www.vivo-book.com
35
ibarət idi. Knyaz qətiyyən Nikolay Sergeiçin işinə
qarışmırdı, ancaq bəzən ona elə məsləhətlər verirdi ki, bu
məsləhətlər son dərəcə əməli və işgüzar olması ilə
İxmenyevi heyrətə salırdı. Məlum olurdu ki, o nəinki boş
yerə pul sərf etməyi xoşlamır, hətta pul yığmağı da bacarır.
Vasilyevski kəndinə gəldiyi gündən beş il sonra, o, Nikolay
Sergeiçə, həmin quberniyada, dörd yüz əhalisi olan çox
gözəl bir kəndi almaq üçün vəkalətnamə göndərdi. Nikolay
Sergeiç bundan son dərəcə sevindi, knyazın əldə etdiyi
müvəffəqiyyətlər, onun yeni rütbə qazanması haqqında olan
danışıqlar Nikolay Sergeiçi ürəkdən fərəhləndirirdi, elə bil
ki, söhbət onun doğma qardaşından gedirdi. Lakin knyaz
ona başqa bir məsələdə, doğrudan da, böyük bir etimad
göstərdi, bu isə Nikolay Sergeiçin sevincini son nöqtəsinə
çatdırdı. Bu da belə oldu... Lakin burada mən povestin ən
əsas şəxsiyyətlərindən biri olan knyaz Valkovskinin
həyatına aid bəzi mühüm təfsilatı qeyd etməyi lazım bilirəm.
www.vivo-book.com
36
IV FƏSİL
Mən əvvəl də demişdim ki, knyaz Valkovskinin arvadı
ölmüşdü, dul idi. O, ilk gəncliyində evlənmişdi, özü də pul
üçün evlənmişdi. Moskvada tamamilə müflis olan ata-
anasından ona çox az şey qalmışdı. Vasilyevski kəndi bir
neçə dəfə girov qoyulmuşdu, o çox ağır borc altında idi. O
zaman Moskvada hansı bir dəftərxanadasa işləməyə məcbur
olan iyirmi iki yaşlı knyaza bircə qəpik də pul qalmırdı,
həyata o “lüt-üryan” qədəm qoymuşdu. İltizamçı bir tacirin
yaşı ötüşmüş qızı ilə evlənməsi onu bu vəziyyətdən xilas
etdi. İltizamçı, əlbəttə, onu cehiz məsələsində aldatdı,
bununla belə, arvadın pulu ilə ata-babadan qalma mülkü
girovdan çıxarmaq, işləri yoluna qoymaq mümkün idi.
Knyazın aldığı tacir qızının savadı çox az idi, iki sözü bir-
birinə quraşdırıb yaza bilmirdi, üzdən də eybəcər idi, onun
ancaq mühüm bir məziyyəti vardı: xoşməzac və məzlum idi,
söz qaytaran deyildi. Knyaz onun bu məziyyətindən tam
mənası ilə istifadə edirdi: evlənəndən bir il sonra, oğlan
uşağı doğmuş arvadını Moskvada, iltizamçı atasının yanında
www.vivo-book.com
37
qoyub qulluq etmək üçün N quberniyasına getdi, orada,
Peterburqda yaşayan və ali aristokrat təbəqəsinə mənsub
olan bir qohumu vasitəsilə çox mühüm bir yer tutdu. O, ad
çıxarmaq, böyük rütbə qazanmaq, yüksək vəzifə sahibi
olmaq istəyir, bunun həsrətilə yaşayırdı. Öz arvadı ilə nə
Peterburqda, nə də Moskvada yaşaya bilməyəcəyini nəzərə
alıb, yaxşı vəzifə əldə edənə qədər, öz karyerasına əyalətdə
başlamağı qət etdi. Deyirlər ki, evləndiyinin elə birinci
ilində, öz kobud rəftarı ilə arvadını az qala çərlədib
öldürəcəkdi. Bu söz həmişə Nikolay Sergeiçi acıqlandırardı,
o bütün qəlbilə knyazı müdafiə edər və qəti deyərdi ki,
knyaz belə nanəcib iş tutmaz. Nəhayət, yeddi ildən sonra
onun arvadı öldü, knyaz da dərhal Peterburqa köçdü.
Peterburq cəmiyyətinə hətta bir qədər təsir də bağışlaya
bildi. O hələ gənc idi, qəşəng idi, varlı idi, bir çox gözəl
keyfiyyətlərə malik idi: məzəli danışa bilirdi, zövqü vardı,
həmişə şən olardı. Bu məziyyətləri ilə o, Peterburqa səadət
və himayə axtarmaq üçün deyil, müəyyən dərəcədə müstəqil
bir adam kimi gəlmişdi. Deyirdilər ki, onda doğrudan da,
adamı özünə cəlb edən, məftun edən bir qüvvə var idi.
www.vivo-book.com
38
Arvadların son dərəcə xoşuna gəlirdi, kübar cəmiyyətindəki
gözəl qızlardan biri ilə olan əlaqə ona biabırçı bir ad
qazandırmışdı. O fitrətən, xəsisliyə varacaq dərəcədə
qənaətcil idi, bununla belə, heyfi gəlmədən pulu eninə-
uzununa xərcləyirdi, kimə lazımsa, qumarda uduzardı, hətta
çoxlu uduzanda da heç üz-gözünü qırışdırmazdı. Lakin
Peterburqa əylənmək üçün gəlməmişdi, o qəti olaraq
müəyyən bir mövqe tutmalı, öz karyerasını möhkəmlətməli
idi. Buna da müvəffəq oldu. Onun qraf Nainski adlı kübar
bir qohumu vardı, knyaz ancaq xahiş üçün onun yanına
getsəydi, o heç knyazın üzünə də baxmazdı. Lakin o,
knyazın kübar cəmiyyətində qazandığı müvəffəqiyyətdən
heyrətə gələrək, öz xüsusi diqqətini ona doğru çevirməyi
mümkün və ləyaqətli bir hərəkət hesab etdi, hətta knyazın
yeddiyaşlı oğlunu tərbiyə etmək üçün öz evinə gətirməyi
özünə layiq gördü. Knyazın Vasilyevski kəndinə getməsi və
İxmenyevgillə tanış olması da bu vaxta təsadüf edir.
Nəhayət, o, qrafın vasitəsilə, ən mühüm səfarətxanalardan
birində əhəmiyyətli bir yer tutub, xaricə getdi. Sonra onun
haqqında bir qədər şübhəli söz-söhbət oldu: deyirdilər ki,
www.vivo-book.com
39
xaricdə onun başına pis bir əhvalat gəlmişdir, ancaq bunun
nədən ibarət olduğunu heç kəs izah edə bilmirdi. Yalnız
məlum olan bu idi ki, o dörd yüz kəndli almışdı, bunu da
mən bir az əvvəl qeyd etmişdim. Bir neçə ildən sonra
xaricdən böyük bir rütbə ilə qayıtdı və dərhal Peterburqda
çox mühüm bir yer tutdu. İxmenyevkada söz gəzirdi ki, o
ikinci dəfə evlənir, adlı-sanlı, varlı bir adamla qohum olur.
Nikolay Sergeiç fərəhindən əlini əlinə sürtərək öz-özünə
deyirdi: “Velmoja olmaq istəyir!” Mən onda Peterburqda,
universitetdə oxuyurdum, yadımdadır, İxmenyev mənə
məktub yazıb xahiş edirdi ki, mən öyrənim görüm bu söz-
söhbət doğrudur, ya yox. O, knyaza da məktub yazıb, mənə
hamilik etməyi ondan xahiş etmişdi, lakin knyaz onun
məktubuna cavab verməmişdi. Mən yalnız onu bilirdim ki,
knyazın oğlu əvvəl qrafın evində, sonra da liseydə tərbiyə
olunaraq, on doqquz yaşında təhsilini bitirmişdi. Mən bunu
İxmenyevgilə yazdım, bunu da yazdım ki, knyaz öz oğlunu
çox istəyir, onun nazı ilə oynayır, indidən onun gələcəyini
nəzərə alır. Bunu mən, gənc knyazın tanışları olan tələbə
yoldaşlarımdan öyrəndim. Bu zaman Nikolay Sergeiç bir
Dostları ilə paylaş: |