

420 


qalma çoxlu sərt, ciddi qayda-qanunlarınız var. Siz hər yeni, 

gənc,  təravətli  şeyə  şübhə  ilə,  istehza  ilə,  düşməncəsinə 

baxırsınız. İndi mən daha, bir neçə gün əvvəl tanıdığın adam 

deyiləm.  Ayrı  bir  adamam!  Mən  indi  hamının  gözünə 

cəsarətlə  baxıram.  Bilirəm  ki,  mənim  əqidəm  doğru 

əqidədir,  mən  axıra  kimi  öz  əqidəmin  dalınca  gedəcəyəm, 

yolumdan  azmasam,  onda  mən  namuslu  adamam.  Məndən 

daha əl çəkin! Bundan sonra nə deyirsiniz deyin, mən özümə 

arxayınam! 

Knyaz istehza ilə dedi: 

– Bir buna bax! 

Nataşa  təşvişlə  bizi  gözdən  keçirtdi.  O,  Alyoşanın 

artıq-əskik  danışacağından  qorxurdu.  Alyoşa  çox  tez-tez 

söhbətə uyaraq özünü pis vəziyyətdə qoyurdu. Nataşa bunu 

bilirdi. O istəyirdi ki, Alyoşa özünü bizim, xüsusilə, atasının 

qarşısında gülünc şəklə salmasın. 

Nataşa: 

–  Alyoşa,  sən  nə  danışırsan!  –  dedi.  –  Bu  ki  bir 

fəlsəfədir,  yəqin  kim  isə  sənə  öyrədib...  Yaxşısı  budur  ki, 

sən öz gördüklərini danış. 

downloaded from KitabYurdu.org



 

421 


Alyoşa həyəcanla dedi: 

–  Bəs  mən  nə  danışıram!  Görürsən  də.  Katyanın  iki 

nəfər uzaq qohumu var, əmioğlusudur, adları da Levinka və 

Borinkadır.  Biri  tələbədir,  o  birisi  də  elə-belə  cavan  oğlan. 

Katyanın onlarla əlaqəsi var, onlar da fövqəladə adamlardır! 

Çox  az  hallarda  qrafinyanın  yanına  gəlirlər,  prinsiplərinə 

görə! Biz Katya ilə insanın vəzifəsindən, görəcəyi işlərindən 

və  başqa  şeylərdən  danışanda,  Katya  onları  mənə  nişan 

verdi, elə o saat da onlara aparmağa mənə kağız verdi, mən 

də dərhal onlarla tanış olmağa getdim. Elə həmin axşam biz 

tamam  dostlaşdıq.  Orada  on  iki  adam  vardı,  kimisi  tələbə 

idi, kimisi zabit, kimisi də rəssam, bir nəfər yazıçı da vardı... 

İvan  Petroviç,  onlar  hamısı  sizi  tanıyırlar,  yəni  sizin 

kitabınızı  oxuyublar,  gələcəkdə  sizdən  çox  şey  gözləyirlər. 

Bunu  onlar  özləri  mənə  dedilər.  Mən  onlara  dedim  ki, 

sizinlə  tanışam,  sizi  onlarla  tanış  edəcəyimə  söz  verdim. 

Onlar hamısı məni bir qardaş kimi, açıq ürəklə qəbul etdilər. 

Mən də elə o saat onlara dedim ki, bu yaxında evli bir adam 

olacağam. Onlar da məni evli bir adam hesab etdilər. Onlar 

beşinci  mərtəbədə,  taxtapuşun  altında  yaşayırlar,  mümkün 

downloaded from KitabYurdu.org



 

422 


qədər  tez-tez  yığışırlar,  çox  vaxt  da  çərşənbə  günləri 

Levinka ilə Borinkanın evində toplaşırlar. Onlar hamısı təzə 

cavanlardır,  hamısı  da  bütün  insanlığa  odlu  məhəbbət 

bəsləyirlər.  Biz  hamımız,  bizim  indiki  vəziyyətimizdən, 

gələcəyimizdən, elmdən, ədəbiyyatdan danışdıq. Özü də çox 

yaxşı, çox açıq, çox sadə danışdıq... Ora bir nəfər gimnazist 

də gedir. Onlar  bir-birilə  çox gözəl  rəftar edirlər, çox nəcib 

adamlardır! Mən hələ ömrümdə belə adamlar görməmişəm! 

Bu vaxta kimi mən harada olmuşam? Nə görmüşəm? Nəyin 

əsasında  böyümüşəm?  Nataşa,  ancaq  sən  mənə  buna  oxşar 

şeylər  demisən.  Ah,  Nataşa,  sən  mütləq  onlarla  tanış 

olmalısan!  Katya  tanış  olub.  Onlar  Katya  barəsində  böyük 

ixlaskarlıqla  danışırlar.  Katya  da  Levinkaya  və  Borinkaya 

deyib ki, mən öz dövlətimi idarə etmək haqqını qazandıqdan 

sonra,  elə  o  saat,  mütləq  cəmiyyətin  xeyrinə  bir  milyon 

verəcəyəm. 

Knyaz soruşdu: 

–  Yəqin  ki,  bu  bir  milyonu  da  xərcləyən  Levinka  ilə 

Borinka və onların dəstəsi olacaqdır. 

Alyoşa qızğın halda etiraz etdi: 

downloaded from KitabYurdu.org



 

423 


– Doğru deyil, doğru deyil! Ata, belə danışmaq ayıbdır! 

Sənin nə demək istədiyini mən başa düşürəm! Doğrudan da, 

bu bir milyon haqqında bizim söhbətimiz oldu, bundan necə 

istifadə  etmək  barəsində  çox  danışdıq.  Axırda  bu  qərara 

gəldik  ki,  hər  şeydən  əvvəl,  o  puldan  ictimai  maarif  üçün 

istifadə edilsin... 

Knyaz  öz-özünə  danışırmış  kimi,  yenə  də  istehza  ilə 

gülümsəyərək dedi: 

–  Bəli,  mən  doğrudan  da,  bu  vaxta  qədər  Katerina 

Fyodorovnanı  yaxşı  tanımamışam.  Mən  ondan  çox  şey 

gözləyirdim, amma bunu... 

Alyoşa: 


–  Nə  bunu?  –  deyərək  onun  sözünü  kəsdi.  –  Bu  niyə 

sənə  belə  qəribə  görünür?  Ona  görə  ki,  bu  bir  qədər  sizin 

qayda-qanundan  kənara  çıxır?  Bu  vaxta  qədər  hələ  heç  kəs 

bir  milyon  ianə  verməyib,  amma  o  verir?  Sənə  qəribə 

görünən  budur?  O  başqasının  hesabına  yaşamaq  istəmir, 

çünki  bu  milyonlarla  yaşamaq  –  başqasının  hesabına 

yaşamaq  deməkdir  (mən  bunu  ancaq  indi  bilmişəm).  O 

istəyir  ki,  vətənə,  hamıya  xeyir  versin,  öz  qüvvəsinə  görə 

downloaded from KitabYurdu.org



 

424 


ümumun mənfəəti üçün ianə versin. Hər kəsin öz qüvvəsinə 

görə ianə verməsi məsələsini biz əxlaq dərsində oxumuşuq, 

amma  elə  ki  bu  ianədən  milyon  qoxusu  gəldi,  onda  bu 

məsələ  başqalaşır,  elədirmi?  Bütün  bu  ağıllı  hərəkət  etmək 

məsələsi ki var, ona mən  bu qədər inanırdım, onu  bu qədər 

tərifləyirlər,  bu  axı  nəyə  əsaslanır?  Ata,  niyə  mənə  elə 

baxırsan?  Elə  bil  ki,  sənin  qarşındakı  təlxəkdir,  axmaq  bir 

adamdır!  Yaxşı,  axmaq  olanda  nə  olar?!  Nataşa,  sən  gərək 

Katyanın  bu  barədə  dediyini  eşidəydin.  Katya  deyir  ki: 

“Əsas  ağıl  deyil,  əsas  ağla  istiqamət  verən  insan  təbiətidir, 

insan  qəlbidir,  nəcib  xüsusiyyətlərdir,  inkişafdır”.  Xüsusilə, 

bu  barədə  Bezmıqinin  dahiyanə  bir  sözü  var.  Bezmıqin  – 

Levinka ilə Borinkanın tanışıdır, öz aramızdır, yaman ağıllı 

adamdır, doğrudan da, dahi adamdır! Çoxdan deyil, dünən o 

söhbət  arasında  gör  nə  dedi.  Dedi  ki:  “O  axmaq  ki  öz 

axmaqlığını  başa  düşür,  o  daha  axmaq  deyil!”  Çox  doğru 

sözdür!  O  hər  anda  belə  hakimanə  sözlər  deyir.  Ağzından 

dürr tökülür. 

Knyaz dedi: 

– Doğrudan da, dahiyanə sözdür! 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə