F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə9/161
tarix14.04.2018
ölçüsü3,63 Mb.
#38477
1   ...   5   6   7   8   9   10   11   12   ...   161

www.vivo-book.com 

 

40 



səhərçağı knyazdan bir məktub alır, məktub onu son dərəcə 

təəccübləndirir... 

Yuxarıda  qeyd  etdiyim  kimi,  knyaz  bu  vaxta  qədər 

Nikolay Sergeiçə ancaq işə aid olan rəsmi kağız yazırdı. İndi 

isə öz ailə vəziyyətindən çox ətraflı surətdə, çox açıqcasına, 

dostcasına  məktub  yazmışdı.  O  öz  oğlundan  şikayətlənərək 

yazırdı  ki,  oğlum  pis  hərəkətləri  ilə  məni  çox  düşündürür, 

əlbəttə, belə bir uşağın nadincliyinə hələ ciddi bir şey kimi 

baxmaq  olmaz  (görünür,  knyaz  onu  təmizə  çıxarmaq 

istəyirdi). Lakin mən oğlumu tənbeh eləmək, onu qorxutmaq 

istəyirəm,  yəni  istəyirəm  ki,  onu  bir  müddət  kəndə,  sizin 

nəzarətiniz  altında  qalmağa  göndərim.  Knyaz  yazırdı  ki, 

mən  tamamilə  “yaxşı  və  çox  nəcib  bir  insan  olan  Nikolay 

Sergeiçə,  xüsusilə,  Anna  Andreyevnaya  inanıb  arxayın 

oluram”, sonra da xahiş edirdi ki, onun bu avara oğlunu öz 

ailələrinə  qəbul  etsinlər,  onun  başına  ağıl  qoysunlar,  onu 

sevsinlər, 

başlıca  olaraq,  əgər  mümkünsə,  onun 

yüngülməzac  xasiyyətini  düzəltsinlər,  ona  insan  həyatında 

çox-çox  lazım  olan  xilasedici  və  ciddi  ədəb-ərkan 

qaydalarını təlqin etsinlər. Məlum şeydir ki, qoca İxmenyev 



www.vivo-book.com 

 

41 



işə  böyük  bir  sevinclə  girişdi.  Knyazın  oğlu  gəldi,  onu  öz 

oğulları kimi qəbul etdilər. Çox keçmədi ki, Nikolay Sergeiç 

onu  öz  Nataşası  kimi,  ürəkdən  sevdi,  hətta  knyazla  onun 

arasındakı  əlaqə  tamamilə  kəsiləndən  sonra  da,  qoca 

İxmenyev  bəzən  öz  Alyoşasını  fərəhlə  xatırlayırdı,  knyaz 

Aleksey Petroviçə Alyoşa deməyi vərdiş etmişdi. Doğrudan 

da, o çox sevimli bir uşaq idi: qəşəng idi, bir qız kimi zəif və 

əsəbi idi, bununla belə şən, sadədil və açıqürəkli idi. Sevən, 

doğruluq güdən, yaxşılıq bilən, nəcib duyğularla yaşayan bir 

qəlbə  malik  idi.  İxmenyevgildə  hamı  ona  pərəstiş  edirdi. 

Onun  on  doqquz  yaşı  olsa  da,  hələ  lap  uşaq  idi.  Deyilənə 

görə,  atası  onu  çox  sevirmiş,  bəs  onda  niyə  onu  kəndə 

göndərmişdi?  Bunu təsəvvür  etmək  çətin idi.  Deyirdilər ki, 

Peterburqda  o,  bikar  və  boş-boşuna  gəzirmiş,  qulluq  etmək 

istəmirmiş,  atasını  çox  dilxor  edirmiş.  Nikolay  Sergeiç 

Alyoşadan  heç  bir  şey  soruşmurdu.  Görünür,  knyaz  Pyotr 

Aleksandroviç 

öz 


məktubunda 

oğlunun 


kəndə 

göndərilməsinin  əsl  səbəbini  yazmamışdı.  Nikolay  Sergeiç 

də  buna  görə  Alyoşadan  bir  şey  soruşmurdu.  Amma  söz 

gəzirdi  ki,  guya  Alyoşa  çox  yüngül,  bağışlanmaz  bir  iş 




www.vivo-book.com 

 

42 



tutmuş, bir xanımla əlaqədə olmuş, kimi isə duelə çağırmış, 

qumarda çoxlu pul uduzmuşdur. Hətta bunu da danışırdılar 

ki, guya özgə bir adamın pulunu xərcləmişdir. Belə bir söz 

də  deyirdilər  ki,  guya  knyaz  öz  oğlunu  heç  də  müqəssir 

olduğu  üçün  deyil,  xudbincəsinə  bir  məsələ  üstündə  kəndə 

göndərmişdir. Nikolay Sergeiç bu dedi-qoduları nifrətlə rədd 

edirdi, bir halda ki, Alyoşa özü də atasını çox sevirdi (lakin 

bütün  uşaqlıq  dövründə  o  heç  atasını  görməmişdi),  onun 

haqqında  böyük  bir  məftuniyyətlə,  iftixarla  danışırdı, 

görünür, tamamilə atasının təsiri altında idi. Alyoşa da bəzən 

bir  qrafinyadan  söhbət  açırdı:  o  da,  atası  da  həmin 

qrafinyanın dalınca düşmüş, amma axırda o üstün gəlmişdi, 

atasının  da  bunun  üstündə  ona  bərk  acığı  tutmuşdu.  O, 

həmişə bu hadisəni iftixarla, uşaq sadəlövhlüyü ilə, bərkdən 

gülə-gülə  danışırdı,  lakin  Nikolay  Sergeiç  dərhal  onun 

sözünü  kəsirdi.  Alyoşa  həm  də  atasının  evlənmək  istəməsi 

haqqında deyilən sözlərin doğru olduğunu təsdiq edirdi. 

O,  bir  il  olardı  ki,  kənddə  yaşayırdı,  arabir  atasına 

hörmətli,  ağıllı  məktublar  yazırdı.  Nəhayət,  Alyoşa 

Vasilyevski  kəndinə  elə  öyrəşdi  ki,  knyaz  yayda  kəndə 




www.vivo-book.com 

 

43 



gələndə  (bunu  da  qabaqcadan  İxmenyevlərə  bildirmişdi), 

Alyoşa özü atasından xahiş etdi ki, onun Vasilyevskidə daha 

çox qalmasına icazə versin, deyirdi ki, kənd həyatı elə onun 

arzu  etdiyi  bir  həyatdır.  Alyoşanın  bütün  qərarı  və 

məftunluğu  –  onun  məsələni  son  dərəcə  tez  və  əsəbicəsinə 

dərk etməsindən, qəlbinin qızğınlığından, bəzən lap mənasız 

şeylərə  gətirib  çıxaran  yüngülməzaclığından,  bütün  zahiri 

təəssürlərə  son  dərəcə  tez  qapılmasından,  qətiyyən  iradəli 

olmamasından meydana gəlirdi. Lakin knyaz nədənsə, onun 

xahişinə  şübhə  ilə  qulaq  asdı.  Ümumiyyətlə,  Nikolay 

Sergeiç  əvvəlki “dostunu” güclə tanıya bilirdi: knyaz Pyotr 

Aleksandroviç son dərəcə dəyişmişdi. O, Nikolay Sergeiçin 

hər  işində  bir  bəhanə  ilə  nöqsan  tapmağa  çalışırdı,  haqq-

hesab  dəftərlərini  yoxlayanda,  çox  iyrənc  bir  tamahkarlıq, 

xəsislik  və  anlaşılmaz  bir  vasvasılıq  göstərdi.  Bu  şeylər 

xoştəbiətli  İxmenyevə  çox  ağır  gəlirdi,  o  xeyli  vaxt  özünə 

inanmamağa çalışdı. Knyaz on dörd il bundan əvvəl, ilk dəfə 

Vasilyevski  kəndinə  gələrkən  necə  davranırdısa,  indi 

tamamilə  bunun  əksinə  hərəkət  edirdi.  Bu  dəfə  o  bütün 

qonşuları  ilə  –  məlum  şeydir  ki,  ən  mötəbər  mülkədarlarla 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə