F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

24 
 
onun hüdudları və birliyi sosial nəzarət metodları ilə təmin edilməlidir. O, cinayətkarlıq faktlarını araşdıraraq, bu 
qənaətə  gəlirdi ki, həmin faktlar cəmiyyətin hüdudlarını  dəyişdirmək cəhdləridir. Bu kənaraçıxmalar cəmiyyətin 
qalan üzvlərinə  cəmiyyətin birliyini qoruyub saxlamaq üçün davranış normalarına  əməl olunmasının zəruriliyini 
başa düşməkdə, yəni sosial konsensusun saxlanmasını dərk etməkdə kömək edir. 
T. Parsons belə hesab edirdi ki, sosial sistem böyük insan fəaliyyəti sisteminin altsistemlərindən biridir. Öz 
növbəsində sosial sistemdə daha dörd altsistemi ayırd etmək olar: mədəniyyət sistemi; siyasi sistem; iqtisadi 
sistem; sosietal sistem. Üç əvvəlki sistemlər sonuncu sistemin fəaliyyət mühitini 
[53 - 54] 
qərarlaşdırır. Cəmiyyətin 
özəyini strukturlaşdırılmış normativ nizam təşkil edir; bunun vasitəsilə  əhalinin kollektiv həyatı  təşkil olunur. 
Nizam dəyərləri, normaları  və qaydaları ehtiva edir. Məhz nizam sayəsində  fərdlərin cəmiyyətə  mənsubiyyət 
meyarı, məlum  ərazidə onların davranışı üzərində  nəzarət ölçüsü müəyyənləşir, kollektiv vahid bütövlük kimi 
fəaliyyət göstərə bilir. Eyni zamanda məlum normativ nizam sosietal birlik üzvlərinin statuslarının, hüquq və 
vəzifələrinin toplusu kimi səciyyələnir; onlar vahid mədəni oriyentasiya zəminində müxtəlif fərdlər və qruplar üçün 
fərqlidir. Sosial səviyyədə  cəmiyyət davamlı, qarşılıqlı surətdə  əlaqəli, inteqral bütövlük olub, mədəni və sosial-
struktur diferensiasiyaya malikdir. Cəmiyyətdə qeyri-adekvat sosiallaşmaya malik adamlar (deviantlar adlandırılan 
şəxslər) mövcuddur; onlar cəmiyyətin dəyər və normalarını yetərincə mənimsəməmişlər. Deviasiya müvazinətdən 
kənara çıxmadır, ona görə də sosial nəzarətin müxtəlif vasitələrindən istifadə edilməsi zəruridir. 
Mədəni sistem cəmiyyətdə normativ nizamın legitimləşdirilməsi (qanuniləşdirilməsi) funksiyasını yerinə 
yetirir: sosial icazələr və qadağanlar üçün əsaslar formalaşır. 
Orqanizmlər və fiziki əhatə cəmiyyətin mühiti kimi çıxış edir; onlar sosial sistemin mövcudluğu üçün zəruri 
şərtləri təmin edir. Bütün fiziki kompleksin özəyi iqtisadi sistemdir. İqtisadiyyat təkcə texniki-texnoloji 
prosedurların sosial cəhətdən nizamlanması üçün yox, həm də onların sosial sistemə qoşulması üçün, onlar 
üzərində fərdlərin, qrupların mənafeləri naminə nəzarətin həyata keçirilməsi üçün fəaliyyət göstərir. İqtisadiyyatın 
başlıca funksiyası  cəmiyyətdə mövcud olan rəngarəng tələbatların ödənilməsi üçün ehtiyatların səfərbər 
edilməsidir. Cəmiyyətlə onu əhatə edən mühitin tarazlı qarşılıqlı  təsiri onun sabit fəaliyyətinin, birliyinin, 
bütövlüyünün mühüm şərtidir. T. Parsonsun fikrincə, istənilən sosial sistem, ən əvvəl cəmiyyət kifayət səviyyədə 
daxili nizamlılığa malik olmalıdır. 
[54 - 55]
 
Adətən cəmiyyətin dörd böyük sferasını ayırd edirlər: iqtisadi, siyasi, sosial, mənəvi. Bu sferalar və onların 
ayrı-ayrı elementləri bir-birinə fasiləsiz surətdə qarşılıqlı təsir göstərir, dəyişilir, yeniləşir. Bu sferalardan hər hansı 
birinin mütləqləşdirilməsi və ya onun əhəmiyyətinə laqeydlik göstərilməsi bütün cəmiyyətin taleyində fəlakətli iz 
buraxa bilər. 
Sosial münaqişələr nəzəriyyəsinin tərəfdarları  cəmiyyətdə mübarizəyə, daxili qarşıdurmaya, böhranlara 
xüsusi diqqət yetirirlər. Bu halda onların mülahizələrinin çıxış məqamı kimi qeyd olunur ki, cəmiyyətdə müxtəlif 
sosial qrupların mənafelərində uyğunsuzluq, ziddiyyət, əkslik mövcuddur; həmin qruplar öz tələbatlarını ödəmək, 
öz maraqlarını reallaşdırmaq üçün səy göstərdiklərindən onların bir-biri ilə toqquşması, mübarizə aparması labüd 
olur. Sosial münaqişələr cəmiyyətin simasını, onun əsas sosial təsisatlarını və ya ünsürlərini dəyişdirir. Cəmiyyətin 
dəyişilməsi mexanizmini fəaliyyətə  gətirən başlıca amil sosial mənafe olur; o, sosial sistemin qarşılıqlı  təsirinin, 
fəaliyyətinin bazası kimi çıxış edir. 
Münaqişələrin sosioloji nəzəriyyəsini işləyib hazırlamaqda məşhur olan Amerika sosioloqu L. Kozer 
funksional təhlili təkmilləşdirməyə  səy göstərərək, sübut edirdi ki, münaqişə  cəmiyyətin daxili həyatının 
məhsuludur. Mövcud sosial sistemin sabitliyi probleminin həlli sosial toqquşmaları, münaqişələri, mənafelərin 
mübarizəsini nəinki rədd etmir, əksinə, tamamilə etiraf edir; bu, sosial münasibətlərin ayrılmaz atributlarındandır. 
İstənilən sosial sistem fərdlər və sosial qruplar arasında hakimiyyətin, sərvətin, status mövqelərinin müəyyən 
bölgüsünü nəzərdə tutur. Heç zaman ayrıca  şəxsin və ya qrupun mövcud bölgü sistemi nəticəsində faktiki nail 
olduğu ilə arzusunda olduğu, daha ədalətli hesab etdiyi pay arasında tam uyğunluq olmur; onların öz xüsusi 
paylarını artırmaq cəhdləri münaqişəni şərtləndirir. 
Münaqişələr cəmiyyətdə bir sıra pozitiv funksiyalar da yerinə yetirirlər. Belə ki, onlar qarşılıqlı 
etimadsızlığın, düşmənçiliyin araşdırılmasına, gərginliyin zəiflədilməsinə səbəb 
[55 - 56] 
olur ki, bu da gələcəkdə 
tərəflərin qarşılıqlı münasibətlərinin yeniləşməsinə imkan verir. Bundan əlavə, münaqişələr ümumi mənafelərin 
təzahürü zəminində daxili düşmənlərə qarşı mübarizədə insanları birləşdirərək, cəmiyyətdə inteqrasiyaedici rol 
yerinə yetirirlər. Münaqişələr müəyyən çağırışlara cavab olaraq, həqiqi mübarizənin mənbəyi kimi sosial 
dəyişikliklərin stimullaşdırılması və sürətləndirilməsi funksiyasını da həyata keçirirlər. 
Məşhur alman sosioloqu R. Darendorf sosial münaqişənin mahiyyətini hakimiyyətlə ona müqavimət 
göstərilməsi arasındakı antaqonizmdə görürdü. Çünki hakimiyyət həmişə hakimiyyətsizliyi, deməli, hakimiyyətə 
müqavimət göstərilməsini nəzərdə tutur. Hakimiyyətə müqavimətin dinamikası tarixin hərəkətverici qüvvəsidir
cəmiyyətdəki dəyişikliklərin sürət və istiqamətlərini müəyyən edir. Sivilizasiyalı, yüksək dərəcədə mobil 
cəmiyyətdə «sosial sarsıntıları qabaqlamaq» vasitəsi kimi münaqişələrin nizamlanması praktikası mövcuddur. 
Cəmiyyətin münaqişə modeli «ən ümumi bərabərlik, sosial nizam, sabitlik» modelindən daha üstündür. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə