F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə5/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   71


 
s. aspektlər sırasında özünəməxsus cəhətlərinə daha çox diqqət yetirilir. Bu halda sosiologiyanın predmeti xeyli 
məhdudlaşdırılaraq məhz ictimai inkişafın sosial tərəflərinin öyrənilməsinə müncər edilir. Sosiologiya elminin belə 
şərhini ilk dəfə fransız sosioloqu və filosofu Emil Dürkheym (1858-1917) vermişdir. Dürkheymin fikrincə, 
sosiologiyanın predmeti elə xüsusi reallıqdır ki, onunla mövcud elmlərdən heç biri indiyə  qədər məşğul 
olmamışdır. Bu reallığın əsasını sosial faktlar təşkil edir. Həmin faktlar isə gerçəkliyini nə iqtisadi, nə psixoloji, nə 
fiziki və s. faktlarına müncər edilə bilməz; onların öz müstəqil xarakteristikaları vardır. Sosial faktların başlıca 
əlamətləri onların obyektiv səciyyə daşıması, fərddən asılı olmayaraq mövcud olması, ona təzyiq göstərə 
bilməsidİr. Dürkheym sosial faktları iki yerə ayırırdı: cəmiyyətin «maddi substratını» təşkil edən morfoloji faktlar 
(məs. əhali sıxlığı, fərdlər arasında ünsiyyətin intensivliyi, yaşayış yerlərinin 
[12 - 13] 
xarakteri və s.) və mənəvi, 
qeyri-maddi faktlar (bunlar məcmu halda kollektiv və ya ümumi şüuru təşkil edir). 
Sosiologiya cəmiyyət haqqında elmdir, başqa sözlə, sosioloji idrakın obyektini cəmiyyət təşkil edir. lakin 
belə izah sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cəmiyyət  ən müxtəlif elmlər tərəfindən öyrənilir. 
Ona görə də digər elmlərdə olduğu kimi, sosiologiyada da onun obyektini və predmetini fərqləndirmək lazımdır. 
Sosioloji idrakın obyektinin və predmetinin qarışdırılması və ya eyniləşdirilməsi ciddi metodoloji qüsurdur. 
Bu qüsur indi meydana çıxmamışdır: o, əvvəllər də özünü göstərmişdir, indi də  ən müxtəlif məktəblərin və 
cərəyanların bir çox sosioloqlarına xas olan cəhətdir. Yeri gəlmişkən qeyd edək ki, sosiologiyanın digər elmlərdən, 
ABŞ-da sosial psixologiyadan və s. nisbətən gec ayrılmasını  və müstəqil elmi fənn kimi təşəkkül tapmasını 
şərtləndirən  ən mühüm səbəblərdən biri məhz sosioloji idrakın obyektinin və predmetinin eyniləşdirilməsi 
olmuşdur. 
Adətən tədqiqatçının fəaliyyətinin istiqamətləndiyi hər şeyi idrak obyekti kimi qəbul edirlər. Bu o deməkdir 
ki, müxtəlif hadisə, proses, münasibət ən müxtəlif elmlərin predmetindən söhbət getdikdə yalnız obyektin həmin 
elmin spesifikası ilə müəyyən edilən tərəfi, aspekti, xassəsi, münasibəti əsas götürülür. Obyektin digər tərəf, aspekt, 
xassə və münasibətləri isə ikinci dərəcəli məsələlər kimi, yaxud obyektin mövcudluq şəraiti kimi nəzərdən keçirilir. 
Deməli, hər hansı elmin formalaşması ilə onun elmi tədqiqat predmetini ayırd etmək məsələsi qarşıya çıxır. Başqa 
sözlə, hər bir elm digər elmdən ilk növbədə öz predimeti ilə  fərqlənir. Hər bir elm obyektiv reallığın öz xüsusi 
tərəfini, sferasını, özü üçün spesifık olan qanunauyğunluqlarını, həmin qanunauyğunluqların xüsusi təzahür 
formalarını  və  fəaliyyət mexanizmlərini öyrənir. Bu o deməkdir ki, hər hansı elmin, o cümlədən sosiologiyanın 
predmetini tədqiqat obyektinə görə müəyyənləşdirmək kifayət deyildir. Məsələn, sosial reallıq ictimai və 
[13 - 14] 
humanitar elmlərin tədqiqat obyektidir. Lakin hər bir elm məhz öz predmeti sayəsində müəyyən birmənalılıq 
qazanır; elmin predmeti həmişə spesifikdir: hətta eyni obyektdə, yaxud onun ayrı-ayrı hissələrində müxtəlif elmlər 
bir-birindən fərqli, spesifik qanunauyğunluqları  tədqiq edirlər. Məsələn, ailə iqtisadiyyat, hüquq, demoqraflıya, 
sosiologiya, psixologiya, pedaqogika və s. elmlərin tədqiqat obyekti ola bilər. Lakin bu elmlərin ailə  təsisatına 
münasibəti, yanaşması öz predmetləri çərçivəsində eyni deyildir, bir-birindən fərqlidir. 
Hər bir elmin predmeti empirik reallığı abstrakt səviyyədə spesifık şəkildə təkrar istehsal edir, yəni nəzəri 
abstraktlaşdırmanın nəticəsidir. Belə abstraktlaşdırma öyrənilən obyektin fəaliyyət və inkişafının elə 
qanunauyğunluqlarını ayırd etməyə imkan verir ki, onlar həmin elm üçün spesifikdir. 
Sosiologiyanı bir elm kimi səciyyələndirərkən çox zaman əslində sosioloji idrakın başlıca obyektləri 
sadalanır. Sosioloji məktəblərin və cərəyanların, sosioloji biliyin konkret təşkilat sistemlərinin müxtəlifliyi, ideya-
nəzəri mövqelərin və yönümlərin rəngarəngliyi sosiologiyanın predmeti məsələsində  çətinlikləri artırır. Bir çox 
hallarda «sosial» anlayışının özü dəqiq təsəvvür olunmur. 
Hər bir elmin spesifikasını araşdırarkən gerçəklikdəki elə əlaqə və münasibətlər ayırd edilməlidir ki, onlar 
keyfiyyətcə digər əlaqə və münasibətlərdən fərqli olub, məhz həmin elmin predmetini təşkil edə bilsin. Məsələyə 
belə yanaşdıqda demək olar ki, sosial adlandırılan əlaqə və münasibətlərin bütün məcmusu sosioloji idrakın obyekti 
hesab edilməlidir. Bu əlaqə və münasibətlər hər bir konkret sosial obyektdə xüsusi tərzdə təşkil olunmuşdur. Ona 
görə  də sosioloji idrakın obyekti sosial sistem kimi çıxış edir. Deməli, sosial olan, sosial əlaqə  və münasibətlər, 
onların təşkili üsulu elə anlayışlardır ki, bunlar sosioloji idrak obyektinin xüsusiyyətlərini açmaq üçün əsas 
anlayışlar kimi götürülə bilər. Bu halda sosial qanunauyğunluqların aşkara çıxarılması sosiologiya elminin 
predmetini müəyyənləşdirmək üçün həlledici 
[14 - 15] 
əhəmiyyət qazanır. 
Sosiologiya tarixən müəyyən sosial sistemlərinin fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqları, 
habelə  həmin qanunauyğunluqların  şəxsiyyətlərin, sosial qrupların, birliklərin, siniflərin, xalqların fəaliyyətində 
təzahür formaları və mexanizmləri haqqında elmdir. 
Sosiologiyanın predmetini müəyyənləşdirərkən adətən ayrı-ayrı sosioloqlar müxtəlif sosial hadisələri və 
prosesləri həlledici hesab edirlər. Məsələn, qrupların (insanların) qarşılıqlı  fəaliyyəti, yaxud bu fəaliyyətin 
nəticələri; insanların sosial münasibətləri; sosial təsisatlar; sosial təşkilatlar və onların insan davranışına 
münasibəti; sosial fəaliyyət sistemləri; insan cəmiyyəti və insan davranışı; sosial nizamın və nizamsızlığın təbiəti; 
sosal qruplar; insan birlikləri formaları; insan cəmiyyətinin  əsas strukturları; sosial proseslər; sosial-mədəni 
hadisələr; sosial həyatın elmi baxımdan öyrənilməsi və s. Bu anlayışlardan hər birinin mənasını,  əhəmiyyətini 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə