F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə94/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   90   91   92   93   94   95   96   97   ...   161

 

472 


Mən  üzünə  qarşı  təriflənən  bir  müəllif  kimi  özümü 

itirdim,  lakin  mən  bu  anda  onu  öpə  bilsəydim,  hər  şeyimi 

verərdim. Ancaq onu öpmək olmazdı. Nelli susurdu. 

O, gözucu mənə baxıb, böyük bir kədərlə soruşdu: 

– O niyə öldü, niyə? – gözlərini yenə yerə dikdi. 

– Kim? 


– O cavan oğlan, vərəmli... Kitabda yazılıb. 

– Nə etmək olar, Nelli, belə olmalı idi. 

O pıçıldayırmış kimi lap astadan: 

– Heç də belə olmalı deyildi, – dedi və birdən az qala 

acıqlı-acıqlı  xırdaca  dodaqlarını  sallayaraq,  gözlərini  daha 

da yerə dikdi. 

Bir dəqiqə də keçdi. 

Nelli  sürtukumun  qolunu  daha  bərk-bərk  didişdirərək 

pıçıldadı: 

– Bəs o qız... yadınızdadır da, onlar... Qız da, qoca da 

bir yerdə yaşayacaqlar? Daha kasıb olmayacaqlar? 

Mən çox təəssüflə dedim: 

–  Yox,  Nelli,  o  qız  uzaq  bir  yerə  gedəcək,  mülkədara 

ərə gedəcək, o qoca tək qalacaq. 

downloaded from KitabYurdu.org



 

473 


Mən ona təsəlli verəcək bir şey deyə bilmədiyimə görə 

doğrudan da, təəssüf edirdim. 

–  Gör  də...  gör  də!  Gör  necə  olur  da!  Gör  necə 

adamlardır! İndi mən o kitabı heç oxumaq istəmirəm! 

Nelli  acıqlı-acıqlı  qolumu  itələdi,  tez  çevrilib  stolun 

yanına  getdi,  üzü  stola  tərəf  durub,  başını  aşağı  dikdi.  O 

qıpqırmızı qızarmışdı, ağır-ağır nəfəs alırdı, sanki ona böyük 

bir müsibət üz vermişdi. 

Mən ona yaxınlaşaraq dedim: 

–  Nelli,  bəsdir,  niyə  acıqlanırsan?  Axı  bu  yazılanlar 

doğru  deyil,  uydurmadır.  Niyə  axı  acıqlanırsan?  Yaman 

həssas qızsan! 

O,  başını  qaldırıb,  məhəbbət  dolu  aydın  bir  nəzərlə 

mənə baxdı, çəkinə-çəkinə dedi: 

– Mən acıqlanmıram. 

Sonra  birdən  əlimi  tutub, üzünü  sinəmə  sıxdı, nədənsə 

ağlamağa başladı. 

Lakin  elə  o  saat  da  güldü.  O  indi  həm  gülür,  həm  də 

ağlayırdı. Mənə də bu həm gülməli, həm də xoş görünürdü. 

O, başını qaldırıb mənə baxmaq istəmirdi, mən onun üzünü 

downloaded from KitabYurdu.org



 

474 


sinəmdən  ayırmaq  istəyəndə,  o  daha  bərk-bərk  üzünü 

sinəmə sıxır, get-gedə daha bərkdən gülürdü. 

Nəhayət,  o  başını  qaldırdı.  Biz  xudahafizləşdik.  Mən 

tələsmirdim.  Nellinin  üzü  qızarmışdı,  o  hələ  də  utanırmış 

kimi, gözləri ulduz kimi parıldaya-parıldaya pilləkənə qədər 

dalımca  yüyürdü,  tez  qayıtmağımı  xahiş  etdi.  Mən  söz 

verdim  ki,  mütləq  nahara  kimi,  mümkün  qədər  daha  tez 

qayıdacağam. 

Əvvəl  İxmenyevgilə  getdim.  Onlar  ikisi  də 

kefsizləmişdi,  Anna  Andreyevna  lap  xəstə  idi,  Nikolay 

Sergeiç  öz  kabinetində  oturmuşdu.  O  mənim  gəldiyimi 

eşitdi,  lakin  mən  bilirdim  ki,  o,  adəti  üzrə  bizim 

danışmağımıza imkan vermək üçün, on beş dəqiqədən sonra 

gələcək.  Mən  Anna  Andreyevnanın  ovqatını  çox  da  təlx 

etmək istəmədim, buna görə də dünənki hadisəni çox da elə 

kəskinliyi  ilə  danışmadım,  ancaq  həqiqəti  söylədim.  Anna 

Andreyevna  bundan  kədərlənsə  də,  Nataşa  ilə  Alyoşanın 

ayrıla biləcəklərinə heç də təəccüb etmədi, mən buna heyrət 

etdim. 

downloaded from KitabYurdu.org




 

475 


– Atam, – dedi, – mən bilirdim elə belə də olacaq. Siz 

onda  getdiniz,  mən  çox  fikirləşdim,  çox  götür-qoy  elədim, 

gördüm  ki,  bu  baş  tutan  iş  deyil.  Biz  Allahın  belə  bir 

mərhəmətinə  layiq  deyilik,  bir  də  ki,  o  knyaz  çox  əclaf 

adamdır, ondan heç yaxşı bir şey gözləmək olarmı?! Bizdən 

nahaq yerə on min manat alır, bu sənə zarafat gəlməsin, özü 

də  bilir  ki,  nahaq  yerə  alır,  amma  yenə  alır.  Axırıncı  tikəni 

də  əlimizdən  alır.  İxmenevkanı  satacaqlar.  Nataşa  ağıllı, 

doğru  iş  tutur  ki,  onlara  inanmır.  –  Səsini  alçaldaraq  əlavə 

etdi:  –  Bilirsinizmi,  atam,  mənimki,  mənimki  nə  edir?! 

Onların  evlənməsini  heç  istəmir!  Danışmağa  başlayıb, 

istəmirəm, deyir!  Mən  əvvəl  elə bildim  ki, məzəlilik  eləyir, 

sonra gördüm ki, yox, doğru deyir. Onda axı mənim o əziz 

qızcığazım necə olacaq? Onda Nikolay Sergeiç onu  tamam 

qarğıyacaq. Yaxşı, bəs o, o Alyoşa nə deyir? 

Anna  Andreyevna  xeyli  məni  sorğu-suala  tutdu,  mən 

hər dəfə cavab verəndə o, adəti üzrə, ah çəkir, heyifsilənirdi. 

Ümumiyyətlə,  görürdüm  ki,  o  axır  vaxtlarda  lap  özünü 

itirmişdir. Hər bir xəbər onu sarsıdırdı. Nataşanın dərdi onun 

qəlbini parçalayır, səhhətini pozurdu. 

downloaded from KitabYurdu.org



 

476 


Nikolay  Sergeiç,  əynində  xələt,  ayaqlarında  tufli  içəri 

girdi. O titrədib-qızdırdığından şikayətlənirdi, lakin arvadına 

mehriban bir  nəzərlə  baxdı, nə qədər ki, mən  orada  idim, o 

bir  dayə  kimi,  Anna  Andreyevnaya  qulluq  edir,  onun 

gözlərinə  baxır,  hətta  ondan  qorxurdu.  Onun  baxışlarında 

böyük  bir  mehribanlıq  vardı.  Arvadının  xəstələnməsi  onu 

qorxutmuşdu,  hiss  edirdi  ki,  arvadının  başına  bir  iş  gəlsə, 

həyatda hər şeydən məhrum olacaqdır. 

Mən  bir  saata  qədər  onların  yanında  oturdum. 

Xudahafizləşib gedəndə, Nikolay Sergeiç dəhlizə kimi məni 

ötürdü,  Nellidən  söhbət  açdı.  Onun  ciddi  bir  fikri  vardı, 

istəyirdi  ki,  Nellini  qızının  yerinə  öz  evinə  gətirsin.  Anna 

Andreyevnanı bu barədə necə yola gətirmək üçün mənimlə 

məsləhətləşməyə başladı. Xüsusi bir maraqla Nelli haqqında 

mənə  suallar  verir,  onun  barəsində  daha  yeni  bir  şey  bilib-

bilmədiyimi  soruşurdu.  Mən  bildiklərimi  ona  qısaca 

danışdım. Söylədiyim sözlər ona çox təsir etdi. 

O, qəti bir ifadə ilə: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə