F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə92/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   88   89   90   91   92   93   94   95   ...   161

 

461 


balaca  bir  yemək  hazırladım.  Deyirdim  ki,  yaxşı  söhbət 

eləyərik, bir az da yeyib-içərik... 

Zavallı  Nataşa.  Bunu  söyləyərkən  qıpqırmızı  qızardı. 

Alyoşa bərk sevindi. 

– 

Nataşa, 


görürsənmi?! 

Sən 


heç 

öz-özünə 

inanmırsanmış!  Hələ  iki  saat  əvvəl  sən  öz  şübhələrinə 

inanmırsanmış!  Yox,  bu  şeyləri  düzəltmək  lazımdır, 

müqəssir mənəm, bu şeylərin hamısına mən səbəb olmuşam, 

mən özüm də bunları düzəldəcəyəm. Nataşa, icazə ver, mən 

bu  saat  atamın  yanına  gedim!  Mən  gərək  onu  görüm,  o 

inciyib, o təhqir olunub, ona təsəlli vermək lazımdır, mən öz 

adımdan hər şeyi açıb ona deyəcəyəm. Hər şeyi! Ancaq öz 

adımdan, səni bu söhbətə qatmayacağam. Bu qayda ilə mən 

hər  şeyi  yoluna  qoyacağam...  Səni  qoyub  onun  yanına 

getdiyimə acıqlanma. Heç də elə deyil, mənim ona yazığım 

gəlir,  o  gəlib  sənin  qarşında  özünü  təmizə  çıxardacaq, 

görərsən...  Sabah  hava  işıqlanan  kimi,  sənin  yanındayam, 

bütün 

günü 


sənin 

yanında 


olacağam, 

Katyagilə 

getməyəcəyəm. 

downloaded from KitabYurdu.org




 

462 


Nataşa onu saxlamadı, hətta özü ona getməyi məsləhət 

gördü.  O  çox  qorxurdu  ki,  Alyoşa  bundan  sonra  özünü 

məcbur  edərək,  günlərlə  qəsdən  onun  yanında  oturacaq, 

bununla da özünü darıxdıracaq. O ancaq bunu xahiş etdi ki, 

mənim adımdan knyaza heç bir şey demə, həm də çalışdı ki, 

Alyoşa  gedəndə,  daha  sevinclə  gülümsəyərək  onu  yola 

salsın. Alyoşa otaqdan çıxmaq istəyirdi ki, birdən Nataşaya 

yaxınlaşdı, onun əllərindən tutub yanında oturdu, böyük bir 

mehribanlıqla ona baxmağa başladı. 

–  Nataşa,  əzizim,  mələyim,  mənə  acığın  tutmasın, 

bundan sonra da bir-birimizdən heç inciməyəcəyik. Söz ver 

ki,  həmişə  hər  şeydə  mənə  inanacaqsan,  mən  də  sənə 

inanacağam.  Bilirsən  nə  var,  mələyim,  gör  sənə  indi  nə 

danışacağam:  bir  dəfə  biz,  heç  bilmirəm  nə  üstə  isə,  bir-

birimizdən  küsmüşdük,  müqəssir  mən  idim.  Bir-birimizlə 

danışmırdıq.  Mən  birinci  olaraq  üzr  istəmək  istəmirdim, 

amma özüm yaman dərd çəkirdim, darıxırdım. Şəhəri avara-

avara  gəzib  dolanırdım,  yoldaşlarımın  yanına  gedirdim, 

amma  özüm  ağır  bir  dərd  içində  idim,  ürəyim  heç 

açılmırdı...  Onda  ağlıma  belə  bir  şey  gəldi:  dedim  ki, 

downloaded from KitabYurdu.org



 

463 


məsələn,  birdən  sən  indi  xəstələnsən  və  ölsən...  Bunu 

təsəvvür edəndə məni elə bir dərd, elə bir ümidsizlik bürüdü 

ki, elə bil doğrudan da, sən ölmüşdün. Ağlıma cürbəcür daha 

ağır,  daha  dəhşətli  fikirlər  gəlirdi.  Yavaş-yavaş  təsəvvür 

etməyə  başladım  ki,  guya  sənin  qəbrin  üstünə  gəlmişəm, 

bihuş halda qəbrinin üstünə yıxılmışam, qəbrini qucaqlayıb, 

matəm  içində  donub  qalmışam.  Təsəvvür  etdim  ki,  elə  bil 

sənin  qəbrini  öpürəm,  səni  çağırıram,  bircə  dəqiqə  də  olsa, 

sənin  oradan  çıxmağını  istəyirəm.  Allaha  yalvarıram  ki,  bir 

möcüzə  eləsin,  heç  olmasa,  səni  bircə  dəqiqəliyə  diriltsin, 

təsəvvür  edirəm  ki,  yüyürüb  səni  necə  qucaqlayardım, 

bağrıma basardım, öpərdim, elə bil ki, səni bircə an da olsa, 

əvvəlki 

kimi 


qucaqlaya 

bilsəydim, 

elə 

oradaca 


xoşbəxtlikdən  ölərdim.  Mən  bunu  təsəvvür  edəndə  birdən 

ağlıma  belə  bir  şey  gəldi:  budur,  mən  sənin  bircə  anlığa 

dirilməyin  üçün  Allaha  yalvarmaq  istəyirəm,  amma  sən  axı 

altı ay mənimlə bir yerdə olmusan, bu altı ayda gör biz neçə 

dəfə 

söz-sözə 



gəlmişik. 

Günlərlə 

bir-birimizlə 

danışmamışıq! Günlərlə küsülü olmuşuq, öz xoşbəxtliyimizə 

etinasızlıq  göstərmişik,  amma  indi  sənin  bircə  anlığa 

downloaded from KitabYurdu.org




 

464 


qəbirdən  dirilib  qalxmağını  arzu  edirəm,  bu  an  üçün  bütün 

həyatımı  verməyə  hazıram!..  Mən  bu  şeyləri  təsəvvür  edən 

kimi,  özümü  saxlaya  bilmədim,  tez  sənin  yanına  cumdum, 

qaça-qaça bura gəldim, gördüm ki, sən də məni gözləyirsən, 

yadımdadır, biz qucaqlaşanda mən səni bağrıma elə basdım 

ki,  elə  bil,  doğrudan  da,  sən  əlimdən  gedirdin.  Nataşa!  Gəl 

bundan  sonra  daha  heç  dalaşmayaq!  Mən  həmişə  bundan 

çox əzab çəkirəm. Allah! Heç ağla gətirmək olarmı ki, mən 

səni atıb gedəcəyəm?! 

Nataşa 


ağlayırdı. 

Onlar 


bir-birini 

bərk-bərk 

qucaqladılar, Alyoşa onu heç vaxt atıb getməyəcəyinə bir də 

and içdi. Sonra tez atasının yanına getdi. O hər şeyi yoluna 

qoyacağına, hər şeyi düzəldəcəyinə möhkəmcə inanırdı. 

Nataşa əsəbi halda əlimi sıxaraq dedi: 

–  Hər  şey  bitdi!  Hər  şey  məhv  oldu!  O  məni  sevir, 

həmişə də sevəcək, amma Katyanı da sevir, bir qədər sonra 

onu  məndən  çox  sevəcək.  Bu  hiyləgər  knyaz  da  sakit 

qalmayacaq, bundan istifadə edəcək, onda... 

– Nataşa! Mən özüm bilirəm ki, knyaz təmiz iş tutmur, 

ancaq... 

downloaded from KitabYurdu.org



 

465 


–  Ona  dediklərimə  sən  inanmırsan!  Mən  bunu  sənin 

üzündən  bildim.  Amma  mənim  haqlı  olub-olmadığımı  sən 

sonra  görəcəksən!  Bu  şeyləri  mən  hələ  ümumiyyətlə 

deyirdim,  kim  bilir,  onun  fikrində  nələr  var!  O  çox  pis 

adamdır!  Mən  bu  dörd  günü  bu  otaqda  gəzə-gəzə  hər  şeyi 

başa düşdüm. Ona  mütləq lazımdır ki, Alyoşanı mənə olan 

sevgisindən,  onun  yaşamasına  mane  olan  qəm-qüssədən 

azad  etsin,  onun  qəlbini  yüngülləşdirsin.  Bu  evlənmək 

məsələsini, bir də ona görə meydana atmışdı ki, öz təsiri ilə 

bizim aramıza soxulsun, Alyoşanı öz nəcibliyi, alicənablığı 

ilə  valeh  etsin.  Vanya, bu həqiqətdir,  həqiqətdir!  Alyoşa bu 

təbiətdə  bir  adamdır.  Knyazın  bu  hərəkətindən  sonra  o 

mənim barəmdə sakit olardı, mənim barəmdə olan qorxusu, 

həyəcanı  ötüb-keçərdi.  O  belə  fikirləşərdi:  “İndi  o  mənim 

arvadımdır,  həmişə  mənimlə  yaşayacaq”,  sonra  da  qeyri-

ixtiyari  olaraq,  Katyaya  daha  çox  diqqət  yetirməyə 

başlayacaqdı.  Görünür,  knyaz  Katyanın  xasiyyətinə  yaxşı 

bələd  olmuşdur,  başa  düşmüşdür  ki,  Alyoşaya  tay  olan  bir 

qızdır,  Alyoşanı  o  məndən  daha  çox  özünə  cəlb  edə  bilər. 

Ah,  Vanya!  İndi  mənim  bütün  ümidim  sənədir:  knyaz  nə 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə