F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə95/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   91   92   93   94   95   96   97   98   ...   161

 

477 


–  Biz  yenə  də  bu  barədə  danışarıq,  –  dedi,  –  amma 

hələlik...  Mən  özüm  sənin  yanına  gələcəyəm,  qoy  bir  az 

babat olum. Onda həll edərik. 

Düz saat on ikidə Masloboyevgilə getdim. İçəri girəndə 

mənim  gördüyüm  ilk  adam  knyaz  oldu,  mən  buna  son 

dərəcə  heyrət  etdim.  O,  dəhlizdə  paltosunu  geyinirdi, 

Masloboyev  də  əl-ayağa  düşərək  ona  kömək  edir,  onun  əl 

ağacını  verirdi.  Masloboyev  knyazla  tanış  olduğunu  mənə 

demişdi,  bununla  belə,  bu  təsadüf  məni  son  dərəcə 

təəccübləndirdi. 

Knyaz məni görəndə, elə bil ki, özünü itirdi. 

Həddindən artıq bir qızğınlıqla dedi: 

–  Hə,  sizsiniz!  Bir  təsadüfə  baxın!  Mən  indicə  cənab 

Masloboyevdən  öyrənmişəm  ki,  siz  onunla  tanışsınız.  Sizə 

rast  gəldiyimə  sevinirəm,  sevinirəm,  son  dərəcə  sevinirəm! 

Mən  mütləq  sizi  görmək  arzusunda  idim,  əminəm  ki, 

mümkün  qədər  sizə  tez  gələcəyəm,  icazə  verirsinizmi? 

Sizdən  bir  xahişim  var:  mənə  kömək  edin,  bizim  indiki 

vəziyyətimizi  izah  edin.  Siz  yəqin  başa  düşdünüz  ki,  mən 

dünənkini deyirəm... Siz onlarla yaxın dostsunuz, siz bütün 

downloaded from KitabYurdu.org



 

478 


hadisəni  müşahidə  etdiniz,  siz  onlara  təsir  edə  bilərsiniz... 

Yamanca  təəssüf  edirəm  ki,  elə  bu  saat  sizinlə...  işim  var! 

Lakin bu günlərdə, hətta bəlkə daha tez, mən sizin yanınıza 

gəlmək şərəfinə nail olacağam. İndi isə... 

O  mənim  əlimi  həddindən  artıq  bərk-bərk  sıxdı, 

Masloboyevə  göz  vurub  qapıdan  çıxdı.  O  göz  vuranda 

Masloboyev də ona göz vurdu. 

Mən otağa girərək sözə başladım: 

– Sən Allah, mənə de görüm... 

Masloboyev  cəld  furajkasını  götürüb,  dəhlizə  tərəf 

gedə-gedə dedi: 

–  Sənə  bu  saat  heç  bir  şey  deyə  bilməyəcəyəm.  İşim 

var!.. Qardaş, yaman tələsirəm, gecikmişəm! 

– Axı sən özün yazmışdın ki, saat on ikidə gəl. 

–  Yazanda  nə  olar?  Dünən  mən  sənə  yazmışdım,  bu 

gün  də  mənə  yazıblar,  elə  də  yazıblar  ki,  ağlım  başımdan 

çıxdı,  iş  var!  Məni  gözləyirlər.  Bağışla,  Vanya!  Səni  ki, 

nahaq  yerə  narahat  etmişəm,  bunun  əvəzini  vermək  üçün 

səni  bircə  şeylə  təmin  edə  bilərəm  –  o  da  məni  döyməkdir. 

downloaded from KitabYurdu.org




 

479 


Bu  səni  təmin  edirsə,  döy,  ancaq  İsa  xətrinə,  tez  elə,  məni 

ləngitmə, işim var, gözləyirlər... 

–  Səni  axı  niyə  döyüm?  İşin  var,  get,  hamının 

gözlənilməyən işi olur. Ancaq... 

O,  dəhlizə  yüyürüb  şineli  geyinə-geyinə  mənim 

sözümü kəsdi (mən də geyinməyə başladım): 

–  Elə  bu  “ancaq”  barədə  deyirəm.  Mənim  səninlə  də 

işim var, çox vacib işdir, bunun üçün də səni çağırmışdım, 

tamamilə  sənə  aid  məsələdir,  sənin  xeyrinədir.  Bunu  indi, 

bir dəqiqənin içində danışmaq olmaz. Sən Allah, söz ver ki, 

bu  gün  axşam  düz  saat  yeddidə,  nə  tez,  nə  gec,  yanıma 

gələcəksən. Mən evdə olacağam. 

Mən tərəddüd içində dedim: 

– Bu gün? Qardaş, mən axı bu gün axşam bir yer var, 

ora gedəcəyəm... 

– Əzizim, sən indi axşam gedəcəyin yerə get, axşam da 

mənim  yanıma  gəl.  Vanya,  sənə  elə  şeylər  danışacağam  ki, 

heç sənin ağlına da gəlməz. 

– Yaxşı, yaxşı, bu axı nə ola bilər? Etiraf edirəm ki, sən 

məni yaman maraqlandırdın. 

downloaded from KitabYurdu.org



 

480 


Biz darvazadan çıxıb səkidə durmuşduq. 

Masloboyev təkidlə soruşdu: 

– Gələcəksən, yox? 

– Dedim, gələcəyəm. 

– Yox, de ki, vicdanım haqqı. 

– Ba, sən necə adamsan! Yaxşı, vicdanım haqqı. 

– Çox gözəl, çox pakizə! Sən hansı tərəfə gedirsən? 

Mən sağ tərəfi göstərdim: 

– Bu tərəfə. 

O da sol tərəfi göstərdi: 

–  Mən  də  bu  tərəfə.  Vanya,  xudahafiz!  Yadından 

çıxartma: saat yeddidə. 

Mən  onun  ardınca  baxa-baxa  düşündüm:  “Çox 

qəribədir!” 

Axşam  Nataşanın  yanına  getmək  fikrində  idim.  Lakin 

Masloboyevə  söz  verdiyimdən,  bu  qərara  gəldim  ki,  onun 

yanına  indi  gedim.  Mən  yəqin  bilirdim  ki,  Alyoşa  orada 

olacaq.  Doğrudan  da,  Alyoşa  orada  idi,  məni  görüb  yaman 

sevindi. 

downloaded from KitabYurdu.org




 

481 


O,  Nataşaya  son  dərəcə  mehribanlıq  və  nəzakət 

göstərirdi,  hətta  mənim  gəlməyim  onu  daha  da  sevindirdi. 

Nataşa özünü şən göstərməyə çalışırdı, ancaq hiss olunurdu 

ki,  bunu  o  güclə  edir.  Onun  solğun  üzü  xəstə  adamların 

üzünə  oxşayırdı,  görünür,  gecə  pis  yatmışdı.  Alyoşaya 

həddindən artıq mehribanlıq edirdi. 

Alyoşa  çox  danışsa  da,  görünür,  Nataşanın  kefini 

açmaq,  onun  qeyri-ixtiyari  olaraq  qəmginlik  ifadə  olunan 

dodaqlarında  bir  gülüş  əmələ  gətirmək  istəyirdi,  eyni 

zamanda,  öz  söhbətində  Katyadan,  atasından  danışmaq 

istəmədiyi  də  aydınca  hiss  olunurdu.  Dünən  o  demişdi  ki, 

mən  işi  yoluna  qoyaram,  yəqin  ki,  onun  bu  təşəbbüsü  bir 

nəticə verməmişdi. 

Alyoşa  Mavraya  nə  isə  demək  üçün  birdəqiqəliyə 

otaqdan çıxanda, Nataşa pıçıldaya-pıçıldaya tez mənə dedi: 

– Bilirsən nə var? Alyoşa çox istəyir ki, burdan getsin, 

ancaq qorxur. Mən də ona get deməyə qorxuram, get desəm, 

o  qəsdən  getməyəcək,  mən  daha  çox  ondan  qorxuram  ki, 

Alyoşa  burda  oturub  qalmaqla  darıxar,  bu  da  onu  məndən 

lap soyudar. Sən bilən nə edim? 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə