F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə87/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   83   84   85   86   87   88   89   90   ...   161

 

435 


məşğul  olmuşam,  sonra  da  məni  məzəmmət  etdin  ki,  sizin 

kübar cəmiyyətində belə şeylər yoxdur, ancaq quru bir ağıl 

var. İndi bu tərəfə bax: bir yandan yüksək, gözəl məsələlərə 

uymaq, bir yandan da çərşənbə günü burada olan hadisədən 

sonra, dünyada gərək ki, sənin üçün hər şeydən çox qiymətli 

olan bir adama dörd gün birdən etinasızlıq göstərmək, bunu 

necə  izah  etmək  lazımdır?!  Sən  hətta  Katerina  Fyodorovna 

ilə olan mübahisəni etiraf etdin, sən ona demisən ki, Natalya 

Nikolayevna  məni  elə  sevir,  o  elə  alicənab  adamdır  ki, 

mənim  pis  hərəkətlərimi  bağışlayar.  Lakin  sən  nə  haqla 

Natalya  Nikolayevna  tərəfindən  bağışlanacağını  nəzərdə 

tutursan,  bunun  üçün  mərc  gəlməyi  təklif  edirsən?  Bu  bir 

neçə gündə Natalya Nikolayevnanın sənin barəndə nə qədər 

acı-acı  düşüncələr,  nə  qədər  şübhələr  keçirdiyini  heç  bircə 

dəfə fikirləşdinmi? Yoxsa bəzi yeni ideyalara uymaq sənə ən 

birinci  vəzifənə  etinasızlıq  göstərməyə  haqq  vermişdir? 

Natalya  Nikolayevna,  sözümə  əməl  etmədiyim  üçün  məni 

bağışlayın?  Lakin  indiki  məsələ  o  sözdən  ciddidir,  siz 

özünüz bunu başa düşərsiniz... Bilirsənmi, Alyoşa mən bura 

gələndə  Natalya  Nikolayevnanı  necə  ağır  əzab  içində 

downloaded from KitabYurdu.org



 

436 


gördüm, bunun səbəbi aydındır: bu dörd günü sən onun üçün 

cəhənnəmə  çevirmisən,  amma  bu  gərək  əksinə  olaydı,  bu 

onun həyatının ən gözəl günləri olmalı idi! Bir tərəfdən belə 

hərəkətlər,  bir  tərəfdən  də  söz,  söz...  Yoxsa  mən  haqlı 

deyiləm? Belə bir vəziyyətdən sonra, sən özün hər cəhətdən 

müqəssir  olduğun  halda,  hələ  bir  məni  müqəssir  də  hesab 

edirsən? 

Knyaz  sözünü  qurtardı.  O  hətta  natiqlik  məharətinə 

uyaraq,  öz  qalibiyyət  sevincini  bizdən  gizlədə  bilmədi. 

Alyoşa Nataşanın əzab çəkdiyini eşidəndə dərdli-dərdli ona 

baxdı, lakin Nataşa nə edəcəyini qət etmişdi: 

–  Alyoşa,  eybi  yoxdur,  dərd  çəkmə,  başqaları  səndən 

daha artıq müqəssirdir. Otur, qulaq as, gör indi sənin atana 

nə deyəcəyəm. Söhbəti qurtarmaq lazımdır! 

Knyaz onun sözünə qüvvət verdi: 

–  Natalya  Nikolayevna,  sizdən  çox  xahiş  edirəm, 

danışın!  İki  saatdır  mən  bu  barədə  müəmmalı  sözlər 

eşidirəm.  Buna  daha  dözmək  olmaz,  etiraf  edirəm  ki,  mən 

burada belə qəbul ediləcəyimi gözləmirdim. 

downloaded from KitabYurdu.org




 

437 


– Ola bilər, çünki siz bizi öz sözlərinizlə məftun etmək 

fikrində  idiniz,  belə  ki,  biz  sizin  əsl  niyyətinizi  başa 

düşməyək. Sizə nə danışım?! Siz özünüz hamısını bilirsiniz, 

hamısını başa düşürsünüz.  Alyoşa  haqlıdır.  Sizin  ən birinci 

arzunuz  bizi  bir-birimizdən  ayırmaqdır.  Siz  əvvəlcədən  lap 

yaxşı bilirdiniz ki, həmin o axşamdan, o çərşənbə günündən 

sonra  nə  olacaqdır,  siz  bunu  birbəbir  müəyyən  etmişsiniz. 

Mən  bayaq  sizə  dedim  ki,  siz  nə  mənə,  nə  də  sizin 

qurduğunuz  evlənmək  işinə  ciddi bir şey  kimi  baxmırsınız. 

Siz  bizimlə  zarafat  edirsiniz,  siz  oyun  oynayırsınız,  bu 

oyunda  da  sizin  gizlin  bir  məqsədiniz  var.  Oyunu  siz  yaxşı 

başlamısınız. Alyoşa sizi məzəmmət edəndə, deyəndə ki, siz 

bu  şeylərə  bir  vodevil  kimi  baxırsınız,  o  haqlıdır.  Siz  isə 

əksinə, 


gərək 

sevinəydiniz, 

Alyoşanı 

məzəmmət 

etməyəydiniz,  çünki  o  heç  bir  şey  bilmədiyi  halda,  sizin 

arzunuzu  bütünlüklə  yerinə  yetirmişdir,  hətta  bəlkə  bundan 

da artıq etmişdir. 

Mən  heyrət  içində  donub  qaldım.  Mən  bu  axşam  bir 

toqquşma olacağını gözləyirdim. Lakin Nataşanın həddindən 

artıq sərt və açıq danışması, sözlərində açıqca ifadə olunan 

downloaded from KitabYurdu.org



 

438 


nifrət  məni  son  dərəcə  təəccübləndirdi.  Mən  düşünərək  öz-

özümə  dedim:  “Görünür,  o,  doğrudan  da,  bir  şey  bilirmiş, 

buna görə də təxirə salmadan, əlaqəni kəsməyi qət etmişdir. 

Bəlkə  də  elə  knyazı  səbirsizliklə  gözləyirmiş  ki,  hər  şeyi 

birdən  lap  gözünün  içinə  desin”.  Knyazın  rəngi  azca  qaçdı. 

Alyoşanın üzündə sadəlövhcəsinə bir qorxu, ağır bir iztirab 

ifadə olunurdu. 

Knyaz həyəcanla bərkdən dedi: 

– İndicə məni nədə müqəssir etdiyinizi yadınıza salın! 

Heç olmasa, sözünüzü az da olsa, düşünüb deyin... Mən heç 

bir şey başa düşmürəm. 

–  Hə!  Deməli,  siz  məni  iki  sözlə  başa  düşmək 

istəmirsiniz.  Hətta  Alyoşa  da  sizi,  mən  başa  düşən  kimi 

düşmüşdür, amma biz onunla sözü bir yerə qoymamışıq, heç 

bir-birimizi  görməmişik  də!  O  da  başa  düşmüşdür  ki,  siz 

bizimlə nalayiq, həqarətli bir oyun oynayırsınız, amma o sizi 

sevir,  sizə  bir  Allah  kimi  inanır.  Siz  hətta  onunla  bir  az 

ehtiyatlı  olmağı,  bir  az  hiyləgərliklə  rəftar  etməyi  də  lazım 

hesab  etməmisiniz,  elə  hesab  etmisiniz  ki,  o  bunu  başa 

düşməz.  Lakin  onun  qəlbi  həssas,  incə,  tez  mütəəssir  olan 

downloaded from KitabYurdu.org



 

439 


bir  qəlbdir,  o  özü  dediyi  kimi,  sizin  sözləriniz,  sizin  ifadə 

tərziniz onun qəlbində qalmışdır... 

Knyaz  buna  son  dərəcə  heyrət  etdiyini  göstərərək, 

mənə tərəf döndü, sanki məni şahid göstərmək istəyirdi: 

–  Mən  heç  bir  şey,  heç  bir  şey  anlamıram!  –  o 

acıqlanmış  və  əsəbiləşmişdi.  Sonra  Nataşaya  tərəf  dönərək 

sözünə davam etdi: – Siz vasvasısınız, siz həyəcan və qorxu 

içindəsiniz, siz Katerina Fyodorovnaya qısqanclıq edirsiniz, 

buna görə də bütün dünyanı, birinci növbədə məni müqəssir 

etməyə  hazırsınız...  Belə  olan  surətdə,  icazə  verin  hamısını 

açıb  deyim,  sizin  xasiyyətiniz  haqqında  qəribə  bir  rəyə 

gəlmək  olar...  Mən  belə  söhbətlərə  öyrəşməmişəm,  mənim 

oğlumun məsələsi olmasaydı, bu sözlərdən sonra mən bircə 

dəqiqə də burada qalmazdım... Mən hələ də gözləyirəm, siz 

iltifat buyurub məsələni izah edəcəksinizmi? 

– Deməli, bu şeyləri siz lap əzbərdən bilsəniz də, yenə 

inad  göstərirsiniz,  məsələni  iki  sözlə  başa  düşmək 

istəmirsiniz?!  İstəyirsiniz  ki,  mən  mütləq  bunun  hamısını 

sizin üzünüzə deyim? 

– Mən ancaq buna çalışıram. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə