F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə7/161
tarix14.04.2018
ölçüsü3,63 Mb.
#38477
1   2   3   4   5   6   7   8   9   10   ...   161

www.vivo-book.com 

 

31 



Andreyevna  Şumilova  adlı  kasıb,  cehizsiz  bir  dvoryan  qızı 

ilə  evlənir.  Lakin  qız  heç  bir  cehiz  gətirməsə  də,  quberniya 

kübar pansionunda, mühacir Mon-Reveşin yanında təhsil və 

təlim  almışdı,  bununla  da  o  bütün  ömrü  boyu  fəxr  edirdi, 

lakin  hələ  heç  kəs  onun  aldığı  bu  təhsilin  nədən  ibarət 

olduğunu  başa  düşə  bilmirdi.  Nikolay  Sergeiç  çox  gözəl 

təsərrüfatçı  oldu.  Qonşu  mülkədarlar  təsərrüfat  işini  gəlib 

ondan  öyrənirdi.  Bir  neçə  il  keçdi.  Bir  gün  Peterburqdan, 

doqquz  yüz  əhalisi  olan  qonşu  Vasilyevski  kəndinə  Pyotr 

Aleksandroviç Valkovski adlı bir knyaz gəldi. Onun gəlişi o 

yerlərdə  çox  böyük  təsir  bağışladı.  Knyaz  ilk  gənclik 

dövründə olmasa da, hələ cavan idi, rütbəsi də kiçik deyildi, 

yuxarılarla əlaqə saxlayırdı, özü qəşəng idi, varlı idi, ancaq 

dul idi, arvadı ölmüşdü, bu isə qəzadakı xanımları və qızları 

daha çox maraqlandırırdı. Deyirdilər ki, quberniya şəhərində 

qubernator  onu  çox  təntənə  ilə  qəbul  etmişdir,  özü  də 

qubernatorun  qohumudur,  şəhərin  xanımları  “onun 

göstərdiyi nəzakətdən dəli-divanə olmuşlar” və s. Bir sözlə, 

o, quberniyalara çox az-az gələn, gələndə də çox böyük təsir 

bağışlayan, ali Peterburq cəmiyyətinin yüksək rütbəli kübar 




www.vivo-book.com 

 

32 



adamlarından  biri  idi.  Lakin  knyaz  nəzakətli  adam  deyildi, 

xüsusilə, ehtiyacı olmadığı, özündən az da olsa aşağı hesab 

etdiyi  adamlara  qarşı  nəzakətsizlik  göstərirdi.  Qonşu 

mülkədarlarla tanış olmağı özünə lazım bilmədi, bununla da 

xeyli düşmən qazanmış oldu. Buna görə də o, birdən durub 

Nikolay Sergeiçin görüşünə gedəndə, hamı buna heyrət etdi. 

Yalnız  burası  var  ki,  Nikolay  Sergeiç  onun  yaxın 

qonşularından  biri  idi.  İxmenyevlərin  evində  knyaz  çox 

böyük təsir bağışladı. Elə o saat Nikolay Sergeiçi də, onun 

arvadı  Anna  Andreyevnanı  da  özünə  məftun  etdi,  xüsusilə, 

Anna  Andreyevna  ona  valeh  olmuşdu.  Çox  çəkmədi  ki, 

knyaz onlarla lap sərbəstcə hərəkət etməyə başladı, hər gün 

onlara  gəlir,  onları  öz  evinə  dəvət  edirdi.  Məzəli  sözlər 

danışır, 

lətifələr 

söyləyirdi, 

onların 

pozuq 


səsli 

fortepianosunu  çalıb  oxuyurdu.  İxmenyevlər  bir  şeyə  çox 

təəccüb  edirdi:  belə  əziz,  sevimli  adam  haqqında  necə 

demək  olar  ki,  o  lovğadır,  təşəxxüslüdür,  hissiz  bir 

xudbindir? Lakin bütün qonşu mülkədarlar bir ağızdan bunu 

çığıra-çığıra deyirdilər. Belə güman etmək olardı ki, Nikolay 

Sergeiç, doğrudan da, knyazın xoşuna gəlmişdi: o, sadə, açıq 



www.vivo-book.com 

 

33 



ürəkli,  öz  xeyrini  güdməyən,  nəcib  bir  adam  idi.  Çox 

çəkmədi  ki,  bütün  məsələ  aydın  oldu.  Knyaz  Vasilyevski 

kəndindəki  müdiri  işdən  qovmaq  üçün  gəlmişdi.  O,  azğın, 

şərəfsiz  bir  alman,  ağsaçlı,  gözlüklü,  donqaburunlu  bir 

aqronom  idi.  Bu  yaşına,  abırlı  sir-sifətinə  baxmayaraq, 

mülkün  gəlirindən  açıq-açığına,  həyasızcasına  oğurlayırdı, 

bundan  başqa,  bir  neçə  mujiki  də  çox  incitmişdi.  Axırda 

onun oğurluğunun üstü açıldı, lakin o bundan bərk incidi və 

alman  şərəfindən  çox-çox  danışdı,  buna  baxmayaraq, 

qulluqdan  qovuldu,  hətta  bir  qədər  hörmətsizliklə  qovuldu. 

Knyaza  mülkü idarə etmək  üçün  bir adam  lazım  idi, o çox 

düşündükdən  sonra  Nikolay  Sergeiçi  bu  işə  layiq  gördü, 

çünki  Nikolay  Sergeiç  çox  gözəl  təsərrüfatçı,  çox  da  düz 

adam  idi,  onun  bu  məziyyətlərinə  zərrə  qədər  də  şübhə  ola 

bilməzdi.  Deyəsən,  knyaz  çox  istəyirdi  ki,  Nikolay  Sergeiç 

özü  bu  işə  girişmək  arzusunda  olduğunu  bildirsin,  ancaq  o 

belə bir arzuda olduğunu bildirmədi. Nəhayət, bir gün knyaz 

özü səhərçağı bu işi ona çox dostcasına və acizanə bir xahiş 

şəklində təklif etdi. İxmenyev əvvəl onun xahişini rədd etdi, 

knyaz  bu  iş  üçün  çoxlu  maaş  təklif  edirdi,  bu,  Anna 




www.vivo-book.com 

 

34 



Andreyevnanı çox həvəsləndirdi, knyazın göstərdiyi nəzakət 

isə  onların  bütün  başqa  şübhələrini  dağıtdı.  Nəhayət,  knyaz 

məqsədinə  nail  oldu.  Bunu  da  demək  lazımdır  ki,  adam 

tanımaqda o çox məharətli idi. Az vaxtda İxmenyevə bələd 

oldu, onu çox yaxşı tanıdı, bildi ki, İxmenyevi ancaq dostluq 

və  səmimiyyət  göstərməklə  məftun  etmək,  onun  qəlbini  ələ 

almaq olar, pul ilə bir şey eləmək olmaz. Ona elə bir müdir 

lazım idi ki, bu adama kor-koranə və həmişəlik inana bilsin, 

bir  daha  Vasilyevski  kəndinə  gəlməsin,  onun  nəzərdə 

tutduğu  bu  idi.  Knyazın  göstərdiyi  məftuniyyət  o  qədər 

qüvvətli  idi  ki,  İxmenyev  onun  dostluğuna  ürəkdən  inandı. 

Nikolay Sergeiç, kim nə deyir desin, bizim Rus elində olan 

xoşməzac,  sadəlövh,  romantik  adamlardan  biri  idi.  Bu 

adamlar birisini sevərsə (bəzən heç bilmirsən nə üçün sevir), 

bütün  qəlblərini  ona  verir,  hətta  öz  sevgilərində  bəzən 

gülünc bir vəziyyətə gəlib çıxırlar. 

Bir neçə il keçdi. Knyazın mülkü get-gedə yaxşılaşırdı. 

Vasilyevski  kəndinin  sahibi  ilə  onu  idarə  edən  adamın 

arasında zərrə qədər də xoşa gəlməyən bir hadisə olmurdu, 

onların  arasındakı  əlaqə  işə  aid  olan  adi  məktublaşmadan 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə