F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə98/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   94   95   96   97   98   99   100   101   ...   161

 

492 


– Pis-zad eşitməmişəm, elə belə də olub. Mən heç vaxt 

yalan demərəm. Axı nə üçün qonağı yaxşı qəbul eləməyək? 

Yaşamağına yaşayırıq, heç kəs bizə gəlmir, amma bizim hər 

şeyimiz  var.  Qoy  abırlı  adamlar  görsün  ki,  biz  də  başqa 

adamlar kimi, yaşamağı bacarırıq. 

Masloboyev əlavə etdi: 

– Xüsusilə, bilsinlər ki, siz necə gözəl evdar qadınsınız, 

əlinizdən  necə  iş  gəlir!  Dost,  özün  bir  fikirləş:  bəs  axı 

mənim,  mənim  təqsirim  nədir?  Başımdan  güc-bəla  ilə  bir 

Hollandiya  köynəyi  keçirtdilər,  onun  ora-burasına 

zaponkalar  taxdırdılar,  ayağıma  tufli,  əynimə  çin  xələti 

geydirdilər, özü öz əli ilə başımı daradı, saç yağı sürtdü, özü 

də  berqamot  yağı.  İstədi  üstümə  ətir  səpsin,  krem-

brüledirmi,  nədir,  daha  burda  səbrim  tükəndi,  üsyan 

qaldırdım, öz kişilik hakimiyyətimi göstərdim... 

Aleksandra Semyonovna birdən qıpqırmızı qızardı: 

– Berqamot-zad deyil, lap yaxşı fransız saç yağıdır, özü 

də,  üstü  bəzəkli,  xırdaca  farfor  bankada!  İvan  Petroviç,  siz 

deyin, nə teatra getməyə qoyur, nə bir yerə rəqsə buraxır, elə 

hey  paltar  alıb  bağışlayır,  axı  paltarı  mən  neynirəm? 

downloaded from KitabYurdu.org



 

493 


Bəzənib-düzənirəm, 

başlayıram 

otaqda 

təkbaşına 



gəzişməyə!  Bu  yaxında  yalvarıb-yaxardım,  razı  saldım  ki, 

teatra  gedək.  Geyinib-kecinib  hazırlaşdım,  üzümü  çevirdim 

ki,  yaxama  sancaq  taxım,  heç  demə,  o  birdən  özünü  verir 

şkaf  tərəfə,  bir  vurur,  iki  vurur,  bir  də  gördüm  kəlləni  atdı 

yerə.  Gedə  bilmədik.  Bizə  heç  kəs  qonaq  gəlmir,  heç  kəs, 

heç  kəs!  Ancaq  səhərlər  bəzi  adamlar  gəlirlər,  onlar  da  iş 

üçün gəlirlər, məni də o saat qovurlar. Amma yaxşı samovar 

da var, çay dəsti də var, fincan da var, hər şey var, hamısını 

da bağışlayıblar. Bizə yeməyə də şey gətirirlər, bircə çaxır, 

bir  də  saç  yağı  alırıq.  Budur,  bu  yeməkləri  görürsünüz:  bu 

paştetləri, qaxaclanmış bud ətlərini, bu konfetləri, sizin üçün 

almışıq...  Heç  olmasa,  bircə  adam  gəlib  baxa  ki,  biz  necə 

yaşayırıq!  Bir  ildir  fikirləşirdim,  deyirdim,  yaxşı  bir  qonaq 

gələr,  biz  də  bu  şeylərin  hamısını  ona  göstərərik,  onu 

yedirdib-içirdərik,  həm  bizi  tərifləyərlər,  həm  də  ürəyimiz 

açılar. Bu axmağın başına saç yağı sürtməyim isə – bu heç 

ona  layiq  deyil, onunku  elə  odur  ki, üstü-başı  çirkli  gəzsin. 

Görürsünüz onun əynində necə xələt var? Bağışlayıblar! Axı 

o heç belə bir xələtə layiqdirmi? Onunku odur ki, hər şeydən 

downloaded from KitabYurdu.org




 

494 


əvvəl, boğazını yağlasın. İndi görərsiniz, o sizi çaydan əvvəl 

arağa qonaq eləyəcək. 

– Bəs necə! Ləzzət bundadır! Vanya, o qızıl rənglidən 

də içək, gümüş rənglidən də, sonra da, təravətlənmiş ürəklə, 

o biri içkilərə girişək. 

– Mən bilirdim elə belə də olacaq! 

–  Saşka,  narahat  olma,  sizin  sağlığınıza  konyakla  çay 

da içərik. 

Aleksandra Semyonovna əlini əlinə çırparaq həyəcanla 

dedi: 


–  Yox,  elə  şey  yoxdur!  Çayımız  xan  çayıdır,  biri  altı 

manatdır,  üç  gün  əvvəl  tacir  bağışlayıb,  istəyir  bu  çayı 

konyakla içsin!  İvan Petroviç, onun  sözünə  qulaq  asmayın, 

mən bu saat sizə çay süzüm... Görərsiniz, özünüz görərsiniz 

necə çaydır! 

O, çay süzməyə başladı. 

Hiss  etdim  ki,  onlar  lap  gecəyə  kimi  məni  burada 

saxlamaq  fikrindədirlər.  Aleksandra  Semyonovna  bir  ildir 

ki,  qonaq  gözləyir,  indi  istəyir  ki,  bütün  heyfini  məndən 

çıxsın. Lakin mən bura başqa məqsəd üçün gəlmişdim. 

downloaded from KitabYurdu.org



 

495 


Əyləşərək dedim: 

– Masloboyev, qulaq as. Mən bura qonaq gəlməmişəm, 

iş  üçün  gəlmişəm,  sən  özün  məni  çağırmısan,  nəsə  demək 

istəyirdin... 

– Yaxşı, iş öz yerində, dostcasına söhbət də öz yerində. 

– Yox, əzizim, bu olmayacaq. Doqquzun yarısında mən 

xudahafiz. İşim var, söz vermişəm ki... 

–  Elə  şey  yoxdur!  Bir  iltifat  buyur,  sən  gör  məni  nə 

vəziyyətdə  qoyursan?  Gör  Aleksandra  Semyonovnanı  nə 

vəziyyətdə  qoyursan?  Bir  ona  bax,  donub  qalıb!  Bəs  axı  o 

mənim  başımı  niyə  yağlayıb,  saçıma  berqamot  sürtüb?  Bir 

fikirləş! 

–  Masloboyev,  sən  elə  zarafat  eləyirsən.  Mən 

Aleksandra  Semyonovnaya  söz verirəm  ki,  gələn həftə, lap 

elə cümə günü sizə nahara gələrəm, amma, qardaş, indi çox 

qala bilmərəm, söz vermişəm, daha  doğrusu,  mən  gərək bir 

yerə  gedim.  Yaxşısı  budur  ki,  de  görüm,  sən  mənə  nə 

deyəcəkdin? 

Aleksandra  Semyonovna  mənə  bir  fincan  lap  əla  çay 

verə-verə, şikayətli bir səslə, az qala ağlaya-ağlaya dedi: 

downloaded from KitabYurdu.org



 

496 


–  Siz,  doğrudan  da,  saat  doqquzun  yarısında 

gedəcəksiniz? 

Masloboyev: 

–  Saşenka,  narahat  olma,  –  dedi,  –  bu,  boş  sözdür.  O 

qalacaq, bu boş sözdür! Vanya, yaxşısı budur, de görüm, sən 

axı həmişə hara gedirsən? Sənin nə işin olur? Bunu bilmək 

olarmı? Sən axı hər gün harasa gedirsən, işləmirsən... 

–  Sən  bunu  neynirsən?  Yaxşı,  bəlkə  sonra  dedim. 

Amma  yaxşısı  budur,  sən  məni  başa  sal  görüm,  sən  dünən 

bizə  niyə  gəlmişdin,  yadındadırmı,  mən  axı  sənə  demişdim 

ki, evdə olmayacağam?.. 

–  Bu  sonra  yadıma  düşdü,  dünən  yadımdan  çıxmışdı. 

Doğrudan  da,  səninlə  bir  iş  barəsində  danışmaq  istəyirdim, 

amma  hər  şeydən  əvvəl,  Aleksandra  Semyonovnanı  sakit 

etmək  lazımdı.  O  deyirdi  ki:  “Budur,  bir  adam  var,  özü  də 

sənin  dostundur,  niyə  qonaq  çağırmırsan?”  Qardaş,  sənin 

üstündə  düz  dörd  gün  mənə  dinclik  vermədi.  Əlbəttə, 

berqamot  üçün  o  dünyada  mənim  günahımdan  keçərlər, 

amma  fikirləşdim  ki,  niyə  axı  biz  bir  axşam  dostcasına 

oturmayaq?  Mən  də  buna  görə  bir  hərbi  biclik  işlətdim: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə