F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə99/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   95   96   97   98   99   100   101   102   ...   161

 

497 


yazıb  qoydum  ki,  elə  bir  məsələ  var,  gəlməsən,  bütün 

gəmilərimiz batdı. 

Mən  ondan  xahiş  etdim  ki,  bir  də  belə  şey  eləməsin, 

yaxşısı  budur  ki,  sözü  olanda  açıq  desin.  Bir  də  ki,  onun 

verdiyi izahat məni heç də təmin etmədi. 

– Yaxşı, bəs günorta məndən niyə qaçırdın? 

– Səhər, doğrudan da, işim vardı, bax, bircə kəlmə də 

yalan demirəm. 

– Knyazla işin vardı? 

Aleksandra  Semyonovna  yaltaqlıq  ifadə  olunan  bir 

səslə soruşdu: 

– Çayımız xoşunuza gəlirmi? 

Beş  dəqiqə  idi  o  gözləyirdi  ki,  çayı  tərif  edəcəyəm, 

amma mən bunu başa düşməmişdim. 

–  Aleksandra  Semyonovna,  çox  gözəl  çaydır,  lap  əla 

çaydır! Mən hələ ömrümdə belə çay içməmişəm. 

Bu  söz  Aleksandra  Semyonovnaya  elə  ləzzət verdi ki, 

rəngi  qıpqırmızı  qızardı,  elə  o  saat  yenə  də  mənə  çay 

tökməyə başladı. 

Masloboyev bərkdən dedi: 

downloaded from KitabYurdu.org



 

498 


–  Knyaz!  Qardaş,  bu  knyaz  elə  haramzadə,  elə 

kələkbaz  şeydir  ki,  heç  tayı-bərabəri  yoxdur!..  Qardaş,  gör 

sənə nə deyirəm, hərçənd, mən özüm də kələkbazam, amma 

bircə  elə  əxlaq  nöqteyi-nəzərindən  onun  cildində  olmaq 

istəməzdim!  Daha  bəsdir,  mən  susdum!  Onun  barəsində 

bircə bunu deyə bilərəm. 

– Amma mən elə bil qəsdən, sənin yanına gəlmişəm ki, 

onun  barəsində  məlumat  alım.  Bu  barədə  sonra  danışarıq. 

İndi  de  görüm,  niyə  dünən  sən  mənsiz  mənim  Yelenama 

nabat şəkəri vermisən, sonra da qarşısında oynamısan? Sən 

onunla saat yarım nə barədə danışa bilərdin? 

Masloboyev  birdən  Aleksandra  Semyonovnaya  tərəf 

dönüb, Yelena haqqında izahat verdi: 

–  Yelena  deyilən,  on  bir-on  iki  yaşında  balaca  bir 

qızdır,  hələlik  İvan  Petroviçin  yanında  yaşayır.  Vanya,  bir 

ora  bax,  ora  bax!  –  deyərək  barmağı  ilə  Aleksandra 

Semyonovnanı göstərdi. – Tanımadığı bir qıza nabat şəkəri 

verdiyimi  eşidən  kimi,  gör  necə  qızardı,  necə  diksindi,  elə 

bil  ki,  birdən  tapança  atdılar...  Gör  gözləri  necə  parıldayır, 

elə  bil  közdür!  Aleksandra  Semyonovna,  axı  daha  niyə 

downloaded from KitabYurdu.org



 

499 


gizlədirsən, niyə?! Yamanca qısqancdır! Deməsəm ki, o, on 

bir  yaşında  bir  qızdır,  o  saat  saç-birçəyimi  yolacaq, 

berqamot da dadıma çata bilməyəcək! 

– Elə indi də çata bilməyəcək! 

Aleksandra  Semyonovna  bu  sözləri  deyən  kimi,  bir 

sıçrayışda  çay  stolundan  bizim  tərəfə  atıldı,  Masloboyev 

başını  qaçırana  kimi,  onun  saçından  tutub  o  ki  lazımdı 

dartdı. 


– Bax, belə, bax, belə! Qonağın yanında demə ki, mən 

qısqancam, demə, demə, demə! 

Aleksandra  Semyonovna  hətta  qızarsa  da,  gülsə  də, 

Masloboyevə yamanca tənbeh verdi. 

Sonra mənə tərəf dönüb, ciddi bir ifadə ilə: 

– Hər şeyi açıb danışır! – dedi. 

–  Vanya,  görürsən  də,  mənim  güzəranım  belədir!  Bu 

münasibətlə  mütləq  araq  içmək  lazımdır!  –  Masloboyev 

saçını düzəldə-düzəldə, az qala yüyürə-yüyürə qrafinə tərəf 

getdi. Lakin Aleksandra Semyonovna onu qabaqladı, stolun 

yanına  yüyürdü,  özü  araq  töküb  ona  verdi,  hətta  üzünü 

downloaded from KitabYurdu.org




 

500 


mehribanca  əllədi  də.  Masloboyev  lovğa-lovğa  mənə  göz 

vurdu, dilini şaqqıldatdı, arağı içdi. 

Divanda, yanımda oturub sözə başladı: 

– O nabat şəkəri çətin yadıma düşür. Mən onu üç gün 

bundan  əvvəl,  sərxoş  halda,  tərəvəz  dükanından  almışdım, 

özü  də,  heç  bilmirəm  nə  üçün  almışdım.  Bəlkə  də 

vətənimizin  ticarətinə,  sənayesinə  kömək  etmək  üçün 

almışdım  –  yaxşı  yadımda  deyil.  Yadımda  olan  budur  ki, 

onda  mən  sərxoş  halda  küçə  ilə  gedirdim,  palçığın  içinə 

yıxıldım, saçımı yolurdum, ağlayırdım ki, heç bir şeyə qabil 

deyiləm.  Məlum  şeydir  ki,  aldığım  nabat  şəkəri  onda 

yadımdan  çıxmışdı,  dünənə  kimi  cibimdə  qalmışdı,  dünən 

sənin  divanında  oturanda  onların  cibimdə  olduğunu  hiss 

etdim. Oynamaq məsələsi də sərxoşluqdan idi, dünən mən o 

ki  lazımdı  sərxoş  idim,  kefim  kök  olanda  sərxoşluqdan 

hərdən oynayıram. Məsələ belədir, burası da var ki, o yetim 

qıza  yazığım  gəldi,  bir  də  ki,  o  mənimlə  heç  danışmaq 

istəmirdi,  elə  bil  ki,  mənə  acığı  tutmuşdu,  mən  də  onun 

kefini açmaq üçün oynamağa başladım, nabat şəkərlərini də 

ona bağışladım. 

downloaded from KitabYurdu.org



501 

– Bəlkə sən onu aldadıb ondan söz almaq istəyirsənmiş, 

düzünü  de:  bilə-bilə  ki,  mən  evdə  yoxam,  sən  qəsdən  bizə

gəlmisən ki, ikilikdə onunla danışasan, ondan söz alasan, elə

deyilmi?  Mən  axı  bilirəm  ki,  sən  saat  yarım  onun  yanında 

oturmusan,  demisən  ki,  mən  sənin  rəhmətlik  ananı 

tanıyırdım, ondan nəsə soruşub öyrənmək istəmisən... 

Masloboyev gözlərini qıyıb bic-bic güldü: 

–  Amma  belə  bir  fikirdə  olsaydım,  pis  olmazdı.  Yox, 

Vanya,  elə  deyil.  Bir  də  ki,  fürsət  düşəndə  axı  niyə

soruşmayasan?  Ancaq  məsələ  elə  deyil.  Qulaq  as,  köhnə

dost,  indi  mən  həmişəki  adətim  üzrə,  nə  qədər  kefli  də

olsam, onu bil ki, Filipp heç vaxt səni pis niyyətlə aldatmaz, 

yəni pis niyyətlə demək istəyirəm. 

– Pis niyyətsiz necə? 

– Bəli... Pis niyyətsiz də. Yaxşı, bu söhbəti ataq kənara, 

içək,  əsl  mətləbə  keçək.  Bunlar  hamısı  boş  işdir.  –  İçərək 

sözünə  davam  etdi:  –  Bubnovanın,  o  qızı  öz  yanında 

saxlamağa  heç  bir  haqqı  yox  idi.  Mən  bunun  hamısını 

öyrənib bildim. Övladlığa götürmək məsələsi-zad da yoxdur. 

Qızın anası ona borclu imiş, o da bu borcun yerinə qızı evinə 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə