F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə97/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   93   94   95   96   97   98   99   100   ...   161

 

487 


Nataşa: 

– Vanya, görürsən, görürsən?! – deyərək ağladı. 

Mən iki saat onun yanında oturdum, ona təsəlli verdim, 

onu  hər  barədə  başa  salıb  arxayın  etdim.  Bir  çox  məsələlər 

onu  qorxudurdu,  əlbəttə,  belə  şeylərdən  onun  qorxmağa 

haqqı  vardı.  Onun  indiki  vəziyyətini  düşünəndə  mənim 

qəlbim  kədərlənirdi,  mən  onun  başına  bir  iş  gələcəyindən 

qorxurdum. Amma nə etmək olardı? 

Alyoşa  mənə  çox  qəribə  görünürdü,  Nataşanı  o 

əvvəlkindən heç də az deyil, bəlkə daha çox iztirab çəkərək, 

tutduğu  işdən  peşman  olaraq,  Nataşanın  hərəkətlərinə  qarşı 

minnətdarlıq  göstərərək,  daha  çox  sevirdi.  Eyni  zamanda, 

yeni  sevgi  onun  qəlbini  get-gedə  daha  artıq  bürüyürdü. 

Bunun  nə  ilə  qurtaracağını  indidən  təyin  etmək  mümkün 

deyildi.  Mənim  özümə  Katyanı  görmək  çox  maraqlı  idi. 

Nataşaya  yenə  də  söz  verdim  ki,  gedib  onunla  tanış 

olacağam. 

Axıra yaxın, elə bil ki, onun kefi açıldı. Mən ona Nelli, 

Masloboyev,  Bubnova  haqqında  olan  yeni  xəbərləri, 

Masloboyevgildə  knyaza  rast  gəldiyimi,  Masloboyevlə  saat 

downloaded from KitabYurdu.org



 

488 


yeddiyə  görüş  təyin  etdiyimi  söylədim.  Bu  şeylər  Nataşanı 

son  dərəcə  maraqlandırdı.  Ata-anası  haqqında  ona  çox  az 

danışdım, atasının bizə gəldiyini heç demədim, hələlik bunu 

demək  lazım  deyildi,  Nikolay  Sergeiçin  knyazla  duelə 

çıxmaq 

istəməsi 



onu 

qorxuda 


bilərdi. 

Knyazla 


Masloboyevin  əlaqəsi,  knyazın  mənimlə  tanış  olmağa  can 

atması Nataşaya da çox qəribə göründü, əslində bu şeylərin 

indiki vəziyyətlə əlaqədar olduğu çox aydın idi… 

Mən  saat  üçdə  evə  qayıtdım.  Nelli  məni  gülər  üzlə 

qarşıladı... 

 

downloaded from KitabYurdu.org




 

489 


VI FƏSİL 

 

Düz axşam saat yeddidə Masloboyevin yanına getdim. 



O,  qollarını  açaraq  bərkdən  çığıra-çığıra  məni  qarşıladı. 

Aydın  görünürdü  ki,  o  keflidir.  Mənim  gəlməyim 

münasibətilə fövqəladə bir hazırlıq görülmüşdü, məni ən çox 

təəccübləndirən də bu oldu. Çox gözəl və çox qiymətli süfrə 

salınmış  girdə  stol  üstündə  qəşəng  bir  tompak  samovar 

qaynayırdı, süfrədəki büllur, gümüş, farfor çay dəsgahı par-

par  parıldayırdı.  Qiymətli  süfrə  salınmış  o  biri  stola 

boşqablarda  yaxşı  konfetlər,  Kiyev  mürəbbələri,  marmelad, 

pastila, palda, fransız mürəbbəsi, portağal, alma, qoz, fındıq 

qoyulmuşdu,  bir  sözlə,  elə  bil  ki,  meyvə  dükanı  açılmışdı. 

Burada qar kimi ağ süfrə salınmış üçüncü bir stol da vardı, 

bu  stola  kürü,  pendir,  paştet,  kolbasa,  qaxaclanmış  bud  əti, 

balıq,  bir  də  ki,  sıra  ilə  yan-yana  düzülmüş  əla  büllur, 

qrafinlərdə  müxtəlif  növ  yaşıl,  tünd-qırmızı,  mixəyi,  qızıl 

rəngli araq qoyulmuşdu. Bir az kənardakı ağ örtüklü balaca 

stolun  üstündə  iki  vazada  şampan  şərabı  vardı.  Divanın 

qarşısındakı  stolda  üç  şüşə  çox  baha  qiymətli  Yeliseyev 

downloaded from KitabYurdu.org




 

490 


şərabı nəzərə çarpırdı, bunlar da sotern, lafit və konyak idi. 

Aleksandra Semyonovna çay stolu yanında oturmuşdu, onun 

geyimi, bəzək-düzəyi sadə olsa da, görünür, buna çox diqqət 

yetirmişdi, müvəffəq də olmuşdu. O bilirdi ki, bu geyim, bu 

bəzək-düzək  ona  yaxşı  yaraşır,  yəqin  bununla  fəxr  edirdi. 

Məni  görəndə,  bir  qədər  təmtəraqla,  azca  yerindən  qalxdı. 

Onun  qəşəng  üzündən  məmnuniyyət  və  sevinc  yağırdı. 

Masloboyev  qəşəng  çin  tuflisi,  bahalı  xələt,  gözəl  təzə  alt 

paltarı  geyinmişdi.  Üst  köynəyinin  taxılması  və  tikilməsi 

mümkün  olan  hər  yerinə  zaponkalar  taxılmış,  düymələr 

tikilmişdi. Saçı dəblə yandan ayrılıb daranmışdı, saçına saç 

yağı sürtülmüşdü. 

Mən  bu  şeyləri  görüb  özümü  elə  itirdim  ki,  otağın 

ortasında  dayandım,  ağzımı  açıb  gah  Masloboyevə,  gah  da 

sevinc  və  iftixarının  hədd-hüdudu  görünməyən  Aleksandra 

Semyonovnaya baxırdım. 

Nəhayət, narahat halda soruşdum: 

– Masloboyev, bu nədir? Yoxsa, qonaqlıq eləmisən? 

Masloboyev iftixarla: 

– Yox, – dedi, – qonağım tək sənsən. 

downloaded from KitabYurdu.org



 

491 


– Axı bu şeylərlə (mən yeməkləri göstərdim), bütün bir 

alayı yedirib doyurmaq olar. 

Masloboyev əlavə etdi: 

– İçirmək olar, əsas məsələni yaddan çıxartdın: içirmək 

olar! 

– Bu şeylər hamısı tək məndən ötrüdür? 



–  Bir  sizdən,  bir  də  Aleksandra  Semyonovnadan 

ötrüdür. Onun könlü istəyib, bunun hamısını belə düzəldib. 

Aleksandra Semyonovna qızararaq ucadan dedi: 

–  Görürsən  də!  Mən  bilirdim  sən  elə  belə  də 

deyəcəksən!  –  lakin  əvvəlki  vəziyyətini  heç  də  itirmədi.  – 

Qonağı  layiqincə  qəbul  eləmək  olmaz,  o  saat  mən 

günahkaram. 

– Elə ki eşitdi sən axşam gələcəksən, lap səhər tezdən, 

təsəvvür  edirsənmi,  lap  səhər  tezdən  işə  girişib,  nə  qədər 

əziyyət çəkib... 

–  Yenə  yalan  dedin!  Səhər  tezdən  deyil,  dünən 

axşamdan  işə  başlamışam.  Sən  dünən  axşam  gələn  kimi 

mənə dedin ki, o bizə gələcək, mən o vaxtdan başlamışam... 

– Siz pis eşitmisiniz! 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə