F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə88/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   84   85   86   87   88   89   90   91   ...   161

 

440 


Nataşanın acıqdan gözləri parıldadı, o, həyəcanla dedi: 

– Yaxşı, qulaq asın, mən hamısını açıb deyəcəyəm! 



III FƏSİL 

 

O  ayağa  qalxıb  danışmağa  başladı,  lakin  duyduğu 



həyəcandan ayağa qalxdığını hiss etmədi. Knyaz xeyli qulaq 

asdı,  sonra  o  da  ayağa  qalxdı.  Hər  şey  həddindən  artıq 

təntənəli bir şəklə düşürdü. 

Nataşa: 


– Çərşənbə günü söylədiyiniz sözünüzü yadınıza salın, 

–  dedi.  –  Siz  dediniz  ki,  mənə  pul  lazımdır,  mənə  adət 

edilmiş  hazırca  yol  lazımdır,  kübar  cəmiyyətində  ad 

qazanmaq lazımdır, yadınızdadırmı? 

– Yadımdadır. 

– Bəli, siz bu pulu, sizin əlinizdən çıxmaqda olan bütün 

bu şeyləri əldə etmək üçün çərşənbə günü bura gəlmişdiniz, 

bu  evlənmək  məsələsini  də  bu  məqsədlə  uydurmuşdunuz, 

belə  hesab  etmişdiniz  ki,  bu  zarafat,  sizin  əlinizdən 

çıxmaqda  olan  şeyləri  tutub  saxlamaqda  sizə  kömək 

edəcəkdir. 

downloaded from KitabYurdu.org




 

441 


Mən bərkdən dedim: 

– Nataşa, bir fikirləş gör nə danışırsan? 

Knyaz  özünü  son  dərəcə  təhqir  olunmuş  kimi 

göstərərək, Nataşanın sözlərini təkrar etdi: 

– Zarafat! Hesab etmək! 

Alyoşa  dərdli-dərdli  oturub  baxırdı,  bəlkə  də  heç  bir 

şey başa düşmürdü. 

Nataşa acıqlı-acıqlı sözünə davam etdi: 

– Bəli, bəli! Mənim sözümü kəsməyin, and içmişəm ki, 

hamısını  danışacağam.  Sizin  yadınızdadır,  Alyoşa  sizin 

sözünüzə  qulaq  asmırdı.  Onun  diqqətini  məndən 

yayındırmaq  üçün  siz  altı  ay  çalışdınız.  Lakin  o  sizin 

dediyinizə  baxmırdı.  Birdən  elə  bir  vaxt  gəlib  çatdı  ki,  siz 

daha  bu  vəziyyətə  dözə  bilmədiniz.  Bu  vaxtı  əldən 

buraxsaydınız, qız da, pul da, xüsusilə pul, üç milyon cehiz 

əlinizdən  çıxacaqdı.  Bircə  yol  qalırdı:  Alyoşa  sizin 

seçdiyiniz qızı sevsin! Siz belə fikirləşirdiniz: “Alyoşa o qızı 

sevsə, bəlkə Nataşadan əl çəkər...” 

Alyoşa qəmgin halda çığırdı: 

– Nataşa! Nataşa! Sən nə deyirsən! 

downloaded from KitabYurdu.org



 

442 


Nataşa  Alyoşanın  çığırmasına  əhəmiyyət  verməyərək 

sözünə davam etdi: 

–  Siz  belə  də  etdiniz.  Lakin  yenə  də  əvvəlki  məsələ 

meydana çıxdı! Hər şey düzələ bilərdi, ancaq mən  yenə də 

mane  olurdum!  Bircə  şey  sizə  ümid  verə  bilərdi:  siz 

təcrübəli,  hiyləgər  adamsınız,  bəlkə  də  hələ  onda 

duymuşdunuz  ki,  Alyoşa  bəzən  elə  bil  mənimlə  bir  yerdə 

olmaqdan  sıxılır,  mənə  etinasızlıq  göstərməyə,  məndən 

bezməyə  başlayır,  günlərlə  mənim  yanıma  gəlmir,  siz  bunu 

görməyə  bilməzdiniz.  Fikirləşirmişsiniz  ki,  Nataşa  bəlkə 

onun  zəhləsini  tökər,  o  da  Nataşanı  atar,  amma  çərşənbə 

günü  Alyoşanın  qəti  hərəkəti  sizi  lap  mat  qoydu.  Siz  nə 

etməli idiniz?! 

Knyaz həyəcanla dedi: 

– İcazə verin, əksinə, bu hadisə... 

Nataşa onun sözünü kəsdi: 

–  Mən  danışıram!  Siz  o  axşam  öz-özünüzdən 

soruşdunuz:  “İndi  mən  nə  edim?”  Qərarınız  da  bu  oldu: 

Alyoşanı  sakit  eləmək  üçün  ona  Nataşa  ilə  evlənməyə 

həqiqətdə  deyil,  elə-belə,  sözdə  icazə  verim.  Siz 

downloaded from KitabYurdu.org



 

443 


fikirləşirdiniz ki, toy vaxtını istədiyiniz qədər uzatmaq olar, 

yeni  sevgi  də  bu  zaman  başlanmışdı,  siz  bunu  başa 

düşmüşdünüz. Öz işinizi də bu yeni başlanan sevgi üzərində 

qurmuşdunuz. 

Knyaz öz-özünə danışırmış kimi astadan dedi: 

– Romanlar, romanlar, təklik, xəyal, roman oxumaq! 

Nataşa  knyazın  sözünü  eşitmədi,  onun  dediyinə  heç 

əhəmiyyət də vermədi, o sanki qızdırma içində idi, həyəcanı 

get-gedə artırdı. 

–  Bəli,  siz  öz  işinizi  bu  yeni  sevginin  üzərində 

qurmuşdunuz.  Bu  yeni  sevgi  müvəffəqiyyət  qazanacaqmı?! 

Axı bu sevgi o zaman başlanıb ki, Alyoşa hələ onda bu qızın 

bütün gözəl cəhətlərinə bələd deyildi! O axşam ki Alyoşa öz 

ürəyini  açıb  ona  deyir,  deyir  ki,  mən  sizi  sevə  bilmərəm, 

çünki mənim vəzifəm və başqa bir sevgi sizi sevməyi mənə 

qadağan  edir,  qız  da  bunun  cavabında,  birdən  ona,  həm  də 

onun  rəqibinə  böyük  bir  nəciblik,  böyük  bir  hüsn-təvəccöh 

göstərir,  onları  ürəkdən  əfv  edir,  belə  ki,  Alyoşa  onun 

gözəlliyinə valeh olsa da, hələ o vaxta qədər onun belə gözəl 

bir  insan  olduğunu  heç  ağlına  da  gətirmirdi!..  Alyoşa  onda 

downloaded from KitabYurdu.org



 

444 


mənim  də  yanıma  gəldi,  danışdığı  da  ancaq  o  qız  haqqında 

idi, qız onu həddindən artıq valeh etmişdi. Bəli, o elə ertəsi 

gün,  yalnız  elə  minnətdarlıq  cəhətdən  də  olsa,  bu  gözəl 

insanı  görmək  ehtiyacını  hiss  etməli  idi.  Yaxşı,  axı  onun 

yanına  niyə  getməsin?  Axı  əvvəlki  qız  daha  əzab  çəkmir, 

onun taleyi həll olunmuşdur, Alyoşa bütün vaxtını ona verir, 

bu qıza da bircə dəqiqəsini... Görün Nataşa gərək nə qədər 

nanəcib olaydı ki, bu bir dəqiqəni də ona qısqanaydı! Sonra 

isə, heç hiss edilmədən, Nataşadan bu bir dəqiqə əvəzinə bir 

gün,  iki  gün,  üç  gün  almağa  başlayırlar...  Lakin  bu  zaman 

həmin  o  qız,  heç  gözlənilmədiyi  halda,  tamamilə  yeni  bir 

cəhətdən özünü Alyoşaya göstərir, o çox nəcib, çox fəal bir 

qızdır, eyni zamanda, sadəlövhcə bir tifildir, bu cəhətdən də 

onun  xasiyyəti  Alyoşanın  xasiyyətinə  çox  oxşayır.  Onlar 

dost olmağa, qardaş olmağa and içirlər, bütün ömürləri boyu 

bir-birindən  ayrılmaq  istəmirlər.  “Beş-altı  saat  söhbət 

etməklə”  Alyoşanın  bütün  varlığı  yeni  duyğuları  qəbul 

etməyə hazır olur, onun qəlbi bu duyğulara təslim olur... Siz 

də  fikirləşib  deyirsiniz  ki,  Alyoşa  bir  gün  öz  əvvəlki 

sevgisini yeni, təravətli duyğuları ilə müqayisə edər və görər 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə