F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə93/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   89   90   91   92   93   94   95   96   ...   161

 

466 


üçünsə  sənə  yaxınlaşmaq,  səninlə  tanış  olmaq  istəyir. 

Əzizim,  sən  onun  təklifini  rədd  etmə,  sən  Allah,  çalış, 

qrafinyanın  yanına  tez  get.  Katya  ilə  tanış  ol,  ona  diqqətlə 

bax,  sonra  da  mənə  de  görüm  o  necə  adamdır.  Mən 

istəyirəm  ki,  onu  sən  özün  öz  gözünlə  görəsən.  Heç  kəs 

məni  sən  başa  düşən  kimi  başa  düşmür,  sən  biləcəksən  ki, 

mənə  nə  lazımdır.  Bir  şeyə  də  fikir  ver,  gör  onlar  bir-birilə 

nə  qədər  dostdur,  onların  bir-birilə  münasibəti  necədir, 

nədən  danışırlar.  Xüsusilə,  Katyaya,  Katyaya  fikir  ver.  Öz 

dostluğunu  bir  də  mənə  sübut  elə,  əzizim,  mənim  sevimli 

Vanyam,  bir  də  mənə  sübut  elə!  İndi  mənim  ümidim 

sənədir, ancaq sənədir!.. 

Evə  qayıdanda  gecə  saat  bir  idi.  Nelli  yuxudan  ayılıb 

qapını  açdı.  Gülümsəyərək,  sevinə-sevinə  mənə  baxdı. 

Yazıq  qız,  yatdığına  çox  peşman  olmuşdu,  oturub  məni 

gözləmək  istəyirmiş.  Dedi  ki,  kim  isə  gəlib  səni  soruşdu, 

mənim  yanımda  oturdu,  sənə  kağız  yazıb  stolun  üstünə 

qoydu, sonra da çıxıb getdi. Kağızı Masloboyev yazmışdı. O 

məni  sabah  saat  birdə  öz  yanına  çağırırdı.  Nellidən  bəzi 

şeyləri  soruşmaq  istədim,  ancaq  bunu  sabaha  saxladım, 

downloaded from KitabYurdu.org



 

467 


ondan təkidlə tələb etdim ki, mütləq gedib yatsın, zavallı qız 

onsuz  da  məni  gözləməkdən  yorulmuşdu,  mən  gələndən 

yarımca saat qabaq yatmışdı. 

 

downloaded from KitabYurdu.org




 

468 


V FƏSİL 

 

Nelli  səhər  mənə  dünən  gələn  adam  haqqında  çox 



qəribə  şeylər  danışdı.  Bir  də  ki,  Masloboyevin  bu  axşam 

gəlməsi  özü  qəribə  idi.  O  yəqin  bilirmiş  ki,  mən  evdə 

olmayacağam,  son  görüşümüzdə  mən  bunu  ona  demişdim, 

bu  mənim  lap  yaxşı  yadımda  idi.  Nelli  dedi  ki,  əvvəl  mən 

qapını  açmaq  istəmədim,  qorxdum,  axşam  saat  səkkiz  idi. 

Amma  o,  qapının  arxasından  çox  xahiş  etdi,  dedi  ki,  əgər 

mən  indi  kağız  qoyub  getməsəm,  sabah  mənə  çox  böyük 

ziyan  olacaq.  Nelli  onu  buraxanda,  o  dərhal  kağız  yazmış, 

sonra  qıza  yaxınlaşmış,  gəlib  divanda  onun  yanında 

oturmuşdu. Nelli deyirdi ki: Mən yerimdən qalxdım, onunla 

danışmaq  istəmirdim,  ondan  bərk  qorxurdum.  O, 

Bubnovadan  danışmağa  başladı,  dedi  ki,  o  indi  yaman 

acıqlanır,  ona  görə  acıqlanır  ki,  daha  səni  öz  yanına 

aparmağa cürət etmir, sonra da sizi tərifləməyə başladı, dedi 

ki,  mən  onunla  çox  yaxın  dostam,  onu  lap  uşaqlıqdan 

tanıyıram.  O  bunu  deyəndən  sonra,  mən  də  danışmağa 

başladım. O, cibindən bir neçə konfet çıxartdı, xahiş etdi ki, 

downloaded from KitabYurdu.org




 

469 


bu konfetlərdən mən də götürüm, mən götürmək istəmədim. 

Başladı  məni  inandırmağa  ki,  mən  yaxşı  adamam,  nəğmə 

oxumağı,  oynamağı  bacarıram,  birdən  yerindən  qalxıb 

oynamağa başladı. Bu mənə gülməli göründü. Sonra dedi ki, 

bir az da oturum, Vanyanı gözləyim, bəlkə gəldi, məndən də 

çox xahiş elədi ki, ondan qorxmayım, onun yanında oturum. 

Mən  də  oturdum,  ancaq  onunla  heç  bir  şey  danışmaq 

istəmirdim.  Birdən  o  qayıdıb  dedi  ki,  mən  sənin  ananı, 

babanı tanıyırdım... Mən də onunla danışmağa başladım. O 

çox oturdu. 

– Siz axı nədən danışırdınız? 

–  Anamdan...  Bubnovadan...  babamdan...  O,  iki  saata 

qədər oturdu. 

Nelli  elə  bil  ki,  nə  barədə  danışdıqlarını  söyləmək 

istəmirdi.  Mən  də  soruşmadım,  öz-özümə  dedim  ki,  sonra 

Masloboyevdən  soruşub  bilərəm.  Mənə  elə  gəldi  ki, 

Masloboyev,  Nellini  tək  görmək  üçün,  qəsdən  mən  evdə 

olmayanda  gəlmişdir.  Düşünərək  öz-özümdən  soruşdum: 

“Bu onun nəyinə lazımdır?” 

downloaded from KitabYurdu.org




 

470 


Nelli  Masloboyevin  verdiyi  üç  balaca  konfeti  mənə 

göstərdi.  Bunlar  yaşıl,  qırmızı  kağızlara  bükülmüş  nabat 

şəkəri  idi,  özü  də  çox  pisindən  idi,  yəqin  ki,  tərəvəz 

dükanından  alınmışdı.  Nelli  konfetləri  mənə  göstərəndə 

güldü. 

– Bəs niyə yeməmisən? 



O, qaşlarını çataraq ciddi bir ifadə ilə dedi: 

– Yemək istəmirəm. Mən bunları ondan almamışam, o 

özü divanın üstünə qoydu... 

Mən  bu  gün  çox  yerə  getməli  idim.  Nelli  ilə 

xudahafizləşməyə başladım. 

Gedərkən soruşdum: 

– Tək qalanda darıxırsan? 

– Darıxıram da, darıxmıram da. Ona görə darıxıram ki, 

siz gec gəlirsiniz. 

Bu  sözləri  söyləyərkən  böyük  bir  məhəbbətlə  mənə 

baxdı.  Səhərdən  bəri  mənə  belə  bir  məhəbbətlə  baxırdı.  O 

çox  şən,  çox  mehriban  görünürdü,  eyni  zamanda,  onun 

üzündə  bir  utancaqlıq,  hətta  qorxuya  bənzər  bir  şey  vardı, 

elə bil ki, o  məni  acıqlandırmaqdan, mənim  ona olan hüsn-

downloaded from KitabYurdu.org



 

471 


rəğbətimi  itirməkdən,  bir də  ki... bir  də ki,  öz  könlündəkini 

açıb söyləməkdən qorxurdu, sanki bundan utanırdı. 

O  mənə  elə  əziz,  elə  sevimli  görünməyə  başlayırdı  ki, 

mən qeyri-ixtiyari olaraq gülümsədim: 

–  Bəs  darıxmamağın  nə  üçündür?  Sən  axı  dedin  ki, 

“darıxıram da, darıxmıram da”. 

O, yavaşca güldü, yenə nədənsə utandı: 

– Mən bilirəm nə üçündür. 

Biz  qapı  ağzında  danışırdıq.  Nelli  gözlərini  yerə 

dikərək  mənim  qarşımda  durmuşdu.  Bir  əli  ilə  mənim 

çiynimdən  yapışmışdı,  o  biri  əli  ilə  sürtukumun  qolunu 

didişdirirdi. 

– Yoxsa, bu, gizli şeydir? 

O astadan: 

–  Yox...  elə  şey  deyil...  Mən...  mən  sizin  kitabınızı 

sizsiz  oxumağa  başlamışam,  –  dedi  və  gözlərini  yerdən 

qaldıraraq,  mehribanlıqla,  diqqətlə  mənə  baxıb  qıpqırmızı 

qızardı. 

– Belə de! Necədir, xoşuna gəldi? 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə